Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

№ 767 /02.06.2008

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 510 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, maddə 408; 2004-cü il, maddə 333; maddə 441, maddə 1002) təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 2-ci bənddə:

1.1.1. "Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsi" sözləri "Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi" sözləri ilə əvəz edilsin;

1.1.2. "Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi" sözlərindən sonra "Audit və Risk Analizləri İdarəsi" sözləri əlavə edilsin;

1.2. 3-cü bənddə:

1.2.1. "Naxçıvan Gömrük Komitəsi" sözləri "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri ilə əvəz edilsin;

1.2.2. "Əli Bayramlı Gömrük İdarəsi" sözləri "Şirvan Gömrük İdarəsi" sözləri ilə əvəz edilsin;

1.2.3. "Naxçıvan şəhər Gömrük İdarəsi", "Sədərək Gömrük İdarəsi", "Culfa Gömrük İdarəsi" və "Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi" sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin: "4. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları:
Naxçıvan şəhər Gömrük İdarəsi
Sədərək Gömrük İdarəsi
Culfa Gömrük İdarəsi
Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi
Şaxtaxtı Gömrük İdarəsi
«Naxçıvanterminalkompleks» Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik»

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il

 

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb