| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan
Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında
qaçaqmalçılıq və gömrük qaydalarının
pozulması, həmçinin silahların, döyüş
sursatlarının, partlayıcı maddələrin, narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq
haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.
2000-ci il aprelin 7-də Bakı şəhərində imzalanmış
«Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri
Nazirliyi arasında qaçaqmalçılıq və gömrük
qaydalarının pozulması, həmçinin silahların, döyüş
sursatlarının, partlayıcı maddələrin, narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq
haqqında» Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 3 aprel 2001-ci il.
№ 118-IIQ.
«Azərbaycan»
qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, № 137).
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir
(30 iyun 2001-ci il, № 6, maddə 372).
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan
Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında
qaçaqmalçılıq və gömrük qaydalarının
pozulması, həmçinin silahların, döyüş
sursatlarının, partlayıcı maddələrin, narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq
haqqında
Saziş
Bundan
sonra «Tərəflər» adlandırılacaq, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan
Respublikası Dövlət Gəlirləri Nazirliyi,
qaçaqmalçılıq
və silah, döyüş sursatları, partlayıcı maddələr,
narkotik vasitələr, psixotrop maddələr və
prekursorlarla qanunsuz ticarətin qarşısının alınması,
təhqiqatı və aradan qaldırılması üzrə hərəkətlərin
fəallaşdırılması məqsədilə,
Azərbaycan
Respublikası Hökuməti və Qazaxıstan Respublikası
Hökuməti arasında gömrük işlərində əməkdaşlıq
haqqında 1997-ci il 10 iyun tarixli Sazişin müddəalarını
həyata keçirmək məqsədilə, bu sahədə əməkdaşlığın
inkişaf etdirilməsinə çalışaraq,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Bu
Sazişin müddəalarının həyata keçirilməsi
üzrə səlahiyyətli orqanlar: Azərbaycan tərəfindən
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,
Qazaxıstan tərəfindən Qazaxıstan Respublikası Dövlət
Gəlirləri Nazirliyinin Gömrük Komitəsi.
Yuxarıda
adı çəkilən səlahiyyətli orqanların adı
və ya funksiyası dəyişdirildikdə, Tərəflər
vaxtında diplomatik kanallarla məlumatlandırılacaqlar.
Maddə 2
Tərəflər
yük və sərnişin daşınmalarında və poçt
mübadiləsində gömrük nəzarətinin sürətləndirilməsinə,
həmçinin Tərəflərin dövlətlərinin
iqtisadi və digər maraqlarına mümkün ziyan vurulmasına
yol verməmək üçün nəqliyyat vasitələrinin,
yüklərin, baqajın, poçt göndərişlərinin,
valyutanın, digər ödəniş vasitələrinin və
valyuta qiymətlilərinin qanunsuz gətirilməsi, aparılması
və tranzitinin qarşısının alınmasına yönələcək
bütün tədbirləri görəcəklər.
Maddə 3
Tərəflər
bu Sazişin əsasında onların səlahiyyətləri çərçivəsində
əməkdaşlıq edəcək və Tərəflərin
dövlətlərinin milli qanunvericiliyinə əməl etməklə
aşağıdakıları mübadilə edəcəklər:
a) qüvvədə
olan gömrük qanunvericiliyi haqqında informasiyanı;
b)
qaçaqmalçılıq və gömrük qaydalarının
pozulması ilə mübarizə metodları, eləcə də
qaçaqmalçılıq və silah, döyüş
sursatları, partlayıcı maddələr, narkotik vasitələr,
psixotrop maddələr və prekursorlarla qanunsuz ticarətin qarşısının
alınması, təhqiqatı və aradan qaldırılması
üzrə hərəkətlərin fəallaşdırılması
haqqında informasiyanı;
v) nəzarətin
texniki vasitələrindən istifadə və kinoloji xidmətlərin
təcrübəsini;
q)
qaçaqmalçılıq, silah və narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi
ilə mübarizə metodlarının öyrədilməsi məqsədilə
mütəxəssisləri;
d)
qaçaqmalçılıq, silah və narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi
ilə mübarizə məsələləri üzrə elmi
nəşrlər və tədris vəsaitlərini;
e)
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların yeni növləri və istehsal yerləri, onların
qanunsuz keçirilmə marşrutları və onların gizlədilmə
üsulları haqqında informasiyanı;
j)
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların eyniləşdirilməsi və laboratoriya
analizi sahəsində informasiyanı;
z) müxtəlif
ölkə və regionlarda silah və narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qiymətlərinin
dəyişdirilməsi barədə informasiyanı;
i)
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların sintezi üçün istifadə edilən başlanğıc
kimyəvi preparatlar haqqında informasiyanı;
k)
silah, döyüş sursatlarının, partlayıcı maddələrin,
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qanunsuz keçirilməsinin marşrutları və
gizlədilmə üsulları haqqında informasiyanı.
Maddə 4
Tərəflərdən
hər biri öz təşəbbüsü və ya digər
Tərəfin sorğusu ilə aşağıdakılar barədə
operativ məlumatlar verir:
a)
silah, narkotik vasitələr, psixotrop maddələr və
prekursorların qaçaqmalçılığı və/və
ya qanunsuz ticarəti ilə məşğul olan və ya bu işdə
şübhəli sayılan şəxslər haqqında;
b)
qaçaqmalçılığın keçirilməsi üçün
istifadə olunan nəqliyyat vasitələri, yüklər və
poçt göndərişləri haqqında;
v)
bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin
dövlətinin ərazisinə qaçaqmalçılıq
predmetlərinin və narkotik vasitələrin qanunsuz keçirilməsinin
aşkar edilməsi faktları haqqında.
Maddə 5
Tərəflərin
həm şifahi, həm də yazılı şəkildə
verdiyi informasiya məxfi hesab ediləcək və yalnız bu
Sazişin yerinə yetirilməsi məqsədləri üçün
istifadə ediləcəkdir.
Tərəflər,
bu Sazişin müddəalarına uyğun olaraq alınmış
informasiyanı, həmin informasiyanın alındığı
Tərəfin yazılı razılığı olmadan üçüncü
tərəfə verməməyi öhdələrinə götürürlər.
Maddə 6
Əməkdaşlıq
məsələləri üzrə sorğularda aşağıdakılar
göstərilir: sorğu edən orqanın adı, sorğunun
göndərilməsi ilə bağlı məsələnin
mahiyyətinin qısa şərhi, sorğunun məğzi və onun icra olunması üçün
zəruri məlumatlar. Tərəflər sorğuları bir-birinə
yazılı şəkildə göndərirlər. Sorğular,
sorğu edən Tərəfin orqanlarının rəhbərləri
tərəfindən imzalanır və gerbli möhürlərlə
möhürlənir.
Təxirəsalınmaz
halda sorğular sonradan yazılı surətdə təsdiq
edilməklə teleqraf, teletayp, yaxud faksimil rabitəsi kanalları
ilə göndərilə bilər. Sorğular alındıqları
gündən etibarən bir ay müddətindən gec olmayaraq
icra olunur. Sorğular başqa idarə və müəssisələrə
göndərildiyi halda, həmçinin onların yerinə
yetirilməsinə maneə yaradan hallarda sorğu edən Tərəf
dərhal xəbərdar edilir.
Maddə 7
Əgər
Tərəflərdən birinin digər Tərəfə göndərdiyi
sorğu (bu Sazişin 4-cü, 5-ci, 6-cı maddələrinə
uyğun olaraq) digər Tərəfin dövlətinin
suverenliyinə və milli təhlükəsizliyinə ziyan
vura bilərsə, əsas və motivlər göstərilməklə,
sorğunun icrasından imtina edilə bilər.
Maddə 8
Tərəflərin
dövlətlərinin milli qanunvericiliyinə əsasən və
qarşılıqlı razılaşmaya görə gömrük
xidmətləri zərurət olduqda, onların qanunsuz dövriyyəsinə
aidiyyəti olan şəxslərin aşkar edilməsi məqsədilə
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların nəzarət altında göndərilmə
metodundan istifadə edirlər.
Nəzarət
altında göndərilmə metodundan istifadəyə dair qərarlar
Tərəflər tərəfindən hər bir konkret halda
ayrıca olaraq qəbul edilir və lazım gəldikdə Tərəflərin
maliyyə razılaşmalarını nəzərə ala bilərlər.
Maddə 9
Əgər
Tərəflərdən biri digər Tərəfin vəzifəli
şəxsinin qaçaqmalçılıq və ya gömrük
qaydalarının pozulması faktı üzrə şahid və
ya ekspert qismində iştirakında maraqlıdırsa, onda o,
digər Tərəfə müvafiq sorğu ilə müraciət
etmək hüququna malikdir.
Bu cür
sorğunun təmin edilməsi bu Sazişin 4-cü, 5-ci, 6-cı
maddələri ilə tənzimlənir.
Tərəflərdən
birinin vəzifəli şəxsləri digər Tərəfin
dövlətinin ərazisində olduqları dövrdə öz
rəsmi səlahiyyətlərini təsdiq edən sənədə
malik olmalıdırlar.
Maddə 10
Bu
Sazişin həyata keçirilməsi, təfsiri və dəyişdirilməsi
ilə bağlı bütün mübahisəli məsələlər
Tərəflər arasında məsləhətləşmələr
və danışıqlar yolu ilə həll ediləcəkdir.
Hər
iki Tərəfin qarşılıqlı razılaşmasına
əsasən bu Sazişə bu Sazişin ayrılmaz hissəsi
olan protokollar şəklində tərtib olunacaq dəyişikliklər
və əlavələr edilə bilər.
Tərəflər
arasında yazışmalar rus dilində aparılacaqdır.
Maddə 11
Tərəflər,
mütəxəssislərin səfərləri ilə bağlı
xərclər istisna olmaqla, bu Sazişin yerinə yetirilməsi
ilə bağlı xərclərin ödənilməsinə
dair iddialardan imtina edirlər.
Maddə 12 Bu
Sazişin müddəaları Tərəflərin dövlətləri
tərəfindən digər beynəlxalq müqavilələrə
uyğun olaraq qəbul edilmiş öhdəliklərə aid deyil.
Maddə 13
Bu
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan
Respublikası Maliyyə Nazirliyi arasında qaçaqmalçılıq
və gömrük qaydalarının pozulması ilə mübarizədə
əməkdaşlıq haqqında 1993-cü il 24 fevral tarixli
Sazişin qüvvəsinə xitam verilir.
Maddə 14
Bu
Saziş beş il müddətinə bağlanır və Tərəflərin
bir-birini zəruri dövlətdaxili prosedurların yerinə
yetirilməsi barədə diplomatik kanallarla son yazılı
bildirişin göndərildiyi tarixdən qüvvəyə
minir. Sazişin qüvvəsi növbəti beşillik müddətə
avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri
digər Tərəfə onun qüvvəsinə xitam verilməsi
niyyəti barədə yazılı birdiriş göndərdiyi
tarixdən altı ay keçənədək qüvvədə
qalacaqdır. Bakı
şəhərində 7 aprel 2000-ci il tarixdə iki əsl nüsxədə
Azərbaycan, qazax və rus dillərində bağlanmışdır,
mətnlər eyni qüvvəyə malikdir.
Bu
Sazişin müddəalarının təfsiri zamanı fikir
ayrılığı yaranarsa rus dilində olan mətndən
istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından
(imza) | |
Qazaxıstan Respublikas
Dövlət Gəlirləri Nazirliyi adından
(imza) |
©
VneshExpertService
|
|
|
|
|
|
|