| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
«İxrac nəzarəti
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı «İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, üç ay müddətində: 1.1.
qüvvədə olan qanunvericilik aktlarının «İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin; 1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin; 1.3.
həmin Qanunun 6.1-ci maddəsinə müvafiq olaraq, ixrac nəzarətinə
düşən malların nomenklaturuna uyğun kodlar üzrə,
habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin siyahısını müəyyənləşdirib
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.4.
həmin Qanunun 7.2.3-cü maddəsinə uyğun olaraq, ixrac nəzarətinə
düşən malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə
ixrac rejimlərini müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin; 1.5.
həmin Qanunun 7.3-cü maddəsində nəzərdə
tutulmuş ixrac nəzarətinin aparılması qaydalarını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin; 1.6.
həmin Qanunun 9.1-ci, 10-cu (birinci halda), 11-ci (ikinci halda) və
12.1-ci maddələrində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini
həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.7.
həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazənin verilməsi qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin; 1.8.
həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, ixrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xarici iqtisadi əlaqələrin
həyata keçirilməsinə xüsusi icazə verilməsindən
əvvəl və sonra yoxlamaların aparılması qaydasını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin; 1.9.
həmin Qanunun 11-ci maddəsinə uyğun olaraq, ikili təyinatlı
mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin
nəticələrindən) sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarətin həyata
keçirilməsi qaydasını müəyyən etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin; 1.10.
İxrac nəzarəti haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin; 1.11.
İxrac nəzarəti üzrə Komissiyanın və İdarələrarası
ekspertlər qrupunun yaradılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.12.
öz səlahiyyətləri daxilində «İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikası
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki: 2.1.
«İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikası
Qanununun 5.0.5-ci maddəsində və 8.2-ci maddəsində
(ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracına qadağa qoyulmuş dövlətlərin, habelə
onlara ixracı qadağan edilən ixrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) siyahısının müəyyən
edilməsinə aid hissəsində) nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2.
«İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikası
Qanununun 6.1-ci maddəsində və 8.2-ci maddəsində
(ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracına qadağa qoyulmuş son istifadəçilərin,
habelə onlara ixracı qadağan edilən ixrac nəzarətinə
düşən malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) siyahısının
müəyyən edilməsinə aid hissəsində) nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;2.3.
«İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikası
Qanununun 7.3-cü maddəsində, 9.2-ci maddəsində, 10-cu
maddəsində (ikinci halda) və 11-ci maddəsində (birinci
halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Azərbaycan
Respublikasının Prezidenti İlham ƏLİYEV.
Bakı şəhəri,
29 dekabr 2004-cü il.
№ 167.
«Azərbaycan»
qəzetində dərc edilmişdir (5 yanvar 2005-ci il, № 2)
(«VES Consultancy» LLC).
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(31 dekabr 2004-cü il, № 12, maddə 1013) («VES
Consultancy» LLC).
© VES
Consultancy LLC
|
|
|
|
|
|
|