Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə
ixtisas attestatının verilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
Əmr ¹ 65
11 noyabr 1998-ci il
Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 9-cu maddəsinə əsasən, əmr edirəm:
1. «Gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları» təsdiq
edilsin (əlavə olunur).
2. «Gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları» normativ-hüquqi
akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Bu Qaydalar Ədliyyə Nazirliyində
qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Qaydaların Komitənin
bütün idarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitə sədrinin səlahiyyətlərini icra edən
K.HEYDƏROV.
02 dekabr 2000-ci il tarixli 86 saylı Əmrə əsasən
dəyişikliklərlə («AzerSoft»)
|
Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat
¹ 134
24
oktyabr 1998-ci il
|
«Təsdiq
edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr
¹ 065
11
noyabr 1998-ci il
|
Gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssislərə
ixtisas attestatının verilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Hazırki əsasnamə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi
fəaliyyət göstərilməsi üçün ixtisas attestatının verilməsi qaydalarını
müəyyən edir.
Bu qaydalarda
gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis (bundan sonra — mütəxəssis)
dedikdə, Dövlət Gömrük Komitəsinin ixtisas attestatına (bundan
sonra — attestat) malik olan fiziki şəxs başa düşülür.
Mütəxəssis
fəaliyyətini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Nazirlər
Kabinetinin “Gömrük brokeri haqqında Əsasnamə”nin və “Azərbaycan
Respublikasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya)
verilməsi qaydaları”nın təsdiq edilməsi haqqında 01.05.98-ci il
tarixli 101 saylı qərarına, digər qanunvericilik aktlarına və
hazırki Qaydalara əsasən həyata keçirir.
1.2.
Bu qaydalara əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
tərəfindən Azərbaycan Respublikasının fiziki şəxsinə gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis kimi fəaliyyət göstərməsinə hüquq verən attestat
rəsmi sənəd hesab olunur.
1.3.
Mütəxəssis gömrük brokerinin ştatında olmalı və onun adından gömrük
rəsmiləşdirilməsi üzrə hərəkətləri yalnız ona verilmiş hüquqlar
həcmində həyata keçirə bilər.
1.4.
Gömrük brokeri və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis arasında
münasibət əmək qanunvericiliyi tələblərinə əsasən təşkil edilir.
2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə olan tələblər
2.1.
Mütəxəssis olmaq üçün fiziki şəxs Azərbaycan Respublikasının vətəndaşı
olmalı, eyni zamanda təhsil səviyyəsinə malik olmaqla gömrük rəsmiləşdirilməsi
üzrə ixtisas attestatını almaq üçün Dövlət Gömrük Komitəsinə müraciət
olunmalıdır.
Gömrük,
vergi və digər qanunvericiliyin tələblərini pozmuş şəxs mütəxəssis
kimi fəaliyyət göstərə bilməz.
2.2.
Gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əməliyyatların və gömrük
işi üzrə digər funksiyaların gömrük brokeri adından həyata keçirilməsi
üçün mütəxəssis aşağıdakı sahələr üzrə biliyə malik olmalıdır:
- gömrük qanunvericiliyi
və gömrük işi — gömrük rejimləri, mal və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə qaydaları
və şərtləri, gömrük ödənişlərin növləri, gömrük rəsmiləşdirilməsinin
əsas və ilkin əməliyyatlarının həyata keçirilməsi qaydaları,
gömrük məqsədləri üçün xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasına
(XİF MN) uyğun malların təsnifatı və bəyan edilməsi, malların
gömrük dəyərinin və mənşə ölkəsinin müəyyən edilməsi qaydaları,
gömrük orqanları tərəfindən gömrük və valyuta nəzarətinin həyata
keçirilməsi qaydaları, gömrük statistikası, gömrük işi sahəsində
qanunvericiliyin pozulmasına görə məsuliyyət dərəcələri, gömrük
xidmətinin təşkili, gömrük orqanlarının vəzifəli şəxslərinin
statusu, hüququ və vəzifələri;
- xarici iqtisadi fəaliyyət
və onun dövlət tənzimlənməsi — xarici iqtisadi sövdələşmələrin
bağlanması və icra edilməsi, qiymətlər, xarici ticarətdə sığorta
və nəqliyyat şərtləri, qadağa və məhdudiyyətlər o, cümlədən
lisenziyalaşdırma və sertifikatlaşdırma;
- iqtisadiyyat, vergi,
maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank
işi;
- mülki hüquq, beynəlxalq
və dövlət hüququ, cinayət hüququ;
- mütəxəssisin fəaliyyəti
üçün zəruri olan informasiyanın avtomatlaşdırılmış işlənmə vasitələrindən
istifadə edilməsi qaydaları.
2.3.
Mütəxəssis attestatı almaq üçün namizəd, ali və ya orta ixtisas
təhsilinə malik olmaqla, Dövlət Gömrük Komitəsi tərəfindən təşkil
olunan xüsusi hazırlıq kurslarından və müsabiqədən keçməlidir.
Xüsusi
hazırlıq kursları Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzində,
müsabiqə isə Dövlət Gömrük Komitəsində yaradılan komissiya tərəfindən
keçirilir.
Namizəd
2.2 maddədə qeyd olunan sahələr üzrə biliyə və təcrübəyə malik
olduqda xüsusi hazırlıq kurslarını keçmədən müsabiqə edilə bilər.
3. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatı
və onun fəaliyyət müddəti
3.1.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin attestatı, həmin attestat
(attestatın forması əlavə olunur, əlavə ¹ 1) sahibinin müəyyən
olunmuş müddət ərzində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
kimi fəaliyyət göstərə bilməsini təsdiq edən sənəddir. İxtisas
attestatının digər şəxsə verilməsinə icazə verilmir. Attestatdan
Azərbaycan Respublikasının bütün ərazisində gömrük rəsmiləşdirilməsi
üçün istifadə edilə bilər.
Attestat
blankı ciddi hesabat sənədidir və onun qeydiyyat seriyası, nömrəsi
vardır.
3.2.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatının
fəaliyyət müddəti 3 il müəyyən olunur.
Gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatının qüvvədə
olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş
qaydada həyata keçirilir.
3.3.
Müddəti bitmiş attestat etibarsız hesab edilir.
3.4.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatının
verilməsi və həmçinin ixtisas attestatının fəaliyyətinin bərpa
edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilən miqdarda bac alınır.
4. İxtisas attestatının verilməsi
4.1.
Gömrük brokeri və yaxud gömrük brokeri kimi fəaliyyət göstərmək
hüququ verən lisenziyanın alınmasına hazırlaşan hüquqi şəxs, ştatında
olan əməkdaşa gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis attestatının
verilməsi üçün Dövlət Gömrük Komitəsinə yazılı müraciət edir.
4.2.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatının
verilməsi üçün Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədlər təqdim
edilməlidir:
- hüquqi şəxsin vəsatəti;
- gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün hüquqi şəxsin
ştatında olan əməkdaşın ərizəsi;
- həmin əməkdaşın pasport
məlumatları;
- hüquqi şəxs və onun
ştatında olan əməkdaş arasında bağlanmış əmək müqaviləsi və
işə qəbul barədə əmrin surəti;
- əməkdaşın müvafiq
təhsilə malik olması haqqında sənədin təsdiq olunmuş surəti;
- gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssisə ixtisas attestatının verilməsinə görə müəyyən
edilmiş miqdarda yığımın ödənilməsi haqqında sənəd;
- xüsusi kursun keçirilməsi
və başa çatmasını təsdiq edən şəhadətnamənin surəti.
4.3.
Təqdim olunmuş sənədlərə Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən
olunmuş qaydada baxılır və mütəxəssis attestatı almaq üçün namizədin
bu Qaydaların 2.2 bəndində qeyd olunan sahələr üzrə biliyə malik
olub-olmaması müvafiq komissiya tərəfindən müsabiqə yolu ilə müəyyən
edilir.
Müsabiqənin
nəticələri müvafiq qaydada tərtib edilmiş sənəddə öz əksini tapır.
4.4.
Hüquqi şəxs, mütəxəssis attestatı almaq üçün namizədin Qaydaların
2.2 bəndində göstərilən sahələr üzrə biliyə tam malik olmadığı
halda onun Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilən xüsusi
hazırlıq kurslardan keçməsi üçün müraciət edə bilər.
4.5.
Dövlət Gömrük Komitəsinə təqdim olunmuş sənədlər dolğun olduqda
və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə edilən müsabiqənin
nəticələri qənaətbəxş olduqda attestat verilir.
4.6.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatı yalnız
Dövlət Gömrük Komitəsi tərəfindən verilir.
4.7.
Dövlət Gömrük Komitəsinə təqdim olunmuş sənədlərdə çatışmamazlıqlar
aşkar edildikdə, ixtisas attestatının verilməsindən imtina edilir
və bu barədə ərizəçiyə məlumat verilir. Çatışmamazlıqlar aradan
qaldırıldıqdan və sənədlər təkrarən təqdim edildikdən sonra onlara
yenidən baxılır və müvafiq qərar qəbul edilir.
4.8.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə verilmiş ixtisas attestatı
ləğv edilə bilər, geri alına bilər, etibarsız sayıla bilər, onun
fəaliyyəti dayandırıla bilər və mütəxəssis məhkəmənin qərarı ilə
ixtisas attestatından məhrum edilə bilər.
4.9.
İxtisas almaq üçün təkrar müraciətlərə, onun ləğv edildiyi, geri
alındığı və ya ixtisas attestatının etibarsızlığı təsdiq edildiyi
tarixdən altı ay sonra bunun üçün əsas olan səbəblərin aradan
qaldırılması şərtilə və ya məhkəmənin müəyyən etdiyi müddət bitdikdən
sonra baxıla bilər.
5. İxtisas attestatı
5.1.
Attestatın əsli bir nüsxədən ibarət olaraq sahibinə verilir,
attestatın verilməsini təsdiq edən sənədlər isə Dövlət Gömrük
Komitəsində qalır. Əgər attestat yararsız hala düşərsə və ya itirilərsə,
gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis attestatın dublikatını
almaq hüququna malikdir.
5.2.
Attestatda aşağıdakılar göstərilir:
- Dövlət Gömrük Komitəsinin
adı;
- attestat verilən fiziki
şəxsin adı, familiyası, atasının adı, yaşadığı ünvan;
- həyata keçirilməsinə
attestat verilən fəaliyyət növü;
- attestatın qüvvədə
olma müddəti;
- attestatın qeydiyyat
nömrəsi və verilmə tarixi.
5.3.
Attestat Dövlət Gömrük Komitəsinin sədri və yaxud onu əvəz edən
şəxs tərəfindən imzalanır, imza DGK-nin gerbli möhürü ilə təsdiq
edilir.
6. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin vəzifələri
6.1.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin vəzifələrinə aşağıdakılar
daxildir:
a)
təmsil etdiyi şəxsdən gömrük məqsədləri üçün alınmış sənədlərin
doğruluğunun, həmçinin təmsil etdiyi şəxsin mal və nəqliyyat
vasitələrinə səlahiyyətli olmasının yoxlanılması;
b)
gömrük məqsədləri üçün zəruri olan sənədlərin tərtibi, bu məqsədlər
üçün müəyyən olunmuş qaydada və müddətdə mal və nəqliyyat vasitələri,
onların gömrük rejimləri haqqında dəqiq məlumatların verilməsi;
v)
ödənilməli olan gömrük ödənişlərinin düzgün hesablanması, (malın
kodunun XİF MN uyğun müəyyən edilməsi, mənşə ölkəsi, malın gömrük
dəyərinin və miqdarının müəyyən edilməsi, yığılması gömrük orqanlarına
həvalə edilmiş gömrük rüsumlarının, əlavə dəyər vergisinin,
aksizin və digər vergilərinin dərəcələrinin bəyan edilən mallara
uyğunluğu, seçilmiş gömrük rejimindən asılı olaraq gömrük ödənclərinin
yığılma qaydalarının tətbiqi);
q)
gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan
sənədlərin və məlumatların vaxtlı-vaxtında gömrük orqanına təqdim
edilməsi;
ğ)
gömrük orqanının tələbinə əsasən malların və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi zamanı iştirak etməsi və gömrük orqanlarının
vəzifəli şəxslərinə köməklik göstərməsi;
d)
ştatında olduğu gömrük brokeri tərəfindən bəyan edilən mal və
nəqliyyat vasitələrinin uçotunun aparılması;
e)
gömrük orqanının tələbinə əsasən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi üçün təqdim edilməsi;
ə)
bəyan edilən mal və nəqliyyat vasitələrinə baytarlıq, fitosanitar,
ekoloji və dövlət nəzarətinin digər növlərinin həyata keçirilməsinin
təmin edilməsi;
z)
təmsil etdiyi şəxsdən alınmış məlumatları yalnız gömrük məqsədləri
üçün istifadə etməsi, həmin məlumatların Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada qorunması və müdafiə
edilməsi;
j)
təmsil etdiyi şəxsə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin
tələblərinin izah edilməsi;
l)
seçilmiş gömrük rejiminə uyğun gömrük rəsmiləşdirilməsi tam
başa çatmayana qədər mal və nəqliyyat vasitələrinin təmsil etdiyi
şəxsin sərəncamına verilməməsi şərtlərinə və məhdudiyyətlərə
riayət etməsi.
m)
eyniləşdirilmə vasitələrinin dəyişdirilməsi, zədələnməsi, məhv
edilməsi, itirilməsi aşkar olunduqda, eləcə də mallar nəqliyyat,
kommersiya və digər sənədlərdə göstərilən mallar haqqında məlumatlara
uyğun gəlmədikdə, həmçinin buna bənzər digər səbəblər müəyyən
olunduqda dərhal gömrük orqanlarının məlumatlandırılması.
6.2.
Gömrük brokeri mütəxəssisə gömrük işinə aid qanunvericilik aktlarında
nəzərdə tutulmuş vəzifələrdən savayı əlavə vəzifələr müəyyən edə
bilməz.
7. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin hüquqları
7.1.
Mütəxəssis fəaliyyətini həyata keçirərkən aşağıdakı hüquqlara
malikdir:
a)
gömrük orqanlarının dəvəti ilə gömrük rəsmiləşdirilməsində gömrük
orqanları tərəfindən prob və nümunələrin götürülməsi zamanı
iştirak etmək və götürülmüş prob və nümunələrin ekspertizasının
nəticələri ilə tanış olmaq;
b)
gömrük orqanlarının icazəsi ilə mal və nəqliyyat vasitələrini
müayinə etmək, ölçmək və miqdarı müəyyən etmək, ekspertizanın
aparılması üçün mallardan prob və nümunələr götürmək;
v)
Azərbaycan Respublikasının gömrük işinə aid qanunvericilik aktlarında
nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların
həyata keçirilməsi üçün gömrük orqanlarının icazəsi ilə gömrük
nəzarət zonasına daxil olmaq;
q)
Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş qaydada gömrük
orqanlarından məlumatlar və məsləhətlər almaq;
d)
müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanlarının
və onların vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyindən
əsaslanmış şikayət etmək.
İlkin əməliyyatlar
zamanı:
a)
mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük
ərazisindən çıxarılması niyyəti haqqında gömrük orqanlarının
məlumatlandırılması;
b)
ilkin əməliyyatların həyata keçirilməsi zamanı gömrük məqsədləri
üçün zəruri olan sənədlərin hazırlanması;
v)
mal və nəqliyyat vasitələrini müvəqqəti saxlanc anbarına yerləşdirilməsi.
8. İxtisas attestatının ləğv edilməsi
8.1.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatının
verilməsi üçün əsas götürülmüş məlumatın yanlış olduğu və ya müəyyən
edilmiş qaydalara riayət olunmadan verildiyi aşkara çıxarsa, Dövlət
Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən ixtisas attestatı ləğv edilir.
8.2.
İxtisas attestatının ləğv edilməsinə əsas hesab edilə bilən faktlar
gömrük orqanı tərəfindən müəyyən olunduqda, həmin faktlar rəsmi
surətdə Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.
8.3.
Attestatın ləğv edilməsi haqqında qərar Dövlət Gömrük Komitəsi
sədrinin və ya onu əvəz edən şəxsin yazılı sərəncamı ilə rəsmiləşdirilir.
Ləğv etməyə dair qərar, ixtisas attestatının verildiyi tarildiyi
tarixdən qüvvədədir.
8.4.
Dövlət Gömrük Komitəsi ləğv etmə qərarı barəsində mütəxəssisi
və ştatında həmin mütəxəssis olan gömrük brokerini yazılı surətdə
məlumatlandırır.
8.5.
Ləğv olunmuş attestat, bu barədə qərar qəbul olunduğu tarixdən
10 gün ərzində mütləq qaydada mütəxəssis və ya ştatında həmin
mütəxəssis olan gömrük brokeri tərəfindən Dövlət Gömrük Komitəsinə
qaytarılmalıdır.
9. İxtisas attestatının geri alınması
9.1.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatı aşağıdakı
hallarda geri alınır:
a)
mütəxəssis Azərbaycan Respublikası gömrük orqanları qarşısında
öz vəzifələrini dəfələrlə yerinə yetirmədikdə;
b)
sənədləri saxtalaşdırmaqda, oğurluq etməkdə, rüşvət almaqda,
həmçinin dəfələrlə Gömrük Məcəlləsində nəzərdə tutulan hüquqpozmalar
törətməkdə təqsirli olduğu təsdiq edildikdə;
v)
kommersiya sirri olan və ya gizli məlumatlardan qanunsuz yolla
istifadə edərək təmsil etdiyi şəxsə zərər vurduqda;
q)
Azərbaycan Respublikası gömrük orqanlarının tələblərinə riayət
etmədikdə və ya onları yerinə yetirmədikdə;
ğ)
Azərbaycan Respublikasının vergi və ya digər qanunvericiliyini
pozduqda.
9.2.
Attestatın geri alınması haqqında qərar Dövlət Gömrük Komitəsi
sədrinin və ya onu əvəz edən şəxsin yazılı sərəncamı ilə rəsmiləşdirilir.
Geri alınma bu barədə qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.
9.3.
Dövlət Gömrük Komitəsi geri alınma qərarı barəsində mütəxəssisi
və ştatında həmin mütəxəssis olan gömrük brokerini yazılı surətdə
məlumatlandırır.
9.4.
Geri alınmış attestat bu barədə qərar qəbul olunduğu tarixdən
10 gün müddətində mütləq qaydada mütəxəssis və ya ştatında həmin
mütəxəssis olan gömrük brokeri tərəfindən Dövlət Gömrük Komitəsinə
qaytarılmalıdır.
10. İxtisas attestatının etibarsız hesab edilməsi
10.1.
Gömrük brokerinin müflisləşməsi faktı məhkəmə qaydasında təsdiq
edildikdə onun ştatında olan mütəxəssisin ixtisas attestatı etibarsız
hesab edilir.
10.2.
Attestatın etibarsızlığının təsdiq edilməsi Dövlət Gömrük Komitəsi
sədrinin və ya onu əvəz edən şəxsin sərəncamı ilə rəsmiləşdirilir.
10.3.
Dövlət Gömrük Komitəsi ixtisas attestatının etibarsızlığı təsdiq
edilməsi barədə mütəxəssisi yazılı surətdə məlumatlandırır.
11. İxtisas attestatının fəaliyyətinin dayandırılması (bərpa
edilməsi)
11.1.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin öz vəzifələrini vicdanla
yerinə yetirməməsi barədə kifayət qədər əsaslar olduqda, Dövlət
Gömrük Komitəsi ixtisas attestatının fəaliyyətini iki ay müddətinə
qədər dayandıra bilər.
11.2.
Mütəxəssisin fəaliyyətində ixtisas attestatının fəaliyyətinin
dayandırılmasına əsas hesab edilə bilən faktlar gömrük orqanı
tərəfindən müəyyən olunduqda həmin faktlar rəsmi surətdə Dövlət
Gömrük Komitəsinə təqdim olunmalıdır.
11.3.
İxtisas attestatının fəaliyyətinin dayandırılması (bərpa edilməsi)
Dövlət Gömrük Komitəsinin sədri və ya onu əvəz edən şəxsin sərəncamı
ilə rəsmiləşdirilir.
11.4.
Dövlət Gömrük Komitəsi ixtisas attestatının fəaliyyətinin dayandırılması
(bərpa edilməsi) barədə mütəxəssisi və ştatında həmin mütəxəssis
olan gömrük brokerini yazılı surətdə məlumatlandırır.
12. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin
məsuliyyəti
12.1.
Gömrük qanunvericiliyinin və bu qaydaların tələblərinin pozulmasına
görə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis mövcud qanunvericiliyə
uyğun məsuliyyət daşıyır.
12.2.
Dövlət Gömrük Komitəsindən ixtisas attestatını almış mütəxəssis
gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokeri
adından yerinə yetirdikdə, o, bu iş üçün gömrük brokeri tərəfindən
vəkil edilmiş hesab olunur və gömrük brokerinin bunun əksini sübut
etdiyi hallar istisna edilir.
Əlavə
¹ 1
Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
Gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatı
|
Dövlət
Gömrük Komitəsinin ______________ saylı ___________________________
tarixli qərarına (əmrinə) əsasən____________________________________________
___________________________________________________________________________
(fiziki
şəxsin adı, familiyası, atasının adı, yaşadığı ünvan)
199____________
təvəllüdlü pasport seriyası ______________ nöm. ______________
gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
kimi fəaliyyət göstərilməsi hüququ verilir.
Attestatın
qüvvədə olma müddəti _________________ tarixdən _________________
tarixə qədər.
|
Dövlət Gömrük Komitəsinin
sədri ____________________________
M.Y.
qeydiyyat nömrəsi və
verilmə tarixi.
Qeyd:
İxtisas attestatının nömrəsi dörd rəqəmdən ibarətdir.
© AzerSoft