Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Müvəqqəti saxlanc (müvəqqəti saxlanc
anbarları) haqqında» Əsasnamənin təsdiq edilməsi haqqında
Əmr ¹ 66
11 noyabr 1998-ci il
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin 9-cu maddəsinə əsasən 23-cü fəslinin müddəalarının
həyata keçirilməsi məqsədilə əmr edirəm:
1. «Müvəqqəti saxlanc (müvəqqəti
saxlanc anbarları) haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. «Müvəqqəti saxlanc (müvəqqəti
saxlanc anbarları) haqqında» Əsasnamə normativ-hüquqi akt kimi
qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Bu Əsasnamə Ədliyyə Nazirliyi
tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra «Müvəqqəti saxlanc
(müvəqqəti saxlanc anbarları) haqqında» Əsasnamənin gömrük orqanlarına
göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitə sədrinin səlahiyyətlərini icra edən
K.HEYDƏROV.
|
Azərbaycan
Respublikasının
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
Qeydiyyat
¹-si 136
24 noyabr 1998-ci il
Nazir
S.Həsənova
|
«Təsdiq
edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr
¹ 66
11 noyabr 1998-ci il
Komitənin
sədri
K.Heydərov
|
Müvəqqəti saxlanc (müvəqqəti
saxlanc anbarları) haqqında Əsasnamə
1. Ümumi müddəalar:
Bu Əsasnamə
Gömrük Məcəlləsinin 23-cü fəslinin və «Azərbaycan Respublikasında
gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə
xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel
1998-ci il tarixli, 73 saylı Qərarının müddəalarına uyğun olaraq
işlənib hazırlanmışdır.
1.1.
Mallar və nəqliyyat vasitələri gömrük orqanlarına təqdim olunduğu
andan və onların buraxılışına qədər, ya da seçilmiş gömrük rejiminə
uyğun olaraq şəxsə verilənədək müvəqqəti saxlancda gömrük nəzarəti
altında olurlar.
1.2.
Mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim olunduğu
andan müvafiq status alırlar.
Azərbaycan
Respublikasına gətirildiyi zaman təqdim etmə daşıyıcı, ya onun
səlahiyyətli şəxsi tərəfindən mallar və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük ərazisinə, ya da təyinat yerinə
çatması haqqında gömrük orqanına xəbər verilməsindən ibarətdir.
Azərbaycan
Respublikası ərazisindən mallar və nəqliyyat vasitələri aparıldığı
zaman təqdim etmə, malları və nəqliyyat vasitələrini aparan şəxs
tərəfindən gömrük rəsmiləşdirilməsinin keçirilməsi üçün mal və
nəqliyyat vasitələrini müəyyən olunmuş gömrük rəsmiləşdirilməsi
yerlərinə gətirilməsi haqqında gömrük orqanına məlumatın verilməsindən
ibarətdir.
1.3.
Azərbaycan Respublikasının gömrük ərazisində mallar və nəqliyyat
vasitələrinin aparılacağı və çatdırılacağı yer yalnız müvəqqəti
saxlanc anbarı ola bilər.
Malların
digər yerlərə daşınması (avtomobil və digər nəqliyyat vasitələri
ilə) yalnız malları keçirən şəxsin fəaliyyət bölgəsində olan gömrükxananın
və ya malın xarakterindən (məsələn, valyuta və valyuta sərvətləri,
silah və s.) asılı olaraq həmin ərazidə onların rəsmiləşdirilməsinin
aparılması məqsədə uyğundursa, yuxarı gömrük orqanının razılığı
əsasında, digər hallarda isə gömrük işi haqqında qanunvericiliyinin
tələblərinə uyğun surətdə həyata keçirilir.
1.4.
Müvəqqəti saxlanc anbarının sahibi tərəfindən qeydiyyata (uçota)
alınan və daimi gömrük nəzarəti altında olan mallar və nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi, onların gömrük orqanına
təqdim edildiyi andan etibarən üç saat müddətində başa çatarsa,
onda müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi mərhələsi kimi
tətbiq edilmir. Qeydiyyatın aparılmasını daşıyıcı mütləq təmin
etməlidir.
1.5.
Müvəqqəti saxlanc xüsusi olaraq ayrılmış və quraşdırılmış tikililərdə
və ya digər yerlərdə (müvəqqəti saxlanc anbarlarında) həyata keçirilir.
1.6.
Müvəqqəti saxlanc anbarları Gömrük Məcəlləsi və «Azərbaycan Respublikasında
müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq
(lisenziya) verilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 aprel 1998-ci il tarixli,
73 saylı Qərarının tələblərinə uyğun olaraq gömrük orqanlarının
icazə verdiyi müəyyən olunmuş yerlərdə təsis oluna bilər.
Beynəlxalq
əlaqələri, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
malların qəbulunu, yükləmə, boşaltma və verilməsi əməliyyatlarını
həyata keçirən hava, dəniz limanlarında, aerodromlarda, dəmiryolu
stansiyalarında, meydançalarında, habelə beynəlxalq avtomobil
əlaqələri olan Azərbaycan Respublikasının dövlət, ya da gömrük
sərhədi buraxılış məntəqələri ərazilərində müvəqqəti saxlanc anbarlarının
olması mütləq vacibdir.
1.7.
Müvəqqəti saxlanc anbarları, idarələr və təşkilatlar tərəfindən
aşağıdakı tələblərə müvafiq olaraq təsis oluna bilər:
- Azərbaycan Respublikası
ərazisində yerləşməsi;
- Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun yaradılması və hüquqi şəxs statusunun
olması;
- müvəqqəti saxlanc
anbarının təsisinə dair DGK tərəfindən verilmiş lisenziya əsasında.
2. Müvəqqəti saxlanc anbarlarının tipləri
2.1.
Müvəqqəti saxlanc anbarları açıq tipli, yəni bütün mallar üçün
və qapalı tipli, yəni saxlanması xüsusi şərait tələb edən nəqliyyat
vasitələri və mallar üçün nəzərdə tutulur.
2.2.
Qapalı tipli müvəqqəti saxlanc anbarları, yalnız açıq tipli saxlanc
anbarlarının təsisinin məqsədəuyğun olmamasına kifayət qədər əsas
olduqda təsis oluna bilər.
2.3.
Qapalı tipli anbarlar aşağıdakı məqsədlər üçün təsis oluna bilərlər:
- xüsusi mallar və nəqliyyat
vasitələrinin saxlanması üçün;
- mallar və nəqliyyat
vasitələrinin onları daşıyıcıları tərəfindən saxlanması üçün;
- digər hallarda isə
Dövlət Gömrük Komitəsinin icazəsilə bu Əsasnamənin 2.2 bəndinin
tələblərinin gözlənilməsi şərtilə təsis oluna bilər.
2.4.
Qapalı tipli anbarın təsisinə dair verilmiş lisenziyanın alınması
haqqında ərizdə müraciət edən şəxs bu tipli anbarın məqsəduyğunluğunu
əsaslandırmalı, ya da belə anbarda yerləşdiriləcək malların növü
və siyahısı müəyyən olunmalıdır.
2.5.
Azərbaycan Respublikası DGK qapalı tipli müvəqqəti saxlanc anbarının
quruluşuna və avadanlıq təchizatına, habelə belə anbarda malların
və nəqliyyat vasitələrinin yerləşdirilməsi, onların uçotunun aparılması
və hesabatın təqdimatı haqqında sadələşdirilmiş qaydalar müəyyən
etmək və ayrı-ayrı tələblər tətbiq etmək hüququna malikdir.
3. Müvəqqəti saxlanc anbarının quruluşu və təchizinə olan tələblər
3.1.
Müvəqqəti saxlanc anbarının quruluşu anbara gömrük nəzarətindən
kənar mallar və nəqliyyat vasitələrinin daxil olma və oradan çıxarılma
imkanını aradan qaldırmalı, anbarda yerləşən mal və nəqliyyat
vasitələrinin mühafizəsini (olduğu kimi qalmasını) təmin etməli
və anbara kənar şəxslərin daxil olmasına imkan verməməlidir.
3.2.
Anbarın ərazisi ona bitişik olan yük boşaltma meydançası nişanlanmalı,
habelə gömrük orqanlarının tələbinə görə hasara alınmalıdır. Əgər
müvəqqəti saxlanc anbarı binanın bir hissəsindədirsə, belə hallarda,
oraya gələn giriş yolu və yükboşaltma meydançası gömrük nəzarətində
olan mallar və nəqliyyat vasitələrinə kənar şəxslərin buraxılmasını
aradan qaldırmalıdır. Əgər tikili eyni zamanda müvəqqəti saxlancda
olan mallar və nəqliyyat vasitələrinin gömrük anbarı rejimi altında
olan malların saxlanması üçün istifadə olunarsa, belə halda tikilinin-malların
və nəqliyyat vasitələrinin müvəqqəti saxlancı kimi istifadə olunduğu
hissəsi təcrid oluna və gömrük orqanının tələbi ilə oraya ayrıca
giriş yolu ilə təchiz oluna bilər.
3.3.
Müvəqqəti saxlanc anbarına əlverişli giriş yolu olmalıdır.
3.4.
Gömrük orqanı müvəqqəti saxlanc anbarının yerləşdiyi yerə, onun
konstruksiyası və quruluşuna konkret tələblər qoymaq, onun iki
bağlayıcı qurğu (həmin qurğulardan biri gömrük orqanının sərəncamında
olmaq şərtilə) ilə təchizini və zəruri hallarda anbarda saxlanılan
mallar və nəqliyyat vasitələrinin avtomatlaşdırılmış sistem əsasında
uçotunu aparmaq hüququna malikdir.
3.5.
Müvəqqəti saxlanc anbarının sahibi onun normal fəaliyyəti üçün
anbarın maddi-texniki təchizini həyata keçirməli, o cümlədən aşağıdakılarla
təmin etməlidir:
- yükləmə-boşaltma və
nəqliyyat vasitələri;
- anbar avadanlığı;
- rabitə vasitəsi;
- digər texniki vasitələr;
- mebellə.
Gömrük
orqanlarının əməkdaşları üçün əvəzsiz olaraq gömrük orqanlarının
tələblərinə cavab verən, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini
həyata keçirmək üçün lazımi təchizatı olan yer (otaq), rabitə
vasitələri ayrılır.
3.6.
Anbarın tam təchizi, onun müəyyən olunmuş qaydada saxlanması,
mühafizəsi və buraxılış rejiminə təminat anbar sahibi tərəfindən
və onun vəsaiti hesabına aparılır.
3.7.
Əgər müvəqqəti saxlanc anbarının təsisçisi gömrük orqanıdırsa,
belə anbarın təsisi üçün lisenziya tələb olunmur.
3.8.
Müvəqqəti saxlanc anbarı gömrük idarələri, gömrükxanalar, ya da
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdimatı üzrə
təsis olunur.
3.9.
Gömrük orqanı tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarı
gömrük orqanının fəaliyyət bölgəsində yerləşən anbar üçün nəzərdə
tutulmuş tikilidir və həmin gömrük orqanının struktur bölməsi
hesab olunur.
3.10.
Anbar rəisi, onun müavinləri, habelə anbarda maddi-məsul vəzifələrdə
çalışan əməkdaşlar, gömrük orqanının vəzifəli şəxsləridir. Gömrük
orqanı tərəfindən anbarın fəaliyyətini təmin etmək üçün işə qəbul
olunmuş digər işçilər gömrük orqanının vəzifəli şəxsləri hesab
olunmurlur.
3.11.
Gömrük orqanları tərəfindən təsis olunan müvəqqəti saxlanc anbarları
— açıq tipli anbarlar hesab olunur.
3.12.
Gömrük orqanı tərəfindən təsis olunan müvəqqəti saxlanc anbarlarının
quruluşu və təchizat təminatı gömrük orqanı tərəfindən müəyyən
olunur. Bu Əsasnamənin 4 bölməsində göstərilən bütün tələblərin
gözlənilməsi belə anbarlar üçün məcburi deyildir.
3.13.
Gömrük orqanı tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları
mallar və nəqliyyat vasitələrinin, o cümlədən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməyənlərin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Belə malların və nəqliyyat vasitələrinin saxlanc müddətləri onların
yerləşdirmə məqsədinə uyğun olaraq müəyyən olunur.
3.14.
Əgər anbarın sahibi gömrük orqanıdırsa, onda gömrük ödənişlərinin
ödənilməsinə görə məsuliyyəti mallar və nəqliyyat vasitələrini
anbara yerləşdirən şəxs, bu şəxs olmadıqda isə mallar və nəqliyyat
vasitələrinin mülkiyyətçisi, ya da sahibi daşıyır.
3.15.
Sahibi gömrük orqanı olan müvəqqəti saxlanc anbarında mallar və
nəqliyyat vasitələrinin saxlanılmasına görə aşağıdakı məbləğdə
gömrük yığımları alınır:
- malların saxlanmasına
görə sutka ərzində hər kiloqram üçün — 0,04 EKYÜ-yə ekvivalent
olan məbləğ;
- nəqliyyat vasitələrinin
(dəniz, çay, ya da hava gəmisi, vaqon, avtomobil və s.) saxlanmasına
görə sutka ərzində hər vahid üçün 3 EKYÜ-yə ekvivalent məbləğ.
Natamam
sutkalar sutka kimi, çəkilər isə yuvarlaqlaşdırılmalıdır.
3.16.
Müvəqqəti saxlanc anbarının sahibi olan gömrük orqanı qəbul olunan
və saxlamada olan mallar və nəqliyyat vasitələrinin uçotunu aparır.
Uçot 3 saylı əlavədə göstərilən forma üzrə uçot kitabçasında maddi
sərvətlərin uçotu müəyyən olunmuş qaydada aparılır. Bu halda uçotun
gömrük sənədi istifadə olunmur.
3.17.
Gömrük orqanı fəaliyyət zonasında təsis olunan müvəqqəti saxlanc
anbarı üçün anbarın konstruksiyasından, anbarda saxlanılan malların
növlərindən onun buraxılış gücündən, nəqliyyat vasitəsinin növündən
və anbarın fəaliyyət göstərməsinə toxunan digər amillərdən asılı
olaraq anbardan istifadə reqlamenti müəyyən olunaraq təsdiq edilir.
Reqlamentdə
aşağıdakılar göstərilir:
- anbarda iş rejimi;
- bu anbarda malların
və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc müddətləri;
- anbarda mallar və
nəqliyyat vasitələrinin saxlanması üzrə gömrük yığımlarının
miqdarı;
- gömrük orqanının mallar
və nəqliyyat vasitələrinin çatması haqqında xəbər verilmə qaydaları
və konkret müddət formalarına tələbləri;
- anbarın fəaliyyət
göstərməsilə əlaqədar digər tələblər və şərtlər.
Müvəqqəti
saxlanc anbarından istifadə reqlamenti gömrük orqanının rəisi
tərəfindən təsdiq olunur və tanışlıq məqsədilə gömrük anbarına
göndərilir.
4. Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri
4.1.
Müvəqqəti saxlanc anbarının sahibi aşağıdakı vəzifələri həyata
keçirməlidir:
- anbarda saxlanan malların
və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar götürülməsinə
imkan verməmək;
- gömrük nəzarətinin
həyata keçirilməsini çətinləşdirməmək;
- bu əsasnamə üzrə müəyyən
olunmuş qaydada anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin
uçotunu aparmaq və gömrük orqanına hesabat təqdim etmək;
- saxlanılan mallar
və nəqliyyat vasitələrinin yanına üçüncü şəxsin daxil olmasına
yol verməmək;
- müvəqqəti saxlanc
anbarının təsisi üçün verilmiş lisenziya şərtlərinə əməl etməklə
gömrük orqanlarının tələblərini yerinə yetirmək. İstənilən vaxt
gömrük orqanlarının vəzifəli şəxslərinin tələblərinə görə onların
mallar və nəqliyyat vasitələrinin saxlanıldığı yerə buraxılmasını
təmin etmək;
- gömrük orqanının tələblərilə
anbarda olan mallar və nəqliyyat vasitələrinin nəqlini, çəkilməsini,
malların miqdarının təyinini, yüklənməsini, boşaldılmasını,
yenidən yüklənməsini, zədələrinin düzəldilməsini, qablaşdırmaq
vasitələrinin açılmasını, mallar və nəqliyyat vasitələrinin
çatdırılması və yenidən qablaşdırılmasını həyata keçirir. Gömrük
rəsmiləşdirilməsi aparılacaq və gömrük nəzarətində olan mallar
və nəqliyyat vasitələri yerləşdirilmiş tikili və digər yerlərin
açılmasını təmin edir. Göstərilən əməliyyatlar üçün çəkilən
xərclər gömrük orqanları tərəfindən deyil, anbar sahibinin vəsaiti
hesabına aparılır.
Lisenziyanın
ləğvi və geri alınması hallarında mallar və nəqliyyat vasitələrinin
saxlanmasını təmin edir və anbarın ləğvi ilə əlaqədar proseduraları
yerinə yetirir.
4.2.
Anbar sahibi vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə
qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyır.
5. Mallar və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarında
yerləşdirilməsi və saxlanması
5.1.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istənilən
mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarında yerləşdirilə
bilər.
İdxalı
və ya ixracı Azərbaycan Respublikasında qadağan olunmuş mallar
və nəqliyyat vasitələri yalnız sahibi gömrük orqanları olan müvəqqəti
saxlanc anbarlarında yerləşdirilə bilər.
Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməyən mallar və nəqliyyat
vasitələrinin müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsinə
icazə verilmir.
5.2.
Digər mallar və nəqliyyat vasitələrinə zərər vuracaq, ya da xüsusi
saxlama şəraiti tələb edən mallar və nəqliyyat vasitələri xüsusi
təchizata malik qapalı tipli müvəqqəti saxlanc anbarları olan
tikililərdə saxlanıla bilər.
5.3.
Mallar və nəqliyyat vasitələrinin gəldiyi barədə onlar gəldikdən
sonra 30 dəqiqədən gec olmayaraq, gömrük orqanının iş vaxtından
kənar gəldikdə isə iş vaxtı başlandıqdan sonra 30 dəqiqədən gec
olmayaraq gömrük orqanına xəbər verilir.
Xəbər
verilmə Gömrük Məcəlləsinə uyğun olaraq yazılı, şifahi, elektron
cihazlar vasitəsilə və digər formalarda həyata keçirilir.
Mallar
və nəqliyyat vasitələrinin gəldiyi barədə xəbər verildikdən sonra
və onlar müvəqqəti saxlanc anbarında yerləşdirilənə qədər mallar
və nəqliyyat vasitələrinin nəzarətsiz qoyulmasına, nəqliyyat vasitələrinin
dayanacaq yerinin dəyişilməsi, malların boşaldılması və yenidən
yüklənməsi, malların ilk dəfə yerləşdirildiyi yerin dəyişilməsi,
qabların açılması, malların qablaşdırılması, eyniləşdirmə vasitələrinin
dəyişilməsi, çıxarılması, ya da məhv edilməsi yalnız gömrük orqanının
icazəsi ilə həyata keçirilir.
5.4.
Mallar və nəqliyyat vasitələrinin daxil olması haqqında gömrük
orqanına xəbər verildikdən sonra sutka ərzində belə mallar və
nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir.
Əgər məlumat verilməmişsə, onda göstərilən müddət məlumat verilən
andan hesablanır.
Əgər
göstərilən sutka ərzində mallar və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi, onların müvəqqəti saxlanc anbarının sahibi
tərəfindən uçotunun aparılması şərti ilə tam başa çatmış olarsa,
bu halda müvəqqəti saxlanc anbarında faktiki yerləşdirilmə (anbar
sahibi) tərəfindən faktiki qəbul tələb olunmur.
5.5.
Mallar və nəqliyyat vasitələri ilə eyni zamanda, ya da gömrük
orqanının icazəsi ilə mallar və nəqliyyat vasitələrinin təqdim
olunmasından sonra, növbəti iş günündən gec olmayaraq gömrük orqanına
nəqliyyat, mal müşayiət və onların digər kommersiya sənədləri
(qaimələr, konasamentlər, spesifikasiyalar, hesab-faktura və s.)
təqdim olunur. O cümlədən bu sənədlər gömrük orqanının vəzifəli
şəxsinin bildiyi hər hansı xarici dildə də tərtib olunması tələb
olunur. Belə sənədlərin təqdim olunması üzrə məsuliyyət daşıyıcının
üzərinə düşür.
5.6.
bəndində göstərilən sənədlər müvəqqəti saxlanc anbarında yerləşdirilən
mallar və nəqliyyat vasitələrinin eyniləşdirməyə imkan verən aşağıdakı
məlumatları əks etdirməlidir:
- malları Azərbaycan
Respublikasından göndərən və alanın rekvizitləri;
- daşıyıcının adı;
- nəqliyyat vasitəsi
haqqında onu eyniləşdirməyə imkan verən kifayət qədər qısa məlumatı
(növü, adı, seriyası və s.);
- malın ümumiləşdirilmiş
adı və miqdarı.
5.7.
Əgər 5.5 bəndində göstərilənlər təqdim olunmazsa, ya da həmin
sənədlərdəki məlumatlar 5.6 bəndində göstərilənləri əks etdirməzsə,
bu və ya digər hallarda gömrük işi haqqında qanunvericiliyin gözlənilməsinə
təminat baxımından, gömrük orqanına daşıyıcı tərəfindən qısa bəyannamə
verilir.
5.8.
Qısa bəyannamədə aşağıdakı məlumatlar göstərilməlidir:
- göndərən ölkə və təyinat
ölkəsi;
- Azərbaycandan göndərənin,
ya da malları alanın adı və ünvanı;
- nəqliyyat vasitəsi
haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin
reys və bort nömrələri, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyat
vasitəsinin qeydiyyat nömrəsi və s. məlumatlar);
- nəqliyyat sənədlərinin
nömrələri;
- malların adı, yerlərin
sayı və tara ilə birlikdə—brutto çəkisi;
- eyniləşdirmə vasitələri
haqqında məlumat.
Qısa
bəyannamə forması 2 saylı əlavədə verilir. Gömrük rəsmiləşdirilməsini
sadələşdirmək məqsədi ilə gömrük orqanları bu forma əvəzinə müəyyən
olunmuş yük gömrük bəyannaməsini də tətbiq etmək hüququna malikdir.
5.9.
Malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarında
yerləşdirilməsi baytar, fitosanitar, ekoloji və dövlət nəzarətinin
digər növlərindən asılı olmayaraq həyata keçirilir.
5.10.
Müvəqqəti saxlanc anbarında yerləşdirilmiş mallarla gömrük orqanının
icazəsi ilə aşağıdakı əməliyyatlar aparıla bilər:
- müvəqqəti saxlanc
anbarının sahibi, mallara münasibətdə səlahiyyəti olan digər
şəxslər və onların nümayəndələri tərəfindən mallara baxış keçirilməsi
və ölçmə işlərinin aparılması;
- mallar barədə səlahiyyəti
olan şəxslər və onların nümayəndələri tərəfindən mallardan prob
və nümunələrin götürülməsi;
- qablaşdırma zədələrinin
bərpası da daxil olmaqla, həmin mallar dəyişməz halda qalmasının
təmin edilməsi üçün zəruri olan digər əməliyyatların aparılması;
- gömrük orqanının icazəsi
ilə anbar hüdudunda yerləşdirmə.
6. Müvəqqəti saxlanc anbarında mallar və nəqliyyat vasitələrinin
saxlanc müddətləri
6.1.
Bu Əsasnamənin 6.4., 6.5 və 6.7. bəndlərində göstərilənlər istisna
olmaqla, malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc
anbarlarında ümumi saxlanc müddəti iki ay təşkil edir.
6.2.
Konkret anbarda mal kateqoriyaları üzrə müvəqqəti saxlanc müddətləri
gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin verilməsi üçün
lazım olan vaxt malın və istifadə olunan nəqliyyat vasitəsinin
xarakteri, habelə müvəqqəti saxlanc anbarı sahibinin fikri nəzərə
alınaraq müəyyən edilir.
Canlı
heyvanlar, bitki, konservləşdirilməmiş qida məhsulları, digər
tez xarab olan mallar da daxil olmaqla, müvəqqəti saxlanc anbarlarında
üç gündən çox saxlana bilməz.
6.3.
Gömrük orqanı, daşıyıcı və anbar sahibinin razılığı olmadan konkret
malların saxlanılması üçün dövlət təhlükəsizliyi, insanların həyat
və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması,
Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və
arxeoloji sərvətlərinin, sahibkarlıq hüququnun mühafizəsi, idxal
olunan mallarla əlaqədar Azərbaycan istehlakçılarının mənafelərinin
müdafiəsi baxımından saxlanc müddəti müəyyən etmək hüququna malikdir.
Belə
müddətin müəyyən olunmasına dair qərarın qəbulu gömrük orqanının
rəisi, ya da müavinləri tərəfindən həyata keçirilir. Qəbul olunmuş
qərar haqqında yazılı surətdə anbar sahibi və daşıyıcıya məlumat
verilir.
6.4.
Azərbaycan Respublikasına idxalı, ya da Azərbaycan Respublikasından
ixracı qadağan olunmuş mallar və nəqliyyat vasitələrinin müvəqqəti
saxlanc anbarında son saxlanc müddəti üç gün təşkil edir.
6.5.
Gömrük qaydalarının pozulması işləri üzrə maddi sübut olan və
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 323-cü maddəsinə
uyğun olaraq gömrük orqanları tərəfindən müvəqqəti saxlanc anbarlarında
yerləşdirilən mallar və nəqliyyat vasitələrinin saxlanc müddəti,
həmin mal və nəqliyyat vasitələri götürülmüş şəxsə məlumat göndərildiyi
gündən hesablanmaqla 6 aydan artıq ola bilməz.
6.6.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 364 maddəsinə müvafiq
olaraq gömrük orqanları tərəfindən əsaslandırılmış şəkildə alınmış
və ya gömrük orqanlarına girov əşyası kimi verilmiş mal və nəqliyyat
vasitələrinin, həmçinin əsaslandırılmış şəkildə müsadirə olunmuş
əmlakın müvəqqəti saxlanc anbarında saxlanma müddəti Gömrük Məcəlləsinin
153-cü maddəsinə əsasən onların müvəqqəti saxlanc anbarına verildiyi
gündən etibarən iki ay müddətinə müəyyən edilir.
6.7.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 364 maddəsinə müvafiq
olaraq gömrük orqanları tərəfindən əsası olmadan alınmış və ya
girov əşyası kimi götürülmüş mal və nəqliyyat vasitələrinin, həmçinin
əsası olmadan müsadirə edilmiş əmlakın müvəqqəti saxlanc anbarında
saxlanc müddəti həmin mal və nəqliyyat vasitələrinin və əmlakın
sahibinə, həmçinin həmin anda orada iştirak etmiş şəxsə məlumat
verildiyi gündən etibarən altı aydan çox olmamalıdır.
6.8.
Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejiminə müvafiq
buraxıldıqda və ya sahibinin sərəncamına verildikdən sonra həmin
mal və nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarında üç sutkadan
çox saxlanıla bilməz.
7. Gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət
7.1.
Müvəqqəti saxlanc anbarında saxlanılan mallar və nəqliyyat vasitələrinə
görə gömrük ödənişlərinin ödənilməsi üçün anbarın sahibi məsuliyyət
daşıyır.
7.2.
Əgər anbar sahibinin malları və nəqliyyat vasitələrini anbarda
yerləşdirən şəxslə müqaviləsində gömrük ödənişlərinin ödənilməsinə
görə məsuliyyətin həmin şəxsə həvalə edilməsi nəzərdə tutulmuşsa,
onda anbar sahibi həmin şəxslə birgə gömrük ödənişlərinin ödənilməsinə
görə məsuliyyət daşıyır.
7.3.
Əsasnamənin 7.1 və 7.2 bəndləri mallar və nəqliyyat vasitələrinin
itirilməsi, onların gömrük orqanının icazəsi olmadan verilməsi
və digər hallar, mallara və nəqliyyat vasitələrinə səlahiyyəti
olan şəxslər tərəfindən gömrük rəsmiləşdirilməsi başa çatdıqdan
sonra faktiki onların şəxsə verilməsinə qədər tətbiq olunur.
7.4.
Müvəqqəti saxlanc anbarının sahibi və nəqliyyat vasitələrini anbarda
yerləşdirən şəxs, əgər mallar və nəqliyyat vasitələri qəza və
ya dəfedilməz qüvvənin təsiri ilə itirilərsə, ya da əskiklik təbii
aşınma və ya normal saxlama şəraitində baş verərsə, gömrük ödənişlərinin
ödənilməsindən azad olunurlar. Saxlama şəraitinin normal olmasının
sübuta yetirilməsi müvəqqəti saxlanc anbarının sahibinə həvalə
olunur.
8. Müvəqqəti saxlanc anbarında saxlancda olan mallar və nəqliyyat
vasitələrinin uçot və hesabatı
8.1.
Müvəqqəti saxlanc anbarında olan mallar və nəqliyyat vasitələri
məcburi uçota alınmalıdır.
8.2.
Saxlanca qəbul olunan və müvəqqəti saxlanc anbarında saxlanılan
malların və nəqliyyat vasitələrinin uçot forması anbar sahibinin
rəyi nəzərə alınmaqla DGK tərəfindən müəyyən olunur. Bu zaman
malların və nəqliyyat vasitələrinin uçot sisteminə aşağıdakı formalar
məcburi daxil olmalıdır:
- uçot kitabı;
- uçot üzrə gömrük sənədi.
8.3.
Mallar və nəqliyyat vasitələrinin uçot kitabı 3 saylı əlavəyə
uyğun olaraq müvəqqəti saxlanc anbarının sahibi tərəfindən aparılır.
Kitab əvvəlcədən qaytanlanmalı, səhifələnməli, gömrük orqanının
rəisi və ya da onu əvəz edən şəxs tərəfindən imzalanmaqla gömrük
möhürü ilə təminata alınmalıdır. Kitabda son qeydlər aparıldıqdan
sonra, yoxlanılması üçün gömrük orqanına verilir. Yoxlamadan sonra
uçot kitabı müvəqqəti saxlanc anbarının sahibinə qaytarılır və
onlar tərəfindən ən azı üç il müddətinə saxlanmalıdır. Yoxlamadan
sonra kitabda əlavə yazılışlar, ya da düzəlişlər edilməsinə yol
verilmir. Gömrük orqanının razılığı ilə 3 saylı əlavədə göstərilmiş
nümunə üzrə uçot kitabında bütün məlumatlar öz əksini tapmaq şərti
ilə anbar sahibi üçün zəruri olan əlavə məlumatlar göstərilə bilər.
- Mal və nəqliyyat vasitələrinin
uçot kitabı müvəqqəti saxlanc anbarında avtomatlaşdırılmış sistemlərin
istifadə olunmasından asılı olmayaraq aparılır.
- Mal və nəqliyyat vasitələrinin
uçot kitabı gömrük orqanının vəzifəli şəxsinin ilk tələbinə
görə təqdim olunur.
8.4.
Mal və nəqliyyat vasitələrinin uçotu üzrə gömrük sənədi gömrük
orqanları tərəfindən aparılır. Bu sənədlərə qısa bəyannamə, yük
gömrük bəyannaməsi, yük gömrük bəyannaməsi blankından istifadə
etməklə tərtib olunan sənədlər, gömrük orqanına mallar və nəqliyyat
vasitələrinin təqdim olunması zamanı verilən nəqliyyat və mal
müşayiət sənədləri aiddir. Bu sahəyə məsul olan gömrük orqanının
vəzifəli şəxsi sənədə sıra nömrəsi verir və 4 saylı əlavədə göstərilən
ştampla sənədə iki ştamp vurur.
Birinci
ştamp, daşıyıcının təhvil, anbar sahibinin isə mallar və nəqliyyat
vasitələrini saxlamaya qəbul etdiyini təsdiq edir.
İkinci
ştamp isə anbar sahibinin təhvil, alıcının isə mallar, ya da nəqliyyat
vasitələrinin qəbul etdiyini təsdiq edir.
Gömrük
orqanının vəzifəli şəxsi isə mallar və nəqliyyat vasitələrinin
təhvil, ya da qəbul olunduğunu, öz şəxsi saylı möhürünü vurmaq
yolu ilə təsdiq edir. Əgər mal müsadirə olunmuş və ya itirilmişsə,
xüsusi qeydlər də etməklə bu faktı göstərir.
Gömrük
uçot sənədləri mallar və nəqliyyat vasitələri alındıqdan sonra
verilmiş sıra nömrəsinə uyğun kitab şəklində yığılır və gömrük
orqanları tərəfindən üç il müddətinə saxlanılır.
8.5.
Gömrük orqanının bu sahəyə səlahiyyəti olan vəzifəli şəxsinin
yazılı tələbi üzrə anbar sahibi gömrük orqanı tərəfindən saxlanma
müddəti müəyyən dövr üçün təyin olunan və saxlanılan mallar və
nəqliyyat vasitələri haqqında hesabat verməlidir. Hesabat 5 saylı
əlavədə göstərilən forma üzrə tərtib olunur və tələb olunduğu
zaman yeddi gün müddətinə gömrük orqanına təqdim olunmalıdır.
8.6.
Əgər müvəqqəti saxlanc anbarında mallar və nəqliyyat vasitələrinin
avtomatlaşdırılmış sistemindən istifadə olunursa, anbar sahibi
gömrük orqanının vəzifəli şəxsinin bu sistemdən istifadə etməsini
təmin etməlidir.
8.7.
Gömrük orqanlarının anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin
inventarlaşdırılmasını aparmaq hüququ var.
9. Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini
anbara yerləşdirən şəxslər və gömrük orqanları ilə qarşılıqlı münasibətləri
9.1.
Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrinin
anbara yerləşdirən şəxslərlə münasibətləri müqavilə əsasında həyata
keçirilir. Müqavilə şərtləri bu Əsasnaməyə və Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmamalıdır.
9.2.
Gömrük orqanı konkret anbarın fəaliyyət dairəsində aid olan anbarın
konstruksiyası, anbarda saxlanılan mallar və nəqliyyat vasitələri,
onun buraxılış qabiliyyəti və digər faktorlar, habelə anbar sahibinin
fikri nəzərə alınmaqla müvəqqəti saxlanc anbarından istifadə prosedurasını
təsdiq edir.
9.3.
Bu prosedurada aşağıdakılar şərh olunur:
Gömrük
orqanının müvəqqəti saxlanc anbarının quruluşu və avadanlıqla
təchizinə, o cümlədən gömrük orqanı əməkdaşları üçün ayrılmış
tikiliyə-otağa olan tələbləri:
- anbarın iş rejimi;
- gömrük orqanı ilə
anbar sahibinin qarşılıqlı münasibətlər sxemi;
- saxlanca qəbul olunan
və anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin uçot
forması;
- anbarın fəaliyyəti
ilə əlaqədar digər tələblər və şərtlər.
Göstərilən
prosedura bu Əsasnaməyə və GM-nə zidd olmamalıdır.
9.4.
Gömrük orqanının anbar sahibinin ödəmə qabiliyyətinə əsaslandırılmış
şübhəsi olduqda, Gömrük Məcəlləsinin 120-cu maddəsinin tələblərinə
əsasən ondan anbarda yerləşdirilmiş malların maksimum dəyərinin
20%-dən az olmayan məbləğində bankın ödəniş təminatını tələb etmək
hüququ var. Şübhə olmayan halda isə belə təminatın tələbinə ehtiyac
olmur.
10. Müvəqqəti saxlanc anbarının ləğv edilməsi
10.1.
Anbarın ləğv edilməsi onun təsisi üçün verilmiş lisenziyanın ləğv
edilməsi və geri alınması hallarında, eləcə də anbar sahibinin
arzusu ilə lisenziyanın fəaliyyət müddətinin bitməsi ilə əlaqədar
və təkrar lisenziyanın verilməsi üçün müraciət olunmadıqda həyata
keçirilir.
10.2.
Anbarın ləğvi haqqında qərar onun sahibinin arzusuna görə, ya
da lisenziyanın fəaliyyət müddəti qurtardıqdan sonra Respublika
Dövlət Gömrük Komitəsi tərəfindən əmr şəklində rəsmiləşdirilir.
10.3.
Anbar ləğv olunan zaman anbar sahibi mallar və nəqliyyat vasitələrinin
saxlancına görə gömrük orqanları tərəfindən təsis olunmuş müvəqqəti
saxlanc anbarları üçün müəyyən olunmuş gömrük yığımları aşağıdakı
hallar nəzərə alınmaqla ödəyir:
- lisenziyanın ləğvi
zamanı müvəqqəti saxlanc anbarının təsisi üzrə lisenziyanın
verilmə tarixindən;
- gömrük qaydalarının
pozulması üzrə tənbeh tədbiri kimi lisenziyanın geri alınması
zamanı qərarın iş üzrə icra tarixindən.
10.4.
Anbarın ləğvi haqqında qərar qəbul edildiyi təqdirdə anbar sahibi
7 gün müddətində lisenziyanın ləğvi ilə əlaqədar anbarın ləğvi
hallarında isə lisenziyanın verilmə tarixindən anbarda saxlanılan
mallar və nəqliyyat vasitələri haqqında 5 saylı əlavədəki forma
üzrə gömrük orqanına tam hesabat verməlidir. Eyni zamanda, anbar
sahibi tərəfindən anbarın ləğv edilməsi haqqında mal və nəqliyyat
vasitələrini anbara yerləşdirən şəxslərə rəsmi məlumat verilir.
10.5.
Anbarın ləğvi zamanı malların və nəqliyyat vasitələrinin saxlanc
müddəti həmin anbarda bir aydan artıq ola bilməz. Anbarın ləğvi
haqqında qərar qəbul olunduğu gündən isə anbarda yeni mallar partiyasının,
habelə nəqliyyat vasitələrinin yerləşdirilməsinə yol verilmir.
11. Yekun müddəaları
11.1.
Müvəqqəti saxlanc anbarının təsisi üzrə lisenziya başqa şəxsə
verilməməlidir.
11.2.
Ərizədə göstərilən məlumatlarda, habelə ərizəyə əlavə olunmuş
sənədlərdəki istənilən dəyişiklik haqqında, anbar sahibi müvəqqəti
saxlanc anbarının təsisinə lisenziya vermiş DGK-ni 7 iş günü müddətində
yazılı şəkildə xəbərdar etməlidir.
11.3.
Lisenziya verilməsi haqqında anbar sahibinin ərizəsində və ya
ona əlavə edilmiş sənədlərdə göstərilən məlumatların dəyişdirilməsi
(anbarın tipi, tikilinin yerləşdiyi yer, onun quruluşu və təchizat
təminatı və s.) müvəqqəti saxlanc anbarının öz xahişi ilə ləğvi
ərizəsi kimi baxılır. Ləğv etmə qərarı haqqında Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin XIII bölməsinə uyğun surətdə şikayət oluna
bilər.
11.4.
Müvəqqəti saxlanc anbarının təsisinə lisenziya vermiş DGK-nin
razılığına əsasən anbar sahibi istifadə olunan tikilinin sahəsini
artıra və ya azalda bilər. Bunun üçün anbar sahibi DGK-nə ərizə
ilə müraciət edərək ərazinin sahəsini, tikilinin quruluş və avadanlıq
təchizatının xarakteristikasını verməklə yeni planlar və çertyojlar
təqdim edir.
11.5.
Anbar sahibi tərəfindən lisenziyada dəyişiklik tələb edən məlumatlar
olarsa, əvvəlki göstəricilər, habelə dəyişiklik hissəsində yeni
məlumatlar göstərilməklə yeni lisenziya blankı tərtib olunaraq
qeydiyyatdan keçirilir. Bu zaman əvvəlki lisenziyanın sıra nömrəsinə
əlifba sırası ardıcıllığı ilə hərfi işarə əlavə olunur.
Müvəqqəti
saxlanclar
(müvəqqəti saxlanc anbarları) haqqında Əsasnaməyə
1 saylı əlavə
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
Müvəqqəti saxlanc
anbarının təsisinə dair Lisenziya ¹00000/0000
| ________________________________________________
(adı və
hüquqi ünvanı)
Açıq/qapalı
tipli müvəqqəti saxlanc anbarı
___________________
______________________________________________
(lazım
olmayanın üzərindən xətt çəkməli)
Təsis etməyə
icazə verilir ___________________________________
_______________________________________________
(tikintinin
yerləşdiyi yer)
_______________________________________________
(tikilinin
və müvəqqəti saxlanc anbarı ərazisinin ümumi
sahəsi, kvadrat metrlə)
Bu lisenziyanın
fəaliyyət müddəti «____»__________199____ ildə başa
çatır |
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Sədri
K.F.HEYDƏROV.
M.Y.
«____»_________________199____
il.
Müvəqqəti
saxlanc anbarının təsisinə dair lisenziyanın nömrəsi aşağıdakı
kimi formalaşır:
- birinci beş rəqəm
müvəqqəti saxlanc anbarının yerləşdiyi gömrük orqanının kodunu;
- son dörd rəqəm isə
lisenziyanın sıra nömrəsini bildirir.
Müvəqqəti
saxlanc
(müvəqqəti saxlanc anbarı) haqqında Əsasnaməyə
2 saylı əlavə
Qısa Bəyannamə
¹ ____
1. Malları
göndərən şəxs, göndərən ölkə
2. Malları
alan şəxs, təyinat ölkəsi
3. Daşıyıcı
4. Nəqliyyat
vasitəsi haqqında məlumat
5. Nəqliyyat
sənədlərinin nömrəsi
6. Malın
adı
7. Yerlərin
sayı
8. Brutto
çəkisi (kq)
9. Plomblar
və digər eyniləşdirmə vasitələri
10. Əlavə
məlumatlar
| Daşıyıcının
nümayəndəsinin soyadı, adı, atasının adı |
__________________ |
|
(imza) |
(xüsusi səlahiyyətli
nümayəndə olmadıqda onları kapitan, sürücü, ya da nəqliyyat vasitəsini
idarə edən digər fiziki şəxs) əvəz edə bilər.
«____»_________________199____
il
(tarix)
|
|
Müvəqqəti
saxlanc
(müvəqqəti saxlanc anbarı) haqqında Əsasnaməyə
3 saylı əlavə
Müvəqqəti saxlanc anbarında
olan mallar və nəqliyyat vasitələrinin
Uçot kitabı
|
¹
|
Mədaxil
|
|
Anbara
yerləşdirmə tarixi
|
Mal və nəqliyyat vasitələrini
anbara yerləşdirən şəxs
|
Nəqliyyat
vasitəsi və ya müşayiət sənədinin adı
|
Miqdarı
|
Yerləşdiyi
yer (boks, seksiya və s.)
|
Mal
və nəqliyyat vasitələrini qəbul edən şəxsin imzası
|
|
Yer
|
Brutto
çəkisi, kq
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
|
|
|
|
|
|
|
|
|
Məxaric
|
Qeyd
|
|
Anbardan
faktiki verilmə
|
YGB və ya digər gömrük
sənədlərinin adı
|
Miqdarı
|
Malları və nəqliyyat
vasitələrini təhvil verən şəxsin imzası
|
|
Yer
|
Brutto
çəkisi, kq
|
|
9
|
10
|
11
|
12
|
13
|
14
|
|
|
|
|
|
|
Müvəqqəti
saxlanc
(müvəqqəti saxlanc anbarı) haqqında Əsasnaməyə
4 saylı əlavə
|
Təhvil
verdi:
|
______________________________________________________
statusu, adı
______________________________________________________
imzası
|
|
Qəbul
etdi:
|
______________________________________________________
statusu, adı
______________________________________________________
imzası
|
80 mm
x 45 mm
«Status»
anlayışı altında gömrük rəsmiləşdirilməsində daşıyıcının, anbar
sahibinin, alan (göndərən) şəxsin rolu başa düşülür.
Müvəqqəti
saxlanc
(müvəqqəti saxlanc anbarı) haqqında Əsasnaməyə
5 saylı əlavə
Müvəqqəti saxlanc anbarında
saxlancda olmuş / və ya hal-hazırda saxlanılan mallar
___________________________________________________________________
(lazım
olmayanı xətləməli)
və
nəqliyyat vasitələri haqqında
Hesabat
I. Tarix:
«____»_________________199____ il
_________________________________________________________________________
hal-hazırda
saxlanılan mal və nəqliyyat vasitələri haqqında məlumat
(lazım olmayanı xətləməli)
II. «____»_________________199____
il «____»_________________199____ il
___________________________________________
saxlancda
olmuş mal və nəqliyyat vasitələri haqqında məlumat
(lazım olmayanı xətləməli)
|
¹
|
Anbara yerləşdirmə tarixi
|
Nəqliyyat vasitəsi və ya müşayiət sənədinin nömrəsi
|
Malın adı və nəqliyyat vasitəsi haqqında məlumat
|
Yerləşdirmə zamanı, miqdarı (yerlərin sayı və brutto
çəkisi)
|
|
1
|
2
|
3
|
4
|
5
|
|
Anbardan
faktiki verilmə tarixi
|
Anbardan
verilmə zamanı YGB-in və ya digər gömrük sənədinin nömrəsi
|
Anbardan
verilmə zamanı miqdar (yerlərin sayı və brutto çəkisi)
|
Hesabat
tarixində olan miqdar (yerlərin sayı və brutto çəkisi)
|
Qeyd
|
|
6
|
7
|
8
|
9
|
10
|
| Anbar
sahibinin adı, soyadı, atasının adı |
İmza:
________________ |
M.Y.
|
Dövlət Gömrük Komitəsinin
sədri ____________________________
M.Y.
qeydiyyat nömrəsi və verilmə
tarixi.
© AzerSoft