| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
İxrac nəzarəti
haqqında Azərbaycan Respublikasının
Qanunu Bu
Qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin
həyata keçirilməsinin hüquqi əsaslarını və
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
Azərbaycan Respublikasının gömrük sərhədlərindən
keçirilməsi qaydalarını müəyyən edir.
Maddə 1. Bu Qanunda istifadə edilən əsas
anlayışlar 1.1.
Bu Qanunun məqsədləri üçün aşağıdakı
anlayışlardan istifadə edilir: 1.1.1.
ixrac nəzarəti—ixrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) Azərbaycan Respublikasının ərazisinə
gətirilməsi, bu ərazidən çıxarılması
və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydalara uyğun həyata
keçirilməsini təmin edən tədbirlər kompleksi; 1.1.2.
ikili təyinatlı mallar (işlər, xidmətlər)—mülki
məqsədlər üçün istifadə edilən, lakin
kütləvi qırğın silahları və onların çatdırılma
(daşınma) vasitələrinin, digər silah növlərinin,
hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında
da istifadə edilə bilən mallar (işlər, xidmətlər); 1.1.3.
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
nomenklaturu-kütləvi qırğın silahları və
onların çatdırılma (daşınma) vasitələrinin,
digər silah növlərinin, hərbi texnikanın, sursatın
yaradılmasında və hazırlanmasında istifadə edilən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin), habelə istifadə edilə bilən
ikili təyinatlı malların (işlərin, xidmətlərin),
xammalın, nüvə və xüsusi qeyri-nüvə
materialları daxil olmaqla, materialların, avadanlığın,
elmi-texniki informasiyanın, cinayətkarlığa və terrorçuluğa
qarşı istifadə olunan vasitələrin siyahıları; 1.1.4.
əqli fəaliyyətin nəticələri—elmi işlər,
elektron hesablayıcı texnikanın və məlumat topluları
proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə
hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər
tərəfindən istehsal edilmiş (onlara məxsus olan)
mallar, onlar tərəfindən göstərilən xidmətlər,
silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi
qırğın silahının hazırlanması üçün
xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye
nümunələri və «nou-hau»; 1.1.5.
kütləvi qırğın silahları—nüvə,
kimyəvi, bakterioloji (bioloji) və toksin silahı. 1.2.
Bu Qanunda istifadə edilən mülki, gömrük və başqa
qanunvericilik sahələrinə aid digər anlayışlar müvafiq
qanunvericilik aktlarında müəyyən olunmuş mənanı
kəsb edir.
Maddə 2. Azərbaycan Respublikasının
ixrac nəzarəti üzrə qanunvericiliyi 2.1.
Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə
qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının gömrük işi, əhalinin
sanitar-epidemioloji və radiasiya təhlükəsizliyi haqqında
qanunvericiliyindən və digər müvafiq normativ-hüquqi
aktlardan ibarətdir. 2.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası beynəlxalq müqavilələrlə
bu Qanun arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq
müqavilələr tətbiq olunur.
Maddə 3. İxrac nəzarəti üzrə
qanunvericiliyin tətbiqi dairəsi 3.1.
Bu Qanun ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı,
tranziti və xarici iqtisadi fəaliyyətin digər əməliyyatlarına
tətbiq edilir. 3.2.
Bu Qanun, hüquqi və fiziki şəxslər tərəfindən
aparılan əməliyyatlar və ya bağlanmış müqavilələr
partlayıcı və radioaktiv maddələrin, materialların,
cihazların, kütləvi qırğın silahlarının,
digər silahların yayılmasına imkan yaratdığı
və Azərbaycan Respublikasının milli təhlükəsizliyinə
və maraqlarına zərər gətirdiyi hallarda da tətbiq
edilir.
Maddə 4. İxrac nəzarətinin həyata
keçirilməsinin məqsədləri və prinsipləri 4.0.
Azərbaycan Respublikasında ixrac nəzarətinin həyata keçirilməsinin
məqsədləri və prinsipləri aşağıdakılardır: 4.0.1.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
təmin edilməsi; 4.0.2.
ixrac nəzarətinin həyata keçirilməsində Azərbaycan
Respublikasının siyasi, hərbi və iqtisadi maraqlarının
təmin edilməsi; 4.0.3.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
kütləvi qırğın və başqa növ silahların
yayılmaması barədə dövlətlərarası beynəlxalq
müqavilələr üzrə öhdəliklərə riayət
edilməsi; 4.0.4.
kütləvi qırğın silahlarının yayılmaması
rejimi çərçivəsində nəzarətə düşən
malın (işin, xidmətin, əqli fəaliyyətin nəticələrinin)
son istifadəçisinin, aralıq tərəflərin və
texnologiya səviyyəsinin yoxlanılması; 4.0.5.
ixrac nəzarəti haqqında qanunvericiliyə, habelə ixrac
nəzarəti siyasətinin aparılmasına dair məlumatların
açıqlığı.
Maddə 5. İxrac nəzarətinə düşən
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
5.0.
Mənşəyindən, mülkiyyətçisindən və
istehsal vaxtından asılı olmayaraq, bu Qanunun tələb və
şərtlərinə əsasən aşağıdakı
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
ixrac nəzarətinə düşür: 5.0.1.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş ixrac nəzarətinə düşən
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
və texnologiyalar; 5.0.2.
kütləvi qırğın silahları və onların çatdırılma
(daşınma) vasitələri daxil olmaqla, hərbi təyinatlı
mallar; 5.0.3.
kütləvi qırğın silahlarının, silahların,
hərbi texnikanın və sursatların yaradılmasında və
hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri); 5.0.4.
partlayıcı və radioaktiv maddələr, materiallar,
radioaktiv mənbəli cihazlar, ionlaşdırıcı şüa
mənbələri, qurğuları; 5.0.5.
müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi, o
cümlədən son istifadəsinə və ya istifadəçisinə
görə ixrac nəzarətinə düşən digər
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri).
Maddə 6. İxrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) siyahısı 6.1.
İxrac nəzarətinə düşən malların
nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
siyahısı Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir
və təsdiq edilir. 6.2.
Siyahı təsdiq edildikdən sonra müvafiq qaydada dərc
olunmalıdır.
Maddə 7. İxrac nəzarətinin həyata
keçirilməsi sistemi 7.1.
İxrac nəzarət sistemi ixrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) ixracı, idxalı, təkrar ixracı,
təkrar idxalı, tranziti əməliyyatlarının aparılması
qaydalarını müəyyən edir. 7.2.
Azərbaycan Respublikasının ixrac nəzarəti sisteminə
daxildir: 7.2.1.
ixrac nəzarəti üzrə qanunvericilik aktları; 7.2.2.
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
siyahısının müəyyən edilməsi; 7.2.3.
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ayrı-ayrı dövlətlərə ixrac rejimlərinin müəyyən
edilməsi; 7.2.4.
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracının, idxalının, təkrar ixracının, təkrar
idxalının, tranzitinin xüsusi icazə əsasında həyata
keçirilməsi; 7.2.5.
ikili təyinatlı malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) sifariş
edilmiş məqsədlər üçün istifadəsinə
nəzarət; 7.2.6.
xüsusi icazə verilməsindən əvvəl və sonra
ixrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xarici iqtisadi əməliyyatların aparılmasına
nəzarət; 7.2.7.
beynəlxalq təşkilatlarla və xarici dövlətlərin
ixrac nəzarəti orqanları ilə məlumat mübadiləsi
və digər qarşılıqlı əlaqələr; 7.2.8.
ixrac nəzarəti sisteminin fəaliyyəti üzrə
ictimaiyyətə ümumi, habelə spesifik məlumatın
verilməsi; 7.2.9.
ixrac nəzarəti sisteminin fəaliyyəti barədə
ictimai rəyin öyrənilməsi. 7.3.
İxrac nəzarətinin aparılması qaydaları Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. 7.4.
İxrac nəzarətinə düşən malların Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsinə
nəzarəti Azərbaycan Respublikasının gömrük
orqanı həyata keçirir.
Maddə 8. İxrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin) ixrac rejimlərinin
müəyyən edilməsi 8.1.
İxrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri),
bu malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) ixracına qadağan və ya məhdudiyyət
qoyulmuş dövlətlər və son istifadəçilər
istisna edilməklə, hər hansı bir dövlətə
ixrac oluna bilər. 8.2.
İxrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracına qadağan qoyulmuş dövlətlərin, son
istifadəçilərin, habelə onlara ixracı qadağan
edilən ixrac nəzarətinə düşən malların
(işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
siyahısını Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 9. İxrac nəzarətinə düşən
mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin
nəticələrinə) xüsusi icazə verilməsi 9.1.
İxrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı,
tranziti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilən xüsusi icazə əsasında həyata keçirilir. 9.2.
Mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazənin verilməsi qaydalarını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 10. İxrac nəzarətinə düşən
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazə verilməsindən əvvəl və
sonra yoxlamaların aparılması
İxrac
nəzarətinə düşən mallar (işlər, xidmətlər,
əqli fəaliyyətin nəticələri) üzrə
xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə
xüsusi icazə verilməsindən əvvəl və sonra
yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada aparılır.
Maddə 11. İkili təyinatlı malların
(işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
istifadəsinə nəzarət İkili
təyinatlı mallardan (işlərdən, xidmətlərdən,
əqli fəaliyyətin nəticələrindən) sifariş
edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarət müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Maddə 12. İxrac nəzarətinə
aid məlumatların alınması və qorunması 12.1.
İxrac nəzarətini həyata keçirmək səlahiyyətinə
malik olan müvafiq icra hakimiyyəti orqanlarının onlara həvalə
edilmiş funksiyaların həyata keçirilməsi üçün
müvafiq dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən
ixrac nəzarəti məsələlərinə aid sənəd
və məlumatları almaq hüququ vardır. 12.2.
Hüquqi və fiziki şəxslərdən alınmış
ixrac nəzarətinə aid sənəd və məlumatlar
yalnız ixrac nəzarəti məqsədləri üçün
istifadə edilir. 12.3.
Bu Qanunun 12.2-ci maddəsində göstərilən sənəd
və məlumatların və ya onların məzmununun açıqlanması
və ya üçüncü şəxslərə verilməsi
qadağandır. 12.4.
İxracatçılardan (idxalatçılardan) alınan məxfi
məlumatlar Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə uyğun olaraq qorunur.
Maddə 13. Beynəlxalq təşkilatların
fəaliyyətində iştirak Azərbaycan
Respublikası üzv olduğu ixrac nəzarəti sahəsində
fəaliyyət göstərən beynəlxalq təşkilatların,
həmçinin tərəfdar çıxdığı dövlətlərarası
beynəlxalq müqavilələrin şərtlərindən
irəli gələn öhdəliklərinin yerinə yetirilməsi
üçün kütləvi qırğın silahlarının
yayılmaması rejiminin təmin edilməsi və möhkəmləndirilməsi
ilə bağlı məsələlər üzrə digər
beynəlxalq təşkilatların fəaliyyətində,
habelə bu sahədə çoxtərəfli və ikitərəfli
tədbirlərdə iştirak edir.
Maddə 14. Azərbaycan Respublikasının
ixrac nəzarəti haqqında qanunvericiliyinin pozulmasına görə
məsuliyyət İxrac
nəzarəti haqqında qanunvericiliyi pozan Azərbaycan
Respublikasının, habelə xarici ölkələrin hüquqi
və fiziki şəxsləri Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət
məsuliyyətinə cəlb olunurlar.
Azərbaycan
Respublikasının Prezidenti İlham ƏLİYEV.
Bakı şəhəri,
26 oktyabr 2004-cü il.
№ 772-IIQ.
«Respublika»
qəzetində dərc edilmişdir (5 yanvar 2005-ci il, № 2)
(«VES Consultancy» LLC).
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(31 dekabr 2004-cü il, № 12, maddə 975) («VES
Consultancy» LLC).
© VES
Consultancy LLC
|
|
|
|
|
|
|