Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Heydər Əliyev və Azərbaycan gömrüyü


Hər bir müstəqil dövlətin taleyüklü vəzifəsi ölkənin milli maraqlarından irəli gələn daxili və xarici siyasətinin elmi əsaslara malik strateji xəttini hazırlamaq, iqtisadi inkişaf konsepsiyasını müəyyən etmək və ölkənin bütün potensialını onların reallaşdırılmasına yönəltməkdir.
Sovetlər Birliyinin dağılması ilə bu ittifaqa daxil olan respublikalar, o cümlədən, Azərbaycan Respublikası öz milli iqtisadiyyatını müstəqil və milli mənafelərinə uyğun inkişaf etdirmək fürsəti qazandı. Lakin müstəqilliyimizin ilk illərində dövlətin iqtisadi-siyasəti ayrı-ayrı strukturlara başçılıq edən vəzifə sahiblərinin korporativ maraqlarına tabe edilmişdi. Yüksək hakimiyyət kreslolarında əyləşənlərin bir-birini təkzibləyən bəyanatlar və qərarları üzərində qurulan "dövlət siyasəti" Azərbaycana nəinki heç nə vermədi, əksinə onun beynəlxalq aləmdə nüfuzuna və maraqlarına ağır zərbələr vurdu. Hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən qonşu dövlətlərə - Rusiyaya, İrana və digərlərinə qarşı səsləndirilən məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri, vəzifələri, prinsipləri və onların reallaşma üsulları haqqında beynəlxalq aləmdə yanlış təsəvvür və rəylər yaradırdı. Bu "islahatlar" nəticəsində 1991-1993-cü illərdə respublika sənayesində orta illik geriləmə 20-24, kənd təsərrüfatında 15-20, tikintiyə kapital qoyuluşunda isə 40 faizə çatmışdı. Ölkədə yeridilən büdcə-vergi, pul-kredit, qiymət-tarif siyasəti siyasi-iqtisadi destabilləşdirmənin güclü amili idi.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bir iqtisadi sistemdən digərinə keçidin ən az məsrəflə transformasiyasını təmin edən iqtisadi strategiyanın hazırlanması həyati zərurətə çevrildi. Bu cür taleyüklü strateji xəttin hazırlanmasının məsuliyyət yükünü yalnız hərtərəfli elmi biliklərə, geniş dünyagörüşünə, qətiyyət və cəsarətə malik müdrik şəxsiyyət öz üzərinə götürə bilərdi. Ümummilli lider Heydər Əliyev bu tarixi missiyanı öz üzərinə götürərək ölkənin iqtisadi inkişafını müəyyən edəcək strategiyanın başlıca konturlarını, dünyanın sivil dövlətlərinin inkişaf təcrübəsində sınaqdan çıxmış, müsbət nəticələri sübut olunmuş iqtisadi inkişaf kursunun Azərbaycan reallığına tam uyğunlaşdırılmış adekvat modelini müəyyənləşdirdi.
Bu, birinci növbədə azad sahibkarlıq, müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarının inkişafına bərabər şərait yaradan, azad iqtisadi rəqabət mübarizəsinə meydan açan sosial istiqamətli bazar iqtisadiyyatı modelidir. Təəssüf ki, 1993-1994-cü illərdə iqtisadi quruculuq, yaradıcılıq işlərinə başlamaq bir müddət mümkün olmadı, başlıca səbəb xaricdən idarə olunan qüvvələr tərəfindən dövlət çevrilişləri, siyasi və iqtisadi həyatda xaos yaratmaq cəhdləri idi. Ulu öndər Heydər Əliyev birinci növbədə vətəndaş müharibəsi həddinə çatmış, insan tələfatı ilə nəticələnən tayfa, əyalət separatçılığı cəhdlərinin qarşısını alan, bütövlükdə, ölkədə sosial-siyasi sabitliyi təmin edən tədbirlər görmək zərurəti qarşısında qaldı. Cəbhədə uzunmüddətli atəşkəsə nail olundu. Ölkədə siyasi vəziyyət sabitləşdirildikdən sonra çoxsaylı sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl işlərin görülməsinə başlandı.
Azərbaycan dövlətinin əsas atributlarından olan müstəqil gömrük xidmətinin yaradılması dövlət müstəqilliyimizin bərpası nəticəsində mümkün olmuşdur. Düz on altı il bundan əvvəl - 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında Fərman imzalanmışdır. Lakin yeni yaradılmış gömrük orqanları ölkənin siyasi-iqtisadi müstəqilliyinin və daxili bazarın qorunmasında, iqtisadi təhlükəsizliyin təmin olunmasında öz üzərinə düşən vəzifələrin öhdəsindən bir müddət gələ bilmədi.
Həmin tarixi şəraitdə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə Naxçıvanda siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi islahatlar Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq, iqtisadiyyatı möhkəmləndirmək, onu dünya iqtisadiyyatı ilə əlaqələndirmək məqsədi daşıyırdı. Belə bir şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli 138 nömrəli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsini yaratması və onun əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində inqilabi dəyişdirici tədbirləri nəinki Naxçıvanda, habelə bütün Azərbaycan Respublikasında siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş oldu.
Azərbaycanda iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi, beynəlxalq neft müqavilələrinin bağlanması, ölkənin təbii və iqtisadi potensialının milli mənafeyə yönəldilməsi, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə edilməsi dünyada gedən iqtisadi proseslərə qoşulmaq imkanı əldə etdi. Əsası 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" adlanan neft müqaviləsi ilə qoyulan neft strategiyası Azərbaycanın müstəqil dövlət kimi dünya ölkələri ilə əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqeyinin möhkəmlənməsinə əlverişli şərait yaratdı.
Məlum olduğu kimi, keçmiş SSRİ-də digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqil gömrük orqanı olmamışdır. Bununla yanaşı, respublika ərazisində SSRİ-yə məxsus gömrük xidməti orqanları fəaliyyət göstərir, idxal-ixrac əməliyyatlarına nəzarət mərkəzi ittifaq orqanları tərəfindən həyata keçirilirdi. Sözsüz ki, müstəqilliyimizin ilk illərindən başlayaraq zəruri hüquqi-normativ bazaya, maddi-texniki resurslara malik və normal nəzarət funksiyaları həyata keçirməyə qabil gömrük xidmətinin formalaşdırılması üçün müvafiq işlər görülməli idi. Lakin gömrük orqanları qarşısında duran mühüm vəzifələr həyata keçirilmir, əksinə bu sistemdə özbaşınalıq və vəzifə səlahiyyətlərini aşma halları baş alıb gedirdi. Gömrük Komitəsinin bir sıra rəhbər işçilərinin qulluq mövqelərindən öz şəxsi maraqları üçün istifadə etmələri nəticəsində, təkcə 1994-cü ildə dövlətə 3 mlrd. 792 mln. manatdan çox ziyan vurulmuşdu. Digər tərəfdən, iqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik metodlarına əsaslanan, öz işini günün tələbləri səviyyəsində qura bilməyən Azərbaycan Gömrük Təşkilatının gücləndirilməsi gömrük xidmətində struktur islahatlarının aparılması və kadr potensialının yeniləşdirilməsini tələb edirdi.
   Belə bir vaxtda ulu öndər Heydər Əliyevin 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müzakirəyə çıxarması, müşavirədəki proqram xarakterli niqtində söylədiyi tövsiyə və göstərişlər respublikada gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Məhz 1995-ci ildən başlayaraq gömrük orqanlarının fəaliyyətində əsaslı dəyişikliklər baş verdi. Heydər Əliyevin gündəlik qayğısı ilə əhatə olunan gömrük sistemi əslində yenidən quruldu. Ab-havanın sağlamlaşdırılması, hər yerdə möhkəm qayda-qanun, ciddi nizam-intizam yaradılması, ədalətin bərqərar edilməsi istiqamətində müsbət addımlar atıldı. Bu mənada, Azərbaycan Respubilkası Prezidentinin 1995-ci il tarixli məlum fərmanları gömrük sistemində yaranmış böhranlı vəziyyətin aradan qaldırılması, qısa müddət ərzində vahid gömrük siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizminin hazırlanması işlərinə istiqamətləndirildi.
Qabaqcıl ölkələrin gömrük işi sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq tələblərə uyğunlaşdırılan gömrük qanunvericiliyinin yaradılması sahəsində görülən işlər, gömrük-tarif siyasətinin müəyyənləşdirilməsi, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, gömrük infrastrukturunun möhkəmləndirilməsi tədbirləri bu yeniləşmənin əsas prinsiplərini təşkil edirdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü: "Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, vətəninə, ölkəsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir".
Heydər Əliyev respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynayan tədbirlərdəki çıxış və nitqlərində digər dövlət strukturları ilə yanaşı, ölkənin iqitsadi inkişafında gömrük orqanlarının da xüsusi yeri olduğunu dəfələrlə qeyd etmiş, ölkənin xarici-iqtisadi əlaqələrinin möhkəmlənməsində, idxal-ixrac əməliyyatlarının tənzimlənməsində gömrük xidmətinin üzərinə düşən vəzifələrin həlli yollarını göstərmişdir. O, Azərbaycan gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə təhlil edərək bu sistemdə yaranmış problemlərin həllinin ciddi tələbkarlıq və yüksək nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, gömrük əməkdaşları tərəfindən qanunçuluğa sözsüz riayət edilməsində, hər bir gömrük işçisinin öz peşəsinə və xalqına sadiqliyi və s. prinspilərin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü bildirdi. "Biz dünyada müstəqil Azərbaycanın nüfuzunun qaldırılmasına, iqtisadi inkişafa böyük yardım edən, xarici iqtisadi əlaqələrdə layiqli yer tuta bilən bir gömrük sistemi yaratmalıyıq" - deyərkən Heydər Əliyev gömrük sisteminin yenidən təşkili və təkmilləşdirilməsi üçün dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləməyi nəzərdə tuturdu. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifələrinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi bir dövlət, mənəvi dəyərlərə malik bir ölkə kimi tanınmasında gömrük xidmətini ön cərgədə görmək istədiyini bildirirdi. 1997-ci ildən etibarən hər il yanvarın 30-nun gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Heydər Əliyevin bu orqanın fəaliyyətini çox yüksək qiymətləndirdiyini sübut edir.
1998-ci il sentyabrın 7-8-də 32 dövlət və 13 beynəlxalq təşkilatın iştirakı ilə Bakıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Böyük İpək Yolunun bərpası regionda iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verdi. TASİS və TRASEKA proqramları çərçivəsində görülən işlər ölkəmizə müasir texnologiyaların gətirilməsi və külli miqdarda investisiya qoyuluşu ilə bərabər, gömrük xidmətinin də fəaliyyət dairəsini genişləndirdi.
1998-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin bəyanatından sonra 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə görüşündə həmin ölkələr arasında xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalandı. ABŞ prezidentinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən bu layihənin dəstəklənməsi və qısa müddət ərzində həyata  keçirilməsi haqqında İstanbul bəyannaməsinin qəbul olunması möhtəşəm tarixi hadisə idi.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq bu gün Azərbaycan Respublikası bütün Avrasiya məkanında mühüm strateji və coğrafi-siyasi mövqeyə malik bir dövlət kimi qəbul olunur. Ölkəmizin bu inkişaf səviyyəsinə uyğun gömrük sisteminin yaradılması və beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, nəzarət mexanizminin gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatı, MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurası, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Gömrük Əməkdaşlıq Komitəsi, Avropa Komissiyasının TASİS proqramı çərçivəsində Avropa Gömrüyü, BMT İnkişaf Proqramı və s. nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın, eyni zamanda, inkişaf etmiş gömrük sisteminə malik bir dövlət kimi tanınması və qəbul edilməsi deməkdir.
Avropa Komissiyası və BMT İnkişaf Proqramı ilə birlikdə həyata keçirilən "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi gömrük qanunvericiliyinin beynəlxalq standartlara, xüsusilə, Avropa İttifaqı Gömrük Məcəlləsinə uyğunlaşdırılması, informasiya texnologiyalarının inkişaf strategiyasının yaxşılaşdırılması məqsədi daşıyır. Ölkədə gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin geniş istifadəsinə başlanılıb. Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə gömrük əməkdaşlarının kontaktının azaldılması, gömrük vergilərinin, həmçinin idxal və ixrac olunan malların kodlarının düzgün tətbiq edilməsi bu sistemlə həyata keçirilir. Hazırda Azərbaycanın gömrük məntəqələrində yüklərin yoxlanılması zamanı heç bir kənar müdaxilə olmadan nəzarətin səmərəli təşkili üçün ən müasir qurğular quraşdırılmaqdadır. Elektron  gömrük xidmətinin inkişaf etdirilməsi üçün müəyyən işlər aparılır.
Bu illər ərzində milli gömrük orqanlarının bütöv bir sistemi formalaşmışdır. Bu sistem Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan MR Gömrük Komitəsi, 2 ərazi Baş Gömrük İdarəsi, Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafeyinin Mühafizə İdarəsi, 12 yerli gömrük idarəsi, xüsusi təmayüllü enerji gömrük idarəsi, aksiz gömrük idarəsi, 47 gömrük postu, Tədris Mərkəzi, Mərkəzi laboratoriya, "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik və s. struktur vahidlərdən ibarətdir. Ümumiyyətlə, gömrük xidmətinin təkmilləşdirilməsi və inkişafı DGK-nın daim diqqət mərkəzindədir. Bu inkişafın əsas istiqamətini müxtəlif gömrük prosedurlarında informasiya texnologiyalarının geniş tətbiq olunması təşkil edir. Hazırda bu sahədə yeddi istiqamət üzrə iş aparılır: mal və nəqliyyat vasitələrinin dövriyyəsini əhatə edən və məlumatların yayımını təmin edən sistemin yaradılması; gömrük orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi; gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması; qaçaqmalçılıq və gömrük qaydaları ilə mübarizənin informasiya mübadiləsinin təşkili; gömrük inspektorlarının avtomatlaşdırılmış iş yerlərinin yaradılması; mərkəzi aparatda gündəlik daxil olan məlumatların yoxlanılması və müvafiq məlumat bazalarının yaradılması; xarici-iqtisadi əlaqələrin təhlilinin avtomatlaşdırılmış rejimdə aparılması. Azərbaycan Respublikası Gömrük Xidmətinin Milli avtomatlaşqırılmış sistemi - GRNAS  hazırda 26 gömrük orqanında istifadə edilir. 57 gömrük orqanını əhatə edən "On-line" rejimində işləyən vahid korporativ şəbəkə yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və daha da inkişaf etməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması naminə həyata keçirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən, zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri, dünyanın bir çox ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığı daha da genişlənir. Beynəlxalq iqtisadi-ticari, mədəni, elmi-texniki əlaqələrin genişlənməsi isə öz növbəsində gömrük işinin inkişafına müsbət təsirini göstərməkdədir. Bu mənada, düzgün aparılan gömrük işi hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da həyata keçirilməkdə olan iqtisadi islahatlara təkan verir, onu stimullaşdırır, istehsal və istehlak bazarında əlverişli şərait yaradır, iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qoruyur və onun dünya təsərrüfatına inteqrasiyasına əlverişli şərait yaradır. Son dörd il ərzində regional inkişaf proqramının uğurlu icrası ölkəmizin simasını büsbütün dəyişdirmiş, özəl sektorun, sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, özəl sektorun ümumi daxili məhsulda payı xeyli yüksəlmiş, 650 min iş yeri açılmışdır. Büdcə xərclərinin daim artması inkişafımızın dinamikasını aydın göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması böyük tarixi hadisə, ümummilli lider Heydər Əliyevin neft strategiyasının təntənəsi, Azərbaycan Respublikasının müstəqil ölkə kimi yaşamasını əsrlər boyu təmin edən mühüm amildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin fevralında ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Bakıda keçirilən beynəlxalq konfransının iştirakçılarını qəbul edərkən, müstəqillik əldə etdikdən sonra Azərbaycanda gömrük sisteminin sıfırdan başlandığını, lakin qısa vaxtda kifayət qədər təcrübə toplayıb Ümumdünya Gömrük Təşkilatı ailəsində özünəməxsus yer tutduğunu, gömrük orqanlarının işinin daha da gücləndirilməsinin zəruriliyini vurğulamışdır.
Bu gün böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun gündəlik diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından biri olmuş gömrük xidməti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etmiş və möhkəmlənmiş, ölkədə aparılan məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsində çoxfunksiyalı kompleksə çevrilmişdir. İlham Əliyev respublika Prezidenti seçildiyi ilk günlərdən gömrük orqanlarının fəaliyyətinə böyük diqqət yetirir. Ölkə başçısının beynəlxalq görüşləri, xarici səfərləri zamanı aparılan danışıqlarda bir qayda olaraq gömrük problemlərinə də toxunulur.
Respublikanın iqtisadi inkişafında əsas dayaqlardan biri olan gömrük orqanları Prezidentin göstərdiyi diqqət və qayğı sayəsində dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin durmadan yüksəlməsi naminə öz imkanlarını bundan sonra da əsirgəməyəcək, DGK-nın dünya dövlətləri və beynəlxalq təşkilatlar arasında nüfuzunun artmasına, ölkədə sahibkarlığın və regionların inkişaf etdirilməsi üçün dövlət proqramlarının həyata keçirilməsinə, büdcə proqnoz-tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsinə çalışacaqdır.
Aydın ƏLİYEV,

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti

general-leytenant

«Heydər Əliyev irsinin tədqiqi və təbliği» mövzusunda konfrans-sərgi keçirilmişdir

Aprelin 22-də Dövlət Gömrük Komitəsindəki gömrük tarixi muzeyində "Heydər Əliyev irsinin tədqiqi və təbliği" mövzusunda konfrans-sərgi işə başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasıyla birgə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuşdur.
Konfrans-sərginin açılış mərasimində AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli bildirmişdir ki, onun rəhbərlik etdiyi kitabxana artıq bir neçə ildir ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümö mönasibətilə "Heydər Əliyev irsinin tədqiqi və təbliği" adlı konfrans-sərgilər keçirir. Bu ənənə davam etdirilir və builki konfrans-sərgi ilk olaraq Dövlət Gömrük Komitəsində işə başlamışdır.
A.Əliyeva-Kəngərli qeyd etmişdir ki, ulu öndərin siyasi irsinin təbliği məqsədilə kitabxana öz qarşısına respublikanın bütün regionlarında ictimaiyyətlə göröşlər keçirmək, ümummilli liderin gördüyö işlərin mahiyyətini açıqlamaq kimi vəzifələr qoymuşdur. Hələ 2003-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev" bölməsi yaradılmışdır. Hazırda bu fondda bir çox yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı qələmə aldıqları 3500-dən çox əsər toplanmışdır. Dövlət Gömrük Komitəsində təşkil olunan sərgidə isə ulu öndərin həyat və fəaliyyətini, idarəçilik təcröbəsini, respublikanın beynəlxalq aləmdə nöfuzunun artırılması və sosial-iqtisadi inkişafı üçün apardığı siyasətini, elm, təhsil və mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 600-dən artıq ədəbiyyat nümayiş olunur. Kitabxananın rəhbəri onu da qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsində işə başlayan konfrans-sərgi il boyunca respublikanın müxtəlif regionlarında, dövlət müəssisələrində, eləcə də elm və təhsil ocaqlarında davam etdiriləcək.
Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev builki konfrans-sərginin ilk olaraq rəhbərlik etdiyi qurumda işə başlamasından məmnunluğunu bildirərək, bunun təsadüf olmadığını vurğulamışdır. Komitə sədri qeyd etmişdir ki, Azərbaycanda müstəqil gömrük xidmətinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin hakimiyyəti illərində Azərbaycanda gömrük sistemi yüksək səviyyəyə qaldırılmış, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılmışdır. Bu gön ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də həmin ənənələrin qorunub saxlanması üçün böyük işlər görür və Azərbaycanda gömrük işi sahəsində ilbəil qazanılan nailiyyətlər buna bariz nümunədir.
Komitə sədri A.Əliyev xatırlatmışdır ki, on altı il bundan əvvəl yaradılan Dövlət Gömrük Komitəsi ilk illər ölkənin siyasi-iqtisadi müstəqilliyinin və daxili bazarın qorunmasında, iqtisadi təhlükəsizliyin təmin olunmasında öz üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmədi. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş mözakirəyə çıxarması, müşavirədəki proqram xarakterli nitqində söylədiyi tövsiyə və göstərişlər respublikada gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Məhz o vaxtdan başlayaraq gömrük orqanlarının fəaliyyətində əsaslı dəyişikliklər baş verdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Heydər Əliyev digər dövlət strukturları ilə yanaşı, ölkənin iqitsadi inkişafında gömrük orqanlarının da xüsusi yeri olduğunu dəfələrlə qeyd etmiş, ölkənin xarici-iqtisadi əlaqələrinin möhkəmlənməsində, idxal-ixrac əməliyyatlarının tənzimlənməsində gömrük xidmətinin üzərinə düşən vəzifələrin həlli yollarını göstərmişdir. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifələrinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi və mənəvi dəyərlərə malik bir ölkə kimi tanınmasında gömrük xidmətini ön cərgədə görmək istədiyini bildirirdi.
Konfrans-sərginin əhəmiyyətindən danışan DGK sədri A.Əliyev belə bir təşəbbüslə çıxış etdiyinə görə AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə və kollektivinə təşəkkür etmiş və bildirmişdir ki, ulu öndərin irsinin tədqiqi və təbliği istiqamətində atılan hər bir addım Azərbaycanda sağlam düsüncəli gənc nəslin formalaşmasına xidmət edir. Komitə sədri onu da xatırlatmışdır ki, ötən il Dövlət Gömrük Komitəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix Institutu ilə birgə keçirilən "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" mövzusunda elmi konfransda da umummilli lider Heydər Əliyevin Azərbaycan Gömrük Xidmətinin yaradılmasındakı fəaliyyətinə toxunulmuş, həmçinin konfransın materialları kitab şəklində nəşr olunmuşdur. "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" adlı həmin kitab ingilis dilində də nəşr olunaraq, bu ilin fevralında Brüsseldə keçirilən "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" adli sərgidə nümayiş etdirilmişdir. Bundan başqa, həmin kitab Dublin şəhərində yerləşən dünyanın ən böyük kitabxanasına təqdim olunmuşdur. 
Bütün bunların Azərbaycan dövlətçiliyində, eləcə də müstəqil gömrük xidmətinin yaradılmasında xüsusi xidmətlər göstərmiş Heydər Əliyevin irsinin tədqiqi və təbliği istiqamətində əhəmiyyətli olduğunu qeyd edən DGK sədri A.Əliyev bu kimi tədbirlərin istər ölkə, istərsə də beynəlxalq dairələrdə maraqla qarşılandığını diqqətə çatdırmışdır. Komitə sədri həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Sonda tədbir iştirakçıları, o cömlədən, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və qonaqlar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev" fonduna daxil olan kitablarla tanış olmuşlar.

Müstəqil Azərbaycanın Gömrük Xidmətinin dinamik inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Aprelin 19-da Elmi İnkişaf üzrə Beynəlxalq Şura Beynəlxalq Elmlər akademiyasının Azərbaycan Bölməsinin Rəyasət Heyəti ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş  təntənəli iclas keçirmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iştirak etmişdir.
İclası giriş sözü ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, akademik Elçin Xəlilov açaraq ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin bəzi məqamlarına qısaca nəzər salmış, müstəqil Azərbaycan dövlətinin formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, respublikamızın dünya birliyində özünə layiqli mövqe tutmasında bu dahi şəxsiyyətin misilsiz xidmətlərindən bəhs etmişdir.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ingilis dilində nəfis şəkildə nəşr edilmiş "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" adlı kitabı mərasim iştirakçılarına təqdim etmişdir. Xatırladaq ki, adıçəkilən nəşrdə əsasən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycanın gömrük xidmətinin inkişafındakı müstəsna rolundan bəhs edən materiallara xüsusi yer ayrılmışdır.
Daha sonra tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu istiqamətində apardığı düşünülmüş və uzaqgörən siyasətinin nəticəsində respublikamızın uğurlu inkişafına start verildiyini məmnunluqla xatırlayaraq bütün sahələrdə, o cümlədən iqtisadi sferada əsl canlanmanın müşahidə edildiyini diqqətə çatdırmışdır. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bir iqtisadi sistemdən digərinə keçidin ən az məsrəflə transformasiyasını təmin edən iqtisadi strategiyanın hazırlanmasının həyati zərurətə çevrildiyini vurğulayan a.Əliyev bildirmişdir ki, bu cür taleyüklü strateji xəttin hazırlanmasının məsuliyyət yükünü yalnız hərtərəfli elmi biliklərə, geniş dünyagörüşünə, qətiyyət və cəsarətə malik müdrik şəxsiyyət öz üzərinə götürə bilərdi. Ümummilli lider Heydər Əliyev bu tarixi missiyanı öz üzərinə götürərək ölkənin iqtisadi inkişafını müəyyən edəcək strategiyanın başlıca konturlarını, dünyanın sivil dövlətlərinin inkişaf təcrübəsində sınaqdan çıxmış, müsbət nəticələri sübut olunmuş iqtisadi inkişaf kursunun Azərbaycan reallığına tam uyğunlaşdırılmış adekvat modelini müəyyənləşdirdi.
Təəssüf ki, 1993-1994-cü illərdə iqtisadi quruculuq işlərinə başlamaq bir müddət mümkün olmadı, başlıca səbəb xaricdən idarə olunan qüvvələr tərəfindən dövlət çevrilişləri, siyasi və iqtisadi həyatda xaos yaratmaq cəhdləri idi. Ulu öndər Heydər Əliyev birinci növbədə vətəndaş müharibəsi həddinə çatmış, insan tələfatı ilə nəticələnən tayfa, əyalət separatçılığı cəhdlərinin qarşısını alan, bütövlükdə, ölkədə sosial-siyasi sabitliyi təmin edən tədbirlər görmək zərurəti qarşısında qaldı. Xəbhədə uzunmüddətli atəşkəsə nail olundu. Ölkədə siyasi vəziyyət sabitləşdirildikdən sonra çoxsaylı sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl işlərin görülməsinə başlandı.
Azərbaycan dövlətinin əsas atributlarından olan müstəqil gömrük xidmətinin dinamik inkişafının da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladan Komitə sədri yaxın keçmişə nəzər salmış və qeyd etmişdir ki,  düz on altı il bundan əvvəl - 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında fərman imzalanmışdır. Lakin yeni yaradılmış gömrük orqanları ölkənin siyasi-iqtisadi müstəqilliyinin və daxili bazarın qorunmasında, iqtisadi təhlükəsizliyin təmin olunmasında öz üzərinə düşən vəzifələrin öhdəsindən bir müddət gələ bilmədi.
Həmin tarixi şəraitdə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə Naxçıvanda siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi islahatlar Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq, iqtisadiyyatı möhkəmləndirmək, onu dünya iqtisadiyyatı ilə əlaqələndirmək məqsədi daşıyırdı. Belə bir şəraitdə Naxçıvan MR ali məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli 138 nömrəli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsini yaratması və onun əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində inqilabi dəyişdirici tədbirləri nəinki Naxçıvanda, habelə bütün Azərbaycan Respublikasında siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş oldu.
Sözsüz ki, müstəqilliyimizin ilk illərindən başlayaraq zəruri hüquqi-normativ bazaya, maddi-texniki resurslara malik və normal nəzarət funksiyaları həyata keçirməyə qabil gömrük xidmətinin formalaşdırılması üçün müvafiq işlər görülməli idi. Lakin gömrük orqanları qarşısında duran mühüm vəzifələr həyata keçirilmir, əksinə bu sistemdə özbaşınalıq və vəzifə səlahiyyətlərini aşma halları baş alıb gedirdi. İqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik metodlarına əsaslanan, öz işini günün tələbləri səviyyəsində qura bilməyən Azərbaycan Gömrük Təşkilatının gücləndirilməsi gömrük xidmətində struktur islahatlarının aparılması və kadr potensialının yeniləşdirilməsini tələb edirdi.
«Belə bir vaxtda ulu öndər Heydər Əliyevin 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müzakirəyə çıxarması, müşavirədəki proqram xarakterli niqtində söylədiyi tövsiyə və göstərişlər respublikada gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi» - deyə sözünə davam edən DGK sədri Aydın Əliyevin sözlərinə görə, məhz 1995-ci ildən başlayaraq gömrük orqanlarının fəaliyyətində əsaslı dəyişikliklər baş verdi. Heydər Əliyevin gündəlik qayğısı ilə əhatə olunan gömrük sistemi əslində yenidən quruldu. ab-havanın sağlamlaşdırılması, hər yerdə möhkəm qayda-qanun, ciddi nizam-intizam yaradılması, ədalətin bərqərar edilməsi istiqamətində müsbət addımlar atıldı. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli məlum fərmanları gömrük sistemində yaranmış böhranlı vəziyyətin aradan qaldırılması, qısa müddət ərzində vahid gömrük siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizminin hazırlanması işlərinə istiqamətləndirildi.
Qabaqcıl ölkələrin gömrük işi sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq tələblərə uyğunlaşdırılan gömrük qanunvericiliyinin yaradılması sahəsində görülən işlər, gömrük-tarif siyasətinin müəyyənləşdirilməsi, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, gömrük infrastrukturunun möhkəmləndirilməsi tədbirləri bu yeniləşmənin əsas prinsiplərini təşkil edirdi.
Heydər Əliyev respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynayan tədbirlərdəki çıxış və nitqlərində digər dövlət strukturları ilə yanaşı, ölkənin iqitsadi inkişafında gömrük orqanlarının da xüsusi yeri olduğunu dəfələrlə qeyd etmiş, ölkənin xarici-iqtisadi əlaqələrinin möhkəmlənməsində, idxal-ixrac əməliyyatlarının tənzimlənməsində gömrük xidmətinin üzərinə düşən vəzifələrin həlli yollarını göstərmişdir. O, Azərbaycan gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə təhlil edərək bu sistemdə yaranmış problemlərin həllinin ciddi tələbkarlıq və yüksək nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, gömrük əməkdaşları tərəfindən qanunçuluğa sözsüz riayət edilməsində, hər bir gömrük işçisinin öz peşəsinə və xalqına sadiqliyi və s. prinsiplərin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü bildirdi. "Biz dünyada müstəqil Azərbaycanın nüfuzunun qaldırılmasına, iqtisadi inkişafa böyük yardım edən, xarici iqtisadi əlaqələrdə layiqli yer tuta bilən bir gömrük sistemi yaratmalıyıq" - deyərkən Heydər Əliyev gömrük sisteminin yenidən təşkili və təkmilləşdirilməsi üçün dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləməyi nəzərdə tuturdu. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifələrinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi bir dövlət, mənəvi dəyərlərə malik bir ölkə kimi tanınmasında gömrük xidmətini ön cərgədə görmək istədiyini bildirirdi. Prezidentin sərəncamına əsasən, 1997-ci ildən etibarən hər il yanvarın 30-nun gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Heydər Əliyevin bu orqanın fəaliyyətini çox yüksək qiymətləndirdiyini sübut edir.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və daha da inkişaf etməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması naminə həyata keçirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən, zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin, dünyanın bir çox ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığının daha da genişləndiyini vurğulayan A.Əliyev belə bir məqama da toxunmuşdur ki,  beynəlxalq iqtisadi-ticari, mədəni, elmi-texniki əlaqələrin genişlənməsi isə öz növbəsində gömrük işinin inkişafına müsbət təsirini göstərməkdədir. Bu mənada, düzgün aparılan gömrük işi hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da həyata keçirilməkdə olan iqtisadi islahatlara təkan verir, onu stimullaşdırır, istehsal və istehlak bazarında əlverişli şərait yaradır, iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qoruyur və onun dünya təsərrüfatına inteqrasiyasına əlverişli şərait yaradır.
çıxışının sonunda DGK sədri Aydın Əliyev böyük iftixar hissi ilə qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun gündəlik diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından biri olmuş gömrük xidməti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etmiş və möhkəmlənmiş, ölkədə aparılan məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsində çoxfunksiyalı kompleksə çevrilmişdir.
Sonda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev nəfis şəkildə çap edilmiş  daha bir nəşri-"Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" adlı kitabı tədbir iştirakçılarına təqdim etmişdir.

Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb