Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Birləşmiş Millətlər Təşkilatı
Yol-nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi ilə
müvəqqəti idxalının Gömrük Konvensiyası və
imzalama protokolu

18 may 1956-cı il Cenevrədə imzalanmışdır.

Yol nəqliyyat vasitələrinin
ticarət və kommersiya məqsədi ilə müvəqqəti idxalının
Gömrük Konvensiyası


Beynəlxalq yol nəqliyyatını inkişaf etdirmək arzusunda olan, 4 iyun 1954-cü ildə Nyu-Yorkda qəbul edilmiş fərdi nəqliyyat vasitələrinin müvəqqəti idxalı barədə Gömrük Konvensiyasının Əsasnaməsini qəbul edən müqavilə bağlayan tərəflər, bu Əsasnaməyə uyğun Əsasnamə qəbul edə bilərlər, belə ki, kommersiya nəqliyyat vasitələrinin müvəqqəti idxalı və bu nəqliyyatlar üçün gömrük sənədlərinin tətbiq edilməsi, fərdi nəqliyyatlar üçün nəzərdə tutulan qaydada qəbul edilməsini təmin etməyi arzulayanlar, aşağıdakı razılığa gəlirlər:

Fəsil I. Təyinatlar

Maddə 1

Bu Konvensiya ilə əlaqədar:
a. Vergi və rüsum məfhumları təkcə gömrük rüsumu deyil, həmçinin idxal zamanı nəzərdə tutulan bütün vergi və rüsumlara aiddir.
b. Yol nəqliyyat vasitələri deyəndə, ehtiyat hissələri ilə birlikdə, nəqliyyat vasitələrinə qoşularaq aparıla bilən bütün nəqliyyat vasitələri və treylerlər aiddir.
v. Kommersiya məqsədi ilə istifadə etmək onu göstərir ki, «S» xarakterli yüklərin daşınmasında şəxslərdən pul, mükafat və digər növ həvəsləndirmə yolu ilə və yaxud pulsuz olaraq yüklərin daşınması.
q. Müvəqqəti idxal sənədləri nəqliyyat vasitələrini təsdiq edən, vergi və rüsumlara zəmanət verən gömrük sənədidir.
d. Müəssisə dedikdə, kommersiya işinə cəlb olunmuş şəxslər nəzərdə tutulur.
e. Şəxslər dedikdə, fiziki və hüquqi şəxslər nəzərdə tutulur.

Fəsil II. Rüsum və vergi ödəmədən müvəqqəti idxal, qayda və qadağanlardan azad olunma

Maddə 2

1. Müqavilə bağlayan hər bir tərəf, başqa tərəfin ərazisində qeydiyyatda olan və kommersiya məqsədi ilə beynəlxalq yükdaşıma müəssisələri tərəfindən həmin ərazidən idarə olunan nəqliyyat vasitələrinin vergi və rüsumlardan azad edilməsi üçün müvəqqəti icazə təqdim etməlidir və bununla da onlar Konvensiyanın şərtlərinin əsasında olan qadağan və qaydalardan azad edilirlər.

2. Belə nəqliyyat vasitələri vergi və rüsumların ödənilməsinə təminat verən müvəqqəti idxal sənədləri ilə təmin olunurlar, əgər nəqliyyat vasitələri hər hansı bir gömrük tutumlarına məruz qalarsa, onda bu sualın cavabını 27-ci maddənin 4-cü paraqrafında, xüsusi qərarda tapmaq olar.

3. Kirayəyə verilmək məqsədi ilə idxal olunan nəqliyyat vasitələri idxal olunduqdan sonra bu Konvensiyadan istifadə etmək hüququndan məhrum olurlar.

Maddə 3

1. Gömrük orqanlarının tələblərini nəzərə alaraq, sürücüyə və nəqliyyat vasitəsinin digər üzvlərinə, nəqliyyat vasitəsinin idxal olunduğu dövlətdə qaldığı müddətdə istifadə edəcəyi müəyyən miqdarda şəxsi əşyaların aparılmasına icazə verilir.

2. Yol gedən müddətdə sürücülərin istifadəsi üçün ərzaq, az miqdarda tənbəki məmulatı və şəxsi istifadə üçün siqaretlər vergi və rüsumlardan azad edilməlidirlər.

Maddə 4

Müvəqqəti idxal olunan nəqliyyat vasitələrinin baklarında olan yanacağa vergi və rüsum qoyulmamalıdır. Müqaviləni imzalamış hər bir tərəf öz ərazisində müvəqqəti idxal olunan nəqliyyat vasitələri üçün maksimum yanacaq həddi qoya bilər.

Maddə 5

1. Ayrı-ayrı nəqliyyat vasitələrinin təmiri üçün idxal olunan ehtiyat hissələri vergi və rüsumlardan azad olunurlar. Müqavilə bağlayan tərəflər qeyd olunan hissələri müvəqqəti idxal sənədləri ilə müşyiət olunmasını tələb edə bilərlər.

2. Geriyə aparılmayan dəyişdirilmiş hissələr rüsum və vergiyə məruz qalırlar, bəzi hallarda həmin dövlətlərin qanunlarına uyğun olaraq, rəsmi nəzarət ilə həmin hissələr atıla və yaxud məhv edilə bilər.

Maddə 6

Müqavilə bağlayan tərəflərdən Assosiasiyalara göndərilən və digər xarici assosiasiyalarla yazışmaların köməyi ilə sənəd hazırlamaq hüququ olan, eləcə də beynəlxalq təşkilatlar və gömrük dairələrinin köməyi ilə müvəqqəti idxal və beynəlxalq sirulyar sənədlərə vergi və rüsum qoyula bilməz.

Fəsil III. Müvəqqəti idxal sənədlərinin nəşri

Maddə 7

1. Müqavilə bağlayan hər bir tərəf beynəlxalq təşkilata üzv olan assosiasiyanın və yaxud müvafiq assosiasiyaların müvəqqəti idxal sənədlərinin hazırlanmasını həvalə edə bilər.

2. Müvəqqəti idxal sənədləri bir dövlətin ərazisində və gömrükxanasında və yaxud bir neçə dövlətin ərazisində və gömrükxanasında qüvvədə ola bilər.

3. Bu sənədlər təsis olunan gündən bir ilə qədər qüvvədə ola bilər.

Maddə 8

1. Müvəqqəti idxal sənədləri müqavilə bağlayan tərəflərin bütün ərazisində qüvvəyə malikdir və bu Konvensiyanın 1-ci Əlavələrində olan standart formaya uyğunlaşdırılmalıdır.

2. Əgər bu sənədlər bir və ya bir neçə dövlətin ərazisində qüvvəyə malik deyilsə, sənədləri təsis edən assosiasiya bunun səbəblərini göstərməlidir.

3. Əgər müvəqqəti idxal sənədləri təkcə müqavilə bağlayan bir ölkənin ərazisində qüvvəyə malikdirsə, onu 2 və 3-cü Əlavələrdə nəzərdə tutulan standart formaya uyğunlaşdırmaq olar. Müqavilə bağlayan tərəflər həmçinin öz qanunvericiliklərinə və qaydalarına uyğun olan digər sənədlərdən də istifadə edə bilərlər.

4. 7-ci maddədə nəzərdə tutulan təhkim olunmuş assosiasiyalar tərəfindən təsis olunmuş sənədlərdən fərqli olaraq, müvəqqəti idxal sənədlərinin qüvvədə olma müddəti, müqavilə bağlayan hər bir tərəfin qanunvericiliyinə və qaydalarına uyğun qəbul edilməlidir.

5. Müqavilə bağlayan tərəflər bir-birlərini öz ərazilərində qüvvədə olan, lakin bu Konvensiyadakı əlavələrdən fərqli olaraq, müvəqqəti idxal sənədlərinin dəqiq surətləri ilə təmin etməlidirlər.

Fəsil IV

Maddə 9

Təhkim edilmiş assosiasiyalar tərəfindən təsis edilmiş müvəqqəti idxal sənədləri, nəqliyyat vasitələrini müvəqqəti idxal edən müəssisələr adından bölüşdürülməlidir.

Maddə 10

1. Müvəqqəti idxal sənədlərində göstərilən çəki, nəqliyyat vasitələrinin təmiz çəkisidir. Bu çəki metrik sistemdə öz əksini tapacaq. Əgər sənədlər yalnız bu ölkənin ərazisində qüvvəyə malikdirsə, o biri dövlətin gömrük orqanları başqa sistem qəbul etmək hüququna malikdirlər.

2. Bir dövlətin ərazisində qüvvədə olan və müvəqqəti idxal sənədlərində göstərilən qiymət, ancaq dövlətdəki qiymətlərlə ifadə olunmalıdır.

3. Avtomaşınların ləvazimatına daxil olan alətlər dəsti müvəqqəti idxal sənədlərində göstərilməyə bilər.

4. Gömrük orqanlarının tələbinə əsasən avtomaşınların bəzi hissələri (təkər, şinlər və s.), onun tərkib hissəsi kimi hesab edilmir və müvəqqəti idxal sənədlərində müfəssəl qeyd edilməli və ərazini tərk edəndə təqdim edilməlidir.

5. Treylerlər ayrıca sənədlərlə müşayiət edilməlidir.

Maddə 11

Assosiasiyalar tərəfindən buraxılmış müşayiət sənədlərində göstərilən hər bir detal, əgər qarant-assosiasiyalar buna razılıq verərlərsə, dəyişdirilə bilər. İdxal olunan ölkənin gömrük orqanlarının icazəsi olmadan gömrükdən keçmiş sənədlərdə heç bir dəyişiklik etmək olmaz. Əgər gömrük orqanları razılıq verərsə, onda bu dəyişikliklər edilə bilər.

Fəsil V. Müvəqqəti idxalın şərtləri

Maddə 12

Müqavilə bağlayan tərəflərin milli qanunlarına xələl gətirməməklə gömrük orqanlarına səlahiyyət verilir ki, idxal olunan ölkənin qaydalarına əsasən gömrük orqanlarına qarşı ciddi maliyyə pozuntularına yol verən şəxslərə nəqliyyat vasitələrini idarə etməyi qadağan etsinlər. Əraziyə buraxılan nəqliyyat vasitələri yol sənədləri sahibinin həvalə etdiyi şəxslər tərəfindən idarə oluna bilər.

Müqavilə bağlayan tərəflərin gömrük orqanları, həmin şəxslərə bu hüququn həvalə edilməsinin qanunauyğunluğunu yoxlama hüququna malikdirlər. Əgər bu hüquq onlara həvalə edilməyibsə, onda gömrük orqanları həmin nəqliyyat vasitələrinin onların dövlətlərinin ərazisində istifadə olunmasını qadağan etməkdə haqlıdır.

Maddə 13

1. Müvəqqəti sənədlərdə göstərilən idxal olunan nəqliyyat vasitəsi, sənəddə göstərilən müddət ərzində amortizasiya olunmuş nəqliyyat vasitələrindən başqa, gəldiyi dövlətə qaytarılmalıdır.

2. Müvəqqəti idxal olunan nəqliyyat vasitəsinin geriyə ixrac olunması idxal olunan ölkənin gömrük orqanları tərəfindən müvəqqəti idxal sənədlərinə əlavə etdiyi vizada nəzərdə tutulur.

3. Müqavilə bağlayan hər bir tərəf vergi və rüsumlarını ödəmədən, müvəqqəti idxal müavinatından imtina etmək hüququna malikdir və yaxud nəqliyyat vasitəsinin idxal olunduğu dövlətin sərhəd çərçivəsində sərnişin və ya yük daşımaq üçün istifadə olunan, bəzən də təsadüfi nəqliyyat vasitələrindən bu müavinatları geriyə götürə bilər.

4. Müvəqqəti idxal olunan kirayəyə götürülən nəqliyyat vasitələri, bu Konvensiyanın terminlərinə müvafiq olaraq, müvəqqəti idxal olunduğu ölkədə başqa şəxslərə verilə bilməz. Müqavilə bağlayan tərəflərin gömrük orqanları belə nəqliyyat vasitələrinin nəqliyyat əməliyyatları başa çatdıqdan sonra, geriyə ixrac olunmasını tələb etmək hüququna malikdirlər.

Maddə 14

1. Nəqliyyat vasitələrinin geriyə ixrac olunmasının şərtləri 19-cu maddədə nəzərdə tutulsa da, ciddi zədə almış nəqliyyat vasitələrinin geriyə ixrac olunmasına tətbiq oluna bilməz, bu şərtlə ki,

a. vergi və rüsumlara məruz qalır.

b. nəqliyyatın gətirildiyi ölkənin xeyrinə bütün vergi və rüsumlardan azad olunur.

v. müqavilə bağlayan tərəflərin rəsmi nəzarəti altında məhv edilirlər. Xilas edilmiş hər hansı bir əşya və hissələrə gömrük orqanları tərəfindən tələb edilən qaydada vergi və rüsum verilməsi nəzərdə tutulur.

2. Fiziki şəxslərin saxlanılması istisna olmaqla, idxal olunan nəqliyyat vasitələri müsadirə nəticəsində geriyə ixrac edilməzsə, müsadirə davam edən müddətdə ixrac olunmaya dair tələblər müvəqqəti dayandırılır.

3. Gömrük orqanları imkan daxilində təminat assosiasiyalarına məlumat verməlidirlər.

Maddə 15

Müvəqqəti idxal sənədlərinin qüvvədə olan müddətdə müşayiət edən şəxslər, nəqliyyat vasitələrini lazım olan miqdarda idxal edə bilərlər, bir şərtlə ki, onlar hər reys zamanı (idxal-ixrac) gömrük orqanlarının məsul şəxslərinin gömrük qaydalarına uyğun vizaları ilə təsdiq edilsin. Müvəqqəti idxal sənədləri ancaq bir dəfə gedib-gəlmək üçün qüvvədə ola bilər.

Maddə 16

O hallarda ki, müvəqqəti idxal sənədləri fərdi təminatsız istifadə olunur, gömrükxana tərəfindən verilmiş vizalar ilk idxalla, axırıncı ixrac arasındakı müddətdə müvəqqəti hesab edilir. Buna baxmayaraq, əgər axırıncı viza müvəqqəti ixrac vizası hesab edilirsə, o, nəqliyyat vasitəsi və onun ayrı-ayrı tərkib hissələrinin geriyə ixrac olunmasına sübut kimi qəbul edilməlidir.

Maddə 17

Əgər müvəqqəti idxal sənədləri hər reys üçün ayrı-ayrı təminatçılar tərəfindən istifadə olunursa, onda hər bir idxal vizası, sənədin gömrük orqanından keçdiyini nəzərdə tutur, ondan sonrakı hər bir ixrac vizası, onun qanunla başa çatdığını bildirir. 18-ci maddədə göstərilən xüsusiyyətlərdən başqa.

Maddə 18

Ölkənin gömrük orqanları müvəqqəti idxal sənədlərini qəti və qeyd-şərtsiz əldə edərsə, onlar təminat assosiasiyalarından idxal vergi və rüsumlarını tələb edə bilməzlər, bir şərtlə ki, ödəmə sertifikatı qeyri-qanuni alınmayıb.

Maddə 19

Konvensiyada nəzərdə tutulan şərtlər əsasında müvəqqəti idxal sənədlərinin vizası üçün gömrük vergisi alınmır, hansı ki, belə vizaların buraxılması gömrük xidmətində müəyyən edilmiş müddətdə nəzərdə tutulur.

Fəsil VI. Qaydaların müvəqqəti dayandırılması və müvəqqəti idxal sənədlərinin qüvvəyə minməsi

Maddə 20

Müvəqqəti idxal olunan nəqliyyat vasitələrinin ixrac olunmaları barədə sübutun olmaması o zaman nəzərə alınmaz ki, ixrac olunmasından 14 gün keçmiş, gömrük orqanlarına təqdim olunmuş nəqliyyat vasitələri, gecikmənin səbəbləri barədə ətraflı izahat təqdim etməlidirlər.

Maddə 21

Bu Konvensiyanın 4-cü Əlavələrində nəzərdə tutulduğu kimi, müqavilə bağlayan hər bir tərəf karnet de passaj nizamnaməsinin təsirinin davamçısı kimi tanınmalıdır.

Maddə 22

1. Müvəqqəti idxal sənədlərinin qüvvədə olma müddətinin artırılması üçün vəsatət, səlahiyyətli gömrük orqanlarına həmin sənədlərin müddətinin başa çatmasına qədər verilməlidir.

2. Müddətin artırılması müvəqqəti idxal olunan nəqliyyat vasitələrinin və onların tərkib hissələrinin geriyə ixrac olunması üçün vacibdir, müddət artırılması barədə vəsatət, gömrük orqanlarının razılığı alındıqdan sonra təqdim edilir.

Maddə 23

Müvəqqəti idxal sənədlərinə təminat verən assosiasiyalar, nəqliyyat vasitələri və onların tərkib hissələrinin, müqavilə bağlayan tərəflərin ərazisinə idxal olunmasına icazənin şərtlərinin yerinə yetirilmədiyi zaman, həmin şərtlərin yerinə yetirilməsi üçün hər növ nəzarətdə istifadə edə bilərlər. İdxalın təzələnməsi üçün şərtlər təminat verən assosiasiyalar tərəfindən təqdim edilir.

Fəsil VII. Müvəqqəti idxal sənədlərinin tənzimlənməsi

Maddə 24

1. Əgər müvəqqəti idxal sənədləri vaxtlı-vaxtında təqdim edilirsə, idxal olunan ölkənin gömrük orqanları (sənədlərin qüvvədə olub-olmamasından asılı olmayaraq) nəqliyyat vasitələri və onların tərkib hissələrinin geriyə ixrac olunmasına sübut kimi, sertifikatın təqdim edilməsini götürə bilərlər, hansı ki, bu Konvensiyanın 5-ci Əlavələrində göstərilən standart formada olur və rəsmi hakimiyyət tərəfindən verilir (konsulluq, gömrük, polis və s.). Sertifikat sübut edir ki, nəqliyyat vasitələri və onların tərkib hissələri təqdim edilmirlər və idxal edən ölkənin hüdudlarından kənardadırlar.
Qeyd edilən gömrük orqanları, nəqliyyat vasitələri və onların tərkib hissələrinin idxal olunan ölkənin kənarda olması barədə başqa sübut növlərini qəbul edə bilərlər.

2. Müvəqqəti idxal sənədləri məhv olarsa və ya oğurlanarsa, idxal olunan ölkələrin gömrük orqanları geriyə ixrac olunmasına sübut kimi, bu Konvensiyanın 5-ci Əlavələrində göstərilən sertifikatları sübut kimi qəbul etməlidirlər. Bu sertifikatlar rəsmi dairələr tərəfindən verilir (konsulluq, polis, gömrük, hüquqi şəxslər və s.) və təsdiq edirlər ki, nəqliyyat vasitələri və onların tərkib hissələri sənədlərin müddəti qurtardıqdan sonra idxal olunan ölkələrin hüdudlarından kənardadırlar. Qeyd edilən gömrük orqanları nəqliyyat vasitələri və onların tərkib hissələrinin idxal olunan ölkənin hüdudlarından kənarda olması barədə başqa sübut növlərini qəbul edə bilərlər.

3. Nəqliyyat vasitələri və onların tərkib hissələri, müqavilə bağlayan idxal olunan ölkənin ərazisindədirlərsə və «Karnet de passaj» kitabçası məhv olmuşsa, itirilibsə və yaxud oğurlanmışsa, bu ölkənin gömrük orqanları, nəqliyyat vasitəsinin aid olduğu assosiasiyanın tələbi ilə əvəz edilən sənədləri qəbul edə bilərlər, bir şərtlə ki, həmin sənədlərin müddəti «karnetin» müddəti ilə bir vaxtda tamam olur. Əgər nəqliyyat vasitələrini geriyə ixrac üçün başqa əvəz edilən sənəd kimi ixrac lisenziyası və ya ona uyğun sənəd təqdim edilirsə, onda bu lisenziyadakı çıxış vizası, ixrac üçün sübut növü kimi baxılmalıdır.

4. Əgər nəqliyyat vasitəsi müvəqqəti idxal olunan ölkədən ixrac olunduqdan sonra oğurlanarsa, onda çıxışdan qabaqkı təsdiq olunmuş müvəqqəti idxal sənədləri, ya da ki, çıxış vizası yoxdursa, bu sənədlər kifayət qədər əsas kimi qəbul edilə bilər.
Maddə 25

24-cü maddədə göstərilən hallarda, gömrük orqanları ödəmə haqqını təyin etmək hüququna malikdirlər.

Maddə 26

Gömrük orqanları o hallarda müvəqqəti idxal olunan nəqliyyat vasitələri və onların tərkib hissələrindən vergi və rüsum almaq hüququna malik deyillər, o vaxt ki, müvəqqəti idxal sənədlərinin ödənilməsi barədə təminatçı assosiasiyalara sənədin qüvvədə olma müddətindən bir il keçəndən sonra məlumat verilsin.

Maddə 27

1. Təminat verən assosiasiyalar müvəqqəti idxal sənədlərinin təkmilləşdirilməsi elan edildiyi gündən bir il müddətində olmalıdır, təkmilləşdirilmiş sənədlərdə bu Konvensiyanın əsasını təşkil edən nəqliyyat vasitələri və onların tərkib hissələrinin ixrac olunması barədə sübutlar vardır.

2. Əgər müəyyən edilmiş müddətdə sübutlar təqdim edilmirsə, təminat verən assosiasiyalar dərhal beh verir və ya idxal vergi və rüsumlarını ödəyirlər. Bu beh və ödəniş, müvəqqəti ödənişdən bir il sonra axırıncı olmalıdır.

Sonuncu müddət ərzində qoyulmuş və ya ödənilmiş məbləğlərin ödənilməsi məqsədilə, təminat verən assosiasiyalar əvvəlki paraqraflarda nəzərdə tutulan imkanlardan istifadə etməlidirlər.

3. O ölkələrdə ki, qaydalarda müvəqqəti ödəmələr, yaxud vergi və rüsumların depozitə qoyulması nəzərdə tutulmayıb, əvvəlki paraqraflardakı qanunauyğun olan ödənişlər qurtarmış hesab edilməlidir. Ödənilmiş məbləğlər bu maddədə göstərilən şərtlər yerinə yetirildikdən sonra qaytarıla bilər.

4. Əgər müvəqqəti idxal sənədləri təkmilləşdirilirsə, təminat verən assosiasiyalar nəqliyyat vasitələri və onların tərkib hissələrinin ixrac edilmədiyi halda, vergi və rüsumların məbləğindən artıq məbləğ ödənilməsini tələb etməlidirlər.

Maddə 28

Bu Konvensiyanın qərarları müqavilə bağlayan tərəflərə əsas verir ki, müvəqqəti idxal sənədlərindən istifadə edən sahibkarlar və yaxud ayrı-ayrı şəxslər pozuntulara, sui-istifadəyə, yalana yol verərlərsə, onlara qarşı vergi və rüsum tutulması və həmçinin müxtəlif tədbirlər tətbiq olunmalıdır.

Belə hallarda təminat verən assosiasiyalar gömrük orqanlarına öz köməklərini təklif etməlidirlər.

Fəsil VIII. Ümumi qərarlar

Maddə 29

Müqavilə bağlayan tərəflər elə etməlidirlər ki, beynəlxalq yol nəqliyyatının inkişafına maneə törədən gömrük qaydaları tətbiq edilməsin.

Maddə 30

Gömrük qaydalarını tezləşdirmək məqsədilə müqavilə bağlayan tərəflər özlərinin gömrük xidmətlərini və nəzarət məntəqələrini imkan daxilində bir-birinə yaxın yerləşdirməli və həmin müddət ərzində açıq saxlamalıdırlar.

Maddə 31

Bu Konvensiyanın hər hansı bir qaydasını pozmaq, o cümlədən Konvensiyanın əsasını təşkil edən və idxal sisteminə xələl gətirən yalan bəyanat və yaxud şəxsə qarşı yalan hərəkət, qanunun pozulduğu ölkədə həmin ölkənin qanunlarına uyğun olaraq qanun pozuntusuna yol verənlər məsuliyyətə cəlb oluna bilərlər.

Maddə 32

Müqavilə bağlayan tərəflərə, hansılar ki, iqtisadi birlik yaratmaqla bu Konvensiyada heç bir maneəyə rast gəlmədən xüsusi qərarlar hazırlaya bilərlər. Xüsusi qərarlar bu ittifaqı yaradan ölkələrin müəssisələrində tətbiq olunmaq üçün hazırlanır.

Fəsil IX. Son qaydalar

Maddə 33

1. Avropa iqtisadi komissiyasının üzvü olan ölkələr və məsləhətçilər kimi komissiyaya buraxılan ölkələr, bu Konvensiyanın 8-ci paraqrafına əsasən müttəfiq ola bilərlər:

a) imza etməklə;

b) ratifikasiya etməklə;

v) daxil olmaqla.

2. Belə ölkələr 11-ci paraqrafdakı «Komissiyanın arayış termini»nə əsasən komissiyanın müəyyən fəaliyyətində iştirak edə bilərlər, yaxud da bu Konvensiyaya əsasən imzalanaraq qüvvəyə mindikdən sonra müqavilə bağlayan tərəflər ola bilərlər.

3. Konvensiya 1956-cı il avqustun 31-nə kimi imzalanmaq üçün açıq olacaq.

4. Ratifikasiya qüvvəyə mindikdən sonra sənəd kimi BMT-nin Baş katibliyinə təqdim edilir.

Maddə 34

33-cü maddənin 1-ci paraqrafına əsaslanan 5 ölkə qeyd-şərtsiz Konvensiyanı imzalayarsa, imzalamanın 19-cu günü bu Konvensiya qüvvəyə minir.

Maddə 35

1. Müqaviləni imzalamış hər bir tərəf BMT-nin Baş katibliyini xəbərdar etdikdən sonra bu Konvensiyanı mühakimə edə bilər.

2. etibarsız saymaq BMT-nin Baş katibliyinin bu barədə məlumat aldığı tarixdən 15 ay müddətində qüvvədə olacaq.

3. etibarsız saymaqdan əvvəl buraxılmış müvəqqəti idxal sənədləri, etibarsız saymaq qüvvəyə mindikdən sonra öz gücündə qalır və assosiasiyanın təminatı öz qüvvəsində qalır.

Maddə 36

Bu Konvensiya qüvvəyə mindikdən sonra, ilin 12 ayının hər birində öz qüvvəsini itirə bilər, bir şərtlə ki, müqavilə bağlayan tərəflərin sayı 5-dən az olsun.

Maddə 37

1. Konvensiyanı imzalayan hər bir tərəf BMT-nin Baş katibliyinə məlumat verməklə elan edə bilər ki, bu Konvensiya, beynəlxalq əlaqələrin yaradılması üçün hər hansı ərazini əhatə edə bilər.

2. Deklarasiyanı tərtib etmiş hər hansı bir ölkə, əvvəlki paraqrafa uyğun olaraq, təklikdə Konvensiyanı etibarsız saya bilər.

Maddə 38

1. İki və yaxud bir neçə müqavilə bağlayan tərəflər arasında Konvensiya barəsində mübahisələr, imkan daxilində danışıqlar yolu ilə həll edilir.

2. Danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr baxılması üçün tərəflərin tələbləri ilə arbitraja verilməlidir, tərəflərin müzakirə zamanı razılığı ilə, mübahisə bir və ya bir neçə arbitr tərəfindən baxılmalıdır. Əgər üç ay müddətində gəldikləri razılıq əsasında bir və ya bir neçə arbitr seçilərsə, tərəflərdən hər hansı biri BMT-nin Baş katibliyinə müraciət edərək, mübahisəni həll edə biləcək bir arbitrin namizədliyini irəli sürə bilər.

3. Əvvəlki paraqraflara əsasən arbitr və ya arbitrajların qərarı barədə müqaviləni imzalayan tərəflərə məlumat verilməlidir.

Maddə 39

1. Müqavilə bağlayan tərəflər bu Konvensiyanı imzalayarkən, ratifikasiya edərkən və ona qoşularkən elan etməlidirlər ki, Konvensiyanın 38-ci maddəsində qeyd edilən kimi özlərini müqaviləni bağlayan digər tərəf kimi hesab etmədiyini elan edə bilər.

2. 1-ci paraqrafda nəzərdə tutulduğu kimi Konvensiyaya qoşulan müqavilə bağlayan hər bir tərəf, BMT-nin Baş katibliyini xəbərdar etməklə Konvensiyadan çıxa bilər.

Maddə 40

1. Konvensiya 3 il müddətində öz qüvvəsində qaldıqdan sonra müqavilə bağlayan hər bir tərəf BMT-nin Baş katibliyinə bildirməklə Konvensiya çağırılmasını tələb edə bilər. Baş katiblik bu tələb barəsində müqavilə bağlayan tərəfləri xəbərdar etməlidir və Konvensiya Baş katiblik tərəfindən çağırılır, bir şərtlə ki, xəbərdarlıqdan 4 ay keçənədək müqavilə bağlayan tərəflərin 1/3-i bu tələblə razı olduqlarını bildirməlidirlər.

2. Əgər Konvensiya əvvəlki paraqrafdakı kimi çağırılıbsa, Baş katiblik bu barədə bütün müqavilə bağlayan tərəflərə xəbər verir, onları iştirak etməyə dəvət edir və baxılmağa elə məsələlərin qoyulmasını təklif verilməsini istəyir ki, hansıların Konvensiyada baxılması vacibdir. 3 ay ərzində Baş katiblik müqavilə bağlayan tərəflərə konvensiyanın təyin olunduğu gün və gündəlik barədə məlumat verməlidir, məlumatla yanaşı təkliflərin mətni də göndərilir, bütün bunlar konvensiyanın başlanmasına 3 ay qalmış həll edilməlidir.

3. Baş katiblik bu maddəyə uyğun olaraq 1-ci paraqrafda 30-cu maddədə nəzərdə tutulan bütün ölkələrin hər birini Konvensiyaya dəvət etməlidir, həmin maddənin 2-ci paraqrafına əsasən müqavilə bağlayan tərəfləri dəvət etməlidir.

Maddə 41

1. Müqavilə bağlayan hər bir tərəf bu Konvensiyaya bir və ya bir neçə əlavələr edə bilər. Hər bir əlavənin mətni BMT-nin Baş katibliyinə verilməlidir, Baş katiblik öz növbəsində əlavələrin mətnini bütün müqavilə bağlayan tərəflərə verir və 33-cü maddənin 1-ci paraqrafında nəzərdə tutulan digər ölkələrə məlumat verir.

2. Əvvəlki paraqrafa əsasən, yayılmış təklif edilən düzəliş qəbul edilə bilər, bir şərtlə ki, müqavilə bağlayan tərəflər Baş katiblik tərəfindən təklif edilmiş düzəlişə 6 ay ərzində etirazlarını bildirməsinlər.

3. Baş katiblik imkan daxilində müqavilə bağlayan tərəflərə, edilmir düzəlişlərə etirazlar barədə xəbər verir.

Əgər təklif edilmiş əlavələrə etiraz edilirsə, onda əlavələr qəbul edilmiş və etibarsız sayılır, Əgər əlavələr barədə etirazlar yoxdursa, onda əvvəlki paraqrafda nəzərdə tutulan 6 aylıq müddət qurtardıqdan 3 ay sonra bütün müqavilə bağlayan tərəflər üçün qüvvəyə minir.

4. Bu maddənin 1, 2, 3-cü paraqraflarında nəzərdə tutulmuş düzəlişlərin qəbul edilməsi qaydasından asılı olmayaraq bu Konvensiyaya əlavələr, müqavilə bağlayan tərəflərin səlahiyyətli şəxslərinin razılığı ilə dəyişdirilə bilər.

Baş katiblik dəyişikliklərdə göstərilən yeni mətnlərin qüvvəyə minmə tarixini təyin etməlidir.

Maddə 42

40—42 saylı maddələrdə nəzərdə tutulan xəbərlərə əlavə olaraq, BMT-nin Baş katibliyi 33-cü maddənin 1-ci paraqrafında göstərilən ölkələrin və həmin maddənin 2-ci paraqrafında göstərilən, müqavilə bağlayan tərəf olmuş ölkələrə aşağıdakılar barədə məlumat verməlidir:

a. 33-cü maddəyə əsasən imzalama, ratifikasiya və qoşulma barədə,

b. 34-cü maddəyə əsasən bu Konvensiyaya qoşulma barədə,

v. 35-ci maddəyə əsasən etibarsız sayma barədə,

q. 36-cı maddəyə əsasən bu Konvensiyanın qüvvədən düşməsi barədə,

d. 37-ci maddəyə əsasən xəbərdarlıqlar barədə,

e. 39-cu maddənin 2-ci paraqrafına əsasən deklarasiya və xəbərdarlıqlar barədə,

j. 41-ci maddəyə əsasən hər bir düzəlişin qüvvəyə minməsi barədə.

Maddə 43

Müqavilə bağlamış və nəqliyyat vasitələrinin kommersiya məqsədi ilə idxal olunması barədə Gömrük Konvensiyasını təşkil etmiş ölkələr, həmçinin 16 may 1949-cü ildə təşkil edilmiş Beynəlxalq nəqliyyat yükdaşıma Konvensiyasının üzvləri etibarsız sayma barədə Razılığın 4-cü paraqrafına riayət edilməsi tələb etməlidirlər.

Maddə 44

Bu Konvensiyanın protokolunun imzalanması Konvensiyanın özü kimi eyni gücə, qüvvəyə və müddətə malikdir və bunların hər ikisi bölünməz hissə kimi baxılmalıdır.

Maddə 45

1956-cı il avqustun 31-dən sonra bu Konvensiyanın əsli BMT-nin Baş katibliyinə təqdim edilir, o, öz növbəsində 33-cü maddənin 1, 2-ci paraqraflarında göstərilən dövlətlərə Konvensiyanın təsdiqlənmiş surətlərini verməlidir.


Əlavə 4. Qüvvədə olma müdətinin artırılması

1. Qüvvədə olma müddətinin artırılması üçün möhür, əlavədə göstərilən nümunə kimi olmalıdır.

Möhür fransız dilində tərtib olunur, ancaq ona yazılan sözlər müxtəlif dillərdə ola bilər.

2. Sonrakı qaydaya, qüvvədə olma müddətini artıran şəxs tərəfindən əməl olunmalıdır:

(a) Karnet de passaj kitabçasının sahibinə sənədin müddətinini artırmaq lazım gələrsə, o, təminat assosiasiyalarına müddətin artırılması üçün karneti və sorğunu göndərir. Eyni zamanda sorğuda müddətin artırılmasının səbəbləri də göstərilir. O, baxılmaq üçün sorğu ilə birlikdə sənədləri də göndərir: tibbi arayış, təmirlə məşğul olan qarajdan arayış və yaxud gecikməyə səbəb olan rəsmi sənədlər.

(b) Əgər təminat assosiasiyası hesab edir ki, müddətin artırılması gömrük orqanlarından keçməlidir, onda o, karnet de passajda xüsusi ayrılmış yerə möhür vurur.

(c) Möhürün sol tərəfindən təminat assosiasiyası tərəfindən hansı vaxta qədər artırılırsa, həmin tarix rəqəm və söz yazılır.
Təminat assosiasiyanın prezidenti və ya digər səlahiyyətli nümayəndəsi imzalanmış və möhürlənmiş dəlilləri təqdim edir.

(d) Qüvvədə olma müddəti müəyyən edilmiş müddətdən artıq ola bilməz, həmin müddətdə səfər başa çatmalıdır, qeyd etmək lazımdır ki, həmin müddət karnetin yola düşdüyü tarixdən başlayaraq, 3 aydan artıq ola bilməz.

(e) Təminat assosiasiyası karneti öz ölkəsinin səlahiyyətli gömrük orqanlarına göndərir.

(f) Gömrük orqanları həll edirlər: qüvvədə olma müddəti artırılsın, yaxud azaldılsın.
Əgər icazə verilirsə, səlahiyyətli gömrük işçisi karnetin üzərində qoyulmuş ştampı doldurur, ştampda qeydiyyat nömrəsi yeri, tarix və harada doldurulduğu göstərilir, gömrük işçisinin imzası və ştampı qoyulur.

(j) karnet təminat assosiasiyasına qaytarılır, o da öz növbəsində onu lazım olan şəxsə qaytarır.

Azərbaycan Respublikası 11 fevral 2000-ci il tarixli, 813-IQ nömrəli Qanuna əsasən bu Konvensiyaya qoşulmuşdur («VneshExpertService»).

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb