| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Yük nişanı haqqında
1966-cı il Beynəlxalq Konvensiyası
Sazişəgələn
hökumətlər,
Beynəlxalq
səfərlərə çıxan gəmilərin son yüklənmə
həddinə dair, dənizdə insan həyatının və
əmlakının mühafizəsinin gücləndirilməsinə
kömək edən vahid prinsip və qaydalar müəyyən
olunmasını arzu edərək, bu məqsədə çatmaq
üçün Konvensiya bağlanmasını ən yaxşı
üsul hesab edərək, aşağıdakılar haqqında
razılığa gəlmişlər:
Maddə 1. Konvensiya üzrə ümumi təəhhüdlər
1.
Sazişəgələn hökumətlər bu Konvensiyanın
müddəalarını və həmin Konvensiyanın hissəsi
olan Əlavələri həyata keçirməyi öhdələrinə
götürürlər. Konvensiyaya hər hansı istinad etmə,
eyni zamanda bu Əlavələrə istinad etmə deməkdir.
2.
Sazişəgələn hökumətlər bu Konvensiyanın
həyata keçirilməsi üçün lazım olan bütün
tədbirləri görəcəklər.
Maddə 2. Müəyyən etmələr
Əgər
qabaqcadan başqa şərtləşmə yoxdursa, bu
Konvensiyanın məqsədləri üçün:
1.
«Qaydalar» bu Konvensiyaya əlavə edilmiş
Qaydalar deməkdir.
2.
«Müdiriyyət» gəminin bayrağı altında
üzdüyü dövlətin hökuməti deməkdir.
3.
«Bəyənilmişdir» yəni müdiriyyət
tərəfindən bəyənilmişdir deməkdir.
4.
«Beynəlxalq reys» bu Konvensiyanın şamil
edildiyi ölkədən bu ölkənin hüdudlarından kənardakı
limana və ya ölkəsinə yönələn dəniz
reysinə deyilir. Bu mənada o ərazilərin ki, xarici əlaqələri
üçün Sazişəgələn hökumət məsuliyyət
daşıyır, yaxud onun Birləşmiş Millətlər
Təşkilatı idarəedici hakimiyyətdir, belə əraziyə
ayrıca dövlət kimi baxılır.
5.
«Balıqçılıq gəmisi» — balıq,
balina, suiti, morj və dənizlərin digər canlı
ehtiyatlarının ovu ilə məşğul olan gəmi deməkdir.
6.
«Yeni gəmi» — dedikdə, Sazişəgələn
hökumətlərin hər biri üçün kili bu
Konvensiyanın qüvvəyə mindiyi gün və ya həmin
gündən sonra qoyulmuş yaxud qoyulma mərhələsində
olan gəmi deməkdir.
7.
«Mövcud gəmi» — yeni olmayan gəmi deməkdir.
8.
«Uzunluq» suya oturma üzrə götürülən
tam gəmi uzunluğunun 96%-i, su üzündə qalan bortun,
kilin yuxarı kənarından ölçülən minimal nəzəri
hündürlüyünün 85%-i, yaxud qabaq forştevenin
ucundan ballera sükan oxunadək həmin su kəsimi üzrə,
hansı çoxsa, gəmi uzunluğu deməkdir. Differentlə
layihələşdirilmiş uzunluğun ölçüldüyü
su kəsimi konstruktiv su xəttinə paralel olmalıdır.
Maddə 3. Ümumi müddəalar
1.
Bu Konvensiyanın tətbiq edildiyi gəmi, əgər yoxlamadan
keçməmişsə, ona yük nişanı vurulmamışsa
və ona yük nişanı haqqında Beynəlxalq vəsiqə
(1966) verilməmişsə, yaxud bu Konvensiyanın müddəalarına
uyğun olaraq ona yük nişanının geri alınması
haqqında Beynəlxalq vəsiqə verilməmişsə, həmin
Konvensiya qüvvəyə mindikdən sonra belə gəmi beynəlxalq
reysə çıxa bilməz.
2.
Bu Konvensiyada heç nə müdiriyyətin Əlavə 1-də
müəyyən edilmiş minimal suüstü bortdan daha böyük
suüstü bort müəyyən etməsinə mane olmur.
Maddə 4. Tətbiq etmə
1.
Bu Konvensiya tətbiq edilir:
a) hökumətləri
Sazişəgələn hökumətlər olan ölkələrdə
qeydiyyatdan keçmiş gəmilərə;
v)
32-ci maddəyə əsasən bu Konvensiyanın şamil
edildiyi ərazilərdə qeydiyyata alınmış gəmilərə;
s) hökuməti
Sazişəgələn hökumət olan dövlətin bayrağı
altında üzən qeydiyyata alınmış gəmilərə.
2.
Bu Konvensiya beynəlxalq reyslər keçirən gəmilərə
tətbiq edilir.
3. Əlavə
1-dəki qaydalar başlıca olaraq yeni gəmilərə tətbiq
edilir.
4. Əlavə
1-dəki qaydalara, yaxud onların hər hansı hissəsinin tələblərinə
cavab verməyən mövcud gəmilər ən azı, Müdiriyyətin
bu Konvensiya qüvvəyə minməzdən qabaq beynəlxalq
reyslərə çıxan gəmilərə tətbiq etdiyi
müvafiq tələblərə cavab verməlidirlər; belə
gəmilərdən suüstü bortunun böyüdülməsi
qətiyyən tələb edilmir. Mövcud gəmilər əvvəlcədən
qoyulmuş suüstü bort hündürlüyünün
azaldılması üçün bu Konvensiyanın bütün
tələblərinə cavab verməlidirlər.
5. Əlavə
11-də nəzərdə tutulan qaydalar bu Konvensiyanın şamil
edildiyi yeni və mövcud gəmilərə tətbiq olunur.
Maddə 5. Müstəsna hallar
1.
Bu Konvensiya tətbiq edilmir:
a) hərbi
gəmilərə;
v)
uzunluğu 24 metrdən (79 fut) az olan yeni gəmilərə;
s) ümumi
tutumu 150 registr tonundan az olan mövcud gəmilərə;
d)
kommersiya daşımaları ilə məşğul olmayan gəzinti
qayıqlarına, və
e)
balıqçı gəmilərinə.
2.
Bu Konvensiyada heç nə yalnız aşağıdakı növ
səfərlərə çıxan gəmilərə tətbiq
edilmir:
a) cənubda
Rozye burnundan Antikosti adasındakı Vest Poynt burnunadək çəkilmiş
düz xəttlə məhdudlaşan ərazidə Şimali
Amerikanın Böyük Gölləri və Müqəddəs
Lavrentiy çayı ilə, sonra isə Antikos adasından
maridian üzrə 69 qərb uzunluq dairəsindən şimal
istiqamətində çəkilmiş düz xətt üzrə
üzən gəmilərə;
v) Xəzər
dənizində;
s) şərqdə
Punta Raza (Kabo San Antonio), Argentina və Punta del Este, Uruqvay arasında
çəkilmiş düz xətlə məhdudlaşan
La-Planta, Parana və Uruqvay çayları ilə.
Maddə 6. Ləğv etmə
1. Əgər
həmin limanların yerləşdiyi dövlətlərin hökumətləri
həmin portlar arasındakı reyslərin təhlükəsiz
xarakterinə və ya şəraitinə görə bu
Konvensiyanın onlara tətbiqini lüzumsuz və artıq hesab
edirlərsə, yaxın iki və ya daha çox dövlət
limanları arasında beynəlxalq reysə çıxan, gəmilər
nə qədər ki, həmin səfəri yerinə yetirir müdiriyyət
onları bu Konvensiyanın tələblərini yerinə yetirməkdən
azad edə bilər.
2. Müdiriyyət
yeni konstruktiv xüsusiyyətlərə malik gəmini bu
Konvensiyanın tətbiqi, göstərilən həmin xüsusiyyətlər
sahəsində tədqiqat aparılmasında və beynəlxalq
reyslərə çıxan gəmilərə tətbiq edilməsində
ciddi çətinliklər yaradacaq istənilən müddəasına
riayət etməkdən azad edə bilər. Lakin belə gəmi,
müdiriyyətin fikrincə, yükün daşınması üçün
müəyyən edilən təhlükəsizlik qaydalarının
tələblərinə kifayət qədər cavab verməli,
onun təhlükəsizliyini tam təmin etməli, həmçinin
gəmiyə gələcək hökumət üzvləri üçün
münasib olmalıdır.
3.
Bu Maddənin 1 və 2-ci bəndlərinə əsasən ləğv etməyə icazə verən
Müdiriyyət həmin ləğvetmə və onun səbəbləri
haqqında Dövlətlərarası Dəniz Konsultativ Təşkilatına
(aşağıda Təşkilat adlanacaq) məlumat verir, Təşkilat
isə bunları Sazişəgələn digər hökumətlərə
göndərir.
4.
Bir qayda olaraq, xarici səfərlərə çıxmayan,
lakin müstəsna hallarda tək-tək beynəlxalq reys etməsi
tələb olunan gəmiləri, Müdiriyyət bu Konvensiyanın
istənilən tələblərinin yerinə yetirilməsindən
azad edə bilər, bu şərtlə ki, Müdiriyyətin
fikrincə gəmi həmin reysi yerinə yetirmək üçün
lazımi təhlükəsizlik tələblərinə cavab
verə bilsin.
Maddə 7. Rəfedilməz hadisələr
1.
Bu Konvensiyanın müddəalarının şamil edilmədiyi
hər hansı bir reysə çıxan gəmi, pis hava şəraiti
və ya başqa hər hansı rəfedilməz hadisə nəticəsində
nəzərdə tutulmuş reysdən kənara çıxarsa,
onda bu gəmidən Konvensiyanın müddəalarına əməl
edilməsi tələb olunmur.
2.
Bu Konvensiyanın müddəalarını tətbiq edərkən,
Sazişəgələn hökumətlər gəminin pis hava
şəraiti və ya hər hansı rəfedilməz hadisə
nəticəsində yubanması, yaxud reysdən kənara çıxması
hallarını lazımi qaydada nəzərə almalıdırlar.
Maddə 8
1. Müdiriyyət
gəmidə bu Konvensiyanın tələb etdiyindən başqa
digər avadanlıqdan, materialdan, vəsaitdən və
cihazlardan istifadə olunmasına, yaxud başqa tədbirlər
keçirilməsinə icazə verə bilər, əgər
sınaqdan keçirmək və ya başqa yolla həmin
avadanlığın, materialın, vəsaitin, yaxud keçirilən
tədbirlərin Konvensiyada nəzərdə tutulanlardan daha səmərəli
olduğuna əmindirsə.
2.
Konvensiyada nəzərdə tutulduğundan fərqli avadanlıqdan,
materialdan, vəsaitdən, cihazlardan istifadə edilməsinə
və başqa tədbirlərin keçirilməsinə icazə
verən Müdiriyyət bütün bunlar haqqında məlumatı
və keçirilən sınaqlar haqqında hesabatla birlikdə
Sazişəgələn hökumətlərə yollamaq üçün
Təşkilata göndərir.
Maddə 9. Təcrübə məqsədləri
üçün icazə
1.
Bu Konvensiyanın tətbiq edildiyi gəmiyə dair təcrübə
məqsədiylə xüsusi tədbirlər keçirilməsinə
Müdiriyyətin icazə verməsinə Konvensiyada heç nə
mane olmur.
2.
Belə tədbirlərin keçirilməsinə icazə verən
Müdiriyyət Sazişəgələn hökumətlərə
göndərilməsi üçün onlar haqqında məlumatı
çatdırır.
Maddə 10. Təmir, yenidən təchiz
etmə və təkmilləşdirmə
1. Təmirə,
yenidən təchizə, təkmilləşdirməyə məruz
qalan və bunlarla əlaqədar içərisində avadanlıq
quraşdırılan gəmilər bundan sonra ən azı, əvvəllər
qarşılarına qoyulan tələblərə cavab verməlidirlər.
Bununla belə, mövcud gəmiyə qoyulan tələblər,
bir qayda olaraq, yeni gəmiyə qoyulan tələblərdən
o qədər də çox fərqlənməməlidir.
2. Gəminin
zəruri xarakterli təmiri, yenidən təchizi, təkmilləşdirilməsi
və onda avadanlıqlar quraşdırılması yeni gəmilər
üçün Müdiriyyətin səmərəli və məqsədəuyğun
hesab etdiyi dərəcədə tələblərə cavab
verməlidir.
Maddə 11. Zonalar və rayonlar
1.
Bu Konvensiyanın şamil edildiyi gəmi, Əlavə 11-də
göstərilən zona və rayonlarda həmin gəmiyə tətbiq
olunan tələblərə cavab verməlidir.
2. İki
zonanın yaxud rayonun sərhəddində yerləşən,
həmin zona və rayonun hüdudunda gəminin çıxdığı
və ya yan aldığı yer liman hesab edilir.
Maddə 12. Yük nişanının rolu
1.
Bu maddənin 2 və 3-cü bəndlərindəki hallar
istisna olmaqla, ilin fəslinə və gəminin yerləşdiyi
zonaya yaxud rayona uyğunlaşdırılmış gəminin
yük nişanı, gəmi dənizdə olarkən, üzərkən
və limana girərkən, bütün bu müddət ərzində
suyun içinə batırılmamalıdır.
2. Gəmi
sıxlığı vahidə bərabər şirin suda olarkən,
müvafiq yük nişanı, yük nişanı haqqında
Beynəlxalq Şəhadətnamədə (1966-cı il) göstərilən
əlavə düzəlişə uyğun şirin suya bata
bilər. Suyun sıxlığı vahiddən fərqli olduğu
təqdirdə düzəliş, 1,025-lə həqiqi sıxlıq
arasındakı fərqə münasib olmalıdır.
3. Gəmi
çayda və daxili sularda yerləşən limandan çıxarkən,
həmin limanla dəniz arasında gəminin sərf etdiyi
yanacağın və bütün başqa materialların həcminə
müvafiq yüklənməsi mümkün hesab edilir.
Maddə 13. Müayinə etmə, yoxlama və
yük nişanları vurulması
1.
Bu Konvensiyanın müddəalarının həyata keçirilməsində
ləğv etmə, müayinə, yoxlama, yük nişanları
vurulması Müdiriyyətin vəzifəli şəxsləri
tərəfindən yerinə yetirilir. Lakin Müdiriyyət müayinə,
yoxlama və yük nişanı vurulmasını həmin məqsədlər
üçün təyin olunmuş və lazımi səlahiyyətlərə
malik müfəttişlərə, yaxud təşkilatlara tapşıra
bilər. Bütün hallarda müvafiq Müdiriyyət müayinənin,
yoxlamanın və yük nişanları vurulmasının tam
və dəqiq keçirilməsinə təminat verir.
Maddə 14. İlkin və vaxtaşırı
müayinə və yoxlamalar
1. Gəmi
aşağıdakı müayinə və yoxlamalardan keçməlidir:
a)
istismara verilmə qabağı gəminin müayinəsinə,
bu Konvensiyada gəmilər üçün nəzərdə
tutulan hüdudlar daxilində onun konstruksiya və quruluşunun
tam yoxlanması daxildir. Belə müayinə gəminin düzümünün,
materialının və dəstinin bu Konvensiyanın tələblərinə
tam cavab verdiyinə əmin olmaq üçün keçirilir;
v) müdiriyyət
tərəfindən təmin olunmuş beş ildən gec
olmamaq şərti ilə müəyyən vaxt müddətindən
sonra keçirilən vaxtaşırı müayinə, gəminin
düzümünün, avadanlığının, quruluşunun,
materialının və dəstinin bu Konvensiyanın tələblərinə
tam cavab verdiyinə əmin olmaq üçün həyata keçirilir;
s) şəhadətnamə
verildiyi gündən sonra hər illik müddətin əvvəlində
və ya sonunda üç ay ərzindəki vaxtaşırı
yoxlama, gəmi korpusunda və üst tikililərində yük
nişanının vurulacağı yerin təyin edilməsinə
təsir göstərə biləcək dəyişikliklərin
aparılmadığına, o cümlədən;
1. dəlik-deşiklərin
örtülməsi üçün;
II.
leyerlər üçün;
III.
fırtına portikləri və
IV.
komandanın yerləşdiyi otaqlara girişin təmin olunması
üçün vəsaitin və qurğuların lazımi vəziyyətdə
saxlandığına əmin olmaq üçün həyata
keçirilir.
2.
Bu maddənin 1 (s) bəndində göstərilən dövri
yoxlamalar haqqında yük nişanına aid Beynəlxalq şəhadətnamədə
(1966-cı li), yaxud bu Konvensiyanın Maddə 6-nın 2-ci bəndinə
müvafiq verilən yük nişanının geri alınması
haqqında Beynəlxalq şəhadətnamədə qeydiyyat
aparılır.
Maddə 15. Müayinədən sonra şəraitin
saxlanması
Müdiriyyətin
icazəsi olmadan Maddə 14-ə əsasən keçirilən
hər hansı bir müayinədən sonra gəmi konstruksiyasında,
avadanlığında, quruluşunda, materiallarında və
korpus dəstində heç bir dəyişiklik aparılmasına
yol verilmir.
Maddə 16. Şəhadətnamə verilməsi
1. Yük
nişanı haqqında Beynəlxalq şəhadətnamə
(1966-cı il) bu Konvensiyaya müvafiq yoxlamadan keçmiş və
yük nişanı vurulmuş hər bir gəmiyə verilir.
2. Yük
nişanının geri alınması haqqında Beynəlxalq şəhadətnamə
Maddə 6-nın 2-ci və 4-cü bəndləri əsasında
və onlara müvafiq olaraq verilir.
3.
Belə şəhadətnamələr Müdiriyyət və
ya onların lazımi dərəcədə vəkil etdikləri
şəxslər, yaxud təşkilatlar tərəfindən
verilir.
4.
Bu Konvensiyanın digər müddəalarından asılı
olmayaraq, Konvensiyanın gəminin bayrağı altında üzdüyü
Dövlətdə qüvvəyə mindiyi gün fəaliyyətdə
olan yük nişanı haqqında hər hansı şəhadətnamə
iki il müddətində və ya öz fəaliyyət müddətinin
sonuna qədər, hansının əvvəl baş verəcəyindən
asılı olaraq, qüvvədə qalır. Bundan sonra yük
nişanı haqqında Beynəlxalq şəhadətnamə
(1966-cı il) tələb olunur.
Maddə 17. Başqa hökumət tərəfindən
şəhadətnamə verilməsi
1.
Sazişəgələn hökumət digər Sazişəgələn
hökumətin xahişi ilə gəmini yoxlaya bilər və
gəminin bu Konvensiyanın müddəalarına cavab verdiyinə
əmin olduqdan sonra ona Konvensiyaya müvafiq yük nişanı
haqqında Beynəlxalq şəhadətnamə (1966) verə
bilər, yaxud şəhadətnamənin təqdimini kiməsə
həvalə edə bilər.
2. Şəhadətnamənin
surəti suüstü bortun hesablanmasını əsaslandırmaq
üçün aparılan yoxlama haqqında məruzənin
surəti və hesablamanın özünün surəti bunları
yerinə yetirməyi xahiş edən hökumətə mümkün
qədər qısa müddətdə təqdim olunur.
3.
Bu cür təqdim verilən şəhadətnamədə
qeyd olunmalıdır ki, həmin şəhadətnamə gəminin
bayrağı altında üzdüyü, yaxud üzəcəyi
hökumətin xahişi ilə verilir. Bu, Maddə 16-ya müvafiq
verilən şəhadətnamə ilə bir tutulur və
onunla eyni qüvvəyə malikdir.
4. Yük
nişanı haqqında Beynəlxalq şəhadətnamə
(1966-cı il) hökuməti Sazişəgələn hökumət
olmayan dövlətin bayrağı altında üzən gəmiyə
verilməyəcəkdir.
Maddə 18. Şəhadətnamənin
forması
1. Şəhadətnamə
rəsmi dildə və ya onu verən ölkələrin dillərində
tərtib edilir. Əgər şəhadətnamə ingilis,
yaxud fransız dillərindən birində tərtib edilməyibsə,
onun mətninə həmin dillərdən birinə edilmiş
tərcümə də əlavə olunmalıdır.
2. Şəhadətnamənin
forması Əlavə III-də göstərilən nümunəyə
uyğun gəlməlidir. Verilən şəhadətnamələr
və onların təsdiq olunmuş surətləri eyni ilə
şəhadətnamə nümunəsinin çap mətni tərtibatına
uyğun olmalıdır.
Maddə 19. Şəhadətnamənin fəaliyyət
müddəti
1. Yük
nişanı haqqında Beynəlxalq şəhadətnamə
(1966-cı il) Müdiriyyət tərəfindən müəyyən
edilən müddətə verilir, həmin müddət onun
verildiyi gündən hesablanmaqla beş ildən çox olmamalıdır.
2. Əgər
Maddə 14-ün 1 (v) bəndində göstərilən vaxtaşırı
yoxlamadan sonra, əvvəlki şəhadətnamənin fəaliyyət
müddəti qurtarmadan yeni şəhadətnamə verilə
bilməzsə, onda yoxlamanı aparan şəxs, yaxud təşkilat
həmin şəhadətnamənin fəaliyyətini beş
aydan çox olmayan müddətə uzada bilər. Belə
uzadılma haqqında şəhadətnamədə qeyd o halda
aparılır ki, gəmi konstruksiyasında, avadanlığında,
düzümündə, material və dəstində gəminin
suüstü bortuna toxunulmayan dəyişikliklər edilməmiş
olsun.
3. Yük
nişanı haqqında Beynəlxalq şəhadətnamə
(1966-cı il) aşağıdakı hallarda Müdiriyyət tərəfindən
ləğv edilir:
a) gəmi
korpusunda, yaxud üst tikililərində suüstü bortun böyüdülməsini
tələb edən əsaslı dəyişikliklər aparılıbsa;
v)
Maddə 14-ün 1 (s) bəndində göstərilən qurğu
və vəsaitlər lazımi vəziyyətdə saxlanmırsa;
s) gəminin
Maddə 14-ün 1 (s) bəndinə müvafiq yoxlamadan keçdiyi
haqqında konstruksiyasının davamlılığı onun
təhlükəsizliyini təmin edə bilməyəcək dərəcəyə
endirilmişsə.
4.
a)
Maddə 6-nın 2-ci bəndinə müvafiq Konvensiyanın tələblərini
yerinə yetirməkdən azad edilən gəmiyə Müdiriyyət
tərəfindən verilən yük nişanının ləğvi haqqında Beynəlxalq şəhadətnamənin
fəaliyyət müddəti, onun təqdim olunduğu gün
də hesablanmaqla beş ildən artıq olmamalıdır. Belə
şəhadətnamə maddəyə müvafiq yük nişanı
haqqında (1966-cı il) şəhadətnaməyə tətbiq
olunan qaydada bərpa olunur, uzadılır və ləğ
v)
Maddə 6-nın 2-ci bəndinə müvafiq Konvensiyanın tələblərini
yerinə yetirməkdən azad olunan gəmiyə verilən yük
nişanının ləğvi haqqında Beynəlxalq şəhadətnamənin
fəaliyyət müddəti tək-tək reyslərin davamı
müddəti üçün verilən vaxtla məhdudlaşır.
5. Müdiriyyət
tərəfindən gəmiyə verilən şəhadətnamə,
gəmi başqa dövlətin bayrağı altına verildikdə
qüvvəsini itirir.
Maddə 20. Şəhadətnamənin tanınması
Sazişəgələn
Dövlət adından bu Konvensiyaya müvafiq verilən şəhadətnamələr
Sazişəgələn hökumətlərin digərləri
tərəfindən tanınır və onların özlərinin
verdikləri şəhadətnamələr kimi, həmin
Konvensiyada nəzərdə tutulan bütün məqsədlər
üçün müəyyən qüvvəyə malikdir.
Maddə 21. Nəzarət
1.
Maddə 16 və Maddə 17-yə əsasən verilmiş şəhadətnaməyə
malik gəmilər Sazişəgələn hökumətlərin
digərlərinin limanlarında hömin dövlətlərin
lazımi səlahiyyət verdikləri vəzifəli şəxslər
tərəfindən yoxlanılır. Belə yoxlama gəminin
Konvensiyaya müvafiq həqiqi şəhadətnaməyə
malik olduğu faktının müəyyən edilməsində
vacib və məqsədəuyğun olduğundan Sazişəgələn
hökumətlər belə yoxlamanın keçirilməsinə
təminat verirlər. Əgər gəmidə yük nişanı
haqda həqiqi Beynəlxalq şəhadətnamə (1966-cı
il) varsa, yoxlama aşağıdakıları müəyyən
etməklə kifayətlənir:
a) gəmi
şəhadətnamədə icazə verildiyindən artıq
yüklənməmişdir;
v) yük
nişanı şəhadətnaməyə uyğun yerləşdirilmişdir;
s) gəmi
Maddə 10-un 3 (a) və (v) bəndlərində göstərilən
şərtlər üzrə elə dəyişikliyə məruz
qalmışdır ki, bunun nəticəsində gəmi insan həyatı
üçün təhlükə yaratmamaqdan ötrü dənizə
çıxmaq iqtidarında deyil.
Əgər
gəmidə yük nişanının ləğvi haqqında həqiqi Beynəlxalq
şəhadətnamə varsa, onda yoxlama həmin Şəhadətnamədə
göstərilən bütün şərtlərə əməl
olunub-olunmamasını müəyyən etməklə kifayətlənir.
2. Əgər
belə yoxlama bu maddənin 1 (s) bəndinə uyğun olaraq həyata
keçirilirsə, onda o, sərnişinlər və komanda üçün
təhlükəsizlik təmin olunmayınca gəminin dənizə
çıxmayacağına əmin olmaq üçün lazım
olan səviyyədə iş aparılmalıdır.
3. Əgər
bu maddədə nəzərdə tutulan yoxlamanın nəticəsində,
hər hansı bir müdaxilə haqqında məsələ
qaldırılarsa, onda belə yoxlamanı aparan vəzifəli
şəxs dərhal yazılı şəkildə gəminin
bayrağı altında üzdüyü Dövlətin
Konsuluna və ya Diplomatik nümayəndəsinə, həmin qərar
və bu müdaxilənin vacib olduğunu göstərən səbəblər
haqqında məlumat verir.
Maddə 22. İmtiyazlar
Bu
Konvensiyaya əsasən verilən həqiqi şəhadətnaməsi
olmayan gəmilər Konvensiyanın verdiyi imtiyazların iddiasında
ola bilməzlər.
Maddə 23. Qəzalar
1. Əgər
hesab edirsə ki, təhqiqat nəticəsində Kovensiyaya hansısa
dəyişikliklərin edilməsi faydalı olacaq, onda Müdiriyyətlərin
hər biri məsuliyyətini daşıdığı və
bu Konvensiyanın fəaliyyətinə daxil olmuş gəmilərin
qəzaları haqqında təhqiqat aparmağı öz öhdəsinə
götürür.
2.
Sazişəgələn hökumətlərin hər biri belə
təhqiqatların nəticələri haqqında Təşkilata
lazımi məlumat təqdim etməyi öz öhdəsinə
götürür. Təşkilatın belə informasiyaların
rəqəmlərinə əsaslanan məruzələri, yaxud
tövsiyyələrində müvafiq gəmilərin adları
və milli mənsubiyyətləri göstərilməməli,
yaxud hansısa bir gəminin və ya şəxsin üzərinə
hər hansı bir şəkildə məsuliyyət qoyulmamalı,
həmçinin belə məsuliyyət ehtimalı olmamalıdır.
Maddə 24. Əvvəlki müqavilələr
və konvensiyalar
1.
Bu Konvensiyanın iştirakçıları olan hökumətlər
arasında yük nişanına dair qüvvədə olan bütün
müqavilələr, konvensiya və sazişlər fəaliyyət
müddəti ərzində aşağıdakılara münasibətdə
tam qüvvələrini saxlayırlar:
a)
bu Konvensiyanın tətbiq edilmədiyi gəmilərə,
b)
bu Konvensiyanın tətbiq edildiyi, lakin onda xüsusi məsələləri
nəzərdə tutulmayan gəmilərə.
2.
Lakin belə Müqavilə, konvensiya, yaxud sazişlər bu
Konvensiyanın müddəaları ilə ziddiyyət təşkil
etdiyi təqdirdə üstünlük bu Konvensiyanın müddəalarına
verilir.
Maddə 25. Razılaşma yolu ilə
qoyulan xüsusi qaydalar
Əgər
bu Konvensiyaya əsasən Sazişəgələn hökumətlərin
hamısı və ya bir neçəsi arasında razılaşma
yolu ilə xüsusi qaydalar müəyyən edilirsə, onda
bu qaydaların bütün Sazişəgələn hökumətlərə
çatdırılması üçün, onlar haqqında Təşkilata
xəbər verilir.
Maddə 26. İnformasiya verilməsi
1.
Sazişəgələn hökumətlər saxlanmaq üçün
Təşkilata aşağıdakıları göndərməyi
və verməyi öhdələrinə götürürlər:
a)
Sazişəgələn hökumətlərə göndərilmək
üçün bu Konvensiyanın müddəalarına əsasən
onlar tərəfindən verilmiş şəhadətnamələrin
lazımi miqdarda nümunələrini;
v)
bu Konvensiyanın tətbiqinin müxtəlif məsələləri
üzrə onlar tərəfindən verilmiş qanunların,
dekretlərin, əmrlərin, qaydaların və digər sənədlərin
mətnlərini;
s)
Sazişəgələn hökumətlərə göndərmək
üçün onların adından yük nişanı məsələləri
ilə məşğul olmağa səlahiyyət verilmiş
qeyri-hökumət təşkilatlarının siyahısı.
2. Hər
bir Sazişəgələn hökumət Sazişəgələn
hökumətlərin hər hansı digərinin xahişi ilə
ona öz gəmilərinin davamlılıq normalarını təqdim
etməyə razılıq verir.
Maddə 27. İmzalama, qəbul etmə və
qoşulma
1.
Bu Konvensiya 1966-cı ilin beş aprelindən üç ay müddətində
imzalanmaq üçün, sonra isə ona qoşulmaq üçün
açıq qalır. Birləşmiş Millətlər Təşkilatının,
onun hər hansı bir xüsusiləşdirilmiş idarəsinin,
Beynəlxalq atom enerjisi agentliyinin üzvü olan hökumət,
yaxud Beynəlxalq Məhkəmə Statusu iştirakçısı
olan dövlətlərin hökumətləri aşağıdakı
yollarla Konvensiya iştirakçısı ola bilərlər:
a)
qeyd-şərtsiz qəbul sənədini imzalamaq yolu ilə,
v)
sonradan qəbul etmək şərti ilə imzalamaq yolu ilə,
s)
qoşulmaqla.
2. Qəbul
və ya qoşulma, bu qəbul edilmə yaxud qoşulma haqqında
sənədlərin Təşkilata depozitə qoyulması ilə
həyata keçirilir. Təşkilat, qəbul yaxud qoşulmaya
aid hər bir yeni sənəd haqqında və onun depozitə
verilməsi tarixi haqqında Konvensiyanı imzalamış,
yaxud ona qoşulmuş hökumətlərə məlumat
verir.
Maddə 28. Qüvvəyə minmə
1.
Bu Konvensiya, onbeşdən az olmayan dövlətin hökumətlərinin,
o cümlədən hər birinin ümumi tutumu bir milyon registr
tonundan az olmayan ticarət donanmasına malik yeddi dövlətin,
o cümlədən sayı onbeşdən az olmayan dövlətin
hökumətləri Maddə 27-yə uyğun qeyd-şərtsiz
qəbul sənədini imzaladığı, yaxud qəbul və
ya qoşulma sənədini depozitə verdiyi gündən bir
il sonra qüvvəyə minir. Təşkilat bu Konvensiyanı
imzalamış, yaxud ona qoşulmuş hökumətlərə
Konvensiyanın qüvvəyə mindiyi tarix haqqında məlumat
verir.
2.
Bir il müddətində bu Konvensiyanı qəbul etməsi və
ya ona qoşulması haqqında sənədləri Təşkilata
saxlamağa vermiş bu Maddənin 1-ci bəndində göstərilən
hökumətlər üçün qəbul və ya qoşulma,
Konvensiya özü qüvvəyə mindiyi gündən, yaxud
müvafiq sənədlər depozitə verildikdən, hansının
gec-tez baş verəcəyindən asılı olaraq, üç
ay sonra qüvvəyə minir.
3.
Bu Konvensiya qüvvəyə mindikdən sonra qəbul və ya
qoşulma sənədlərini Təşkilata depozitə verən
hökumətlər üçün Konvensiya həmin sənədlər
depozitə verildikdən üç ay sonra qüvvəyə
minir.
4.
Bu Konvensiyaya edilmiş düzəlişlərin qüvvəyə
minməsi üçün bütün lazımi tədbirlər
yerinə yetirildikdən, yaxud Maddə 29-un 2 (v) bəndinə əsasən
yekdilliklə əlavə düzəlişlər edildikdən
sonra Təşkilatda depozitə qoyulmuş qəbul və ya qoşulma
haqqındakı hər hansı bir sənədin həmin düzəlişlə
Konvensiyaya aid olduğu hesab olunacaqdır.
Maddə 29. Düzəlişlər
1.
Sazişəgələn hökumətlərdən hər hansı
birinin xahişi ilə Konvensiyaya, bu Maddədə göstərilən
üsulların hər hansısına düzəlişlər
edilə bilər.
2.
Yekdilliklə qəbul edilən düzəlişlər:
a)
Sazişəgələn hökumətin xahişi ilə onun
Konvensiyaya təklif etdiyi düzəliş Təşkilat tərəfindən
baxılıb birsəslə qəbul olunması üçün
bütün Sazişəgələn hökumətlərə
göndərilir;
v) əgər
qüvvəyə minmə müddətinin qısaldılması
haqqında başqa razılaşma yoxdursa, onda belə əlavə
düzəliş bütün Sazişəgələn hökumətlər
onu qəbul edəndən bir il sonra qüvvəyə minir. Əgər
Sazişəgələn hökumət tərəfindən əvvəlcədən
göndərilən əlavə düzəlişi üç
il müddətində qəbul edib etmədiyini Təşkilata
bildirməzsə, onda əlavə düzəliş onun tərəfindən
qəbul olunmuş hesab edilir;
s) əgər
təşkilat tərəfindən əvvəlcədən
Sazişəgələn hökumətlərə göndərildikdən
sonra üç il ərzində əlavə düzəliş,
bu bəndin (v) yarımbəndinə əsasən yekdilliklə
qəbul edilməzsə, onda təklif edilən əlavə düzəliş
qəbul olunmamış hesab edilir.
3. Təşkilatda
baxıldıqdan sonra edilən düzəliş;
a)
Sazişəgələn hökumətin xahişi ilə onun
bu Konvensiyaya təklif etdiyi əlavə düzəliş, Təşkilat
tərəfindən baxılır. Belə düzəliş əgər
Dənizdə Təhlükəsizlik Komitəsində iştirak
edən, səs verən üzvlərin üçdə iki
hissəsinin səs çoxluğu ilə qəbul edilərsə,
onda o, Təşkilat Assambleyasında müzakirəsinə azı
altı ay qalmış bütün Təşkilat üzvlərinə
və Sazişəgələn hökumətlərə göndərilir;
v) əgər
Assambleya iştirakçılarının və səsverənlərin
üçdə iki hissəsi çoxluğu ilə belə
bir düzəliş təqdir edilərsə, onda o, Təşkilat
tərəfindən qəbul olunmaq üçün Sazişəgələn
hökumətlərin hamısına göndərilir;
c)
Belə düzəliş Sazişəgələn hökumətlərin
iki hissəsi tərəfindən qəbul edildiyi gündən
bir il sonra qüvvəyə minir. Düzəliş, o qüvvəyə
minməzdən qabaq onu qəbul etmədikləri haqqında məlumat
vermiş Dövlətlərdən başqa, qalan Sazişəgələn
hökumətlərin hamısı üçün qüvvəyə
minir;
d) əlavə
düzəliş təqdir olunarkən, Dənizdə Təhlükəsizlik
Komitəsində təmsil olunan hökumətlərin üçdə
iki hissəsi də daxil olmaqla, Assambleyada iştirak edən və
səsverənlərin üçdə iki hissəsi çoxluğu
ilə qərar qəbul edilə bilər; həmin düzəliş
o qədər mühüm xarakter daşıyır ki, Sazişəgələn
hökumətlərdən hər hansı biri (s) bəndinə
müvafiq məlumat verərək, bu düzəliş qüvvəyə
minəndən sonra bir il müddətində onu qəbul etmədiyini
göstərərsə, onda həmin hökumətin bu müddətin
sonunadək Konvensiya iştirakçısı kimi fəaliyyəti
dayandırılır. Belə qərar bu Konvensiyanın iştirakçıları
Sazişəgələn hökumətlərin üçdə
iki hissəsi tərəfindən qəbul edildikdən sonra qüvvəyə
minir;
e)
Konvensiyaya əlavə düzəliş etmək üçün
bu bənddəki üsulu əsas götürən Sazişəgələn
hökumətləri həmin bənddə heç nə istədikləri
vaxt həmin Maddənin 2 və 4-cü bəndlərindəki
başqa üsullardan istifadə etmək hüququndan məhrum
etmir.
4.
Konfrans çağırmaq yolu ilə düzəliş etmə:
a)
Sazişəgələn hökumətlərin üçdə
birindən az olmayan hissəsinin də dəstəklədiyi
Sazişəgələn hökumətlərdən hər hansı
birinin xahişi ilə Təşkilat bu Konvensiyaya düzəlişi
müzakirə etmək üçün dövlətlərin
konfransını çağırır;
v)
belə Konfransda iştirak edən və səs verən Sazişəgələn
hökumətlərin üçdə iki səs çoxluğu
ilə təsdiq olunan hər bir əlavə düzəliş
qəbul olunmaq üçün Təşkilat tərəfindən
bütün Sazişəgələn hökumətlərə
göndərilir;
s)
belə düzəliş Sazişəgələn hökumətlərin
üçdə iki hissəsinin qəbul etdiyi gündən
bir il sonra qüvvəyə minir. Düzəliş, qüvvəyə
minməzdən qabaq onu qəbul etmədikləri haqda məlumat
vermiş dövlətlərdən başqa, qalan bütün
Sazişəgələn hökumətlər üçün
qüvvəyə minir;
d) düzəlişi
təsdiq etmək üçün (a) yarımbəndinə müvafiq
çağırılmış Konfransda iştirakçıların
və səs verənlərin üçdə iki səs çoxluğu
ilə qərar qəbul edilə bilər; həmin düzəliş
o qədər mühüm xarakter daşıyır ki, hər
hansı Sazişəgələn hökumət (s) bəndinə
müvafiq məlumat verərək, bu düzəliş qüvvəyə
minəndən sonra bir il müddətində onu qəbul etmədiyini
göstərərsə, onda həmin dövlətin bu müddətin
sonunadək Konvensiya iştirakçısı kimi fəaliyyəti
dayandırılır.
5. Gəmi
konstruksiyasına aid bu Maddəyə əsasən həmin
Konvensiyaya edilmiş düzəliş yalnız kilinin əsası
həmin düzəliş qüvvəyə mindiyi tarixdən
sonra qoyulan, yaxud qoyulma mərhələsində olan gəmilərə
şamil oluna bilər.
6. Təşkilat
bu Maddəyə əsasən, aparılan bütün əlavə
düzəlişlər və həmçinin onların qüvvəyə
mindiyi tarix haqqında Sazişəgələn hökumətlərin
hamısına xəbər verir.
7.
Bu Maddəyə əsasən edilən düzəlişlər
yaxud bəyanatlar yazılı şəkildə Təşkilata
göndərilir, Təşkilat da həmin sənədlərin
alınması haqqında məlumatı Sazişəgələn
hökumətlərin hamısına göndərir.
Maddə 30. Ləğv etmə
1.
Bu Konvensiya hər hansı bir Sazişəgələn hökumət
tərəfindən həmin Dövlət üçün
Konvensiyanın qüvvəyə mindiyi gündən beş il
sonra istənilən vaxt ləğv edilə bilər.
2. Ləğv etmə, müvafiq sənədlərin
Təşkilata göndərilməsi yolu ilə həyata keçirilir,
Təşkilat da ləğv etmə haqqında sənədlərin
alındığı tarixi göstərməklə, bu haqda bütün
Sazişəgələn hökumətlərə məlumat
verir.
3. Ləğv etmə Təşkilatın
bu haqda məlumat aldığı gündən bir il, yaxud
bildirişdə göstərilə bilən daha çox müddət
keçəndən sonra qüvvəyə minir.
Maddə 31. Fəaliyyəti dayandırma
1.
Silahlı müdaxilə yaxud hökuməti Sazişəgələn
hökumətlərdən olan həyati mənafeyinə toxunan
başqa fövqəladə vəziyyətlər zamanı
sonuncu bu Konvensiyanın və ya onun bir hissəsinin fəaliyyətini
dayandıra bilər. Belə hərəkət etmiş hökumət
bu haqda dərhal Təşkilata xəbər verməlidir.
2.
Belə dayandırma Sazişəgələn hökumətlərin
digərlərinin Konvensiyanın fəaliyyətini dayandırmış
hökumətin gəmiləri onların limanlarında olarkən,
onları yoxlamaq hüququndan məhrum etmir.
3.
Konvensiyanın fəaliyyətini dayandırmış dövlət
istənilən vaxt onun bərpa edə bilər və o, bu
haqda dərhal Təşkilata məlumat verməlidir.
4.
Bu Maddəyə əsasən Konvensiya fəaliyyətinin dayandırılması
və bərpasına dair hər hansı bir məlumatı Təşkilat
Sazişəgələn hökumətlərin hamısına çatdırır.
Maddə 32. Ərazilər
1.
a) Birləşmiş Millətlər Təşkilatı hər
hansı bir ərazinin idarə edicisi kimi hərəkət edərək
və yaxud hər hansı bir ərazinin xarici münasibətlərinə
cavabdeh olan Sazişəgələn hökumət Konvensiyanın
həmin əraziyə şamil olunması barəsində ən
qısa vaxtda belə ərazilərin nümayəndələri
ilə məsləhətləşmə keçirir və istənilən
vaxt bu Konvensiyanın belə əraziyə şamil olunması
haqqında Təşkilata yazılı bildiriş göndərmək
yolu ilə bəyanat verə bilər;
v)
bu Konvensiya bildirişin alındığı gündən
yaxud orada göstərilən hər hansı başqa tarixdən
onda adı çəkilən əraziyə şamil edilir.
2.
a) Birləşmiş Millətlər Təşkilatı yaxud
bu Maddənin 1 (a) bəndinə uyğun bəyanat verən
Sazişəgələn hökumət Konvensiyanın əraziyə
şamil edilməyə başladığı gündən beş
il sonra Təşkilata yazılı bildiriş göndərmək
yolu ilə xəbərdarlıq edə bilər ki, həmin
Konvensiyanın bildirişdə göstərilən əraziyə
aid edilməsi dayandırılır.
v) Təşkilat
belə bildiriş aldığı gündən bir il sonra və
ya bildirişdə göstərilə biləcək daha çox
müddətdən sonra orada göstərilən əraziyə
Konvensiyanın tətbiqi dayandırılır.
3. Təşkilat
bu Maddənin 1 bəndinə əsasən Konvensiyanın hansı
ərazidə tətbiq edilməsi və bu Maddənin 2-ci bəndinə
əsasən hansı ərazidə tətbiqinin dayandırılacağı
haqqında tarixlər göstərməklə Konvensiyanın
tətbiq olunacağı, yaxud tətbiqinin saxlanılacağı
haqqında Sazişəgələn hökumətlərin hamısına
məlumat verir.
Maddə 33. Qeydiyyatdan keçmə
1.
Bu Konvensiya saxlanılmaq üçün Təşkilata
verilir və Təşkilatın baş Katibi Konvensiyanın tətbiq
edilmiş surətlərini onu imzalamış bütün hökumətlərə,
o cümlədən Konvensiyaya qoşulmuş bütün hökumətlərə
göndərir.
2. Həmin
Konvensiya qüvvəyə minən vaxtdan o, Birləşmiş
Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə
uyğun olaraq Təşkilat tərəfindən qeydiyyatdan keçiriləcəkdir.
Maddə 34. Dillər
Bu
Konvensiya, hər ikisi eyni qüvvəyə malik olmaqla ingilis və
fransız dillərində vahid nüsxədə tərtib
olunmuşdur. Rus və ispan dillərinə edilmiş rəsmi
tərcümələr hazırlanacaq və imzalanmış
orijinalla birgə depozitə veriləcəkdir.
Müvafiq
hökumətlər tərəfindən səlahiyyətlərə
malik aşağıda imza edənlər həmin Konvensiyanı
təsdiq etdilər.
Min
doqquz yüz altmış altıncı il, aprelin beşində
Londonda icra edildi.
(Səlahiyyətli
şəxslərin imzaları)
5 aprel 1966-cı
ildə London şəhərində imzalanmış, 21 iyul
1968-ci ildən qüvvəyə minmişdir.
Azərbaycan
Respublikası bu Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının
22 aprel 1997-ci il tarixli, 272-IQ nömrəli Qanunu ilə qoşulmuşdur
(«VneshExpertService»).
©
VneshExpertService
|
|
|
|
|
|
|