Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Gömrük Əməkdaşlığı Şurası Baş Katiblik
Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 1972-ci il 2 dekabr tarixində, Cenevrədə imzalanmış 1972-ci il Konteynerlərinə aid Gömrük Konvensiyası


Preambula
Razılaşmış tərəflər, beynəlxalq konteyner daşımalarını asanlaşdırmaq məqsədilə, aşağıdakılar haqqında razılığa gəldilər:

Fəsil I. Ümumi müddəalar

Maddə 1

Bu Konvensiyanın tətbiqi zamanı:
a) «idxal rüsumları və vergiləri» termini idxal zamanı və ya yükün idxalı ilə əlaqədar tutulan, göstərilən xidmətlərin təxmini dəyərinə qədər həcmi məhdudlaşmış məbləğ və rüsumlar istisna olmaqla, gömrük rüsumları və bütün digər rüsumları, vergiləri, toplamaları və başqa məbləğləri ifadə edir;

b) «müvəqqəti idxal» termini – sonrakı idxal şərti ilə – gömrük rüsumları və vergilərini ödəmədən və ixrac qadağaları və məhdudiyyətləri qoyulmadan, müvəqqəti idxalı ifadə edir;

v) «konteyner» termini nəqliyyat avadanlıqlarını ifadə edir (qəfəs, çıxardıla bilən sistem və ya buna bənzər qurğular):

I) yükləri yerləşdirmək üçün istifadə olunan tam və ya qismən qapalı tutum;

II) dəfələrlə istifadə etmək üçün dəyişməz xüsusiyyətə malik və bu səbəbdən də çox möhkəm olan;

III) yüklərin arada yüklənməməsi şərtilə, yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasını asanlaşdırmaq üçün xüsusi düzəldilmiş;

IV) elə quraşdırılır ki, bir nəqliyyat növündən digər nəqliyyat növünə yüklənməsi asan olsun;

V) elə quraşdırılır ki, onun yüklənməsi və boşaldılması asan olsun;

VI) daxili həcmi bir kub metrdən az olmayan;

«konteyner» termini bu ləvazimat və avadanlıqların konteyner ilə birlikdə daşınması şərtilə, göstərilən növ konteyner üçün zəruri olan ləvazimat və avadanlıqları əhatə edir. «Konteyner» termininə nəqliyyat vasitələri, ləvazimatı, nəqliyyat vasitələrinin ehtiyat hissələri və qablaşdırma daxil edilmir;

q) «daxili daşımalar» termini bir dövlətin ərazisində yüklənmiş və həmin dövlətin ərazisində boşaldılmalı olan yük daşımalarını ifadə edir;

ğ) «şəxs» termini həm fiziki, həmçinin hüquqi şəxsi ifadə edir;

d) «konteynerlərin istismarı üzrə müəssisə», onun mülkiyyətçi olub olmamasından asılı olmayaraq, konteynerlərdən istifadə olunmasına effektiv nəzarəti həyata keçirən şəxsi ifadə edir.

Maddə 2

Bu Konvensiyada nəzərdə tutulan şərtlərin konteynerlərə tətbiq olunması üçün, sonuncular Əlavə 1-də şərh olunan müddəalara uyğun markalanmalıdır.

Fəsil II. Müvəqqəti idxal

a) Müvəqqəti idxal şərtləri

Maddə 3

1. Razılaşmış tərəf 4-9-cu maddələrdə şərh olunan şərtləri yerinə yetirərkən, həm yüklənmiş, həm də boş konteynerlərin müvəqqəti idxalına icazə verir.

2. Razılaşmış hər bir tərəf alış, icarə, icarə – alış və ya onun ərazisində daimi yaşayan və yaşayış yeri olan şəxs tərəfindən imzalanmış eyni xüsusiyyətli kontraktın mövzusu olmuş konteynerlərin müvəqqəti idxalına icazə verməmək hüququnu özündə saxlayır.

Maddə 4

1. Müvəqqəti idxal proseduruna uyğun olaraq idxal olunmuş konteynerlər müvəqqəti idxal günündən üç ay ərzində ixrac olunmalıdır. Lakin bu müddət səlahiyyətli gömrük orqanları vasitəsi ilə uzadıla bilər.

2. Müvəqqəti idxal proseduruna uyğun olaraq idxal olunmuş konteynerlərin ixracı.

Maddə 5

1. 4-cü maddənin 1-ci bəndində göstərilən ixrac olunmaya aid tələblərə baxmayaraq, bu tərəflər ciddi zədələnmiş konteynerlərə tətbiq olunmayacaq, həmin ölkənin qaydalarına və onun gömrük orqanlarının icazə verdiyi dərəcəyə uyğun olmaq şərtilə, onlar:

a) onların təqdim olunduğu vəziyyəti nəzərə almaqla, təqdim olunduqları anda, tutulacaq idxal rüsum və vergiləri; və ya

b) bu ölkənin səlahiyyətli orqanları vasitəsilə əvəzsiz veriləcək; və ya

v) maraqlı tərəflərin hesabına rəsmi nəzarət altında məhv ediləcək, bu zaman salamat qalmış detal və materiallardan, onların təqdim olunduğu vəziyyəti nəzərə almaqla, təqdim olunduqları anda onlardan tutulacaq idxal vergi və rüsumları tutulacaqdır.

2. Əgər, müvəqqəti ixrac proseduruna uyğun olaraq ixrac olunan konteynerin, həbs nəticəsində ixrac edilməsi qeyri-mümkün olarsa, 4-cü maddənin 1-ci bəndində göstərilən ixrac tələbinin icrası həbs müddətində dayandırılır.

b) Müvəqqəti idxal proseduru

Maddə 6

7 və 8-ci maddələrin şərtlərinin pozulmaması üçün, bu Konvensiyanın şərtlərinə uyğun olaraq müvəqqəti ixrac edilən konteynerlərə idxal və ixrac zamanı gömrük sənədlərini təqdim etmədən və zəmanət verilmədən müvəqqəti ixrac rejimi tətbiq edilir.

Maddə 7

Razılaşmış hər bir tərəf konteynerlərin müvəqqəti ixracını Əlavə 2-də göstərilən konteynerlərin müvəqqəti ixrac prosedur rəsmiləşdirmələrinin hamısını və ya bir hissəsini yerinə yetirməklə, şərtləndirə bilər.

Maddə 8

6-cı maddənin müddəalarının tətbiq olunmasının qeyri-mümkün olduğu hallarda Razılaşmış hər bir tərəf idxal və ixrac edilən konteynerlərlə əlaqədar hər hansı bir zəmanətin və/və ya gömrük sənədlərinin təqdim edilməsini tələb etmək hüququnu özündə saxlayır.

v) Müvəqqəti ixrac proseduruna uyğun olaraq ixrac edilən konteynerlərdən istifadə olunma şərtləri

Maddə 9

1. Razılaşmış tərəf bu Konvensiyanın müddəalarına uyğun olaraq, müvəqqəti ixrac proseduru tətbiq edilməklə ixrac edilən konteynerlərin daxili yük daşımaları üçün istifadəsinə icazə verir, bu zaman, Razılaşmış hər bir tərəf Əlavə 3-də göstərilən şərtlərin hamısının və ya bir hissəsinin yerinə yetirilməsini öhdəsinə götürmək hüququna malikdir.

2. 1-ci bənddə göstərilən müddəalar, Razılaşmış hər bir tərəfin ərazisində konteyner daşıyıcı və ya yedəkləmə nəqliyyat vasitələri üçün müəyyən edilmiş və qüvvədə olan qaydaları pozmadan tətbiq ediləcəkdir.

q) Xüsusi hallar

Maddə 10

1. Müvəqqəti ixrac olunmuş konteynerlərin təmiri üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin müvəqqəti ixracına icazə verilir.

2. Maraqlı tərəflərin qaydalarına və həmin ölkələrin gömrük orqanlarının icazə verdiyi dərəcəyə uyğun olmaq şərtilə, dəyişdirilmiş çıxarılmayan hissələr:

a) onların təqdim olunduğu vəziyyəti nəzərə almaqla, təqdim olunduqları anda, onlardan tutulacaq idxal rüsum və vergiləri; və ya

b) bu ölkənin səlahiyyətli orqanları vasitəsilə əvəzsiz veriləcək; və ya

v) maraqlı tərəflərin hesabına rəsmi nəzarət altında məhv ediləcək.

3. 6, 7, 8-ci maddələrin müddəaları, 1-ci bənddə nəzərdə tutulmuş ehtiyat hissələrinin müvəqqəti idxalına aid müvafiq dəyişikliklərə uyğun tətbiq ediləcəkdir.

Maddə 11

1. Razılaşmış tərəflər müvəqqəti idxal olunan konteynerlə birlikdə idxal olunan, ayrıca və ya başqa konteyner ilə birlikdə ixrac olunan, yaxud ayrıca idxal olunan və konteynerlə birlikdə ixrac olunan ləvazimatların və avadanlıqların idxalına icazə vermişdir.

2. 3-cü maddənin 2-ci bəndinin və 4, 5, 6, 7 və 8-ci maddələrin müddəaları 1-ci bənddə göstərilən konteyner ləvazimatları və avadanlıqlarının müvəqqəti idxalına aid müvafiq dəyişikliklərə tətbiq olunacaq. Bu avadanlıqlar və ləvazimatlar, bu bəndin müddəaları tətbiq olunan konteyner ilə birlikdə daşınan zaman, 9-cu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq, daxili daşımalarda istifadə oluna bilər.

Fəsil III. Gömrük möhürü və plombları ilə daşımalara icazə vermə

Maddə 12

1. Konteynerlərdə gömrük möhürü və plombları ilə daşımalara icazə verilməsi məqsədilə, konteynerlər Əlavə 4-də şərh olunan Qaydaların müddəalarına cavab verməlidir.

2. İcazə vermə Əlavə 5-də nəzərdə tutulan proseduralardan birinə uyğun olaraq həyata keçirilir.

3. Razılaşmış tərəflərdən birinin gömrük möhürü və plombları ilə daşımalara icazə verilən konteynerlərdə, digər Razılaşmış tərəflər gömrük möhürü və plombları ilə beynəlxalq daşımaların istənilən rejimində daşımaya icazə verir.

4. Razılaşmış hər bir tərəf Əlavə 4-də şərh olunan şərtlərə cavab verməyən konteynerlərə icazə verilməsi haqqında şəhadətnaməni qəbul etməmək hüququnu özündə saxlayır. Bununla yanaşı böyük əhəmiyyətli olmayan qüsurlar meydana çıxan və qaçaqmalçılığın mümkünlüyü ilə əlaqəsi olmayan yükdaşımalarını saxlamaq olmaz.

5. Gömrük möhürü və plombları ilə daşımalar üçün təkrar istifadə olunmazdan əvvəl hər bir konteynerin qəbul edilməyən şəhadətnaməsi, icazə almaq üçün əsas verici vəziyyətə gətirilməlidir, yaxud konteyner təzədən icazə alma prosedurunu keçməlidir.

6. Konteynerə icazə verilən zaman orada qüsur aşkar olunduqda, icazə vermək üçün məsuliyyət daşıyan səlahiyyətli orqan bu barədə xəbərdar edilir.

7. Əgər Əlavə 5-in 1 a) və b) bəndlərində göstərilən prosedurlara uyğun olaraq, gömrük möhürü və plombları ilə daşımalar üçün icazə verilən konteynerlər faktiki olaraq Əlavə 4-ün texniki şərtlərinə cavab vermirsə, icazə vermiş səlahiyyətli orqan konteynerlərin texniki şərtlərinin tələblərinə uyğun vəziyyətə gətirilməsi üçün zəruri tədbirlər görür və ya icazəni ləğv edir.

Fəsil IV. Şərhedici qeydlər

Maddə 13

Əlavə 6-da göstərilən şərhedici qeydlər bu Konvensiyanın və ona Əlavənin bəzi müddəalarını izah edir.

Fəsil V. Digər müddəalar

Maddə 14

Bu Konvensiya Razılaşmış tərəflərin bir tərəfli qərarlar və ya iki tərəfli və çoxtərəfli sazişlər əsasında təqdim etdikləri və ya təqdim etmək istədikləri daha imtiyazlı şərtlərin tətbiq olunmasına əngəl törətmir, lakin bu cür təqdim edilmiş imtiyazlar bu Konvensiyanın müddəalarının tətbiqinə mane olmamalıdır.

Maddə 15

Bu Konvensiyanın müddəalarının hər cür pozulmasına, saxtakarlığa, saxta bəyannaməyə və bu konvensiyanın müddəaları ilə təqdim olunan imtiyazların hər hansı bir əşya və ya şəxsə qanunsuz şamil edilməsinin nəticəsi olan fəaliyyətə qarşı, hüquq pozuntusu baş vermiş ölkənin qanunlarına uyğun olaraq, həmin ölkənin sanksiyaları tətbiq olunur.

Maddə 16

Razılaşmış tərəflər müvafiq xahiş olduqda, bu Kovensiyanın müddəalarının tətbiqi üçün, xüsusilə də, konteynerlərə icazə verilməsi, həmçinin texniki xüsusiyyətlərə və konstruksiyaya aid lazım olan məlumatı bir-birinə təqdim edə bilər.

Maddə 17

Bu Kovensiyanın Əlavəsi və imza protokolları Kovensiyanın ayrılmaz hissələridir.

Fəsil VI. Son müddəalar

Maddə 18. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının bütün dövlətləri-üzvləri və istənilən xüsusiləşmiş müəssisələr, yaxud atom enerjisi üzrə Beynəlxalq agentlik, yaxud Beynəlxalq Məhkəmə statusu iştirakçıları, həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən bu Konvensiyanın iştirakçısı olmaq üçün dəvət olunmuş istənilən başqa dövlətlər tərəfindən Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Şöbəsində imzalanmaq üçün 15 yanvar 1973-cü il tarixinə qədər, sonradan isə 1 fevral 1973-cü ildən 31 dekabr 1973-cü il tarixinə qədər, bu tarix də daxil olmaqla, açıq qalır.

2. Bu Konvensiya onu imzalayan bütün dövlətlər tərəfindən ratifikasiya olunmalı, qəbul edilməli və təsdiq edilməlidir.

3. Bu Konvensiya 1-ci bənddə göstərilən, istənilən dövlətlərdən birinin ona qoşulması üçün açıqdır.

4. Ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün təhvil verilir.

Maddə 19. Qüvvədə olma

1. Bu Konvensiya ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında beşinci sənəd saxlanmaq üçün təhvil verildiyi gündən doqquz ay keçdikdən sonra qüvvəyə minir.

2. Bu Konvensiyanı ratifikasiya, qəbul, təsdiq etmiş və ona qoşulmuş hər bir dövlət üçün, bu Konvensiyanın ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında beşinci sənədi saxlanmaq üçün, təhvil verildiyi gündən altı ay keçdikdən sonra qüvvəyə minir.

3. Bu Konvensiyaya edilən hər hansı bir düzəliş qüvvəyə mindikdən sonra saxlanmaq üçün təhvil verilən ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında istənilən sənəd bu Konvensiyanın dəyişmiş mətni hesab olunur.

4. Hər hansı bir düzəlişdən sonra, lakin qüvvəyə minməzdən əvvəl qəbul edilən sənəd, bu Konvensiyanın düzəliş qüvvəyə mindiyi gündən dəyişmiş mətni hesab olunur.

Maddə 20. Konteynerlərə aid Gömrük Konvensiyalarının fəaliyyətinin dayandırılması (1956-cı il)

1. Bu Konvensiya qüvvəyə mindiyi tarixdən sonra, 18 may 1956-cı il tarixində Cenevrədə imzalanmaq üçün açıq olan konteynerlər haqqında Gömrük Konvensiyası, İştirakçılar arasında münasibətdə bu Konvensiya ilə əvəz olunur.

2. Konteynerlər haqqında (1956-cı il) Gömrük Konvensiyasının müddəalarına və ya ondan irəli gələn Birləşmiş Millətlər Təşkilatının himayəsi altında imzalanan sazişlərə uyğun olaraq, daşımalarına icazə verilən konteynerlər, ilk dəfə daşımalara buraxıldıqları şərtlərə əvvəlki kimi cavab verərsə, hər bir Razılaşmış tərəf 12-ci maddənin 1,2 və 4-cü bəndlərinin müddəalarını pozmadan, bu konteynerlərlə gömrük möhürü və plombları ilə yük daşımalarına icazə verə bilər. Bu məqsədlə konteynerlər haqqında (1956-cı il) Gömrük konvensiyasının müddəalarına uyğun olaraq, daşımalara icazə verilməsi haqqında şəhadətnamələr bu şəhadətnamələrin müddətinin bitməsinə qədər icazə verilməsi haqqında lövhəcik ilə əvəz oluna bilər.

Maddə 21. Bu Konvensiyaya, o cümlədən onun Əlavəsinə düzəlişlər edilməsi proseduru

1. Razılaşmış hər bir tərəf bu Konvensiyaya bir və ya bir neçə düzəliş irəli sürə bilər, irəli sürülən hər bir düzəlişin mətni gömrük əməkdaşlığı Şurasına təqdim edilir, o isə bunu Razılaşmış tərəflərin hamısına göndərir. Həmçinin bu barədə 18-ci maddədə göstərilən bütün Razılaşmış tərəf olmayan dövlətləri xəbərdar edir. Gömrük əməkdaşlığı Şurası həmçinin Əlavə 7-də göstərilən prosedur qaydalarına uyğun olaraq inzibati komitə yaratmalıdır.

2. Yuxarıdakı bəndə uyğun olaraq təklif olunan və ya Komitənin sessiyasında işlənib hazırlanmış və Komitədə iştirak edən və səs verənlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilən hər bir düzəliş Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə göndərilir.

3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi düzəlişlərin mətnini qəbul etmək üçün Razılaşmış tərəflərin hamısına, həmçiinn 18-ci maddədə göstərilən Razılaşmış tərəf olmayan dövlətləri xəbərdar etmək üçün, bu dövlətlərə göndərir.

4. Yuxarıdakı bəndə uyğun olaraq haqqında məlumat verilən təklif olunmuş hər bir düzəlişə qarşı, Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən təklif olunan düzəlişin mətni göndərildiyi tarixdən, on iki aylıq müddət başa çatdıqdan sonra Razılaşmış tərəflər etiraz irəli sürməzsə, düzəliş qəbul edilmiş hesab olunur.

5. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tez bir zamanda Razılaşmış tərəflərin hamısını, həmçinin 18-ci maddədə göstərilən Razılaşmış tərəf olmayan dövlətləri düzəlişlərə etiraz olub-olmaması haqqında xəbərdar edir. Əgər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə düzəliş layihəsinə qarşı etiraz irəli sürülərsə, düzəliş qəbul olunmur və onunla əlaqədar heç bir tədbir görülmür. Əgər bu etiraz barəsində Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə məlumat verilməzsə, əvvəlki bənddə nəzərdə tutulan on iki ay keçdikdən üç ay sonra və ya inzibati komitənin onu qəbul edərkən müəyyən etdiyi daha sonrakı müddətdə qüvvəyə minir.

6. Razılaşmış hər bir tərəf bu Konvensiyaya yenidən baxılması məqsədilə, konfrans çağrılması haqqında xahişlə Birləşmiş Millətlər Təşkilatının Baş katibini xəbərdar edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu xahiş haqqında razılaşmış tərəflərin hamısına məlumat verir. Əgər Birləşmiş Millətlər Təşkilatının Baş katibi məlumat verdikdən sonra dörd ay ərzində Razılaşmış tərəflərin ən azı üçdə biri belə konfransın keçirilməsinə öz razılığını bildirərsə, Baş katib bu Konvensiyaya yenidən baxılması üçün konfrans çağırır. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi həmçinin inzibati komitədən müvafiq xahiş aldığı zaman belə konfrans çağırır. İnzibati komitə belə xahişi Komitədə səs verən iştirakçıların əksəriyyətinin səsçoxluğu ilə qəbul edilmiş müvafiq qərarlar olduğu halda irəli sürür. Əgər konfrans bu bəndə uyğun olaraq çağrılarsa, Birləşmiş Millətlər Təşkilatının Baş katibi burada iştirak etmək üçün 18-ci bənddə göstərilən bütün dövlətləri dəvət edir.

Maddə 22. Əlavə 1, 4, 5 və 6-ya düzəlişlər edilməsinin xüsusi proseduru

1. Əlavə 1, 4, 5 və 6-ya edilən düzəlişlər 21-ci maddədə şərh olunan düzəlişlər prosedurundan asılı olmayaraq, bu maddədə nəzərdə tutulduğu və Əlavə 7-də şərh edildiyi kimi prosedur qaydalarına uyğun olaraq həyata keçirilə bilər.

2. Razılaşmış hər bir tərəf Gömrük əməkdaşlığı Şurasına düzəlişlər edilməsi haqqında təklif irəli sürür.

Gömrük əməkdaşlığı Şurası Razılaşmış tərəfə bu barədə məlumat verir və inzibati komitəni çağırır.

3. Yuxarıdakı bəndə uyğun olaraq təklif olunan və ya Komitənin sessiyasında işlənib hazırlanmış və Komitədə iştirak edən və səs verənlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilən hər bir düzəliş Birləşmiş Millətlər təşkilatının Baş Katibinə göndərilir.

4. Birləşmiş Millətlər təşkilatının Baş Katibi düzəlişlərin mətnini Razılaşmış tərəflərin hamısına qəbul etmək üçün, həmçinin 18-ci maddədə göstərilən razılaşmış tərəf olmayan dövlətləri xəbərdar etmək üçün, bu dövlətlərə göndərir.

5. Əgər Razılaşmış tərəflərin beşdə biri və ya beşi, (belə ki bu iki rəqəmdən ən kiçiyi nəzərə alınır) Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən düzəliş göndərildiyi tarixdən on iki ay ərzində Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə etiraz haqqında məlumat verməzsə, həmin düzəliş qəbul edilmiş hesab olunur. Qəbul edilməyən təklif olunmuş düzəlişlər haqqında heç bir tədbir görülmür.

6. Əgər təklif olunmuş düzəliş qəbul olunarsa, bu düzəlişə qarşı etiraz etməyən bütün Razılaşmış tərəflər üçün yuxarıdakı bənddə göstərilən on iki aylıq müddət başa çatdıqdan sonra üç ayın tamamında və ya inzibati komitənin onu qəbul edən zaman müəyyənləşdirdiyi keçid dövrü ərzində düzəlişlər qüvvəyə minir.

7. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Razılaşmış tərəfləri, həmçinin 18-ci maddədə göstərilən Razılaşmış tərəf olmayan dövlətləri düzəlişlərin qüvvəyə minmə tarixi haqqında xəbərdar edir.

Maddə 23. Ləğv etmə

Razılığa gəlmiş hər bir tərəf Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq sənədi saxlamaq üçün təhvil vermək yolu ilə, bu Konvensiyanı ləğv edə bilər. Ləğv etmə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bu nota saxlanmaq üçün təhvil verildiyi tarixdən bir il sonra qüvvəyə minir.
Maddə 24. Fəaliyyətin dayandırılması

Əgər Razılaşmış tərəflər olan dövlətlərin sayı ardıcıl olaraq on iki aydan ibarət bir müddət ərzində beş nəfərdən az olarsa, həmin Konvensiya öz qüvvəsini itirir.

Maddə 25. Mübahisələrin həlli

1. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya tətbiqinə münasibətdə meydana çıxan istənilən həll olunmayan mübahisələr, aşağıda tərtib olunmuş şəkildə Razılaşmış tərəflərdən birinin ərizəsi ilə arbitraj məhkəməsinə verilir: hər bir tərəf bir arbitr və bu iki arbitr bir arbitr təyin edir, o isə sədr olur. Əgər mübahisə edən tərəflər arbitraj haqqında məlumat verildiyi gündən üç ay keçdikdən sonr arbitr və ya arbitrlər sədr təyin etməzsə, tərəflərdən hər biri, mübahisənin həll olunması tapşırılacaq, arbitr və ya arbitraj məhkəməsinin sədrinin təyin olunması xahişi ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilər.

2. Arbitraj məhkəməsinin qərarı mübahisə edən tərəflər üçün məcburidir.

3. Arbitraj məhkəməsi öz prosedur qaydalarını müəyyən edir.

4. Arbitraj məhkəməsinin proseduru və yığıncaq yeri, həmçinin nəzərdən keçirilən mübahisələr haqqında qərarı böyük səsçoxluğu ilə qəbul edilir.

5. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və arbitraj qərarının yerinə yetirilməsinə münasibətdə meydana çıxan mübahisələri tərəflərdən biri, bu qərarı qəbul etmiş arbitraj məhkəməsinə baxılmaq üçün təqdim edilə bilər.

Maddə 26. Qeydlər

1. Bu Konvensiyada 1-8, 12-17, 20, 25-ci maddələrinin və bu maddələrin müddəalarına, həmçinin Əlavələrə daxil olan müddəalara aid qeydlər istisna olmaqla, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında sənədlər saxlanmağa təhvil verilənə qədər, yazılı şəkildə təqdim olunan və sənədlərlə təsdiq olunan qeydlərin həyata keçirilməsinə icazə verilir.

2. Bu Sazişin 1-ci bəndinə uyğun olaraq irəli sürülən qeyd:

a) Bu düzəlişi irəli sürmüş razılaşmış tərəf üçün bu Konvensiyanın müddəalarını bu düzəliş çərçivəsində, bu Konvensiyanın aid olduğu müddəalarını dəyişir; və

b) digər Razılaşmış tərəflər üçün də, düzəlişlər edən Razılaşmış tərəf ilə qarşılıqlı əlaqələrində, bu müddəaları eyni dərəcədə dəyişir.

3. Bu Sazişin 1-ci bəndinə uyğun olaraq qeyd irəli sürən Razılaşmış hər bir tərəf, istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış nota vasitəsilə bu qeydi ləğv edə bilər.

Maddə 27. Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Baş katibi 21, 22 və 26-cı maddələrdə nəzərdə tutulanlardan başqa, bütün dövlətləri 18-ci maddədə göstərilənlər haqqında xəbərdar edir:

a) 18-ci maddəyə uyğun olaraq imzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında;

b) 19-cu maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi haqqında;

v) 21 və 22-ci maddələrə əsasən bu Konvensiyaya edilən düzəlişlərin tarixi haqqında;

q) 23-cü maddəyə əsasən ləğv etmə haqqında;

ğ) 24-cü maddəyə uyğun olaraq bu Konvensiyanın fəaliyyətinin dayandırılması haqqında.

Maddə 28. Eyni qüvvəyə malik mətnlər

Bu Konvensiyanın ingilis, ispan, çin, rus, fransız dillərində tərtib olunmuş, eyni qüvvəyə malik əsl nüsxələri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün təhvil verilir, o isə bunların lazımi qaydada təsdiq olunmuş nüsxələrini 18-ci maddədə göstərilən ölkələrə göndərir.

Lazımi qaydalara uyğun olaraq, öz hökumətləri tərəfindən səlahiyyət verilmiş nümayəndələr təsdiq etmək məqsədilə, bu Konvensiyanı imzalamışlar.

Cenevrədə iki dekabr min doqquz yüz yetmiş ikinci ildə imzalanmışdır.


«Konteynerlərə aid gömrük konvensiyası»na dair Azərbaycan Respublikasının qeyd-şərti


Azərbaycan Respublikası Ermənistan Respublikasına gedən və Ermənistan Respublikasından gələn yüklü və boş konteynerlərin, habelə Ermənistan Respublikasında qeydiyyata alınmış hüquqi və fiziki şəxslərə, konteynerlərə nəzarət edən və onları istismar edən şəxslərə məxsus konteynerlərin öz ərazisinə daxil olmasına icazə vermir.

Azərbaycan Respublikası bu Konvensiaya Azərbaycan Respublikasıın 12 dekabr 2000-ci il tarixli, 37-IIQ nömrəli Qanununa əsasən qoşulmuşdur («VneshExpertService»).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2001-ci il, ¹ 1, maddə 13)

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb