Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Avropa İqtisadi Komissiyası
Birləşmiş Millətlər Təşkilatı
BYD kitabçasının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında
Gömrük konvensiyası (BYD Konvensiyası)


(1975-ci il noyabrın 14-də Cenevrədə imzalanmışdır)
(Konvensiyanın 59 və 60-cı maddələrinə uyğun olaraq qəbul edilmiş və 1999-cu il fevralın 17-də qüvvəyə minmiş düzəlişlər)

19-cu Düzəliş


1975-ci il BYD Konvensiyası üzrə İnzibati Komitə tərəfindən 27 iyun 1997-ci il tarixində qəbul edilmiş
1975-ci il BYD Konvensiyasına düzəlişlər üzrə təkliflər:

Maddə 6, bənd 1

1-ci bəndi aşağıdakı şəkildə dəyişmək:

«1. Razılığa gələn hər bir Tərəf bilavasitə və ya onların müxbirləri olan birliklərin vasitəçiliyi ilə birliklərə BYD kitabçalarını verməyə və 9-cu əlavənin I hissəsində göstərilən minimum şərtlərə və tələblərə riayət etməklə, qarant kimi çıxış etməyə icazə verə bilər. Bu icazə 9-cu Əlavənin I hissəsində nəzərdə tutulan minimum şərtlərə və tələblərə daha riayət edilmədiyi təqdirdə ləğv edilə bilər».

Maddə 6, yeni bəndlər 3-5

Aşağıdakı yeni bəndlər əlavə edilsin:

«3. Birlik BYD kitabçalarını yalnız o şəxslərə verir ki, Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən onların BYD proseduruna çıxışından imtina edilmir, həmin şəxs onlarda daimi olduğu yerə malik olsun və ya təsis olunsun.

4. BYD proseduruna çıxış üçün icazə, yalnız bu Konvensiyaya 9-cu Əlavənin II hissəsində göstərilən minimum şərtləri və tələbləri ödəyən şəxslərə verilir. Həmin meyarların qorunması daha təyin olunmadığı təqdirdə 38-ci maddəyə xələl gətirmədən bu icazə ləğv edilir.

5. BYD proseduruna çıxış üçün icazə bu Konvensiyaya 9-cu Əlavənin II hissəsində göstərilən qaydaya uyğun olaraq verilir».

Maddə 38, bənd 2

2-ci bəndi aşağıdakı şəkildə dəyişmək:

«2. Hüquqdan belə şəkildə məhrum edilmə barədə məlumat bir həftə ərzində həmin şəxsin təsis edildiyi və ya daimi olduğu yeri olan Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarına, pozulmanın baş verdiyi ölkədə və ya gömrük ərazisindəki birliyə (birliklərə) və BYD İcraiyyə Şurasına verilir».

Maddə 42-bis

Aşağıdakı yeni maddəni əlavə etmək:

«Səlahiyyətli orqanlar birliklərlə sıx əməkdaşlıqda BYD kitabçalarından lazımi şəkildə istifadəni təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Bu məqsədlə onlar milli və beynəlxalq səviyyədə müvafiq nəzarət tədbirləri görə bilərlər. Səlahiyyətli orqanlar tərəfindən bu kontekstdə görülən milli nəzarət tədbirləri dərhal həmin tədbirlərin konvensiyanın müddəalarına uyğunluğunu yoxlayan BYD İcraiyyə Şurasına bildirir. Beynəlxalq nəzarət tədbirlərini İnzibati Komitə həyata keçirir».

Yeni maddə 58-bis

Aşağıdakı yeni 58-bis maddəsini əlavə etmək:

«Maddə 58-bis. İnzibati Komitə

Bununla tərkibinə bütün Razılığa gələn Tərəflərin daxil olduğu İnzibati Komitə təsis olunur. Onun tərkibi, funksiyaları və prosedur qaydaları 8-ci Əlavədə şərh olunur».

Yeni maddə. 58-ter

Aşağıdakı yeni 58-ter maddəsi əlavə edilsin:

«Maddə 58-ter. BYD İcraiyyə Şurası

İnzibati Komitə köməkçi orqan olaraq BYD İcraiyyə Şurasını təsis edir. İcraiyyə Şurası Konvensiyanın və Komitənin onun üzərinə qoyduğu vəzifələri Komitənin adından icra edir. Onun tərkibi, funksiyaları və prosedur qaydaları 8-ci Əlavədə şərh olunur».

Maddə 59

59-cu maddənin 2-ci bəndinin birinci cümləsini aşağıdakı şəkildə dəyişmək:

«2. Bu Konvensiyaya təklif olunan hər hansı bir düzəliş İnzibati Komitə tərəfindən baxılır...»

Maddə 60

«...6 və 7» başlığının sonunu «...6,7,8 və 9» şəklində dəyişmək.

«1. 1, 2, 3, 4, 5, 6 və 7-ci əlavələrə təklif olunan hər hansı bir düzəliş...» maddəsinin əvvəlini «1. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-cu əlavələrə təklif olunan hər hansı bir düzəliş...» şəklində dəyişmək.

Əlavə 6, izahedici qeyd 0,38.2

Çıxarmaq.

Əlavə 6, yeni izahedici qeyd 8.13.1-1

8-ci Əlavənin 13-cü maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda yeni izahedici qeyd əlavə etmək:

«8.13. 1-1 Maliyyələşdirmə şərtləri

İlk ikiillik müddət başa çatdıqdan sonra Konvensiyanın Razılığa gələn Tərəfləri nəzərdə tuturlar ki, BYD İcraiyyə Şurasının və BYD Katibliyinin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının müntəzəm büdcəsi xətti ilə maliyyələşdiriləcəkdir. Bu, əgər Birləşmiş Millətlər Təşkilatının və ya digər mənbələrin hesabına maliyyələşmə təmin edilmədiyi təqdirdə ilkin maliyyələşmə şərtlərinin tətbiq edilməsinin uzadılması imkanını istisna etmir».

Əlavə 6, yeni izahedici qeyd 8.13.1-2

8-ci Əlavənin 13-cü maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda ikinci izahedici qeyd əlavə etmək:

«8.13. 1-2 BYD İcraiyyə Şurası üzvlərinin fəaliyyəti

BYD İcraiyyə Şurası üzvlərinin fəaliyyəti onların müvafiq ölkələrinin hökumətləri tərəfindən maliyyələşdiriləcəkdir.».

Əlavə 6, yeni izahedici qeyd 9.I.1 a)

9-cu yeni Əlavənin I hissəsinin 1 a) bəndinə aşağıdakı məzmunda yeni izahedici qeyd əlavə etmək:

«9.1. 1 a) Qeydiyyata alınmış birlik

9-cu Əlavənin I hissəsinin 1 a) bəndindəki müddəalar malların beynəlxalq ticarəti ilə məşğul olan təşkilatları, o cümlədən ticarət palatalarını əhatə edir».

Əlavə 6, yeni izahedici qeyd 9.II.3

Yeni 9-cu Əlavənin II hissəsinin 3-cü bəndinə aşağıdakı məzmunda yeni izahedici qeyd əlavə etmək:

«9.II.3. İcazələrin verilməsi üzrə Komitə

İcazələrin verilməsi üzrə tərkibində səlahiyyətli orqanların, milli birliklərin və digər maraqlı təşkilatların nümayəndələri olan milli komitələrin təsis edilməsi məsləhət görülür».

Əlavə 8

8-ci Əlavənin adını aşağıdakı şəkildə dəyişmək:

«BYD İnzibati Komitəsinin və İcraiyyə Şurasının tərkibi, funksiyaları və prosedur qaydaları»

8-ci Əlavənin 1-ci maddəsindən əvvəl aşağıdakı yeni yarımbaşlıq daxil edilsin:

«İnzibati Komitənin tərkibi, funksiyaları və prosedur qaydaları»

Əlavə 8, yeni maddə 1-bis

Aşağıdakı məzmunda yeni 1-bis maddəsi əlavə edilsin:

«Əlavə 8, maddə 1-bis

1 Komitə Konvensiyaya təklif olunan hər hansı bir əlavəni 59-cu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq nəzərdən keçirir.

2. Komitə Konvensiyanın tətbiqinə nəzarət edir və Razılığa gələn Tərəflərin, birliklərin və beynəlxalq təşkilatların Konvensiya çərçivəsində gördüyü hər hansı bir tədbiri öyrənir və onların Konvensiyanın müddəalarına uyğunluğunu yoxlayır.

3. Komitə BYD İcraiyyə Şurası vasitəsilə Konvensiyanın milli və beynəlxalq səviyyələrdə tətbiqinə nəzarət edir və onun həyata keçirilməsinə yardım edir».

8-ci Əlavənin yeni 9-cu maddəsindən əvvəl aşağıdakı yeni yarımbaşlığı daxil etmək:

«BYD İcraiyyə Şurasının tərkibi, funksiyaları və prosedur qaydaları»

Əlavə 8, yeni maddələr 9-13

8-ci Əlavəyə aşağıdakı məzmunda yeni maddələr daxil etmək:

«Maddə 9

1. İnzibati Komitənin 58-ter maddəsinə uyğun olaraq təsis etdiyi BYD İcraiyyə Şurası Konvensiyanın Razılığa gələn müxtəlif Tərəflərinin təmsil olunduğu doqquz üzvdən ibarətdir. Şuranın sessiyasının işində BYD Katibi iştirak edir.

2. BYD İcraiyyə Şurasının üzvləri İnzibati Komitə tərəfindən səsvermədə olan və iştirak edən üzvlərin səs çoxluğu ilə seçilir. BYD İcraiyyə Şurasının hər bir üzvünün səlahiyyət müddəti iki ildir. BYD İcraiyyə Şurasının üzvləri yenidən seçilə bilər. BYD İcraiyyə Şurasının işləri aparmaqda səlahiyyət dairəsi BYD İnzibati Komitəsi tərəfindən müəyyənləşdirilir.

Maddə 10

BYD İcraiyyə Şurası:

a) təminat sisteminin fəaliyyət göstərməsi də daxil olmaqla, Konvensiyanın tətbiq edilməsinə nəzarət edir və Konvensiyanın və İnzibati Komitənin onun üzərinə qoyduğu funksiyaları yerinə yetirir;

b) 6-cı maddədə qeyd edilən səlahiyyətli beynəlxalq təşkilatlardan biri tərəfindən icra edilə bilən, BYD kitabçalarının nəşri və birliklər arasında mərkəzləşdirilmiş qaydada yayılması işinə nəzarət edir;

c) Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları arasında əməliyyat və digər informasiya mübadiləsini əlaqələndirir və onun inkişafına yardım edir;

d) Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları, birliklər və beynəlxalq təşkilatlar arasında informasiya mübadiləsini əlaqələndirir və onun inkişafına yardım edir;

e) Razılığa gələn Tərəflər, birliklər, sığorta şirkətləri və beynəlxalq təşkilatlar arasında mübahisələrin onların tənzimlənməsi haqqında 57-ci maddəyə zərər vurmadan tənzimlənməsinə yardım edir;

f) BYD proseduru ilə bağlı olan gömrük orqanları və digər maraqlı tərəflərin əməkdaşlarının hazırlanmasına yardım göstərir;

g) Razılığa gələn Tərəflər arasında yayılmaq məqsədi ilə 6-cı maddədə qeyd olunan beynəlxalq təşkilatların təqdim etdiyi, BYD kitabçalarının birliklər tərəfindən verilməsini nizamlayan bütün öncədən müəyyənləşdirilmiş qaydalar və prosedurlar barədə informasiyanın mərkəzləşdirilmiş qeydiyyatını 9-cu Əlavədə qeyd edilən minimum şərt və tələblərə aid olduğu dərəcədə aparır;

h) BYD kitabçalarının qiymətlərinə nəzarəti həyata keçirir.

Maddə 11

1. Şuranın sessiyasını İnzibati Komitənin və ya ən azı üç Şura üzvünün xahişi ilə BYD Katibi çağırır.

2. Şura qərarları konsensus əsasında qəbul etməyə çalışır. Konsensusa nail olmaq mümkün olmadıqda, qərarlar səsverməyə çıxarılır və səsvermədə olan və iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Qərarın qəbul edilməsi üçün beş üzvdən ibarət yetərsay tələb olunur. BYD Katibinin səs hüququ yoxdur.

3. Şura Sədri seçir və istənilən əlavə prosedur qaydaları qəbul edir.

4. Şura yoxlanmış maliyyə hesabatlarının təqdim edilməsi də daxil olmaqla, öz fəaliyyəti haqqında ildə bir dəfədən az olmayaraq, İnzibati Komitə qarşısında və ya İnzibati Komitənin xahişinə əsasən hesabat verir. Şura İnzibati Komitədə öz Sədri ilə təmsil olunur.

5. Şura İnzibati Komitə, Razılığa gələn Tərəflər, BYD Katibi və Konvensiyanın 6-cı maddəsində göstərilən milli birliklər və beynəlxalq təşkilatlar tərəfindən ona göndərilən hər hansı bir informasiya və sorğunu nəzərdən keçirir. Bu beynəlxalq təşkilatlar BYD İcraiyyə Şurasının sessiyalarında, Sədr başqa cür qərar qəbul etməyibsə, müşahidəçi qismində iştirak etmək hüququna malikdir. Lazım gəldikdə, Sədrin dəvəti ilə Şuranın sessiyalarında müşahidəçi qismində hər hansı başqa təşkilat iştirak edə bilər.

Maddə 12

BYD Katibi Avropa üzrə Birləşmiş Millətlər Təşkilatının İqtisadi Komissiyası Katibliyinin üzvlərindən olmalıdır. O, Şuranın səlahiyyət dairəsi çərçivəsində BYD İcraiyyə Şurasının qərarlarını icra edir. BYD Katibinə BYD Katibliyi yardım göstərir. BYD Katibliyinin sayı BYD İnzibati Komitəsi tərəfindən müəyyənləşdirilir.

Maddə 13

1. BYD İcraiyyə Şurası üzvlərinin və BYD Katibliyinin fəaliyyəti alternativ maliyyələşdirmə mənbələri axtarılıb tapılmayana qədər 6-cı maddədə qeyd edilən beynəlxalq təşkilatlar tərəfindən verilən hər bir BYD kitabçasından rüsum tutulmaqla maliyyələşdirilir.

2. Rüsumun miqdarı və onun tutulma proseduru İnzibati Komitə tərəfindən 6-cı maddədə göstərilən beynəlxalq təşkilatla məsləhətləşmələr aparıldıqdan sonra müəyyənləşdirilir. Rüsumun dəyişdirilməsi barədə hər hansı təklif İnzibati Komitə tərəfindən təsdiqlənir».

Yeni Əlavə 9

Konvensiyaya aşağıdakı yeni 9-cu Əlavə edilsin:

«Əlavə 9. BYD proseduruna çıxış

I hissə. BYD kitabçalarını vermək üçün birliklərə icazə verilməsi

Minimum şərtlər və tələblər

1. BYD kitabçalarını vermək və Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq qarant kimi çıxış etmək üçün Razılığa gələn Tərəflərin icazəsini almaqda birliklərin riayət etməli olduğu minimum şərt və tələblərə aşağıdakılar daxildir:

a) nəqliyyat sektorunun maraqlarını təmsil edən, ən azı bir il müddətinə qeydiyyata alınmış birlik olaraq mövcud olma faktını təsdiq edən sübutlar;

b) Konvensiyaya görə öz öhdəliklərini icra etmək üçün sabit maliyyə vəziyyətini və təşkilati imkanların mövcud olmasını təsdiq edən sübutlar;

c) BYD Konvensiyasının lazımi şəkildə tətbiqi üçün öz şəxsi heyətinin biliklərə malik olmasını təsdiq edən sübutlar;

d) gömrük qaydalarının və ya vergi qanunvericiliyinin ciddi şəkildə və ya dəfələrlə pozulması hallarının olmaması;

e) birlik və onun təsis olunduğu Razılığa gələn Tərəfin səlahiyyətli orqanları arasında yazılı razılaşmanın və ya hər hansı digər hüquqi sənədin imzalanması. Yazılı razılaşmanın və ya hər hansı digər hüquqi sənədin təsdiqlənmiş surəti, zəruri hallarda onun ingilis, rus və ya fransız dillərinə tərcüməsinin təsdiq olunmuş mətni də daxil olmaqla, BYD İcraiyyə Şurasına saxlanmağa verilir. Həmin yazılı razılaşmaya və ya istənilən digər hüquqi sənədə edilən hər hansı bir dəyişiklik barədə dərhal BYD İcraiyyə Şurasına məlumat verilir;

f)

e) bəndində göstərilən yazılı razılaşmada və ya hər hansı başqa hüquqi sənəddə birliyin aşağıdakıları etməli olması barədə müddəa:

i) Konvensiyanın 8-ci maddəsində göstərilən öhdəliklərə riayət etmək;

ii) Razılığa gələn Tərəfin müəyyənləşdirdiyi, 8-ci maddənin 3-cü bəndinə uyğun olaraq hər bir BYD kitabçasına görə birlikdən tələb edilə bilən məbləğin maksimum miqdarını tanımaq;

iii) daim və xüsusilə BYD proseduruna şəxslərin çıxışına icazə verilməsi barədə sorğuya qədər, həmin şəxslərin bu Əlavənin II hissəsində göstərilən minimum şərt və tələblərə riayət etməsini yoxlamaq;

iv) tərkibinə özünün də daxil olduğu beynəlxalq təşkilata daxil olan xarici birliklərin və özünün verdiyi BYD kitabçalarının tətbiqi ilə bağlı əməliyyatlarla əlaqədar olaraq, təsis edildiyi ölkədə üzərinə götürdüyü məsuliyyətə tam həcmdə zəmanəti təmin etmək;

v) sığorta şirkətində, sığortaçılar birliyində və ya maliyyə müəssisələrində təsis olunduğu Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının razı qalması üçün öz məsuliyyətini təmin etmək. Sığorta və ya maliyyə təminatı müqaviləsi (müqavilələri) tərkibinə özünün də daxil olduğu beynəlxalq təşkilata daxil olan xarici birliklərin və özünün verdiyi BYD kitabçalarının tətbiqi ilə bağlı əməliyyatlarla əlaqədar onun məsuliyyətini tam şəkildə ödəyir (ödəyirlər).

Sığorta və ya maliyyə təminatı müqaviləsinin (müqavilələrinin) fəaliyyətinin başa çatması haqqında bildiriş müddəti e) bəndində göstərilən yazılı razılaşmanın və ya hər hansı digər hüquqi sənədin fəaliyyətinin başa çatması barədə bildiriş müddətindən az olmamalıdır. Sığorta və ya maliyyə təminatı müqaviləsinin (müqavilələrinin) təsdiqlənmiş surəti, eləcə də ona (onlara) edilən bütün sonrakı dəyişikliklər, lazım gəldikdə ingilis, rus və fransız dillərinə tərcümənin təsdiq olunmuş mətni də daxil olmaqla, saxlanmaq üçün BYD İcraiyyə Şurasına verilir;

vi) səlahiyyətli orqanlara BYD prosedurunun tətbiqi ilə bağlı bütün hesabat sənədləşməsini və hesablarını yoxlamağa imkan vermək;

vii) BYD kitabçalarından qeyri-qanuni vo aldatma yolu ilə istifadə halında meydana çıxan mübahisələrin effektiv tənzimlənməsi prosedurunu tanımaq;

viii) bu minimum şərt və tələblərin hər hansı ciddi və ya dəfələrlə pozulmasının BYD kitabçalarını verməyə icazənin ləğv edilməsinə səbəb olacağı ilə bağlı öz razılığını ifadə etmək;

ix) Konvensiyanın 38-ci maddəsinə və bu əlavənin II hissəsinə uyğun olaraq şəxslərin kənarlaşdırılmasına münasibətdə təsis olunduğu Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının qərarlarına ciddi riayət etmək;

x) BYD İnzibati Komitəsi və BYD İcraiyyə Şurası tərəfindən qəbul edilən bütün qərarların birliyin təsis olunduğu Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının tanıdığı dərəcədə vicdanla həyata keçirilməsinə öz razılığını ifadə etmək.

2. Birliyin təsis olunduğu Razılığa gələn Tərəflər bu minimum şərt və tələblərin ciddi və ya dəfələrlə pozulması halında onun BYD kitabçalarını vermək icazəsini ləğv edir.c3. Yuxarıda göstərilən şərtlərə uyğun olaraq bu və ya digər birliyə verilən icazə həmin birliyin Konvensiya əsasında vəzifə və öhdəliklərinə toxunmur.

4. Yuxarıda göstərilən minimum şərt və tələblər Razılığa gələn Tərəflərin müəyyənləşdirmək arzusunda ola biləcəyi əlavə şərt və tələblərə toxunmur.

II hissə. Fiziki və hüquqi şəxslərin BYD kitabçalarından istifadə etmək üçün icazə

Minimum şərt və tələblər

1. BYD proseduruna çıxış əldə etmək arzusunda olan şəxslərin riayət etməli olduğu minimum şərt və tələblərə aşağıdakılar daxildir:

a) müntəzəm beynəlxalq daşımalarla məşğul olmaq təcrübəsi və ya heç olmasa, imkanları olmasını təsdiq edən sübutlar (beynəlxalq daşımaları həyata keçirməyə lisenziyası olan sahib və s.);

b) sabit maliyyə vəziyyəti;

c) BYD Konvensiyasının tətbiqi sahəsində biliklərin olmasını təsdiq edən sübutlar;

d) gömrük qaydalarının və ya vergi qanunvericiliyinin ciddi və ya dəfələrlə pozulma hallarının olmaması;

e) birlik qarşısında öhdəliklər barədə yazılı bəyannamədə həmin şəxsin aşağıdakılara riayət edəcəyini nəzərdə tutan müddəa:

i) göndərən gömrük orqanında, aralıq gömrük orqanında və təyinat gömrük orqanında Konvensiyaya uyğun olaraq tələb edilən bütün gömrük rəsmiləşməsinə riayət etmək;

ii) Konvensiyanın 8-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq səlahiyyətli orqanların tələb etdiyi təqdirdə, Konvensiyanın 8-ci maddəsinin 1 və 2-ci bəndlərində göstərilən ödənməli məbləğləri ödəmək;

iii) milli qanunvericiliyin yol verdiyi çərçivədə birliklərə yuxarıda qeyd edilən minimum şərt və tələblər barədə informasiyanı yoxlamağa icazə vermək.

2. BYD proseduruna çıxış üçün əlavə və daha məhdudlaşdırıcı şərtlər və tələblər, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları və birlikləri başqa qərar qəbul etməzlərsə, tətbiq edilə bilər.

Prosedur

3. Razılığa gələn Tərəflər milli qanunvericiliyə uyğun olaraq 1 və 2-ci bəndlərdə göstərilən minimum şərtlər və tələblər əsasında BYD proseduruna çıxış əldə etmək üçün riayət edilməli olan qaydanı müəyyən edirlər.

4. Səlahiyyətli orqanlar BYD kitabçalarından istifadə etməyə icazə verildiyi və ya icazənin ləğv edildiyi tarixdən başlayaraq, bir həftə müddətində icazənin əlavə edilən nümunəsinə (icazənin verilməsi barədə nümunəvi blank) uyğun olaraq, hər bir şəxs haqqında ətraflı məlumatı BYD İcraiyyə Şurasına göndərir.

5. Birlik icazə alan bütün şəxslərin, eləcə də icazələri ləğv olunmuş bütün şəxslərin 31 dekabr vəziyyətinə görə yeni siyahısını hər il göndərir. Həmin siyahı 31 dekabrdan sonra bir həftə müddətində səlahiyyətli orqanlara ötürülür. Səlahiyyətli orqanlar həmin siyahının surətini BYD İcraiyyə Şurasına göndərirlər.

6. BYD prosedurlarına çıxış üçün icazə özlüyündə birliklərdən BYD kitabçalarını almağa hüquq vermir.

7. Bu və ya digər şəxsin yuxarıda göstərilən minimum şərt və tələblərə uyğun olaraq BYD kitabçalarından istifadə etmək icazəsi həmin şəxsin Konvensiyaya görə məsuliyyət və öhdəliklərinə toxunmur.

İcazə verilməsinin nümunə blankı (İNB)

Ölkə: _________________________________

Birliyin adı: __________________________________________________

Səlahiyyətli orqan: _____________________________________________

Milli birliklər və ya səlahiyyətli orqanlar tərəfindən doldurulur

İdentifikasiya nömrəsi Şəxslərin soyadı,müəssisənin adı Müəssisənin ünvanı Əlaqə məntəqəsi və əlaqə nömrəsi (tel. faks və elektron poçt nömrəsi) Müəssisənin və ya lisenziya və S* qeydiyyat nömrəsi İcazənin ləğv olunduğu öncəki halı** İcazənin verildiyi tarix** İcazənin ləğv olunduğu tarix** Möhür, imza
...
               
...
               
...
               


* Əgər varsa

** Müvafiq hallarda

Vəkil edilmiş birliyin icazə almağı xahiş etdiyi hər bir şəxsə görə səlahiyyətli orqanlara ən azı aşağıdakı informasiya təqdim edilməlidir:

  • qarant birlik tərəfindən şəxsə verilmiş fərdi identifikasiya nömrəsi (İN) (tərkibinə onun daxil olduğu beynəlxalq təşkilatla əməkdaşlıqda);

  • şəxsin (şəxslərin) soyadı (soyadları) və ünvanı (ünvanları) və ya müəssisənin adı (adları) və ünvanı (ünvanları) (müəssisələrin birləşdirilməsi halında həmçinin məsul rəhbərlərin soyadları və adları);

  • əlaqə məntəqəsi (gömrük orqanlarına və birliklərə BYD əməliyyatları barədə informasiyanı təqdim etməyə vəkil edilmiş şəxs), (telefon, faks və elektron poçtunun tam nömrələri göstərilməklə);

  • kommersiya qeydiyyatı nömrəsi və ya beynəlxalq daşımalara lisenziya nömrəsi və digər informasiya (əgər beləsi varsa);

  • (müvafiq hallarda) İcazənin ləğv edildiyi əvvəlki hal (hallar), icazənin ləğvinin tarixi, müddəti və xarakteri göstərilməklə.



20-ci Düzəliş


(Konvensiyanın 60-cı maddəsinə uyğun olaraq qəbul edilmiş və 2001-ci il iyunun 12-də qüvvəyə minmiş düzəlişlər)

1975-ci il BYD Konvensiyası üzrə İnzibati Komitə tərəfindən 2000-ci il oktyabrın 20-də qəbul edilmiş 1975-ci il BYD Konvensiyasına düzəlişlər üzrə təkliflər

Əlavə 2, yeni maddə 4

Aşağıdakı məzmunda yeni 4-cü maddəni daxil etmək:

«Maddə 4. Sürüşən döşəməli nəqliyyat vasitələri

1. Bu Qaydaların 1, 2 və 3-cü maddələrinin müddəaları sürüşən kənarlı nəqliyyat vasitələrinə tətbiq edilə bildiyi dərəcədə onları əhatə edir. Bundan əlavə, həmin nəqliyyat vasitələri bu maddənin müddəalarına uyğun olmalıdır.

2. Yük bölməsinin sürüşən kənarları, döşəməsi və digər tərkib hissələri bu Qaydaların 3-cü maddəsinin 6, 8, 9 və 11-ci bəndlərində öz əksini tapan, yaxud da aşağıdakı i) — vi) bəndlərində ifadə olunan tələblərə cavab verməlidir:

i) Yük bölməsinin sürüşən kənarları, döşəməsi və digər tərkib hissələri elə birləşdirilməlidir ki, onları görünən izlər qoymadan açmaq və ya bağlamaq mümkün olmasın.

ii) Kənar yuxarıdan nəqliyyat vasitəsinin bərk hissələrini dartılan kəmərlər arasındakı faktiki məsafənin ən azı 1/4 hissəsi qədər örtməlidir. Kənar aşağıdan nəqliyyat vasitəsinin bərk hissələrini ən azı 50 mm örtməlidir. Yük bölməsi bağlı və gömrük məqsədləri üçün möhürlənmiş olduqda, yük bölməsinin kənarı və bərk hissələri arasındakı üfqi ara nəqliyyat vasitəsinin uzununa oxuna perpendikulyar boyu heç bir yerdə 10 mm-dən artıq olmamalıdır.

iii) Sürüşən kənarın istiqamətverici elementi və digər mütəhərrik hissələr elə birləşdirilməlidir ki, bağlı və gömrük plombları ilə möhürlənmiş tərəfləri və digər mütəhərrik hissələri görünən izlər qoymadan bayırdan açmaq və bağlamaq mümkün olmasın. Sürüşən kənarın istiqamətverici elementi və digər mütəhərrik hissələr elə birləşdirilməlidir ki, görünən izlər qoymadan yük bölməsinə girmək imkanı istisna olunsun. Həmin sistem bu Qaydalara əlavə olunan 9-cu şəkildə göstərilmişdir.

iv) Nəqliyyat vasitəsinin bərk hissələrində gömrük məqsədləri üçün istifadə olunan halqalar arasındakı üfqi xətt boyu məsafə 200 mm-dən artıq olmamalıdır. Bununla yanaşı, bu məsafə artıq ola bilər, lakin nəqliyyat vasitəsinin və kənarların quruluşu yük bölməsinə girişi tam istisna etdikdə, dayağın hər bir tərəfindən halqalar arasındakı məsafə 300 mm-dən çox olmamalıdır. Hər bir halda yuxarıdakı ii) bəndində ifadə olunan şərtlərə riayət edilməlidir.

v) Dartılan kəmərlər arasındakı məsafə 600 mm-dən artıq olmamalıdır.

vi) Kənarları nəqliyyat vasitəsinin bərk hissələrinə bərkitmək üçün istifadə olunan bərkitmələrin növləri bu Qaydaların 3-cü maddəsinin 9-cu bəndində nəzərdə tutulan tələblərə cavab verməlidir».

2-ci əlavədə göstərilən mövcud şəkillərə aşağıdakı yeni şəkli əlavə etmək:


Əlavə 7,1 hissə, maddə 4, bənd 11a)

4-cü maddənin 11a) bəndinin sonuncu cümləsindən sonra aşağıdakı yeni cümləni daxil etmək:

«Qatlanan kənar həmçinin sürüşən kənarlı konteynerlər üçün tələb olunmur».

Əlavə 7,1 hissə, maddə 5

5-ci maddəni aşağıdakı redaksiyada şərh etmək:

«Maddə 5. Sürüşən kənarlı konteynerlər

1. Bu Qaydaların 1, 2, 3 və 4-cü maddələrinin müddəaları sürüşən kənarlı konteynerlərə tətbiq edilə bildiyi dərəcədə onları əhatə edir. Bundan əlavə, həmin konteynerlər bu maddənin müddəalarına uyğun olmalıdır.

2. Konteynerin sürüşən kənarları, döşəməsi və digər tərkib hissələri bu Qaydaların 3-cü maddəsinin 6, 8, 9 və 11-ci bəndlərində öz əksini tapan, yaxud da aşağıdakı i) — vi) bəndlərində ifadə olunan tələblərə cavab verməlidir:

i) Konteynerin sürüşən kənarları, döşəməsi və digər tərkib hissələri elə birləşdirilməlidir ki, onları görünən izlər qoymadan açmaq və ya bağlamaq mümkün olmasın.

ii) Kənar yuxarıdan nəqliyyat vasitəsinin bərk hissələrini dartılan kəmərlər arasındakı faktiki məsafənin ən azı 1/4 hissəsi qədər örtməlidir. Kənar aşağıdan nəqliyyat vasitəsinin bərk hissələrini ən azı 50 mm örtməlidir. Konteyner bağlı və gömrük məqsədləri üçün möhürlənmiş olduqda, konteynerin kənarı və bərk hissələri arasındakı üfqi ara nəqliyyat vasitəsinin uzununa oxuna perpendikulyar boyu heç bir yerdə 10 mm-dən artıq olmamalıdır.

iii) Sürüşən kənarın istiqamətverici elementi və digər mütəhərrik hissələr elə birləşdirilməlidir ki, bağlı və gömrük plombları ilə möhürlənmiş tərəfləri və digər mütəhərrik hissələri görünən izlər qoymadan bayırdan açmaq və ya bağlamaq mümkün olmasın. Sürüşən kənarın istiqamətverici elementi və digər mütəhərrik hissələr elə birləşdirilməlidir ki, görünən izlər qoymadan konteynerə girmək imkanı istisna olunsun. Həmin sistem bu Qaydalara əlavə olunan 9-cu şəkildə göstərilmişdir.

iv) Konteynerin bərk hissələrində gömrük məqsədləri üçün istifadə olunan halqalar arasındakı üfqi xətt boyu məsafə 200 mm-dən artıq olmamalıdır. Bununla yanaşı, həmin məsafə artıq ola bilər ki, lakin konteynerin və kənarların quruluşu konteynerə girişi tam istisna etdikdə, dayağın hər bir tərəfindən halqalar arasındakı məsafə 300 mm-dən çox olmamalıdır. Hər bir halda yuxarıdakı ii) bəndində ifadə olunan şərtlərə riayət edilməlidir.

v) Dartılan kəmərlər arasındakı məsafə 600 mm-dən artıq olmamalıdır.

vi) Kənarların konteynerin bərk hissələrinə bərkitmək üçün istifadə olunan bərkitmələrin növləri bu Qaydaların 3-cü maddəsinin 9-cu bəndində nəzərdə tutulan tələblərə cavab verməlidir».

7-ci əlavənin I hissəsində göstərilən mövcud şəkillərə aşağıdakı yeni şəkli əlavə etmək:

* Şəkil verilmir



1975-ci il BYD Konvensiyası üzrə İnzibati Komitə tərəfindən 2000-ci il
oktyabrın 20-də qəbul edilmiş 1975-ci il BYD Konvensiyasına
düzəlişlər üzrə təkliflər



Əlavə 2, maddə 3, bənd 11a)

3-cü maddənin 11a) bəndinin sonuncu cümləsindən sonra aşağıdakı yeni cümləni daxil etmək:

«Qatlanan kənar həmçinin sürüşən kənarlı nəqliyyat vasitələri üçün tələb olunmur».


21-ci düzəliş

Maddə 1, bənd a)

«BYD əməliyyatı»sözlərini «BYD daşınması» sözləri ilə əvəz etmək.
«TIR prosdure» (yalnız ingilis və fransız dillərindəki mətn üçün) sözlərindən dırnağı götürmək.

Maddə 1, bənd b) — e)
Mövcud b) — e) bəndlərinin f) — g) kimi nömrələnməsi

Maddə 1, yeni bəndlər b) -e)

Aşağıdakı yeni bəndləri əlavə etmək:
b) «BYD əməliyyatı» termini Razılığa gələn Tərəfdə göndərən və ya giriş gömrük orqanından (aralıq gömrük orqanı) təyinat və ya çıxış gömrük orqanına qədər (aralıq gömrük orqanı) həyata keçirilən BYD daşınmasının müvafiq hissəsi deməkdir;
c) «BYD əməliyyatının başlanğıcı» termini yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələrinin qatarı, yaxud konteynerin nəzarət məqsədi ilə yüklə və onlara aid olan BYD kitabçası ilə birlikdə göndərən və ya giriş gömrük orqanına (aralıq gömrük orqanı) təqdim edilməsi və BYD kitabçasının həmin gömrük orqanları tərəfindən rəsmiləşdirmə üçün qəbul edildiyi deməkdir;
d) «BYD əməliyyatının dayandırılması» termini yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələrinin qatarı, yaxud konteynerin nəzarət məqsədi ilə yüklə və onlara aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış gömrük orqanına (aralıq gömrük orqanı) təqdim edilməsi deməkdir;
e) «BYD əməliyyatının başa çatdırılması» termini gömrük orqanları tərəfindən konkret Razılığa gələn Tərəfdə BYD əməliyyatının lazımi qaydada dayandırılması faktının qəbul edilməsi deməkdir. Bu, gömrük orqanları tərəfindən təyinat və ya çıxış gömrük orqanında (aralıq gömrük orqanı) mövcud olan məlumatlar və ya informasiyanı göndərən və ya giriş gömrük orqanında (aralıq gömrük orqanı) mövcud olan məlumatlar və ya informasiya ilə müqayisə edilməsi əsasında müəyyənləşdirilir.


Maddə 1, bənd f) — j)
Mövcud f) — j) bəndlərinin k)-m) kimi nömrələnməsi
k)-m) yeni bəndlərini aşağıdakı redaksiyada vermək:
k) «Göndərən gömrük orqanı» termini bütün yükün və ya onun hissəsinin BYD daşınmasının başlandığı Razılığa gələn Tərəfin hər hansı gömrük orqanları deməkdir;
1) «Təyinat gömrük orqanı» termini bütün yükün və ya onun hissəsinin BYD daşınmasının başa çatdırıldığı Razılığa gələn Tərəfin hər hansı gömrük orqanları deməkdir;
m) «Aralıq gömrük orqanı» termini yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələrinin qatarı, yaxud konteynerin BYD daşımaları zamanı Razılığa gələn Tərəfə daxil olduğu və ya çıxdığı zaman Razılığa gələn Tərəfin hər hansı gömrük orqanları deməkdir.


Maddə 1, k) və 1) bəndləri
Mövcud k) və 1) bəndlərini p) və q) bəndləri ilə əvəz etmək.


Maddə 1, o) yeni bəndi
Aşağıdakı yeni bəndi əlavə etmək:
o) BYD kitabçasının «sahibi» termini Konvensiyanın müvafiq müddəalarına əsasən BYD kitabçasının verildiyi və adından BYD proseduru altında yükün yerləşdirilməsi məqsədi ilə BYD kitabçası şəklində gömrük bəyannaməsinin göndərən gömrük orqanında təqdim edildiyi şəxs deməkdir.
O, yük və aidiyyəti BYD kitabçası ilə birlikdə yol nəqliyyat vasitəsinin, nəqliyyat vasitəsi heyətinin, yaxud konteynerin göndərən gömrük orqanına, aralıq gömrük orqanına və təyinat gömrük orqanına təqdim edilməsinə və Konvensiyanın digər müvafiq müddəalarına riayət edilməsinə görə məsuliyyət daşıyır


Maddə 2

«BYD əməliyyatları»sözlərini «BYD daşınmaları» sözləri ilə əvəz etmək.


Maddə 2 (yalnız fransız dilində olan mətn üçün)

«debut du transport» sözlərini «kommencement du transport» sözləri ilə əvəz etmək.


Maddə 6, 2-bis yeni bəndi

Aşağıdakı yeni bəndi əlavə etmək:

«2-bis. İnzibati komitə 2-ci bənddə adı çəkilən beynəlxalq təşkilata onun öz üzərinə belə bir məsuliyyəti götürməsi şərtilə beynəlxalq zəmanət sisteminin effektiv təşkili və fəaliyyət göstərməsinə cavab vermək üzrə səlahiyyət verir».


Maddə 8, bənd 4

İkinci cümlədəki «BYD əməliyyatı» sözlərini «BYD daşınması» sözləri ilə iki dəfə əvəz etmək.


Maddə 8, bənd 4 (yalnız ingilis və fransız dillərindəki mətn üçün)

İkinci cümlədəki «when the goods are imported» sözlərini «when the goods enter these countries» sözləri ilə əvəz etmək.


Maddə 10, bənd 1

Bu bəndi aşağıdakı redaksiyada vermək:
«1. BYD əməliyyatının başa çatdırılması gecikdirilmədən həyata keçirilməlidir».


Maddə 10, bənd 2

2-ci bəndi aşağıdakı şəkildə dəyişmək:

«2. Bir və ya digər ölkənin gömrük orqanları BYD əməliyyatını başa çatdırıbsa, onlar BYD əməliyyatının dayandırılması haqqında şəhadətnamənin qeyri-qanuni, yaxud aldatma yolu ilə alındığı və ya BYD əməliyyatının dayandırılması baş vermədiyi halları istisna etməklə, zəmanət birliyindən 8-ci maddənin 1 və 2-ci bəndlərində göstərilən məbləğin ödənilməsini bir daha tələb edə bilməzlər».


Maddə 11, bənd 1

Birinci cümlənin əvvəlini aşağıdakı şəkildə dəyişmək:

«1. BYD əməliyyatının başa çatdırılmaması halında səlahiyyətli orqanlar...».

Birinci cümlənin sonundakı «və yaxud qeyd-şərtlə rəsmiləşdirmə haqqında» sözlərini çıxarmaq.

İkinci cümlədəki «gömrük rəsmiləşdirilməsi» sözünü «BYD əməliyyatının dayandırılması haqqında şəhadətnamə» sözləri ilə əvəz etmək.


Maddə 11, bənd 2

Birinci cümləni aşağıdakı redaksiyada vermək:

«2. 8-ci maddənin 1 və 2-ci bəndlərində göstərilən məbləğin ödənilməsi barədə tələb zəmanət birliyinə bu birliyin BYD əməliyyatının başa çatmaması haqqında, yaxud BYD əməliyyatının dayandırılması haqqında şəhadətnamənin qeyri-qanuni, yaxud aldatma yolu ilə alınmasına dair bildirişinin göndərildiyi tarixdən üç ay əvvəl, lakin bu tarixdən sonra iki il müddətindən gec olmayaraq göndərilir.»


Maddə 11, bənd 3 (yalnız rus dilindəki mətn üçün)

İkinci cümlədəki «tamocennım orqanam budut predstavlenı ubeditelğnıe dokazatelğstva toqo, çto» sözlərini «k udovletvoreniö tamocennıx orqanov budet ustanovleno, çto» sözləri ilə əvəz etmək.

Maddə 16

Birinci cümlədəki «BYD əməliyyatı» sözünü «BYD daşınması» sözləri ilə əvəz etmək.

Maddə 17, bənd 1 (yalnız rus dilindəki mətn üçün)

Üçüncü cümlədə «dolcno ukazıvatğsə» sözlərindən sonra «otdelğno» sözünü əlavə etmək.


Maddə 17, bənd 2

2-ci bəndi aşağıdakı qaydada dəyişmək:

«2. BYD kitabçası yalnız bir daşınmanın həyata keçirilməsi üçün qüvvədədir. Qoparılan səhifələrin sayı ən azı BYD daşınmasının həyata keçirilməsi üçün lazım olan qədər olmalıdır».


Maddə 18

Birinci cümlədəki «BYD əməliyyatı» sözlərini «BYD daşınması» sözləri ilə əvəz etmək.


Maddə 26, bənd 1

Birinci cümlədəki «BYD əməliyyatı» sözlərini «BYD daşınması» sözləri ilə əvəz etmək.

İkinci cümlədəki «BYD əməliyyatları» sözlərini «BYD daşınmaları» sözləri ilə əvəz etmək.


Maddə 26, bənd 2 (yalnız rus dilindəki mətn üçün)

«vladelğüem knicki» sözlərini «dercatelem knicki» sözləri ilə əvəz etmək.


Maddə 26, bənd 3

«BYD əməliyyatı»sözlərini «BYD daşınması» sözləri ilə əvəz etmək.


Maddə 28

Bu maddəni aşağıdakı redaksiyada vermək:
«1. BYD əməliyyatının dayandırılması gecikdirilmədən gömrük orqanları tərəfindən təsdiqlənir. BYD əməliyyatının dayandırılması qeyd-şərtsiz, yaxud qeyd-şərtlə təsdiq oluna bilər; əməliyyatın dayandırılması qeyd-şərtlə təsdiq olunarsa, bu BYD əməliyyatının özü ilə bağlı olan faktlarla əsaslandırılmalıdır. Bu faktlar BYD kitabçasında dəqiq göstərilməlidir.
2. Yükün digər gömrük proseduru, yaxud digər gömrük nəzarəti sisteminə keçirildiyi hallarda həmin digər gömrük proseduru, yaxud gömrük nəzarəti sisteminin çərçivəsində baş verən bütün pozuntular BYD kitabçasının sahibinin adına, yaxud onun adından fəaliyyət göstərən digər şəxsin adına qeyd olunmamalıdır».


Maddə 29, bənd 1

«1-ci maddənin k) yarımbəndində» sözlərini «1-ci maddənin p) yarımbəndində» sözləri ilə əvəz etmək.


Maddə 39, bənd 2 (yalnız rus dilindəki mətn üçün)

«vladelğüem knicki MDP» sözlərini «dercatelem knicki MDP» sözləri ilə əvəz etmək.


Maddə 40

«BYD əməliyyatları» sözlərini «BYD daşınmaları» sözləri ilə əvəz etmək.


Maddə 40 (yalnız fransız dilindəki mətn üçün)

«du pays de depart» sözlərini «des pays de depart» sözləri ilə əvəz etmək.


Maddə 40 (yalnız rus dilindəki mətn üçün)

«vladelğüa knicki MDP» sözlərini «dercatelə knicki MDP» sözləri ilə əvəz etmək.

«vladeleü ukazannoy knicki»sözlərini «dercatelğ ukazannoy knicki» sözləri ilə əvəz etmək.


Maddə 42 (yalnız ingilis və fransız dillərindəki mətn üçün)

«TIR operation» sözünü «TIR transport» sözləri ilə əvəz etmək.


Maddə 42 (yalnız rus dilindəki mətn üçün)

«Doqovarivaöhixsə storon, zainteresovannıx v dannoy operaüii MDP» sözlərini «Doqovarivaöhixsə storon, imeöhix otnoşenie k dannoy perevozke MDP» sözləri ilə əvəz etmək.


Konvensiyaya 1-ci Əlavə

BYD kitabçasının nümunəsi: variant 1 və variant 2

Üz qabığının 1-ci səhifəsinin 6-cı qrafasında «Strana otpravleniə» sözlərini «Strana(ı) otpravleniə» sözləri ilə əvəz etmək (yalnız ingilis və rus dillərindəki mətn üçün).

5-ci qrafada bütün qopanları səhifənin üzərindəki «Strana otpravleniə» sözlərini «Strana(ı) otpravleniə» sözləri ilə əvəz etmək (yalnız ingilis və rus dillərindəki mətn üçün).

24-cü qrafada 2 nömrəli qoparılan səhifədə «yükün gömrük rəsmiləşdirilməsinə götürülməsi haqqında şəhadətnamə» sözlərini «BYD əməliyyatının dayandırılması haqqında şəhadətnamə» sözləri ilə əvəz etmək.

26-cı qrafada 2 nömrəli qoparılan səhifədəki «rəsmiləşdirilən yük yerlərinin sayı» sözlərini «BYD əməliyyatının dayandırılmasının təsdiq edildiyi yük yerlərinin sayı» sözləri ilə əvəz etmək.

2 nömrəli kötüyün 3-cü sərlövhəsində «yük yerlərinin..., yaxud əşyaların (manifestdə göstərildiyi kimi) gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir» sözlərini «BYD əməliyyatının dayandırılmasının təsdiq edildiyi (manifestdə göstərildiyi kimi) yük yerlərinin sayı» sözləri ilə əvəz etmək.

BYD kitabçasından istifadə Qaydalarının 2-ci qaydasında «BYD əməliyyatları» sözlərini «BYD daşınmaları» sözləri ilə əvəz etmək.

BYD kitabçasından istifadə Qaydalarının 3-cü qaydasında «BYD əməliyyatları» sözlərini «BYD daşınmaları» sözləri ilə evəz etmək.


Əlavə 6, izahedici qeydlər 0.1 b) 0.1 e) və 0.1 e) i)

0.1 b), 0.1 e) və 0.1 e) i) izahedici qeydlərinin nömrələnməsini 0.1 f), 0.1 j) və 0.1 j) i) ilə əvəz etmək.

Əlavə 6, 0.1 f) yeni izahedici qeydi
«1-ci maddənin b) yarımbəndindəki» sözlərini «1-ci maddənin f) yarımbəndində» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.1 f) yeni izahedici qeydi (yalnız rus dilindəki mətn üçün)
İkinci cümlədəki «naloq na gksportnıe tovarı» sözlərini «naloq na gksportnıe ili importnıe tovarı» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.1 j) i) yeni izahedici qeydi
«1-ci maddənin e) i) yarımbəndində» sözlərini «1-ci maddənin j) i) yarımbəndində» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.2-2 izahedici qeydi
İkinci cümlədəki «BYD əməliyyatları» sözlərini «BYD daşınmaları» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.2-2 izahedici qeydi (yalnız fransız dilindəki mətn üçün)
«debut du transport» sözünü «kommencement du transport» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.6.2-bis yeni izahedici qeydi
6-cı maddənin 2-bis yeni bəndinə aşağıdakı məzmunda yeni izahedici qeydi əlavə etmək:
«0.6.2-bis beynəlxalq təşkilatla onun tərkibinə daxil olan birliklər arasındakı qarşılıqlı münasibətlər beynəlxalq zəmanət sistemlərinin fəaliyyəti haqqında yazılı şəkildə olan razılaşmalar vasitəsi ilə müəyyənləşdirilir».

Əlavə 6, 0.8.6-2 izahedici qeydi (yalnız rus dilindəki mətn üçün)
«qruzov, zaəvlennıx v knicke MDP» sözlərini «kateqorii qruzov, zaəvlennıx v knicke MDP» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.8.7 yeni izahedici qeydi
8-ci maddənin 7-ci bəndinə aşağıdakı məzmunda yeni izahedici qeydi əlavə etmək:
«0.8.7 Səlahiyyətli orqanlar tərəfindən onların birbaşa hesablaşma apardıqları şəxs, yaxud şəxslərdən həmin məbləğlərin tələb edilməsi üçün görülən tədbirlər ən azı BYD kitabçasının sahibinə BYD əməliyyatının başa çatmaması haqqında bildirişi və/və yaxud ona ödəniş haqqında tələbin göndərişini əhatə etməlidir».

Əlavə 6, 0.10 izahedici qeydi
«Həyata keçirilmiş gömrük rəsmiləşdirilməsi haqqında şəhadətnamə» sözlərini «BYD əməliyyatının dayandırılması haqqında şəhadətnamə» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.10 izahedici qeydi (yalnız fransız dilindəki mətn üçün)
Cümlənin sonunda «de scellements douaniers» sözlərindən sonra «etc.» sözünü əlavə etmək.
Cümlənin əvvəlindəki «avoir ete obtenu» sözlərini «ayant ete obtenu» sözləri ilə əvəz etmək.
Cümlənin sonundakı «a ete obtenu» sözlərini «aura ete obtenu» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.11-1 və 0.11-2 izahedici qeydləri
Mövcud 0.11-1 və 0.11-2 izahedici qeydlərinin nömrələnməsini müvafiq olaraq 0.11-2 və 0.11-3-lə əvəz etmək.

Əlavə 6, 0.11-1 yeni izahedici qeydi
11-ci maddənin 1-ci bəndinə aşağıdakı məzmunda yeni izahedici qeyd əlavə etmək:
«0.11-1 BYD əməliyyatı başa çatmayıbsa, zəmanət birliyinə göndərdiyi bildirişdən əlavə gömrük orqanları mümkün qədər tez bir müddətdə bu barədə BYD kitabçasının sahibinə məlumat verməlidir. Bunu zəmanət birliyinə bildiriş göndərməsi ilə eyni zamanda həyata keçirmək olar».

Əlavə 6, 0.11-2 yeni izahedici qeydi (yalnız fransız dilindəki mətn üçün)
Cümlənin əvvəlindəki «les vehicules» sözünü «le vehicules» sözü ilə əvəz etmək.

Əlavə 6, 0.11-2 yeni izahedici qeydi (yalnız rus dilindəki mətn üçün)
«vladelğüa knicki MDP»sözlərini «dercatelə knicki MDP» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.19 izahedici qeydi (yalnız rus dilindəki mətn üçün)
Birinci cümlədəki «proverku qruza» sözünü «dosmotr qruza» sözləri ilə əvəz etmək.
İkinci cümlədəki «sostoənie brezenta i prisposobleniy dlə zakrıvaniə» sözlərini «sostoənie brezenta i eqo krepleniy» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.21-1 izahedici qeydi (yalnız ingilis dilindəki mətn üçün)
«other than» sözünü «in addition to» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.21-1 izahedici qeydi (yalnız fransız dilindəki mətn üçün)
«autres que» sözünü «ainsi que» sözləri ilə əvəz etmək.

Əlavə 6, 0.28 izahedici qeydi
1 -ci bəndi çıxarmaq.
2-ci bəndin üçüncü cümləsini və bəndin nömrəsini çıxarmaq.
Üçüncü abzası çıxarmaq (nömrəsiz).


22-ci düzəliş

Maddə 3

3-cü maddəni aşağıdakı redaksiyada vermək:
«Maddə 3
Bu Konvensiyanın müddəaları aşağıdakı şərtlər daxilində tətbiq olunur:
a) daşınmalar
i) III a) fəslində göstorilmiş şərtlərə əməl etməklə, əvvəlcədən daşınma icazəsi verilmiş yol nəqliyyat vasitələri, nəqliyyat vasitələrinin qatarları, yaxud konteynerlərlə və ya
ii) III c) fəslində göstərilmiş şərtlərə əməl etməklə, digər yol nəqliyyat vasitələrinin qatarları, yaxud digər konteynerlərlə və ya
iii) III c) fəslində göstərilmiş şərtlərə əməl etməklə, öz hərəkəti ilə göndərən gömrük orqanından təyinat gömrük orqanına hərəkət edən, ixrac edilən və buna görə də yük sayılan yol nəqliyyat vasitələri, yaxud xüsusi təyinatlı yol nəqliyyat vasitələri, məsələn avtobuslar, kranlar, yığım maşınları, beton qoyan maşınlar və s. maşınlarla həyata keçirilir. Bu halda, həmin nəqliyyat vasitələri digər yükləri daşıyarsa, yuxarıdakı i) və yaxud ii) yarımbəndlərində şərh edilmiş müddəalar tətbiq edilir»;

b) daşınmalara 6-cı maddənin müddəalarına uyğun olaraq fəaliyyət göstərən birliklər zəmanət verir və həmin daşınmalar bu Konvensiyanın 1-ci əlavəsində verilən nümunəyə uyğun olan BYD kitabçası tətbiq edilməklə həyata keçirilməlidir.


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (¹ 12, (I kitab) 31 dekabr 2003-cü il, maddə 709)

Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli, 552-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. («VneshExpertService»).

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb