Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında
Saziş


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi, bundan sonra Tərəflər adlandırılan,
Malların daşınması zamanı gömrük rəsmiləşdirməsinin sadələşdirilməsi məqsədilə,
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 27 may 1996-cı il tarixli Sazişi rəhbər tutaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1
Bu Sazişdə Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 27 may 1996-cı il tarixli Sazişin 1-ci maddəsində nəzərdə tutulmuş terminlərdən istifadə olunur.

Maddə 2
Tərəflər Tərəflərin dövlətlərinin gömrük sərhədindən keçən malların və nəqliyyat vasitələrinin Tərəf dövlətlərin gömrük və valyuta qaydalarına cavab verən və yük, sərnişin göndərişlərində və poçt mübadiləsində tətbiq edilən müvafiq sənədlərlə təchiz edilməsini təmin edəcəklər.

Maddə 3
Tərəflər gömrük sənədlərini, gömrük plomblarını, möhür və ştampların basqılarını və nəqliyyat vasitələrində, yüklərdə və poçt göndərişlərində olan rəsmi işarələri qarşılıqlı surətdə tanıyacaqlar.

Maddə 4
Tərəflər 2-ci maddədə adı çəkilən gömrük sənədlərinin və gömrük təminatlarının nümunələrini, həmçinin gətirilməsi, aparılması və ya dövlətlərinin ərazisindən tranziti məhdudlaşdırılan və ya qadağan edilən malların siyahılarını mübadilə edəcəklər.

Maddə 5
Tərəflər bir ay ərzində bir-birini qüvvədə olan gömrük qanunvericiliyindəki, xidməti göstərişlərdəki və gömrük sənədlərinin və təminatlarının formalarındakı dəyişikliklər və əlavələr barədə xəbərdar edəcəklər.

Maddə 6
Tərəflərin gömrük orqanları arasında malların hərəkəti Tərəflərin milli qanunvericiliyinə uyğun tətbiq edilən gömrük sənədlərindən istifadə edilməklə həyata keçiriləcəkdir.

Maddə 7
Bu Sazişin müddəalarının yerinə yetirilməsi və şərhi ilə bağlı bütün məsələlərTərəflər arasında danışıqlar yolu ilə həll edilir.

Maddə 8
Gömrük sənədləri göndərilən dövlətin milli qanunvericiliyi ilə nəzərdə tutulmuş dildə və ya rus dilində tərtib olunur.

Maddə 9
Tərəflər gömrük sənədlərinin tədricən unifikasiyasına çalışacaqlar.

Maddə 10

Tərəflər qarşılıqlı razılaşmaya əsasən bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər daxil edə bilərlər.

Maddə 11
Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərin bir-birini zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı xəbərdarlıq günündən etibarən qüvvəyə minir. Sazişin qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə özünün onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.
Bakı şəhərində 25 iyul 2000-ci il tarixdə iki orijinal nüsxədə Azərbaycan, özbək və rus dillərində bağlanmışdır, özü də bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının şərhində fikir ayrılığı yarandıqda rus dilində mətn tətbiq ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi adından


Azərbaycan Respublikasının Prezidentinin 4 iyul 2001-ci il tarixli 753 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («VneshExpertService»).


© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb