| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
tərəfindən
9 yanvar 2001-ci il tarixində
qeydiyyata alınmışdır
Qeydiyyat ¹ 2538 |
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
5 yanvar 2001-ci il tarixli
001 saylı əmri ilə
təsdiq edilmişdir |
Xarici dövlətlərin
avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə
daxil olması və bu ərazidən sərnişin və yük
daşınması üçün istifadə etməsinə
görə yol vergilərinin hesablanıb tutulması haqqında
Tə’limat
1. Ümumi müddəalar 1.1.
Azərbaycan Respublikasının ərazisinə daxil olan və
həmin ərazidən sərnişin və yük daşınması
üçün istifadə edən xarici dövlətlərin
avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan
Respublikasının avtomobil yollarından istifadəyə görə
yol vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin
XV fəslinə uyğun olaraq hesablanması və tutulması
bu Tə’limatla tənzimlənir. 1.2.
Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə
daxil olan avtonəqliyyat vasitələri vergitutma obyektidir və
bu nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr
və qeyri-rezident fiziki şəxslər (və ya onların
adından həmin nəqliyyat vasitələrini idarə edən
hər hansı digər şəxslər) yol vergisinin ödəyiciləridir. 1.3.
Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri
Azərbaycan Respublikasının gömrük ərazisinə
daxil olan zaman Azərbaycan Respublikasının sərhəd gömrük
orqanlarının Yol Vergiləri şö’bələri
(bölmələri) tərəfindən hesablanıb tutulur və
bir bank günü ərzində dövlət büdcəsinə
köçürülür.
2. Yol vergisinin dərəcələr üzrə
hesablanması 2.1.
Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə
daxil olan avtonəqliyyat vasitələrindən yol vergiləri
nəqliyyat vasitələrinin növündən, o cümlədən
sərnişin avtomobilləri (avtobusları) üçün
oturacaqların sayından, yük maşınları üçün
yükgötürmə qabiliyyətindən, yüklə
birlikdə ümumi çəkisindən, oxa düşən
ağırlıqdan, Azərbaycan Respublikası ərazisində
qət edilən məsafədən və yüklərin təhlükəlilik
dərəcəsindən asılı olaraq aşağıdakı
dərəcələrlə hesablanır: 2.1.1.
Minik avtomobillərindən – 15 ABŞ dolları. 2.1.2.
Avtobuslardan 1-ci gün üçün – oturacaq yerlərinin
sayı:
- 1
– 12 olduqda – 30 ABŞ dolları,
- 13
– 30 olduqda – 60 ABŞ dolları,
- 31
və daha çox olduqda – 100 ABŞ dolları.
2.1.3.
Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat
vasitələrindən (bundan sonra – yük avtomobilləri)
1-ci gün üçün – avtonəqliyyat vasitəsinin
yükgötürmə qabiliyyəti:- 1
– 10 ton olduqda – 100 ABŞ dolları,
- 11
– 24 ton olduqda – 120 ABŞ dolları,
- 24
tondan çox olduqda – 180 ABŞ dolları.
2.1.4.
Yüklər ağır çəkili avtonəqliyyat vasitələri
ilə daşınarkən tətbiq olunan yol vergisinin
hesablanması Vergi Məcəlləsinin 211.2 və 211.3 maddələri
nəzərə alınmaqla həyata keçirilir. Ağır
çəkili avtonəqliyyat vasitələrinə aşağıdakılar
aid edilir:- yüklə
birlikdə çəkisi 36 tondan yuxarı, bir oxuna düşən
yük 10 tondan artıq olan avtonəqliyyat vasitələri;
- oxarası
məsafə 1.61 – 2,5 metr olduqda, bir oxuna düşən
ağırlıq – 9 tondan;
- 1,31
– 1,6 metr olduqda, 8 tondan; 1 – 1,3 metr olduqda, 7 tondan və
1 metrədək olduqda 6 tondan çox olan çoxoxlu (2 və
daha çox oxlu) avtonəqliyyat vasitələri.
2.1.5.
Ağır çəkili avtonəqliyyat vasitələrinə
bu Tə’limatın 2.1.3. yarımbəndi ilə 1-ci gün
üçün tətbiq olunan verginin məbləği Azərbaycan Respublikasının
ərazisində qət edilən yolun hər kilometrinə görə
aşağıdakı qədər artırılır: a) Nəqliyyat
vasitələrinin yüklə birlikdə ümumi çəkisi:- 37
tondan 41 tonadək olduqda – 0,15 ABŞ dolları;
- 41
tondan 51 tonadək olduqda – 0,30 ABŞ dolları;
- 51
tondan 61 tonadək olduqda – 0,45 ABŞ dolları;
- 61
tondan 71 tonadək olduqda – 0,60 ABŞ dolları;
- 71
tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları;
- 81
tondan çox olduqda – 1,8 ABŞ dolları.
b)
Oxa düşən maksimum mümkün ağırlıq
oxarası məsafəyə uyğun normativ həddən:- 20
faizədək artıq olduqda – 0,5 ABŞ dolları;
- 20
faizdən 50 faizədək artıq olduqda – 1 ABŞ dolları;
- 50
faizdən 70 faizədək artıq olduqda – 2 ABŞ dolları.
Misal
1. Türkiyə
Respublikasına məxsus olan "Mersedes" markalı, yükgötürmə
qabiliyyəti 25 ton və yüklə birlikdə ümumi çəkisi
40 ton olan avtonəqliyyat vasitəsi «Sınıq körpü»
gömrük keçid məntəqəsindən Azərbaycan
Respublikası ərazisinə daxil olarkən mə’lum olur
ki, ərazimizdə 1 gün qalmaqla, 500 km yol qət etməlidir.
Bu halda verginin məbləği aşağıdakı
qaydada hesablanır:- Nəqliyyat
vasitəsinin yükgötürmə qabiliyyətinə görə:
- 1-ci
gün üçün – 180 ABŞ dolları
- Ağır
çəkiyə görə: 500 km x 0,15$ = 75 ABŞ dolları
Beləliklə,
verginin ümumi məbləği:
180
+ 75 = 255 ABŞ dolları təşkil edir.
Misal
2. Bolqarıstana
məxsus olan "VOLVO" markalı, 5 oxlu, yükgötürmə
qabiliyyəti 28 ton və yüklə birlikdə ümumi çəkisi
52 ton, uzunluğu 12 metr olan avtonəqliyyat vasitəsi «Sınıq
körpü» gömrük-keçid məntəqəsindən
daxil olaraq Azərbaycan Respublikası ərazisində 1 gün
qalmaqla 300 km yol qət etməlidir. Bu halda verginin məbləği aşağıdakı kimi
hesablanır:- Oxarası
məsafə – 12 m : 5 = 2,4 m
- Oxa
düşən faktiki ağırlıq – 52 t : 5 = 10,4 t
- Oxarası
məsafəyə uyğun normativ hədd – 9 t
- Normativ
həddən artıq ağırlıq – 1,4 t və yaxud
15 %
Beləliklə:
- 1-ci
gün üçün yükgötürmə qabiliyyətinə
görə – 180 ABŞ dolları
- ağır
çəkiyə görə – 135 ABŞ dolları (300
km x 0,45)
- oxa
düşən ağırlıq normativ həddən 20%-dək
(15%)
- artıq
olduğu üçün – 150 ABŞ dolları (300 km x 0,5)
Verginin
ümumi məbləği: 180 + 135 + 150 = 465 ABŞ dolları təşkil edir.
2.1.6.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1994-cü
il tarixli 315 nömrəli qərarı ilə təhlükəlilik
dərəcəsi müəyyən edilmiş təhlükəli
yükləri daşıyan yük avtomobillərinə yükgötürmə
qabiliyyətindən asılı olaraq 1-ci gün üçün
tətbiq olunan verginin məbləği aşağıdakı qədər
artırılır:- az
təhlükəli yüklər üçün – 100
faiz;
- təhlükəli
yüklər üçün – 200 faiz;
- xüsusi
təhlükəli yüklər üçün isə
– 400 faiz.
Misal
3. Gürcüstan
Respublikasına məxsus olan "KAMAZ" markalı, yükgötürmə
qabiliyyəti 12 ton, yüklə birliklə ümumi çəkisi
20 ton, yükü boya (xüsusi təhlükəlilik kodu 1263)
olan avtonəqliyyat vasitəsi «Sınıq körpü»
gömrük keçid məntəqəsindən daxil olmaqla
Azərbaycan Respublikası ərazisində 1 gün qalmalıdır.
Bu halda verginin məbləği aşağıdakı kimi
hesablanır:- 1-ci
gün üçün yükgötürmə qabiliyyətinə
görə – 120 ABŞ dolları,
- xüsusi
təhlükəli yükün daşınmasına görə
– 480 ABŞ dolları (120 x 4).
Verginin
ümumi məbləği
- 120
+ 480 = 600 ABŞ dolları təşkil edir.
Misal
4. Macarıstan
Respublikasına məxsus olan "Skaniya" markalı, yükgötürmə
qabiliyyəti 25 ton, yüklə birlikdə ümumi çəkisi
20 ton, yükü akkumulyatorlar üçün elektrolitlər
(az təhlükəlilik kodu 1735) olan avtonəqliyyat vasitəsi
Azərbaycan Respublikası ərazisində 1 gün qalmalıdır.
Bu halda verginin məbləği aşağıdakı kimi
hesablanır:
- 1-ci
gün üçün yükgötürmə qabiliyyətinə
görə – 180 ABŞ dolları
- az
təhlükəli yükün daşınmasına görə
– 180 ABŞ dolları (100%)
Verginin
ümumi məbləği:
180
+ 180 = 360 ABŞ dolları təşkil edir.
2.2.
Avtobuslar üçün oturacaq yerlərinin sayına, yük
avtomobilləri üçün isə yükgötürmə
qabiliyyətinə və yükün təhlükəlilik dərəcəsinə
əsasən 1-ci gün üçün hesablanmış
verginin məbləği nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində
qalma müddətindən asılı olaraq hər gün üçün
aşağıdakı qədər artırılır:
- 2
gündən 7 günədək qaldıqda – 20 faiz;
- 7
gündən 30 günədək qaldıqda – 30 faiz;
- 30
gündən sonra isə – 40 faiz.
Misal
5. Türkiyə
Respublikasına məxsus olan «VOLVO» markalı, yükgötürmə
qabiliyyəti 28 ton, yükü xlorid turşusu (xüsusi təhlükəlilik
kodu 1050) olan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası
ərazisində 6 gün qalmalıdır. Bu halda verginin məbləği aşağıdakı kimi
hesablanır:
- Yükgötürmə
qabiliyyəti 24 tondan çox olduğuna görə 1-ci gün
üçün – 180 ABŞ dolları.
- Xüsusi
təhlükəli yükün daşınmasına görə
– 720 ABŞ dolları (180 x 4)
- Birinci
gün üçün verginin məbləği – 900 (180 + 720) ABŞ
dolları təşkil etməklə sonrakı 5 gün üçün
verginin məbləği hər günə 20% (180 $) hesabı ilə, yə'ni
900 ABŞ dolları (5 gün x 180) artırılır.
Beləliklə,
verginin ümumi məbləği:
- 180
+ 720 + 900 = 1800 ABŞ dolları təşkil edir.
Misal
6. Rusiyadan gələn
KAMAZ markalı, yükgötürmə qabiliyyəti 12 ton olan
avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisində
15 gün qalmalıdır. Bu halda verginin məbləği aşağıdakı
qaydada hesablanır:
- 1-ci
gün üçün – 120 ABŞ dolları
- 2
gündən 7 günədək – 6 gün x 24 $ (120 x 20%)
= 144 ABŞ dolları
- 7
gündən 15 günədək – 8 gün x 36 $ (120 x
30%) = 288 ABŞ dolları
Verginin
ümumi məbləği:
- 120
+ 144 + 288 = 552 ABŞ dolları təşkil edir.
Misal
7. Türkiyə
Respublikasına məxsus «Mersedes» markalı, oturacağının
sayı 46 yer olan sərnişin avtobusu «Sınıq körpü»
gömrük keçid məntəqəsindən keçərkən
mə’lum olur ki, Azərbaycan Respublikası ərazisində
10 gün qalmalıdır. Bu halda verginin məbləği aşağıdakı
qaydada hesablanır:
- Oturacaq
yerinin sayı 30-dan yuxarı olduğuna görə
- 1-ci
gün üçün – 100 ABŞ dolları
- 2
gündən 7 günədək – 6 gün x 20 $ (100 x 20%)
= 120 ABŞ dolları
- 7
gündən 10 günədək – 3 gün x 30 $ (100 x
30%) = 90 ABŞ dolları
Verginin
ümumi məbləği:
- 100
+ 120 + 90 = 310 ABŞ dolları təşkil edir.
2.3.
Azərbaycan Respublikasının gömrük ərazisinə daxil
olmuş xarici dövlətlərin avtonəqliyyat vasitələri
müəyyən edilmiş müddət ərzində həmin
ərazini tərk etmədikdə əlavə qaldıqları
günlər üçün verginin məbləği bu Tə’limatın 2.2
yarımbəndinə uyğun olaraq hesablanır və həmin
avtonəqliyyat vasitələri Azərbaycan Respublikasından çıxan
zaman alınır.
Misal
8. Türkiyə
Respublikasına məxsus olan "MERSEDES" markalı, yükgötürmə
qabiliyyəti 25 ton olan avtonəqliyyat vasitəsi Azərbaycan
Respublikasının ərazisinə daxil olarkən 1-ci gün üçün
180 ABŞ dolları məbləğində yol vergisi ödəmişdir.
Avtonəqliyyat vasitəsinin çıxış zamanı mə’lum
olur ki, əlavə 9 gün Azərbaycan Respublikası ərazisində
qalmışdır. Bu halda verginin məbləği aşağıdakı
qaydada hesablanır:
- 2
gündən 7 günədək – 6 gün x 36 $ (180 x 20%)
= 216 ABŞ dolları
- 7
gündən 10 günədək – 3 gün x 54 $ (180 x
30%) = 162 ABŞ dolları
Avtonəqliyyat
vasitəsinin çıxışı zamanı verginin məbləği
- 216
+ 162 = 378 ABŞ dolları təşkil edir.
Misal
9. Bolqarıstana
məxsus olan "VOLVO" markalı, yükgötürmə
qabiliyyəti 28 ton, yükü xlor (xüsusi təhlükəlilik
kodu 1017) olan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası
ərazisinə daxil olarkən 7 gün üçün 1980 ABŞ
dolları ödəmişdir. Avtonəqliyyat vasitəsinin çıxışı
zamanı mə’lum olur ki, Azərbaycan Respublikası ərazisində
15 gün qalmış, xüsusi təhlükəli yükünü
isə 10-cu gün boşaltmışdır. Belə hallarda xüsusi
təhlükəli yüklə birgə qaldığı günlər
üçün verginin məbləği 400% artırılır,
qalan günlər isə adi qaydada hesablanır:
- 7
gündən 10 günədək – 3 gün x 270 $ (54 $ x
5) = 810 ABŞ dolları
- 10
gündən 15 günədək – 5 gün x 54 $ (180 x
30%) = 270 ABŞ dolları
Beləliklə,
çıxış zamanı əlavə verginin məbləği
- 810
+ 270 = 1080 ABŞ dolları təşkil edir.
Misal
10. Almaniyaya məxsus
olan «VOLVO» markalı, yükgötürmə qabiliyyəti
28 ton, yükü brom məhlulları (təhlükəlilik
kodu 1744) olan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası
ərazisinə daxil olarkən 7 gün üçün 1188 ABŞ
dolları ödəmişdir. Avtonəqliyyat vasitəsinin çıxışı
zamanı mə’lum olur ki, Azərbaycan Respublikası ərazisində
20 gün qalmış, təhlükəli yükünü isə
11-ci gün boşaltmışdır. Belə hallarda təhlükəli
yüklə birgə qaldığı günlər üçün
verginin məbləği 200% artırılır, qalan günlər isə adi
qaydada hesablanır.
- 7
gündən 10 günədək – 4 gün x 162 $ (54$ x 3)
= 648 ABŞ dolları
- 10
gündən 15 günədək – 9 gün x 54 $ = 486 ABŞ
dolları
Beləliklə,
çıxış zamanı əlavə verginin məbləği 1134 ABŞ dolları təşkil
edir.
Misal
11. Rusiyaya məxsus
olan "İkarus" markalı, oturacağının sayı
45 olan sərnişin avtobusu Azərbaycan Respublikası ərazisinə
daxil olarkən 7 gün üçün 220 ABŞ dolları ödəmişdir.
Avtobusun çıxışı zamanı mə’lum olur
ki, Azərbaycan Respublikası ərazisində 16 gün qalmışdır.
Belə hallarda verginin məbləği aşağıdakı
qaydada hesablanır:
- 7
gündən 16 günədək – 9 gün x 30 $ (100 x
30%) = 270 ABŞ dolları
- Çıxış
zamanı əlavə verginin məbləği 270 ABŞ dolları təşkil
edir.
3. Yol vergisinin tutulması və rəsmiləşdirilməsi
3.1.
Yol vergisinin düzgün hesablanması, tutulması və vaxtında
dövlət büdcəsinə köçürülməsi
üçün xarici dövlətlərin avtonəqliyyat
vasitələrinin sürücülərindən aşağıdakı
sənədlər tələb olunur: 1.
Avtonəqliyyat vasitəsinin texniki pasportu. 2. İnvoys. 3.
Yol nəqliyyat sənədi. 4. Yükün
mənşə sertifikatı. 5. Yükün
keyfiyyət sertifikatı. Sənədlər
alındıqdan sonra avtonəqliyyat vasitəsinin Azərbaycan
Respublikası ərazisində qalma müddəti həmin avtonəqliyyat
vasitəsinin sahibi və ya onun adından sürücüsü
tərəfindən müəyyən edilir. Avtonəqliyyat
vasitəsi və yük barəsində bütün mə’lumatlar,
yə’ni sürücünün adı və familiyası,
nəqliyyat vasitəsinin mənsub olduğu ölkə, markası,
dövlət nişan nömrəsi, yükgötürmə
qabiliyyəti, yüklə birlikdə ümumi çəkisi,
yükün adı, yükü göndərən ölkə,
yükü qəbul edən ölkə, yükün təhlükəlilik
dərəcəsi, ağır çəki ilə qət edəcəyi
yol, Azərbaycan Respublikası ərazisində qalma müddəti
kompüterə daxil edilir və verginin məbləği hesablanıb alınır.
Verginin alınması barədə qəbz şö’bənin
(bölmənin) nömrəli ştampı ilə təsdiq
edilərək sürücüyə təqdim edilir.
4. Yol vergisindən azad olmalar 4.1.
Xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan
Respublikasının avtomobil yollarından istifadəyə görə
aşağıdakı hallarda yol vergisindən azad edilirlər: 4.1.1.
Beynəlxalq daşımalar haqqında bağlanmış hökumətlərarası
sazişlərə əsasən ərazisindən istifadəyə
görə qarşılıqlı olaraq Azərbaycan
Repsublikasının avtonəqliyyat vasitələrindən yol
vergisi alınmayan xarici ölkələrin avtonəqliyyat vasitələri; 4.1.2.
Azərbaycan Respublikası ərazisinə humanitar yardım,
texniki yardım, diplomatik yük gətirən və neft
kontraktları ilə əlaqədar yük gətirən xarici
dövlətlərin avtonəqliyyat vasitələri.
5. Yol vergisinin hesablanması ilə əlaqədar
xarici dövlətlərin avtonəqliyyat vasitələri
sahiblərinin şikayət və müraciətlərinə
baxılması 5.1.
Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən
olunmuş müddət ərzində Azərbaycan Respublikası
ərazisini tərk edə bilmədikdə, müvafiq təsdiqedici
sənədlər əsasında aşağıdakı
hallarda əlavə yol vergisinin hesablanmaması barədə nəqliyyat
vasitələri sahiblərinin müraciətlərinə baxıla
bilər:
- Avtonəqliyyat
vasitəsinin hər hansı ehtiyat hissəsinin sıradan çıxması
nəticəsində avtomobilin hərəkəti mümkün
olmadıqda;
- Yol
hərəkəti qəzası nəticəsində avtonəqliyyat
vasitəsi istifadə üçün yararsız vəziyyətə
düşdükdə;
- Avtonəqliyyat
vasitəsini idarə edən şəxsin zədələnməsi,
xəstələnməsi və ya həbs olunması nəticəsində
avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının
yollarından istifadə edilmədikdə;
- Təbii
fəlakət və ya çətin hava şəraiti ilə əlaqədar
müəyyən olunmuş müddət ərzində Azərbaycan
Respublikası ərazisini tərk etmək mümkün olmadıqda.
- Qaçaqmalçılıq,
gömrük qaydalarının pozulması və başqa hüquqpozma
hallarının araşdırılması ilə əlaqədar
nəqliyyat vasitələri gömrük və digər hüquq-mühafizə
orqanları tərəfindən saxlanıldıqda.
5.2.
Yuxarıda göstərilən hallar baş verdikdə, xarici dövlətlərin
avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən
3 gün ərzində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti
Baş İdarəsinin Yol Vergiləri İdarəsinə yazılı
müraciət edilməlidir. 5.3.
Yol Vergiləri İdarəsi tərəfindən göstərilən
fakt yerində araşdırıldıqdan və aidiyyatı
orqanlardan təsdiqedici sənədlər alındıqdan sonra
avtonəqliyyat vasitəsinə əlavə yol vergilərinin
hesablanmaması barədə Yol Vergiləri İdarəsinin rəisi
tərəfindən qərar qəbul edilir.
6. Son müddəalar 6.1.
Sərhəd gömrük orqanlarının Yol Vergiləri şö’bələri
(bölmələri) xarici dövlətlərin avtonəqliyyat
vasitələrinin sürücülərini bu Tə’limatın
mətni ilə rəsmi olaraq tanış etməli və Tə’limatın
tələblərinə riayət olunması üçün
məs’uliyyət daşıdıqlarını onlara
bildirməlidirlər. 6.2.
Bu Tə’limat 1 yanvar 2001-ci il tarixdən e’tibarən tətbiq
olunur.
«Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının
Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir
(2001-ci il, ¹ 1, səh. 50) («VneshExpertService»).
©
VneshExpertService
|
|
|
|
|
|
|