| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi «BYD (Beynəlxalq Yük
Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci
il) tətbiq edilməklə yük daşımaları barədə
gömrük konvensiyasının tətbiqi qaydaları haqqında»
Əsasnamənin təsdiq edilməsi haqqında Əmr ¹ 24
25 may 1998-ci il Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 9-cu
maddəsinə əsasən əmr edirəm: 1.
«BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası
(BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları
barədə gömrük konvensiyasının tətbiqi
qaydaları haqqında» Əsasnamə təsdiq edilsin (əlavə
olunur). 2. Əsasnamə
normativ hüquqi akt kimi qeydiyyata alınması üçün
Ədliyyə Nazirliyinə təqdim olunsun. 3.
Bu Əsasnamə qeydiyyata alındığı gündən
qüvvəyə minsin. 4. İşlər
İdarəsi (R.Həsənəliyev) Əsasnamə Ədliyyə
Nazirliyində qeydə alındıqdan sonra Komitənin müvafiq
strukturlarına, yerli gömrük orqanlarına göndərilməsini,
eləcə də həmin orqanların bu Əsasnamənin 6 və
7 saylı əlavəsində göstərilən formada
qeydiyyat kitabları ilə təchiz olunmasını təmin
etsin. 5.
BYD kitabçası tətbiq edilməklə Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən,
buradan aparılan və ya ərazidən tranzitlə keçən
yüklər, eləcə də nəqliyyat vasitələri
haqqında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyasına (ABADA-ya) gündəlik məlumatların
verilməsi Statistika və Təhlil İdarəsinə (A.Əliyev)
tapşırılsın. 6.
BYD kitabçası tətbiq edilməklə daşınan
malların gömrük orqanının icazəsi olmadan verilməsi,
təyinat gömrükxanasına çatdırılmaması
zamanı zəmanət birliyinə iddiaların verilməsi Qaçaqmalçıdıq
və GQP ilə mübarizə Baş İdarəsinə
(G.Muradov), gömrük vergi və rüsumlarının
tutulmasının təmin edilməsi isə MT və VN Baş
İdarəsinə (F.Məmmədov) həvalə edilsin. 7.
Maddi Texniki Təchizat və Əsaslı Tikinti İdarəsi
(K.Qasımov) yerli gömrük orqanlarının beynəlxalq
standartlara uyğun plombirator, plomb və məftillərlə təmin
olunması üçün tədbirlər görsün. 8.
BYD kitabçalarının tətbiqi, düzgün doldurulması
və müvafiq kitablarda qeydiyyatına nəzarət KNTBİ-yə
(A.Əliyev) həvalə olunsun. 9. Əmrin
icrasına nəzarəti özümdə saxlayıram.
Komitənin sədri K.HEYDƏROV. «Azərbaycan
Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin
və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının
normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc
edilmişdir (1999-cu il, ¹ 4, səh. 13) («VES Consultancy» LLC).
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
Qeydiyyat ¹-si 104
NazirS.HƏSƏNOVA
30 may 1998-ci il
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Gömrük Dövlət Komitəsi
Əmr ¹ 24
25 may 1998-ci il
Komitənin sədri
K.HEYDƏROV
|
«Razılaşdırılmışdır»
Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyasının
Prezidenti T.NURULLAYEV 26 may 1998-ci il
|
|
BYD (Beynəlxalq Yük
Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci
il) tətbiq edilməklə yük daşımaları barədə
gömrük konvensiyasının tətbiqi qaydaları haqqında
Əsasnamə
1. Ümumi müddəalar
1.1.
BYD Konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında
malların aralıq boşalma yükləmələri həyata
keçirilmədən yol nəqliyyat vasitələrində,
nəqliyyat vasitələrindən ibarət qatarlarda və
konteynerlərdə müqavilə tərəflərindən
birinin göndərilmə gömrükxanasından bir və
ya bir neçə sərhəddən keçməklə digər
müqavilə tərəfinin təyinat gömrükxanasına
daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının
başlanğıcı və sonu arasındakı müəyyən
bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.
1.2.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl
olunmaqla daşınan mallar idxal və ya ixrac rüsum və
vergilərinin aralıq gömrükxanalarında (idxal zamanı
giriş, tranzit zamanı giriş və çıxış)
ödənilməsindən və depozitə qoyulmasından
azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının
rəsmiləşdirilməsi üçün yığımlar
tutulmur.
1.3.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl
olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində,
plomblanmış yol nəqliyyat vasitələrində,
plomblanmış yol nəqliyyat vasitələri qatarında və
ya plomblanmış konteynerlərdə daşınan mallar, bir
qayda olaraq, aralıq gömrükxanalarında gömrük baxışından
azad olunurlar.
Gömrük
baxışı müstəsna hal kimi nəqliyyat vasitələrinin
plomblanmış bölmələrində və ya konteynerlərdə
BYD kitabçasının yük manifestində göstərilməyən
əşyalar olmasını güman etməyə kifayət qədər
əsaslar olduğu təqdirdə həyata keçirilir.
Azərbaycan
Respublikasında BYD Konvensiyasının müddəaları
ictimai mənəviyyat, ictimai asayiş, səhiyyə və ya
gigiyena, eləcə də baytarlıq və ya fitosanitar nəzarət
mülahizələrindən irəli gələn məhdudiyyətlərin
tətbiq olunması üçün maneçilik törədilməsinə
xidmət etmir.
1.4.
Bu Əsasnamədə BYD Konvensiyasının müəyyən
etdiyi terminlərdən və əlavə olaraq aşağıdakı
terminlərdən istifadə olunur:
- giriş
gömrükxanası — sərhəd buraxılış məntəqəsində
yerləşən, malların Azərbaycan Respublikasına
oradan keçməklə gətirildiyi Azərbaycan Respublikasının
aralıq gömrükxanası;
- çıxış
gömrükxanası — sərhəd buraxılış məntəqəsində
yerləşən, malların oradan keçməklə Azərbaycan
Respublikasından aparıldığı Azərbaycan
Respublikasının aralıq gömrükxanası;
- mallar
— BYD Konvensiyasına uyğun olaraq daşınan yüklər.
2. BYD prosedurasının tətbiqi şərtləri
2.1.
BYD prosedurası Azərbaycan Respublikasında o şərtlə
tətbiq olunur ki, mallar:- BYD
Konvensiyasına və bu Əsasnaməyə uyğun olaraq
doldurulmuş və sənədləşdirilmiş BYD kitabçası
ilə müşayiət olunsun;
- zəmanətverici
birliyin zəmanəti (təminatı) ilə təmin olunsun;
- əvvəlcədən
gömrük möhür və plombları altında (ağırçəkili
və irihəcmli malların daşınması istisna olmaqla)
daşınmaya buraxılmış (icazə verilmiş) yol nəqliyyat
vasitələrindən ibarət qatarlarda (karvanlarında) və
ya konteynerlərdə daşınsın.
2.2.
Nəqliyyat vasitələrinə «TIR» yazısı olan düzbucaqlı
lövhəcik qabaqda yerləşdirilir, digər bu cür lövhəcik
isə yol nəqliyyat vasitələrinin qatarının arxasına
elə bərkidilir ki, onlar aydın görünsünlər.
Bu lövhəciklər çıxarıla bilən olmalıdırlar.
2.3.
Göndərilmə gömrükxanaları yalnız bir ölkədə
yerləşməlidir.
Təyinat
gömrükxanaları ikidən artıq olmayan ölkələrdə
yerləşməlidirlər.
Göndərilmə
və təyinat gömrükxanalarının ümumi sayı
dörddən artıq olmamalıdır.
2.4.
Azərbaycan Respublikasının giriş və çıxış
gömrükxanaları malların müvafiq olaraq Azərbaycan
Respublikasının təyinat və ya çıxış gömrükxanalarına
çatdırılma müddətini müəyyən edə
və ya nəqliyyat vasitələrinin hərəkət marşrutunu
təyin edə bilərlər.
2.5.
Daşınan mallar üçün ödənilməli olan gömrük
rüsum və yığımlarının məbləği verilmiş təminatın
məbləğindən çox olduğu və ya daşıyıcının
Azərbaycan Respublikası gömrük qanunvericiliyinin müddəalarına
əməl olunmasına zəmanət verə bilməyəcəyini
güman etməyə kifayət qədər əsas olduğu
halda, malların gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən müşayiət edilməsi
tətbiq oluna bilər.
2.6.
Əgər BYD kitabçası tətbiq edilməklə daşınmanın
bir hissəsi BYD Konvensiyası və ya BYD prosedurasının
müqavilə tərəfi olmayan ölkənin ərazisindən
keçən zaman daha güzəştli nəqliyyat sistemləri
ilə əlaqədar gəlirsə, bu zaman BYD əməliyyatı
yolun bu hissəsində dayandırılır. BYD
prosedurasına əməl olunmaqla daşınma gömrük
möhürləri və plombları və digər
identifikasiya (eyniləşdirmə) vasitələri zədələnmədiyi
təqdirdə yenidən davam etdirilir.
3. BYD kitabçası
3.1.
BYD kitabçası 4 səhifəli üz qabığından,
kəsilməyən (qoparılmayan) 1/2 nömrəli sarı vərəqdən
və 1/2 nömrəli kötükdən, 1 nömrəli (kəsilən)
vərəqlərdən və 1 nömrəli kötüklərdən
(ağ rəngli), 2 nömrəli kəsilən vərəqlərdən
və 2 nömrəli kötüklərdən (yaşıl rəngli)
və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı
rəngli) ibarətdir.
Kəsilən
vərəqlərin və onların kötüklərinin (1 və
2) birləşməsi (kombinasiyası) bir qayda olaraq hər bir
ölkədə (göndərilmə ölkəsində və
giriş gömrükxanalarında), 2 nömrəli kəsilən
vərəq və 2 nömrəli kötük isə çıxış
və təyinat gömrükxanalarında istifadə olunmaq üçün
nəzərdə tutulmuşdur.
Hal-hazırda
istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən
(yəni 7 və ya 10 komplektdən) ibarətdir və müvafiq
olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə
daşıma üçün nəzərdə tutulmuşdur.
3.2.
BYD kitabçasına çoxnövlü (qarışıq)
daşımalar (nəqletmə əməliyyatı bir neçə
nəqliyyat növündən istifadə edilməklə həyata
keçirilən zaman) nəzərdə tutulmuş xüsusi vərəq
əlavə edilə bilər. Göstərilən vərəq
müstəsna olaraq daşıyıcıların ehtiyacları
üçün nəzərdə tutulmuşdur, gömrük
orqanları tərəfindən doldurulmur və ona nəzarət
edilmir, ancaq onlar tərəfindən əlavə məlumat
almaq məqsədilə, zəruri olduqda istifadə edilir.
3.3.
BYD prosedurasına əməl olunmaqla daşımanı həyata
keçirməyə yalnız BYD kitabçasının
sahibinin hüququ vardır.
3.4.
BYD kitabçaları 1975-ci il BYD Konvensiyasının iştirakçı
dövlətlərinin zəmanət birlikləri tərəfindən
verilir.
Azərbaycan
Respublikasında BYD kitabçaları ABADA (Azərbaycan Beynəlxalq
Avtomobil Daşıyıcıları Assosiasiyası) tərəfindən
verilir. Bu cür kitabçalar ingilis və rus dillərində
çap olunan birinci kəsilməyən sarı vərəqi çıxmaq
şərti ilə, fransız dilində çap olunur.
3.5.
BYD kitabçası bu Əsasnaməyə 1 nömrəli əlavədə
göstərilən qaydalara uyğun olaraq doldurulur.
BYD
kitabçasının üz qabığının, 1 nömrəli
və 2 nömrəli kəsilməyən vərəqinin, 1 nömrəli
və 2 nömrəli kəsilən vərəqlərinin və
1 nömrəli və 2 nömrəli kötüklərinin
doldurulma nümunələri bu Əsasnaməyə 2—5 saylı
əlavələrdə göstərilmişdir.
BYD
kitabçasında pozmalara və ləkələmələrə
yol verilmir. Bütün düzəlişlər yanlış məlumatların
üstündən xətt çəkilməsi yolu ilə aparılır.
Düzgün məlumatlar yuxarıdan yazılır və müvafiq
olaraq BYD kitabçasının sahibi (gömrük rəsmiləşdirməsinədək),
yaxud da gömrükxana tərəfindən təsdiq edilir.
3.6.
Zəmanət birliyi BYD kitabçasının etibarlıq müddətini
müəyyən edir və üz qabığının
birinci səhifəsində 1 qrafada göstərilir. Bu müddət
bitdikdən sonra BYD kitabçası göndərilmə gömrükxanası
tərəfindən rəsmiləşdirmə üçün
qəbul edilə bilməz.
Əgər
BYD kitabçası, onun etibarlılıq müddətinin
sonuncu günü və ya bu tarixədək göndərilmə
gömrükxanası tərəfindən rəsmiləşdirmə
üçün qəbul edilmişsə, onda BYD kitabçası
proseduraya əməl edilməklə daşıma başa çatanadək
etibarlıdır.
BYD
kitabçasının etibarlılıq müddəti yalnız
BYD kitabçalarını verən zəmanət birlikləri
tərəfindən uzadıla bilər. Müddətin uzadılmasına
dair məlumatlar BYD kitabçasının 1 qrafasında göstərilir
və zəmanət birliyinin möhürü ilə təsdiqlənir.
3.7.
BYD kitabçaları qeyd-şərtlərlə və qeyd-şərtlərsiz
rəsmiləşdirilə bilər. Qeyd-şərtlər BYD
prosedurasına əməl edilməklə malların çatdırılması
və tranziti zamanı qayda pozuntularına aid olmalıdırlar.
Qeyd-şərtlər
kəsilən vərəqin 27-ci qrafasında və BYD kitabçasının
kötüyünün 5-ci qrafasında göstərilir. Bu
zaman həmin qrafalarda «R» simvolu qoyulur və qayda pozulmasının
rus dilində qısa təsviri verilir.
3.8.
BYD kitabçası qeyd-şərtsiz rəsmiləşdirilmişsə,
həyata keçirilmiş gömrük rəsmiləşdirilməsinə
dair şəhadətnamə qeyri-qanuni və ya aldatma yolu ilə
alındığı və ya malların təyinat gömrükxanalarına
və ya çıxış gömrükxanalarına çatdırılmadığı
hallar istisna olunmaqla, gömrük orqanları zəmanət
birliyindən gömrük rüsum və vergilərinin ödənilməsini
tələb edə bilməzlər.
3.9.
Azərbaycan Respublikasına gətirilən BYD kitabçalarının
blankları gömrük rüsumları və vergiləri ödəmədən
azad edilir və gətirilmə və ya aparılma zamanı hər
hansı bir məhdudiyyətə məruz qalmırlar.
4. Zəmanət Birliyi
4.1.
BYD prosedurasına əməl olunmaqla malların gömrük
nəzarəti altında Azərbaycan Respublikasına çatdırılması
və tranziti zamanı zəmanət assosiasiyası — Azərbaycan
Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyi
Assosiasiyasıdır (ABADA).
4.2.
Zəminlik barədə müqaviləyə uyğun olaraq
ABADA, Azərbaycan Respublikasının qanunvericiliyi pozulduğu
halda daşıyıcılar tərəfindən ödənilməli
olan gömrük rüsum və ya vergilərini ödəməlidir.
«ABADA»-nın
məsuliyyəti, BYD kitabçasının hansı milli zəmanət
assosiasiyası tərəfindən verilməsindən asılı
olmayaraq, BYD prosedurasına əməl edilməklə malları
Azərbaycan Respublikası ərazisi üzrə daşıyan
həm Azərbaycan, həm də əcnəbi daşıyıcılarına
şamil edilir.
4.3.
«ABADA», BYD kitabçası sahibi və həmin tədiyələri
ödəməli olan, daşımanın yerinə yetirilməsində
iştirak edən digər şəxslərlə birlikdə
bu Əsasnamənin 14-cü bölməsində göstərilən
sənədlər təqdim edildikdən sonra, gömrük rüsum
və vergilərinin ödənilməsini həyata keçirməyi
öz öhdəsinə götürür.
4.4.
Hər bir BYD kitabçası üçün 50.000 (əlli
min) ABŞ dolları həddində gömrük rüsum və
vergilərinin ödənilməsinə təminat verilir. Göstərilən
məbləğ Milli Bankın ödəmə günündən əvvəlki
gündə qüvvədə olan məzənnəsi üzrə
manatla ödənilir. Hər bir BYD kitabçası üzrə
ən yüksək məbləğin məhdudlaşdırılması
bu Əsasnamənin 11-ci bölməsində göstərilən
alkoqollu içkilər və tütün məmulatlarına şamil
edilmir. 4.5.
BYD prosedurası ilə hər daşıma əməliyyatı
üzrə «ABADA»-nın məsuliyyəti göndərilmə
gömrükxanasında (gömrükxanalarında) BYD kitabçası
üzrə məsuliyyət üzərinə götürdüyü
andan başlanır və təyinat yeri gömrükxanasında
(gömrükxanalarında) gömrük plomblarının çıxarıldığı
və ya digər rejimi müəyyən edildiyi anda sona çatır.
4.6.
«ABADA» təkcə BYD kitabçasında sadalanan mallar üçün
yox, həm də kitabçada sadalanmayan, lakin yol nəqliyyat
vasitəsinin plomblanmış yük bölməsində və
ya plomblanmış konteynerdə olan istənilən mallar üçün
məsuliyyət daşıyır.
5. Yol nəqliyyat vasitələrinin
(konteynerlərin) malların gömrük möhür və
plombların altında daşınması üçün
buraxılmasına icazə verilməsi 5.1.
Yol nəqliyyat vasitələri və konteynerlər BYD
Konvensiyasının texniki tələblərinə uyğun
olmalıdırlar. 5.2.
Yol nəqliyyat vasitələri buraxılış (icazə) şəhadətnaməsi
ilə müşayiət olunmalıdır, konteynerlərdə
isə buraxılışa icazə verilməsi barədə lövhəciklər
olmalıdır. 5.3.
Buraxılmaya (icazə verilməsinə) dair şəhadətnamə
gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan
Respublikasının müvafiq gömrükxanasına təqdim
edilir. 5.4.
Azərbaycan nəqliyyat vasitələrinə icazə verilməsinə
dair şəhadətnamələr mütləq qaydada Azərbaycan
Respublikasının göndərilmə gömrükxanasına
təqdim olunur. Digər
hallarda icazəyə dair şəhadətnamələr təqdim
olunmaya bilər, buna baxmayaraq yol nəqliyyat vasitələri
(konteynerlər) BYD Konvensiyasının texniki tələblərinə
uyğun olmalıdır və nəqliyyat vasitələrinin
(konteynerlərin) gömrük möhür və plombları
altında daşımaya bir dəfə üçün
verilmiş icazə prosedurasından keçməlidirlər. Göstərilən
Təlimatda nəzərdə tutulmuş bir dəfə üçün
icazə barədə qeyd BYD kitabçasının «Xidməti
istifadə üçün» qrafasında edilir. İcazəyə
dair şəhadətnamələr, həmçinin ağırçəkili
və ya irihəcmli mallar daşınması halında da təqdim
edilmirlər.
6. Azərbaycan Respublikasının ərazisinə
gətirilərkən gömrük rəsmiləşdirilməsi
qaydası 6.1.
Giriş gömrükxanasına aşağıdakı sənədlər
təqdim olunmalıdır:- göndərilmə
ölkələrinin və tranzit ölkələrin gömrük
orqanları tərəfindən doldurulmuş və rəsmiləşdirilmiş
BYD kitabçası;
- icazəyə
dair şəhadətnamə (bu Təlimatın 5.4 bəndi nəzərə
alınmaqla);
- yük
və əmtəə nəqliyyat sənədləri.
6.2.
Giriş gömrük xidmətlərinin vəzifəli şəxslər
BYD kitabçasının doldurulmasının müəyyən
olunmuş qaydalara uyğunluğunu yoxlayırlar. BYD
kitabçası rəsmiləşdirilərkən aşağıdakılara
xüsusi diqqət yetirilir:- yük
manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş
məlumatlar yük və malı müşayiət edən sənədlər
göstərilən məlumatlara uyğun olmalıdır);
- BYD
kitabçalarının kötüyündə göndərilmə
gömrükxanasının və aralıq gömrükxanaların
gömrük ştamplarının olmasına;
- Gömrükxananın
vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış
kimi nəzarətdə olmadığına və malların
daşınmasının BYD kitabçasının kəsilməyən
(qoparılmayan) vərəqinin 4-cü və üz qabığının
3-cü qrafasının düzgün doldurulduğuna əmin
olmalıdır (BYD kitabçasının sahibi daşıyıcı).
6.3.
Giriş gömrükxanaları:- nəqliyyat
vasitələrinin və ya konteynerlərin yük bölmələrinin
texniki vəziyyətini yoxlayırlar;
- konteynerlərdə
icazə (buraxılma) şəhadətnamələrinin və
buraxılma (icazə) lövhəciklərinin olmasını
yoxlayırlar;
- nəqliyyat
vasitələrinin və ya konteynerlərin yük bölmələrində
gömrük möhür və plomblarının vəziyyətini
yoxlayırlar;
- müstəsna
hallarda yük bölmələrinə və ya konteynerlərə
baxış keçirirlər.
6.4.
Hər hansı BYD qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası
malları və nəqliyyat vasitələrini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq tranzit gömrük
rejimi və ya çatdırılma prosedurası altına sala
bilər.
6.5.
Əgər sənədli və faktiki nəzarət nəticəsində
BYD prosedurasının hər hansı bir pozuntusu aşkar edilməmişsə,
malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının ərazisi ilə bu proseduraya uyğun
olaraq hərəkətinin mümkünlüyü barədə
qərar qəbul edilir.
6.6.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının ərazisi üzrə BYD prosedurasına uyğun
olaraq hərəkət edə bilməsinin mümkünlüyü
barədə qərar qəbul edildikdən sonra:- zəruri
olduqda, əlavə gömrük təminatları qoyulur və
bu barədə hər iki kəsilən vərəqdə «xidməti
istifadə üçün» qrafasında qeydiyyat aparılır;
- malların
gömrük dəyəri müəyyən edilir.
Malların
gömrük dəyərinin müəyyən edilməsi üçün
hesab-qaimələrdən, nəqliyyat və sığorta sənədlərindən,
göndərilmə ölkələrinin gömrük bəyannamələrindən,
qablaşdırma vərəqlərindən, malı müşayiət
edən digər sənədlərdən istifadə olunur. Gömrük
dəyəri hər iki kəsilən vərəqin «rəsmi
istifadə üçün» qrafasında kontrakt valyutası ilə
göstərilir. Gömrük dəyərini müəyyən
etmək mümkün olmadıqda, bu qrafada «Dəyər müəyyən
olunmayıb» qeydi edilir.
Hər
iki kəsilən vərəqin 10-cu qrafasında daşınan
malların verilməsi, itirilməsi və çatdırılmaması
halında, onların idenditifikasiyası (eyniləşdirilməsi)
üçün kifayət edəcək qədər müfəssəl
təsviri verilir;- çatdırılma
müddəti müəyyən edilir. Çatdırılma
tarixi BYD kitabçasının hər iki kəsilən vərəqinin
20-ci qrafasında göstərilir;
- komplektin
hər iki kəsilən vərəqinin 18—23-cü qrafaları
və komplektin 1 nömrəli kötüyü doldurulur
(komplektin doldurulmuş 1 nömrəli kötüyü gömrükxananın
möhürü ilə BYD kitabçasında qalır);
- komplektin
1 nömrəli (ağ) vərəqi ayrılır;
- BYD
kitabçası bu Əsasnaməyə 6 saylı əlavədə
göstərilmiş forma üzrə xüsusi jurnalda qeydiyyata
alınır.
Rəsmiləşdirilmiş
BYD kitabçası daşıyıcıya qaytarılır;- nəqliyyat
vasitəsini gömrük nəzarəti zonasından çıxmasına
1 nömrəli kəsilən vərəqin 23-cü qrafasında
və 1 nömrəli kötüyün 6-cı qrafasında sənədli
nəzarət üçün məsul vəzifəli şəxsin
şəxsi nömrəli ştampı vurulması, imzası
və tarix qoyulması yolu ilə icazə verilir.
6.7.
Komplektin 1 nömrəli vərəqi giriş gömrükxanasında
nəzarətə götürülür və ayrıca
qovluqda saxlanılır.
6.8.
Nəqliyyat vasitəsi və konteyner gəlib çıxdıqdan
sonra təyinat gömrükxanasına aşağıdakı
sənədlər təqdim olunmalıdır:- giriş
gömrükxanasının qeydləri olan BYD kitabçası;
- malların
rəsmiləşdirilməsi üçün zəruri olan yük
və müşayiət edən sənədlər.
6.9.
Gömrük xidmətlərinin vəzifəli şəxsləri
BYD kitabçalarının doldurulmasının müəyyən
olunmuş qaydalara uyğunluğunu və BYD kitabçalarında
giriş gömrükxanasının ştamplarının
olmasını yoxlayırlar.
6.10.
Təyinat gömrükxanaları:- nəqliyyat
vasitələrinin və ya konteynerlərin yük bölmələrinin
texniki vəziyyətini yoxlayırlar;
- nəqliyyat
vasitələrinin və ya konteynerlərin yük bölmələrində
gömrük möhürlərinin və plomblarının vəziyyətini
yoxlayırlar;
- nəqliyyat
vasitələrindən, yaxud konteynerlərdən malların boşaldılmasına
nəzarət edirlər.
6.11.
BYD prosedurasına əməl edilməklə malların daşınması
zamanı Azərbaycan Respublikası qanunvericiliyinin hər hansı
bir pozulması halı aşkar edildikdə, təyinat gömrükxanası
BYD kitabçasını bu Əsasnamənin 3.7 bəndində
nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə
rəsmiləşdirməlidir.
6.12.
Sənədli və faktiki nəzarət nəticəsində
Azərbaycan Respublikası qanunvericiliyinin pozulması halları
aşkar edilmədikdə:- komplektin
2 nömrəli kəsilən vərəqinin 24, 25, 26, 27, 28-ci
qrafaları və komplektin 2 nömrəli kötüyü
doldurulur;
- BYD
kitabçasının 2 nömrəli kəsilən vərəqinin
28-ci qrafasında və kötüyün 6-cı qrafasında
tarix, gömrük orqanının vəzifəli şəxslərinin
şəxsi nömrəli möhürləri, imzaları və
tarix qoyulur (kötük kitabçada qalır);
- komplektin
2 nömrəli kəsilən vərəqi ayrılır;
- rəsmiləşdirilmiş
BYD kitabçası daşıyıcıya qaytarılır.
7. Azərbaycan Respublikasının ərazisindən
malların aparılması zamanı gömrük rəsmiləşdirilməsi
qaydası
7.1.
Göndərilmə gömrükxanası Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun olaraq aparılan malların
gömrük rəsmiləşdirilməsini həyata keçirir.
7.2.
BYD prosedurasına əməl edilməklə malların daşınmasının
rəsmiləşdirilməsi üçün göndərilmə
gömrükxanasına aşağıdakı sənədlər
təqdim olunur:- doldurulmuş
BYD kitabçası;
- nəqliyyat
vasitəsinin gömrük möhür və plombları altında
malların daşınmasına, buraxılmasına dair şəhadətnamə
(bu Əsasnamənin 5.4 bəndi nəzərə alınmaqla).
7.3.
Gömrük orqanları BYD kitabçasının doldurulmasının
müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayırlar.
BYD
kitabçası yoxlanarkən aşağıdakılara xüsusi
diqqət yetirilir: - BYD
kitabçasının üz qabığının birinci səhifəsində
möhür və imzaların olmasına;
- BYD
kitabçası sahibinin üz qabığının birinci səhifəsində,
kəsilməyən vərəqdə, kəsilən vərəqlərin
hamısında imzaların uyğunluğuna;
- BYD
kitabçasının etibarlılıq müddəti.
Göndərilmə
gömrükxanasının vəzifəli şəxsləri
BYD kitabçasının oğurlanmış kimi nəzarətdə
olmadığına və malların daşınması üçün
BYD kitabçasının kəsilməyən vərəqinin
4-cü və üz qabığının 3-cü qrafasında
göstərilən şəxs tərəfindən həyata
keçirildiyinə əmin olmalıdırlar.
7.4.
Göndərilmə gömrükxanaları:- nəqliyyat
vasitələrinin yük bölmələrinin və konteynerlərin
texniki vəziyyətini yoxlayırlar;
- konteynerlərdə
buraxılma (icazə) şəhadətnamələrinin və
buraxılma (icazə) lövhəciklərinin olmasını
yoxlayırlar (bu Təlimatın 5.4 bəndi nəzərə
alınmaqla);
- malların
nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə
nəzarət edirlər;
- nəqliyyat
vasitələrinin yük bölmələrinə və
konteynerlərə gömrük möhürləri və
plombları vururlar.
7.5.
Rəsmiləşdirmə zamanı hər hansı bir qayda
pozuntusu aşkar edildiyi halda, göndərilmə gömrükxanası
həmin pozuntular aradan götürülənədək malların
BYD prosedurasına uyğun olaraq daşınmasına icazə
verməyə bilər.
7.6.
Əgər sənədli və faktiki nəzarət nəticəsində
BYD prosedurası tətbiqinin bütün şərtlərinə
əməl olunduğu müəyyən edilmişsə, aşağıdakılar
doldurulur:- BYD
kitabçasının kəsilən vərəqlərinin hamısında
16-cı qrafa;
- 1
nömrəli kəsilən vərəqin «Xidməti istifadə
üçün» qrafasında və 1 nömrəli kötüyün
5-ci qrafasında digər məlumatlar içərisində
malların Azərbaycan Respublikasından aparılmasının
müvafiq gömrük rejiminin kodu və malların faktiki aparılmasına
nəzarət həyata keçirilirsə «Kontrol» sözü
də göstərilir;
- komplektin
kəsilən vərəqinin 1 nömrəli kötüyü;
- komplektin
hər iki kəsilən vərəqinin 18—23 qrafaları;
- 1
nömrəli kəsilən vərəqin 23-cü qrafasında
və 1 nömrəli kötüyün 6-cı qrafasında gömrük
orqanının vəzifəli şəxsinin nömrəli möhürü
vurulur, imzası və tarix qoyulur.
Komplektin
1 nömrəli vərəqi BYD kitabçasından ayrılır
və bu Əsasnamənin 7.8 bəndində nəzərdə
tutulmuş hallarda nəzarətə götürülür. Rəsmiləşdirilmiş
BYD kitabçası bu Əsasnamədə 6 saylı əlavədə
verilən formada xüsusi jurnalda qeydiyyata alınır.
7.7.
Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya
qaytarılır.
7.8.
Mallar təkrar ixrac gömrük rejimi altına qoyulduqda, həmçinin
aşağıda göstərilən gömrük rejimləri
altında olduqdan sonra onların Azərbaycan Respublikası ərazisindən
faktiki aparılmasına nəzarətin göndərilmə gömrükxanası
tərəfindən həyata keçirilir:- müvəqqəti
gətirilmə (idxal) (kod 31);
- gömrük
anbarı (kod 74);
- gömrük
nəzarəti altında emal (kod 52);
- malların
azad iqtisadi zonalara idxalı (gətirilməsi) (kod 74);
- rüsumsuz
ticarət mağazası (kod 72).
Bu
halda göndərilmə gömrükxanası tərəfindən
komplektin 1 nömrəli vərəqlərinin 20-ci qrafasında
malların çatdırılma müddəti göstərilir.
Göstərilən vərəqlərdə «Xidməti istifadə
üçün» qrafasında daşınan malların gömrük
dəyəri, 10-cu qrafada isə onların XİFƏN kodları
göstərilməklə müfəssəl təsviri göstərilir.
Əgər bütün məlumatların daxil edilməsi üçün
10 qrafa yetmirsə, iki nüsxədən ibarət qoşma vərəqlərdən
istifadə olunmasına yol verilir. Qoşma vərəqlərdə,
həmçinin BYD kitabçasının nömrəsi,
sahibinin adı və ünvanı da göstərilir. Qoşma
vərəqlər gömrük orqanının vəzifəli
şəxslərinin şəxsi nömrəli möhürü
ilə təsdiqlənir. Bu cür vərəqlərin olması
barədə komplektin hər iki kəsilən vərəqinin
8-ci qrafasında qeydiyyat aparılır. Komplektin 1 nömrəli
vərəqi nəzarətə alınır və ayrıca
qovluqda saxlanılır.
7.9.
Çıxış gömrükxanasına aşağıdakı
sənədlər təqdim edilir:- BYD
kitabçası;
- göndərilmə
gömrükxanasının qeydləri olan yük və malı
müşayiət edən sənədlər.
7.10.
Gömrük xidmətlərinin vəzifəli şəxsləri
BYD kitabçasının doldurulmasının müəyyən
olunmuş qaydalara uyğunluğunu yoxlayırlar, komplektin 1 nömrəli
kötüyündə göndərilmə gömrükxanasının
ştamplarının olmasını, eləcə də həmin
kötükdə göstərilmiş gömrük kodunu
yoxlayırlar.
7.11.
Gömrük orqanları:- nəqliyyat
vasitələrinin yük bölmələrinin və ya
konteynerlərin texniki vəziyyətini yoxlayırlar;
- nəqliyyat
vasitələrinin yük bölmələrində və ya
konteynerlərdə gömrük möhür və plombların
vəziyyətini yoxlayırlar;
- müstəsna
hallarda nəqliyyat vasitələrinin yük bölmələrinə
və ya konteynerlərə baxış keçirirlər.
7.12.
BYD kitabçasına əməl edilməklə malların daşınması
zamanı Azərbaycan Respublikası qanunvericiliyinin hər hansı
bir pozulması halı aşkar edildikdə, çıxış
gömrükxanası BYD kitabçasını bu Əsasnamənin
3.7 bəndində nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə
rəsmiləşdirilir.
7.13.
Sənədli və faktiki nəzarət nəticəsində
Azərbaycan Respublikası qanunvericiliyinin pozulması faktları
aşkar edilmədikdə:- 2
nömrəli kəsilən vərəqin 24, 25, 26, 27, 28-ci
qrafaları və 2 nömrəli kəsilən kötük
doldurulur;
- komplektin
2 nömrəli kəsilən vərəqi ayrılır;
- BYD
kitabçası bu əsasnaməyə 7 saylı əlavədə
verilən formada jurnalda qeydiyyata alınır;
- rəsmiləşdirilmiş
BYD kitabçası daşıyıcıya qaytarılır;
- kəsilən
2 nömrəli vərəqin 28-ci qrafasında və 2 nömrəli
kötüyün 6-cı qrafasında şəxsi nömrəli
möhür vurulmaqla, imza və tarix qoyulmaqla gömrük nəzarəti
zonasından çıxmağa icazə verilir.
8. Malların Azərbaycan Respublikası ərazisindən
tranziti zamanı gömrük rəsmiləşdirilməsi
qaydası
8.1.
Tranzit malların giriş gömrükxanasında gömrük
rəsmiləşdirilməsi bu əsasnamənin 6.1—6.7 bəndlərində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.2.
Tranzit malların çıxış gömrükxanasında
gömrük rəsmiləşdirilməsi bu əsasnamənin
6.8—12 bəndlərində nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
9. Malların bir neçə göndərilmə
və təyinat gömrükxanasından daşınması
zamanı gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri
9.1.
Mallar Azərbaycan Respublikasından aparılarkən onların
BYD prosedurası üzrə daşınması bir neçə
göndərilmə gömrükxanasından və ya mallar Azərbaycan
Respublikasına gətirilərkən bir neçə təyinat
gömrükxanasında həyata keçirilə bilər.
9.2.
Hər bir göndərilmə və ya təyinat gömrükxanası
üçün əlavə kəsilən vərəqlər
komplekti (dəsti) tələb olunur.
9.3.
Göndərilmə gömrük xidmətində və ya təyinat
gömrük xidmətində müvafiq olaraq aşağıdakılar
həyata keçirilir:- Azərbaycan
Respublikasından aparılarkən malların qismən yüklənib-tamlanması;
- Azərbaycan
Respublikasına gətirilərkən malların qismən boşaldılması.
9.4.
Malların qismən yüklənib-tamlanması həyata keçirilən
gömrük xidməti bu bənddə göstərilən xüsusiyyətlər
nəzərə alınmaqla, bu əsasnamənin 7.9—7.13 bəndlərində
nəzərdə tutulmuş qaydada malların daşınmasının
rəsmiləşdirilməsini həyata keçirir.
Göstərilən
gömrük xidmətinin vəzifəli şəxsləri:- birinci
göndərilmə gömrükxanasının möhür və
plomblarını çıxarırlar;
- yüklənmiş
malların adlarını və sayını BYD kitabçasının
bütün kəsilən vərəqlərində göstərirlər;
- BYD
kitabçasının kəsilən vərəqlərinin hamısının
16-cı qrafasında gömrük möhür və plombları
barədə qeydlərin üstündən xətt çəkirlər;
- doldurulmuş
kəsilən vərəqlərin 16-cı qrafasında və
komplektin 1 nömrəli kötüyündə yenidən
vurulmuş gömrük möhürləri və qoyulmuş gömrük
plombları haqqında qeydiyyatlar aparırlar.
9.5.
Malların qismən boşaldılması həyata keçirilən
gömrük xidməti bu bənddə göstərilən xüsusiyyətlər
(öhdəliklər) istisna edilməklə, bu Əsasnamənin
6.8—6.12 bəndlərində nəzərdə tutulmuş
qaydada malların rəsmiləşdirilməsini həyata keçirirlər.
Göstərilən
gömrük xidmətinin vəzifəli şəxsləri:- əvvəlki
gömrükxanaların gömrük təminatlarını çıxarırlar;
- BYD
kitabçasının doldurulmuş kəsilən vərəqlərinin
hamısında boşaldılmış malların adlarının
və sayının üstündən xətt çəkirlər
və boşaldılmış mallar barədə qeydiyyatlar
aparırlar;
- BYD
kitabçasının 16-cı qrafasında gömrük təminatları
barədə qeydlərin üstündən xətt çəkirlər;
- doldurulmuş
kəsilən vərəqlərin hamısının 16-cı
qrafasında və komplektin 1 nömrəli kötüyündə
yenidən qoyulmuş gömrük təminatları barədə
qeydiyyatlar aparırlar.
10. Ağırçəkili və irihəcmli
malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri
10.1.
Ölçüləri və xarakterləri ilə bağlı
nəqliyyat vasitələrinin plomblanmış yük bölmələrində
və ya konteynerlərdə daşınması mümkün
olmayan malları açıq nəqliyyat vasitələrində
daşımaq olar.
10.2.
Ağırçəkili və irihəcmli mallar daşınarkən
BYD kitabçasının üz qabığında bütün
vərəqlərində ingilis və fransız dilində «Ağırçəkili
və İrihəcmli Mallar» yazısı yazılmalıdır
(«HEAVYOR BULKY GOODS»).
10.3.
Göndərilmə gömrükxanası BYD kitabçasına
fotoşəkillər, qablaşdırma vərəqləri, çertyojlar
(cizgilər) və daşınan malların eyniləşdirilməsi
üçün zəruri olan digər sənədlər əlavə
edilməsini tələb edə bilər.
Bu cür
sənədlər göndərilmə gömrükxanası tərəfindən
təsdiq olunur və BYD kitabçasının hər bir vərəqinə
bərkidilir. Bu zaman vərəqlərin hamısının
8-ci qrafasında bu cür sənədlərin olmasına dair
qeydlər edilir.
10.4.
Bu cür mallar Azərbaycan Respublikasının ərazisi ilə
hərəkət edərkən gömrük xidmətləri:- bu
əsasnamənin 10.2—10.3 bəndlərində göstərilmiş
tələblərə əməl olunmasını izləməli;
- mallar
Azərbaycan Respublikasına gətirilərkən, zərurət
olduqda əlavə gömrük eyniləşdirilməsi vasitələri
qoymalı;
- gətirilmə
(aparılma) zamanı BYD kitabçasının yük
manifestində bəyan edilməmiş malların daşınması
hallarını aşkar etmək məqsədi ilə mallara
baxış keçirilməlidir.
11. Aksiz vergisinə cəlb olunan bəzi
malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri
11.1.
Bu əsasnaməyə 8 saylı əlavədə göstərilən
mallar BYD prosedurasına əməl edilməklə daşınma
üçün yüksək zəmanət həddi olan BYD
kitabçası təqdim olunduqda rəsmiləşdirilir. Bu
cür kitabçaların üz qabığında və kəsilən
vərəqlərində aydın «Tütün Məmulatları
(Alkoqollu İçkilər)» yazısı yazılmalıdır.
Bu cür kitabçanın örnəyi (nümunəsi) bu əsasnaməyə
9 saylı əlavədə verilmişdir. Bundan başqa, bu cür
kitabçalarla daşınan malların müfəssəl
adları və XİFƏN kodları göstərilmiş əlavə
vərəq qoşulmalıdır.
Əlavə
vərəq BYD kitabçasına bərkidilməli və göndərilmə
gömrükxanasının vəzifəli şəxsinin ştampı
ilə təsdiqlənməlidir.
Bu cür
BYD kitabçaları üzrə zəmanət 200000 (iki yüz
min) ABŞ dolları təşkil edir.
11.2.
Bu əsasnaməyə 8 saylı əlavədə göstərilən
malların BYD prosedurasına uyğun daşınmasının
rəsmiləşdirilməsi, 50 min ABŞ dolları zəmanət
həddi olan BYD kitabçaları, habelə «Tütün Məmulatları»
kitabçaları təqdim edildikdə yol verilmir.
12. Malların çatdırılmasına
nəzarət
12.1.
Giriş gömrükxanası və ya təyinat gömrükxanası
arasında, tranzit zamanı giriş gömrükxanası və
çıxış gömrükxanası arasında və müəyyən
gömrük rejimləri başa çatdıqdan sonra göndərilmə
gömrükxanası və çıxış gömrükxanası
arasında BYD prosedurasına əməl edilməklə daşınan
malların çatdırılmasına nəzarət, Azərbaycan
Respublikası DGK-nin bu bölmədə göstərilən xüsusiyyətlər
istisna olmaqla, müvafiq olaraq tranzit və gömrük nəzarəti
altında malların çatdırılması gömrük
rejiminin tətbiqinə dair normativ aktlarında nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
12.2.
BYD prosedurasına əməl edilməklə malların daşınmasının
uçotu bu əsasnaməyə 6 və 7 saylı əlavələrdə
verilmiş formalar üzrə jurnallarda aparılır.
12.3.
Giriş gömrükxanaları və ya göndərilmə gömrükxanası
(bu əsasnamənin 7.8 bəndləri) malların çatdırılmasına
nəzarət üçün giriş gömrükxanasında
və ya göndərilmə gömrükxanasında qalan BYD
kitabçasının kəsilən nəzarət vərəqinin
surətini poçtla çıxış gömrükxanasına
göndərir.
12.4.
Təyinat gömrükxanası və ya çıxış
gömrükxanası bir sutka ərzində giriş gömrükxanasına
və ya göndərilmə gömrükxanasına müəyyən
rabitə kanalları ilə malların adı, sayı, BYD
kitabçasının nömrəsi, daşıyıcının
adı, malların daxilolma tarixləri göstərilməklə
malların daxil olması barədə məlumatlar göndərir.
Giriş gömrükxanasına və ya göndərilmə gömrükxanasına
5 (beş) sutka müddətində malların çatdırılması
barədə operativ məlumat daxil olmadığı təqdirdə
giriş və göndərilmə gömrükxanaları
qanunla müəyyən olunmuş qaydada tədbirlər görür.
12.5.
BYD prosedurasına əməl edilməklə daşıma başa
çatdıqdan sonra BYD kitabçası təyinat gömrükxanasının
və ya çıxış gömrükxanasının müvafiq
möhürləri ilə daşıyıcıya qaytarılır
və BYD prosedurasının lazımi qaydada başa çatmasının
təsdiqinə xidmət edir.
Əgər
gömrük rəsmiləşdirilməsi qeyd-şərtlərlə
həyata keçirilmişsə (yəni gömrük qaydalarının
pozulması halı olmuşsa), BYD kitabçasının kötüklərində
və kəsilən vərəqlərində bu əsasnamənin
2.7 bəndinə uyğun olaraq qeyd-şərtlər edilir.
13. Yol-nəqliyyat hadisələri
13.1.
BYD zamanı nəqliyyat vasitələrinin yük bölmələrinin
və gömrük möhür plomblarının zədələnməsinə
səbəb olmuş təsadüfi hallar yol-nəqliyyat hadisələri
hesab olunur (YNH).
13.2.
Daşıyıcı nəqliyyat vasitələrinin yük bölmələrinin
və ya gömrük möhür və plomblarının
pozulması barədə müvafiq müraciət edərkən,
fəaliyyət zonasında bu YNH baş vermiş gömrükxanasına:- YNH-nin
hallarına dair daşıyıcıdan müfəssəl
izahat olmalı;
- BYD
prosedurasına əməl edilməklə malların sonrakı
daşınmasının mümkünlüyü barədə
qərar qəbul etməli;
- yol-nəqliyyat
hadisəsinə dair protokolu doldurmalı və ya protokol DYP
orqanları tərəfindən doldurulmuşsa, onu təsdiq
etməlidir. YNH-nə dair protokolun doldurulma nümunəsi bu əsasnaməyə
10 saylı əlavədə verilmişdir.
13.3.
BYD prosedurasına əməl edilməklə YNH barədə
bir sutka ərzində yazılı surətdə operativ rabitə
kanalları ilə giriş gömrükxanasına və ya göndərilmə
gömrükxanasına məlumat verilməsi zəruridir.
13.4.
YNH-dən sonra mallar üzərində bütün əməliyyatlar
barədə təyinat gömrükxanasına və ya göndərilmə
gömrükxanasına məlumat verilməsi zəruridir.
13.5.
YNH-dən sonra mallar üzərində bütün əməliyyatlar
gömrükxananın nəzarəti altında həyata keçirilməlidir.
Nəqliyyat
vasitəsinin yük bölməsinin zədələnməsi
və ya eyniləşdirmə vasitələrinin pozulması
yol-nəqliyyat hadisələrinin nəticəsində baş
vermədiyi təqdirdə, gömrük qaydalarının
pozulmasına dair protokol tərtib olunur və kəsilən vərəqlərin
müvafiq qrafalarında və ya BYD kitabçasının kötüklərində
qeydlər edilir.
13.6.
YNH-dən sonra mallar boşaldılıb başqa yol-nəqliyyat
vasitəsinə və ya konteynerə yüklənə və
BYD prosedurasına əməl edilməklə təyinatı üzrə
göndərilə bilər.
BYD
prosedurasına əməl edilməklə daşıma mümkün
olmadığı halda, mallar təyinat gömrükxanasına
malların gömrük nəzarəti altında çatdırılması
prosedurasına müvafiq olaraq göndərilə bilər.
14. Daşıyıcının və zəmanət
birliyinin məsuliyyəti
14.1.
BYD prosedurası üzrə malların daşıyıcısı,
bu Əsasnamənin müddəaların pozulması halında
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyır.
14.2.
Malların gömrük orqanının icazəsi olmadan verilməsi,
təyinat gömrükxanasına çatdırılmaması
halında, fəaliyyət zonasında bu hüquq pozuntusu aşkar
edilmiş gömrük orqanı müəyyən olunmuş
qaydada gömrük qaydalarının pozulmasına dair iş açır
və ona baxıldıqdan sonra tənbeh qoyulmasına dair qərar
çıxarır.
14.3.
Malların gömrük orqanlarının icazəsi olmadan
verilməsinə, itirilməsinə və çatdırılmamasına
dair işlər, bir qayda olaraq, aşağıdakı gömrük
xidmətləri tərəfindən araşdırılır.
Mallar
Azərbaycan Respublikasına gətirilərkən giriş-gömrük
xidməti;- malların
Azərbaycan Respublikası ərazisindən tranziti zamanı
giriş-gömrük xidməti;
- mallar
Azərbaycan Respublikasından aparılarkən — göndərilmə
gömrük xidməti;
- gömrük
qaydalarının pozulmasına dair işlər Azərbaycan
Respublikası ərazisi ilə gömrük nəzarəti altında
daşınmasının başladığı gömrük
xidmətlərindən daxil olmuş sənədlər yoxlanıldıqdan
və təyinat gömrükxanasında və ya çıxış
gömrükxanasında malların çatdırılmaması
faktı təsdiq edildikdən sonra açılırlar.
14.4.
Gömrük qaydalarının pozulmasına dair protokolda və
tənbeh qoyulmasına dair qərarda daşımanın BYD
prosedurası üzrə həyata keçirildiyi və BYD
kitabçasının nömrəsi göstərilir.
14.5.
Malların icazəsiz verilməsi, itirilməsi və çatdırılmaması
üçün tutulmalı olan gömrük rüsum və
vergiləri, daşıyıcı və ya zəmanət
birliyindən Azərbaycan Respublikasının gömrük
qanunvericiliyinə uyğun olaraq tutulur.
14.6.
Malların gömrük orqanının icazəsi olmadan verilməsinin,
itirilməsinin və ya çatdırılmamasının gömrük
rüsum və vergilərinin mübahisəsiz tutulmasına səbəb
olan hər bir halına dair, 14.3 bəndində göstərilmiş
sənədlərdən başqa, bu əsasnamənin 11 saylı
əlavəsində, verilən formada Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq akt tərtib olunur.
14.7.
Mübahisəsiz qaydada tutulmalı olan gömrük rüsum və
vergilərinin məbləği Azərbaycan Respublikasının
«Gömrük Tarifi» haqqında Qanununa uyğun olaraq gömrük
dəyəri əsasında hesablanır.
14.8.
Gömrük rüsum və vergiləri faktiki olaraq tutulduqdan
sonra mübahisəsiz tutulmaya dair aktda göstərilmiş məbləğ, onun gömrük orqanının
hesabına daxil olması tarixi və bank sənədinin tarixi
göstərilir.
14.9.
Gömrük rüsumları və vergilərinin daşıyıcıdan
mübahisəsiz qaydada tutulması mümkün olmadığı
halda ödəmə barədə tələbdən sonra bir
ay ərzində mübahisəsiz tutulmaya dair aktda bu barədə
göstərilir. Həmin aktda gömrük rüsum və
vergilərinin tutulmasını mümkünsüz edən səbəblər
də göstərilir.
Göstərilən
qeydi olan akt, gömrük qaydalarının pozulmasına dair protokolun,
tənbeh qoyulmasına dair qərarın və BYD kitabçasının
kəsilən vərəqinin surətləri ilə birlikdə
Azərbaycan Respublikası DGK-nin GNTBİ-nə və BMT və
VNİ-nə göndərilir. Akta imkan daxilində tələb
olunan məbləğlərin ödənilməsinin mümkünlüyü
barədə bankın və ya digər kredit idarəsinin təsdiqedici
sənədi əlavə edilməlidir.
Gömrük
rüsum və vergilərinin qismən ödəndiyi halda da
yuxarıda sadalanan bütün sənədlər Azərbaycan
Respublikası DGK-nin GNTBİ-nə və BMT və VNİ-nə
göndərilir. Bu zaman mübahisəsiz tutulma barədə
aktda məbləğgöstərilir və ödəmə tapşırığının
surəti əlavə edilir.
14.10.
GNTBİ, QGQPMBİ və BMT və VNİ alınmış
materiallar əsasında gömrük rüsum və vergilərinin
ödənilməsinə dair tələbnamələr hazırlayırlar
və göstərilən sənədlər alındıqdan
5 gün sonra, bu tələbnaməni BYD kitabçasının
kəsilən vərəqinin surəti və digər zəruri
sənədlərlə birlikdə «ABADA»ya təqdim edilir.
14.11.
GNTBİ, QGQPMBİ BYD Konvensiyası ilə müəyyən
olunmuş ödəmə barədə tələbnamələrə
baxılması müddətlərinə əməl olunmasına,
BMT və VNİ gömrük rüsum və vergilərinin Azərbaycan
Respublikası DGK-nin hesabına daxil olmasına nəzarət
edirlər.
1975-ci il
BYD Konvensiyasının
tətbiqi qaydasına
1 saylı Əlavə
BYD kitabçasının
doldurulması 1. BYD kitabçasının üz qabığının
doldurulması:
1-ci
səhifə 1—5
Qrafalar — BYD
kitabçasını vermiş zəmanət birliyi tərəfindən
doldurulur. Qeyd:
Üz
qabığının birinci səhifəsində dəyişikliklər
yalnız BYD kitabçasını vermiş zəmanət
birliyi tərəfindən edilir. Düzəlişlər zəmanət
birliyinin möhürü ilə təsdiq olunmalıdır.
6—12
Qrafalar — BYD
kitabçasının sahibi tərəfindən doldurulur.
«NO»
Qrafası— BYD
kitabçası verilərkən ona verilmiş nömrə çap
edilməlidir.
Qrafa 1. «…-dək
etibarlıdır» BYD
kitabçasının göndərilmə gömrükxanasına
təqdim edilə biləcəyi son tarix göstərilir. Qeyd: Kitabça
bu qrafada göstərilən tarixədək göndərilmə
gömrükxanasına təqdim edilmişsə, o malların
daşınması sona çatanadək etibarlıdır. Əgər
BYD kitabçası göstərilən tarixdən sonra göndərilmə
gömrükxanasına təqdim edilirsə, o gömrük rəsmiləşdirilməsi
üçün qəbul edilə bilməz.
Qrafa 2. «Verilmişdirsə»
BYD
kitabçası verilmiş birliyin adı göstərilir.
Qrafa 3. «Sahibi» BYD
kitabçasını vermiş daşıyıcının
adı, tam poçt ünvanı göstərilir. Qeyd: BYD
prosedurasına əməl edilməklə daşıma yalnız
3-cü qrafada göstərilən daşıyıcı tərəfindən
həyata keçirilə bilər.
Qrafa 4. «BYD kitabçasını
verən təşkilatın imzası» Zəmanət
birliyinin vəzifəli şəxsinin, həmin birliyin möhürü
ilə təsdiq olunmuş imzası qoyulur.
Qrafa 5. «Beynəlxalq
təşkilatın katibinin imzası» Beynəlxalq
avtomobil nəqliyyatı İttifaqının (BANİ) katibinin
imzası qoyulur.
Qrafa 6. «Göndərilmə
ölkəsi» Malların
BYD prosedurası üzrə daşınmasının başladığı
ölkə göstərilir (göndərilmə dövləti) Qrafa
7. Bütün mallar və ya onların bir hissəsi üçün
BYD prosedurası ilə daşınmanın başa çatdığı
dövlət(lər) göstərilir (təyinat dövləti). Qeyd:
(6, 7-ci qrafalar) BYD
Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq bir neçə
göndərilmə və təyinat gömrükxanası
olduqda mallar daşına bilər. Göndərilmə və təyinat
gömrükxanalarının ümumi sayı dörddən
artıq ola bilməz.
BYD
kitabçası bütün gömrükxanalar tərəfindən
rəsmiləşdirildikdən sonra təyinat gömrükxanasına
təqdim oluna bilər.
Qrafa 8. «Nəqliyyat
vasitəsinin qeydiyyat nömrəsi»
Tranzit
malların daşındığı nəqliyyat vasitəsinin
nömrəsi göstərilir.
Qrafa 9. «Nəqliyyat
vasitələrinə icazə verilməsinə dair şəhadətnamənin
nömrəsi onun hansı tarixədək etibarlı olduğu
göstərilir»
Qrafa 10. «Konteyneri
eyniləşdirmə nömrəsi»
Tranzit
mallar konteynerdə daşındığı halda doldurulur.
Konteynerin eyniləşdirmə nömrəsi göstərilir.
Qrafa 11. «Qeydlər»
BYD
kitabçası verilərkən zəmanət birliyinin zəruri
hesab etdiyi bütün məlumatlar və ya gömrük orqanının
tətbiqi ilə daxil edilmiş məlumatlar göstərilir.
Qrafa 12. «BYD kitabçasını
saxlayan şəxsin imzası»
BYD
kitabçasının verildiyi daşıyıcının müvəkkilinin
imzası qoyulur.
Qeyd:
Üz
qabığının 2-ci səhifəsində mətbəə
üsulu ilə fransız dilində «BYD kitabçasından
istifadə qaydaları», üz qabığının 3-cü
səhifəsində mətbəə üsulu ilə ingilis
dilində «BYD kitabçalarının istifadə qaydaları»
çap olunmalıdır.
Üz
qabığının 4-cü səhifəsində yuxarı
sağ küncündə BYD kitabçasının götürülməsi
tarixi barədə gömrük orqanının və götürməni
həyata keçirmiş gömrük orqanının adı
barədə qeydlərlə sahibinə qaytarılan BYD kitabçasının
nömrəsi olan kəsilən talon yerləşdirilmişdir.
Qeyd:
Gömrük orqanının vəzifəli şəxsinin nömrəli
möhürü ilə təsdiqlənməlidir.
BYD
kitabçasının gömrük orqanları tərəfindən
götürülməsi, kitabçanın etibarlılıq müddətinin
başa çatdığı, kitabçanın onu saxlayan şəxs
tərəfindən təqdim olunmadığı, kitabçanın
düzgün doldurulmadığı halda həyata keçirilir.
Götürülmüş kitabçalar «ABADA»ya verilmək üçün
GNTBİ-yə göndərilir.
Kəsilməyən 1 nömrəli, 2 nömrəli
vərəq (sarı rəngli)
BYD
kitabçasının sahibi tərəfindən doldurulur.
Qrafa 1. «BYD kitabçası
nömrə…»
BYD
kitabçasının üz qabığının birinci vərəqində
işarələnmiş nömrəsi göstərilir.
Qrafa 2. «Göndərilmə
gömrükxanası»
Malların
daşınmasının başladığı gömrük
orqan(lar)ının ad(lar)ı göstərilir.
Qrafa 3. «Verilmişdir»
BYD
kitabçasını vermiş beynəlxalq təşkilatın
adı «Union Internationale Des Transorts Routiers» (BANİ, Beynəlxalq
avtomobil nəqliyyatı ittifaqı) mətbəə üsulu
ilə çap edilir.
Nömrəsiz
qrafa «Rəsmi istifadə üçün»
Mallar
yola salınarkən göndərilmə gömrükxanasının
zəruri hesab etdiyi bütün məlumatlar göstərilir.
Qrafa 4. «BYD kitabçasının
sahibi»
BYD
kitabçasının üz qabığının birinci vərəqinin
3-cü qrafasında göstərilən məlumatlar buraya köçürülür.
Qrafa 5. «Göndərilmə
ölkələri»
Göndərilmə
gömrükxanasının (gömrükxanalarının)
yerləşdiyi ölkənin adı göstərilir.
Qrafa 6. «Təyinat
ölkəsi»
Təyinat
gömrükxanasının (gömrükxanalarının)
yerləşdiyi ölkənin adı göstərilir.
Qrafa 7. «Nəqliyyat
vasitəsinin qeydiyyat nömrəsi»
Üz
qabığının birinci vərəqinin 8-ci qrafasında
göstərilən məlumatlar buraya köçürülür.
Qrafa 8. «Əlavə
olunan sənədlər»
BYD
kitabçasına əlavə olunan sənədlər (fotoşəkillər,
spesifikasiyalar və s.) göstərilir. Bu halda göstərilən
sənədlərin surətləri BYD kitabçasının
hər bir vərəqinə bərkidilir.
Qrafa 9. Yük bölməsi
(bölmələri) və ya konteyner(lər), yük yerlərinin
və ya əşyaların tanınma nişanları (işarələri).
Yük
bölmələrinin və ya konteynerlərin nömrələri,
yük yerlərinin ayrıca hər bir yük bölməsi və
ya konteyner üzrə markalanması göstərilir.
Qrafa 10. «Yük
yerlərinin sayı və görünüşü, malların
təsviri»
Yük
yerlərinin sayı, qablaşdırılmış növü,
ayrıca hər bir yük yeri və ya konteyner üzrə
malların təsviri verilir.
Qrafa 11. «Brutto çəkisi»
Hər
bir yük bölməsi və ya konteyner üzrə malların
brutto çəkisi (bükülmə, tara ilə) göstərilir.
Qeyd
(9—11 qrafaları)
Əgər
BYD kitabçası nəqliyyat vasitələri qatarına
(karvanına), yaxud bir neçə konteynerə verilmişsə,
hər bir nəqliyyat vasitəsinin və ya konteynerin içərisindəkilər
ayrıca göstərilir.
Daşıma
marşrutu bir neçə göndərilmə və təyinat
gömrükxanasından keçirsə, mallara dair məlumatlar
hər bir gömrükxana üzrə ayrıca daxil edilir.
Qrafa 12. «Manifestdə
bəyan edilən yük yerlərinin ümumi sayı»
Nəqliyyat
vasitəsi ilə daşınan və BYD kitabçasının
manifestində bəyan edilən yük yerlərinin ümumi
sayı göstərilir. Hər bir təyinat gömrükxanası
üzrə yük yerlərinin sayı ayrıca ABŞ dolları
ilə 1, 2.3 göstərilir.
13,
14, 15-ci qrafa «Yer, tarix, BYD kitabçasını saxlayanın
imzası»
BYD
kitabçasının doldurulma yeri, tarixi göstərilir və
BYD kitabçasını saxlayanın səlahiyyətli nümayəndəsinin
imzası qoyulur.
Kəsilməyən
1/2 vərəqində digər qrafalar doldurulmurlar.
3. 1¹-li kəsilən vərəq
1—15
qrafaları BYD kitabçasının sahibi tərəfindən
kəsilməyən vərəqin doldurulması üçün
nəzərdə tutulmuş qaydada doldurulur, bu qrafalarda göstərilən
məlumatlar kəsilməyən vərəqdə bəyan
edilmiş məlumatlara uyğun olmalıdır. BYD kitabçasının
sahibi BYD prosedurasına əməl edilməklə daşıma
zamanı istifadə ediləcək bütün vərəqləri
doldurur.
16-dan
23-dək qrafalar və kəsilən 1 nömrəli vərəqin
ağ rəngli kötüyü tranzit və təyinat dövlətlərinin
göndərilmə və giriş gömrükxanaları tərəfindən
doldurulur.
Qrafa 16. «Qoyulmuş
plomblar və ya tanınma nişanları (sayı, təsviri)»
Hər
bir yük yeri və ya konteyner üzrə qoyulmuş gömrük
təminatlarına dair məlumat göstərilir.
Qrafa 17. «Göndərilmə
gömrükxanası, tarix, göndərilmə gömrükxanasının
vəzifəli şəxsinin imzası, şəxsi ştampı»
Gömrük
orqanının vəzifəli şəxsinin imzası və şəxsi
möhürü, BYD kitabçasının kəsilən vərəqinin
dodurulma tarixi. Qeyd: 16,
17 qrafaları göndərilmə gömrükxanası tərəfindən
BYD kitabçasının vərəqlərinin hamısında
doldurulur.
Qrafa 18. «Yükün
gömrük rəsmiləşdirilməsi üçün qəbul
edilməsinə dair şəhadətnamə» (göndərilmə
yeri gömrükxanası və ya yola düşmə zamanı
aralıq gömrükxanası)
Tranzit
dövlətinə və ya təyinat dövlətinə
malların göndərilmə və ya gətirilmə gömrükxanasının
adı göstərilir.
Qrafa 19. «Zədələnməmiş
hesab edilən vurulmuş möhürlər, qoyulmuş plomblar
və ya tanınma nişanları»
Bu
qrafadakı kvadratın üstündən xətt çəkilir.
Kəsilən vərəq göndərilmə gömrükxanası
tərəfindən rəsmiləşdirilərkən 1 nömrəli
qrafa doldurulmur.
Qrafa 20. «Tranzit daşınmasının
müddəti»
Tranzit
zamanı malların çıxış gömrükxanasına
və ya təyinat dövlətində təyinat gömrükxanasına
çatdırılma tarixi göstərilir.
Qrafa 21. «… nömrəsi
altında gömrük orqanı tərəfindən qeydiyyata
alınmışdır»
Gömrükxananın
adı və BYD kitabçası istifadə edilməklə daşımanın
qeydiyyata alındığı nömrə göstərilir.
Qrafa 22. «Sair məlumatlar»
(Malların
çatdırılma yeri, malların təqdim edilməli olduğu
gömrük orqanı) Malların
dövlətin ərazisindən keçirilib aparıldığı
və ya malların çatdırılmalı olduğu gömrükxananın
adı göstərilir. Zəruri olduqda hərəkət marşrutu
göstərilir.
Qrafa 23. «Gömrük
orqanının vəzifəli şəxsinin imzası və möhürü»
Tarix,
gömrük orqanının vəzifəli şəxsinin
imzası və şəxsi nömrəli möhürü
qoyulur.
4. 1 ¹-li kötük göndərilmə gömrükxanası
tərəfindən doldurulur.
Qrafa 1. «Gəlib-çatma
gömrükxana tərəfindən təsdiq edilmişdir»
Göndərilmə
gömrükxanasının adı göstərilir.
Qrafa 2. «… nömrəli»
21-ci
qrafadakı məlumatlar buraya köçürülür.
Qrafa 3. «Qoyulmuş
plomblar və ya tanınma nişanları»
Gömrük
təminatlarına dair qeydlər daxil edilir.
Qrafa 4. «Eyniləşdirmə
vasitələri zədələnməmişdir»
Gömrük
təminatlarının pozulmadığına dəlalət edən
kvadrata xaç işarəsi qoyulur.
Qrafa 5. «Sair məlumatlar»
müəyyən olunmuş marşrut, yükün təqdim
ediləcəyi gömrükxana və s.
Malların
çatdırılmalı olduğu gömrükxananın adı
göstərilir. Zərurət olduqda hərəkət marşrutu
təyin edilir.
Qrafa 6. «Gömrük
orqanının vəzifəli şəxsinin imzası və şəxsi
möhürü» Göndərilmə
gömrükxanasının vəzifəli şəxsinin imzası
və şəxsi möhürü, tarix qoyulur. 5. 2 ¹-li kəsilən vərəq 24—28
qrafalar çıxış və ya təyinat gömrükxanası
tərəfindən doldurulur
Qrafa 24. «Malların
təqdiminə dair qeyd» Qeydiyyat
jurnalında BYD kitabçası istifadə edilməklə daşımanın
qeydiyyata alındığı qeydiyyat nömrəsi göstərilir.
Qrafa 25. «Eyniləşdirmə
vasitələri pozulmamışdır» Gömrük
təminatlarının pozulmadığına dəlalət edən
kvadrata xaç işarəsi qoyulur.
Qrafa 26. «Rəsmiləşdirilmiş
yük yerlərinin sayı» Yük
yerlərinin və gömrük orqanının nəzarəti
altında boşaldılmış malların miqdarı göstərilir.
Boşaldılma olmamışsa, qrafa doldurulmur.
Qrafa 27. «Rəsmiləşdirmə
zamanı qeyd-şərtlər» Malların
daşınmasında aşkar edilmiş qayda pozuntuları əsasnamənin
3.7 bəndinə uyğun olaraq daxil edilir.
Qrafa 28. «Gömrük
orqanlarının vəzifəli şəxslərinin imzası
və möhürü» Gömrük
orqanının vəzifəli şəxsinin möhürü,
imzası, tarix qoyulur.
6. 2 ¹-li kötük
Qrafa 1. «Gəlib-çatma
gömrükxana tərəfindən təsdiq edilmişdir» Çıxış
və ya təyinat gömrükxanasının adı, BYD kitabçasının
qeydiyyat jurnalındakı qeydiyyat nömrəsi göstərilir.
Qrafa 2. «Qoyulmuş
möhürlər və plomblar və ya tanınma nişanları
zədələnməmiş hesab edilmişdir» Gömrük
təminatlarının pozulmadığına dəlalət edən
kvadrata xaç işarəsi qoyulur.
Qrafa 3. «Yük
yerlərinin və ya əşyaların gömrük rəsmiləşdirilməsi
aparılmışdır» Yük
yerlərinin və gömrük orqanının nəzarəti
altında boşaldılmış malların miqdarı göstərilir.
Boşaldılma olmamışsa, qrafa doldurulmur
Qrafa 4. «Qoyulmuş
yeni möhür və plomblar» Gömrük
təminatlarına dair qeydlər daxil edilir. Yeni gömrük təminatları
qoyulmamışsa, qrafa doldurulmur.
Qrafa 5. «Rəsmiləşdirmə
zamanı qeyd-şərtlər» BYD
kitabçası rəsmiləşdirilərkən gömrük
orqanı tərəfindən edilmiş qeyd-şərtlər
göstərilir (2 nömrəli kəsilən vərəqin
27-ci qrafası). Qeyd: Gömrük
orqanları edilmiş qeyd-şərtlərin mə>ğzini Beynəlxalq avtomobil Daşıyıcıları
Assosiasiyasına şikayət ərizəsində (pretenziyada)
aydın şərh etməli və qrafada «R» işarəsi
qoymalıdırlar.
Qrafa 6. «Gömrük
orqanının vəzifəli şəxsinin möhürü,
imzası»
Gömrük
orqanının vəzifəli şəxsinin möhürü,
imzası və tarix qoyulur.
7. Yol-nəqliyyat hadisələrinə dair
protokol 1,
2, 3 və 5 qrafaları BYD kitabçasının kəsilən
vərəqlərində doldurulur.
Qrafa 4. «Yol-nəqliyyat
vasitəsinin qeydiyyat nömrəsi, konteynerin eyniləşdirmə
nömrəsi, konteynerin tanınma nişanı». YNH-nə
uğramış nəqliyyat vasitələrinin və
konteynerlərin nömrələrinə dair məlumatlar göstərilir.
Qrafa 6. «Gömrük
plombları zədələnmişdir/zədələnməmişdir»
Müvafiq
kvadrata xaç işarəsi qoyulur.
Qrafa 7. «Yük bölməsi
(konteyner zədələnmişdir) zədələnməmişdir»
Müvafiq
kvadrata xaç işarəsi qoyulur.
Qrafa 8. «İradlar»
Malların
nəqliyyat vasitəsinin, yük bölmələrinin və
ya konteynerlərin vəziyyəti barədə ümumi məlumatlar
göstərilir.
Qrafa 9. «Yüklərin
itməsi müəyyən edilmişdir (edilməmişdir)» Müvafiq
kvadrata xaç işarəsi qoyulur
Qrafa 10. «Yük bölməsi
və ya konteyner, markalanma və ya yük yerlərinin nömrələri»
Markalanma
zərurət olduqda isə YNH-nə uğramış yük
bölməsinin sıra nömrəsi və ya konteynerin
qeydiyyat nömrəsi göstərilmir.
Qrafa 11. «Yük
yerlərinin sayı və görünüşü, malların
təsviri» Olmayan
və ya məhv edilmiş malların pozulma obyektləri olan
mallara dair məlumatlar göstərilir.
Qrafa 12. «O və
ya Y» (yoxdur və məhv edilmişdir) («Y və ya M»)
Hər
bir olmayan və ya məhv edilmiş mal növünün qarşısında
miqdarı göstərilir.
Qrafa 13. «İradlar»
Hər
bir olmayan, yaxud məhv edilmiş mal növünün qarşısında
miqdarı göstərilir.
Qrafa 14. «Tarix və
yer» YNH-nin
tarixi və yeri göstərilir.
Qrafa 15. «Görülən
tədbirlər» Malların
daşınmasının davam etməsi üçün görülmüş
tədbirlərə dəlalət edən müvafiq kvadrata xaç
işarəsi qoyulur
Qrafa 16. Mallar digər
nəqliyyat vasitəsinə boşaldılıb-yükləndikdə
doldurulur. Bu cür
nəqliyyat vasitələrinə və yeni gömrük təminatlarına
dair bütün məlumatlar göstərilir.
Qrafa 17. «Protokolu
tərtib etmiş səlahiyyətli orqan»
YNH-nə
dair protokolu tərtib etmiş dövlət orqanının (gömrükxanadan
başqa) adı göstərilir.
Qrafa 18. «Növbəti
gömrükxananın qeydi» Fəaliyyət
zonasında YNH-si baş vermiş gömrükxana tərəfindən
yol-nəqliyyat hadisəsi faktının təsdiqi üçün
nəzərdə tutulmuşdur (qrafa 18). Qeyd: Əgər
protokol bilavasitə gömrük orqanı tərəfindən
tərtib olunursa, 17-ci qrafanın doldurulması vacib deyil. Yol-nəqliyyat
hadisəsi faktının gömrükxana tərəfindən
təsdiqi olmadıqda protokol etibarsız sayılır.
Protokol B Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
«BYD (Beynəlxalq Yük
Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci
il) tətbiq edilməklə yük daşımaları barədə
gömrük konvensiyasının tətbiqi qaydaları haqqında»
Əsasnamənin təsdiq edilməsi haqqında Əmr ¹ 24
25 may 1998-ci il Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 9-cu
maddəsinə əsasən əmr edirəm:
1.
«BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası
(BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları
barədə gömrük konvensiyasının tətbiqi
qaydaları haqqında» Əsasnamə təsdiq edilsin (əlavə
olunur).
2. Əsasnamə
normativ hüquqi akt kimi qeydiyyata alınması üçün
Ədliyyə Nazirliyinə təqdim olunsun.
3.
Bu Əsasnamə qeydiyyata alındığı gündən
qüvvəyə minsin.
4. İşlər
İdarəsi (R.Həsənəliyev) Əsasnamə Ədliyyə
Nazirliyində qeydə alındıqdan sonra Komitənin müvafiq
strukturlarına, yerli gömrük orqanlarına göndərilməsini,
eləcə də həmin orqanların bu Əsasnamənin 6 və
7 saylı əlavəsində göstərilən formada
qeydiyyat kitabları ilə təchiz olunmasını təmin
etsin.
5.
BYD kitabçası tətbiq edilməklə Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən, buradan aparılan
və ya ərazidən tranzitlə keçən yüklər,
eləcə də nəqliyyat vasitələri haqqında Azərbaycan
Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına
(ABADA-ya) gündəlik məlumatların verilməsi Statistika
və Təhlil İdarəsinə (A.Əliyev) tapşırılsın.
6.
BYD kitabçası tətbiq edilməklə daşınan
malların gömrük orqanının icazəsi olmadan verilməsi,
təyinat gömrükxanasına çatdırılmaması
zamanı zəmanət birliyinə iddiaların verilməsi Qaçaqmalçıdıq
və GQP ilə mübarizə Baş İdarəsinə
(G.Muradov), gömrük vergi və rüsumlarının
tutulmasının təmin edilməsi isə MT və VN Baş
İdarəsinə (F.Məmmədov) həvalə edilsin.
7.
Maddi Texniki Təchizat və Əsaslı Tikinti İdarəsi
(K.Qasımov) yerli gömrük orqanlarının beynəlxalq
standartlara uyğun plombirator, plomb və məftillərlə təmin
olunması üçün tədbirlər görsün.
8.
BYD kitabçalarının tətbiqi, düzgün doldurulması
və müvafiq kitablarda qeydiyyatına nəzarət KNTBİ-yə
(A.Əliyev) həvalə olunsun.
9. Əmrin
icrasına nəzarəti özümdə saxlayıram.
Komitənin sədri K.HEYDƏROV. «Azərbaycan
Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin
və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının
normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc
edilmişdir (1999-cu il, ¹ 4, səh. 13) («VES Consultancy» LLC).
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində
qeydə alınmışdır. Qeydiyyat ¹-si 104 Nazir S.HƏSƏNOVA 30 may 1998-ci il
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Gömrük Dövlət Komitəsi Əmr ¹ 24 25 may 1998-ci il Komitənin sədri K.HEYDƏROV
|
«Razılaşdırılmışdır»
Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyasının
Prezidenti T.NURULLAYEV 26 may 1998-ci il
|
|
BYD (Beynəlxalq Yük
Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci
il) tətbiq edilməklə yük daşımaları barədə
gömrük konvensiyasının tətbiqi qaydaları haqqında
Əsasnamə
1. Ümumi müddəalar
1.1.
BYD Konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında
malların aralıq boşalma yükləmələri həyata
keçirilmədən yol nəqliyyat vasitələrində,
nəqliyyat vasitələrindən ibarət qatarlarda və
konteynerlərdə müqavilə tərəflərindən
birinin göndərilmə gömrükxanasından bir və
ya bir neçə sərhəddən keçməklə digər
müqavilə tərəfinin təyinat gömrükxanasına
daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının
başlanğıcı və sonu arasındakı müəyyən
bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.
1.2.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl
olunmaqla daşınan mallar idxal və ya ixrac rüsum və
vergilərinin aralıq gömrükxanalarında (idxal zamanı
giriş, tranzit zamanı giriş və çıxış)
ödənilməsindən və depozitə qoyulmasından azad
edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının
rəsmiləşdirilməsi üçün yığımlar
tutulmur.
1.3.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl
olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində,
plomblanmış yol nəqliyyat vasitələrində,
plomblanmış yol nəqliyyat vasitələri qatarında və
ya plomblanmış konteynerlərdə daşınan mallar, bir
qayda olaraq, aralıq gömrükxanalarında gömrük baxışından
azad olunurlar.
Gömrük
baxışı müstəsna hal kimi nəqliyyat vasitələrinin
plomblanmış bölmələrində və ya konteynerlərdə
BYD kitabçasının yük manifestində göstərilməyən
əşyalar olmasını güman etməyə kifayət qədər
əsaslar olduğu təqdirdə həyata keçirilir.
Azərbaycan
Respublikasında BYD Konvensiyasının müddəaları
ictimai mənəviyyat, ictimai asayiş, səhiyyə və ya
gigiyena, eləcə də baytarlıq və ya fitosanitar nəzarət
mülahizələrindən irəli gələn məhdudiyyətlərin
tətbiq olunması üçün maneçilik törədilməsinə
xidmət etmir.
1.4.
Bu Əsasnamədə BYD Konvensiyasının müəyyən
etdiyi terminlərdən və əlavə olaraq aşağıdakı
terminlərdən istifadə olunur:- giriş
gömrükxanası — sərhəd buraxılış məntəqəsində
yerləşən, malların Azərbaycan Respublikasına
oradan keçməklə gətirildiyi Azərbaycan Respublikasının
aralıq gömrükxanası;
- çıxış
gömrükxanası — sərhəd buraxılış məntəqəsində
yerləşən, malların oradan keçməklə Azərbaycan
Respublikasından aparıldığı Azərbaycan
Respublikasının aralıq gömrükxanası;
- mallar
— BYD Konvensiyasına uyğun olaraq daşınan yüklər.
2. BYD prosedurasının tətbiqi şərtləri
2.1.
BYD prosedurası Azərbaycan Respublikasında o şərtlə
tətbiq olunur ki, mallar: - BYD
Konvensiyasına və bu Əsasnaməyə uyğun olaraq
doldurulmuş və sənədləşdirilmiş BYD kitabçası
ilə müşayiət olunsun;
- zəmanətverici
birliyin zəmanəti (təminatı) ilə təmin olunsun;
- əvvəlcədən
gömrük möhür və plombları altında (ağırçəkili
və irihəcmli malların daşınması istisna olmaqla)
daşınmaya buraxılmış (icazə verilmiş) yol nəqliyyat
vasitələrindən ibarət qatarlarda (karvanlarında) və
ya konteynerlərdə daşınsın.
2.2.
Nəqliyyat vasitələrinə «TIR» yazısı olan düzbucaqlı
lövhəcik qabaqda yerləşdirilir, digər bu cür lövhəcik
isə yol nəqliyyat vasitələrinin qatarının arxasına
elə bərkidilir ki, onlar aydın görünsünlər.
Bu lövhəciklər çıxarıla bilən olmalıdırlar.
2.3.
Göndərilmə gömrükxanaları yalnız bir ölkədə
yerləşməlidir.
Təyinat
gömrükxanaları ikidən artıq olmayan ölkələrdə
yerləşməlidirlər.
Göndərilmə
və təyinat gömrükxanalarının ümumi sayı
dörddən artıq olmamalıdır.
2.4.
Azərbaycan Respublikasının giriş və çıxış
gömrükxanaları malların müvafiq olaraq Azərbaycan
Respublikasının təyinat və ya çıxış gömrükxanalarına
çatdırılma müddətini müəyyən edə
və ya nəqliyyat vasitələrinin hərəkət marşrutunu
təyin edə bilərlər.
2.5.
Daşınan mallar üçün ödənilməli olan gömrük
rüsum və yığımlarının məbləği verilmiş təminatın
məbləğindən çox olduğu və ya daşıyıcının
Azərbaycan Respublikası gömrük qanunvericiliyinin müddəalarına
əməl olunmasına zəmanət verə bilməyəcəyini
güman etməyə kifayət qədər əsas olduğu
halda, malların gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən müşayiət edilməsi
tətbiq oluna bilər.
2.6.
Əgər BYD kitabçası tətbiq edilməklə daşınmanın
bir hissəsi BYD Konvensiyası və ya BYD prosedurasının
müqavilə tərəfi olmayan ölkənin ərazisindən
keçən zaman daha güzəştli nəqliyyat sistemləri
ilə əlaqədar gəlirsə, bu zaman BYD əməliyyatı
yolun bu hissəsində dayandırılır.
BYD
prosedurasına əməl olunmaqla daşınma gömrük
möhürləri və plombları və digər
identifikasiya (eyniləşdirmə) vasitələri zədələnmədiyi
təqdirdə yenidən davam etdirilir.
3. BYD kitabçası
3.1.
BYD kitabçası 4 səhifəli üz qabığından,
kəsilməyən (qoparılmayan) 1/2 nömrəli sarı vərəqdən
və 1/2 nömrəli kötükdən, 1 nömrəli (kəsilən)
vərəqlərdən və 1 nömrəli kötüklərdən
(ağ rəngli), 2 nömrəli kəsilən vərəqlərdən
və 2 nömrəli kötüklərdən (yaşıl rəngli)
və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı
rəngli) ibarətdir.
Kəsilən
vərəqlərin və onların kötüklərinin (1 və
2) birləşməsi (kombinasiyası) bir qayda olaraq hər bir
ölkədə (göndərilmə ölkəsində və
giriş gömrükxanalarında), 2 nömrəli kəsilən
vərəq və 2 nömrəli kötük isə çıxış
və təyinat gömrükxanalarında istifadə olunmaq üçün
nəzərdə tutulmuşdur.
Hal-hazırda
istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən
(yəni 7 və ya 10 komplektdən) ibarətdir və müvafiq
olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə
daşıma üçün nəzərdə tutulmuşdur.
3.2.
BYD kitabçasına çoxnövlü (qarışıq)
daşımalar (nəqletmə əməliyyatı bir neçə
nəqliyyat növündən istifadə edilməklə həyata
keçirilən zaman) nəzərdə tutulmuş xüsusi vərəq
əlavə edilə bilər. Göstərilən vərəq
müstəsna olaraq daşıyıcıların ehtiyacları
üçün nəzərdə tutulmuşdur, gömrük
orqanları tərəfindən doldurulmur və ona nəzarət
edilmir, ancaq onlar tərəfindən əlavə məlumat
almaq məqsədilə, zəruri olduqda istifadə edilir.
3.3.
BYD prosedurasına əməl olunmaqla daşımanı həyata
keçirməyə yalnız BYD kitabçasının
sahibinin hüququ vardır.
3.4.
BYD kitabçaları 1975-ci il BYD Konvensiyasının iştirakçı
dövlətlərinin zəmanət birlikləri tərəfindən
verilir.
Azərbaycan
Respublikasında BYD kitabçaları ABADA (Azərbaycan Beynəlxalq
Avtomobil Daşıyıcıları Assosiasiyası) tərəfindən
verilir. Bu cür kitabçalar ingilis və rus dillərində
çap olunan birinci kəsilməyən sarı vərəqi çıxmaq
şərti ilə, fransız dilində çap olunur.
3.5.
BYD kitabçası bu Əsasnaməyə 1 nömrəli əlavədə
göstərilən qaydalara uyğun olaraq doldurulur.
BYD
kitabçasının üz qabığının, 1 nömrəli
və 2 nömrəli kəsilməyən vərəqinin, 1 nömrəli
və 2 nömrəli kəsilən vərəqlərinin və
1 nömrəli və 2 nömrəli kötüklərinin
doldurulma nümunələri bu Əsasnaməyə 2—5 saylı
əlavələrdə göstərilmişdir.
BYD
kitabçasında pozmalara və ləkələmələrə
yol verilmir. Bütün düzəlişlər yanlış məlumatların
üstündən x | |