Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Hansı dövlətlərdən gətirilən mallar üçün idxal rüsumları alınmır və hansı mallar idxal rüsumlarından azaddır?

— Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Qazaxstan və Belorusiya Respublikası Hökumətləri ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış azad ticarət sazişlərinə uyğun olaraq həmin ölkələrdən gətirilən mallardan idxal rüsumu alınmır. "Gömrük Tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 22 aprel 1998-ci il tarixli 91 saylı qərarının 4-cü bəndində göstərilən mallar idxal rüsumuna cəlb olunmur.

Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb