| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyaların dövriyyəsinin
tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
«Mülki
dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına xüsusi
icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar qərara
alıram:
1.
«Mülki dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına xüsusi
icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə
xüsusi icazə verilməsi Qaydaları» təsdiq edilsin (əlavə
olunur— Əlavə
1 ).
2.
«Mülki dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına xüsusi
icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə
xüsusi icazə verən mərkəzi icra hakimiyyəti
orqanlarının Siyahısı» təsdiq edilsin (əlavə
olunur— Əlavə
2 ).
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: 3.1.
Mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyaların dövriyyəsinə və onun şərtlərinin
gözlənilməsinə nəzarət Qaydalarının
layihəsini, habelə əşyaların dövriyyəsinə
əlavə şərtləri Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 3.2.
Bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Prezidenti İlham ƏLİYEV
Bakı şəhəri, 12 sentyabr
2005-ci il
¹ 292
«Respublika» qəzetində dərc
edilmişdir (13 sentyabr 2005-ci il, ¹ 212) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2005-ci il, ¹
9, maddə 798) («VES Consultancy» LLC).
31 oktyabr 2005-ci il tarixli, 309 nömrəli;
25 may 2006-cı il tarixli, 410 nömrəli; 14 mart 2007-ci il
tarixli, 553 nömrəli; 16 avqust 2007-ci il tarixli, 617 nömrəli
fərmanlara əsasən dəyişikliklə («VES Consultancy»
LLC).
Azərbaycan
RespublikasıPrezidentinin
2005-ci il 12 sentyabr tarixli,
292 ¹-li Fərmanı ilə
təsdiq edilmişdir
Əlavə 1
Mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsinə xüsusi icazə
verilməsi Qaydaları I. Ümumi müddəalar
1.1.
Bu Qaydalar «Mülki dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına xüsusi
icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 12 fevral tarixli, 26 nömrəli Fərmanına əsasən
hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyaların dövriyyəsinə (bundan sonra—əşyaların
dövriyyəsi) xüsusi icazə verilməsini tənzimləyir. 1.2.
Əşyaların dövriyyəsinə xüsusi icazə Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi
icra hakimiyyəti orqanları (bundan sonra—dövlət orqanları)
tərəfindən bu Qaydalara uyğun olaraq verilir. 1.3.
Xüsusi icazə hüquqi və fiziki şəxslərə
(bundan sonra—ərizəçi) verilə bilər. 1.4.
Əşyaların dövriyyəsinə xarici dövlətlər
tərəfindən verilmiş xüsusi icazələrin Azərbaycan
Respublikasında tanınması Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələri ilə müəyyən edilir. Qeyd edilən
dövlətlərarası müqavilələr olmadığı
halda əşyaların dövriyyəsi üçün tələb
olunan xüsusi icazə bu Qaydalara uyğun olaraq alınmalıdır. 1.5.
Əşyaların dövriyyəsi üçün verilmiş
xüsusi icazənin sahibi ona verilən xüsusi icazədən
yalnız özü istifadə edə bilər və onu başqa
şəxsə verə bilməz. Əşyaların dövriyyəsinə
verilmiş xüsusi icazənin qüvvəsi xüsusi icazə
sahibinin təsisçisi olduğu hüquqi şəxslərə,
habelə xüsusi icazə sahibi ilə birgə fəaliyyət,
o cümlədən onunla əməkdaşlıq barədə
bağlanmış müqavilə əsasında fəaliyyət
göstərən başqa şəxslərə şamil
edilmir. 1.6.
Əşyaların dövriyyəsinə xüsusi icazə
qanunvericilik aktları ilə nəzərdə tutulmuş
hallarda dövlət müəssisələrinə və ya səhmlərin
nəzarət zərfi dövlətə məxsus olan səhmdar
cəmiyyətlərinə də verilə bilər. 1.7.
Əşyaların dövriyyəsinə onların növündən
asılı olaraq Azərbaycan Respublikasının
qanunvericiliyi ilə bu Qaydalarda müəyyən edilən xüsusi
icazə verilmə qaydalarından fərqli qaydalar müəyyən
edilə bilər. Belə olan halda bu Qaydalar həmin əşyaların
dövriyyəsinə şamil edilmir.
II. Əşyaların
dövriyyəsinə xüsusi icazənin verilməsi 2.1.
Əşyaların dövriyyəsinə xüsusi icazə
almaq üçün ərizəçi müvafiq xüsusi
icazəni verən dövlət orqanına aşağıda göstərilən
sənədləri təqdim edir: 2.1.1.
əşyaların dövriyyəsinə xüsusi icazə
almaq üçün aşağıdakılar göstərilmiş
ərizə; 2.1.1.1.
hüquqi şəxslər üçün—adı, hüquqi ünvanı,
sahibkarlıq fəaliyyətinin növü; 2.1.1.2.
fiziki şəxslər üçün—adı, atasının
adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair
məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən
verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü; 2.1.2.
ərizəyə aşağıdakı sənədlər əlavə
olunur: 2.1.2.1.
ərizəçinin vergi orqanları tərəfindən
vergi uçotuna alınması haqqında müvafiq sənədin
surəti; 2.1.2.2.
əşyaların göstəricilərindən və dövriyyənin
xüsusiyyətlərindən asılı olaraq: 2.1.2.2.1.
qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın
surəti; 2.1.2.2.2.
qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq
icra hakimiyyəti orqanının rəyi; 2.1.2.2.3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən əlavə şərtləri əks
etdirən sənədlər. 2.2.
Əşyaların dövriyyəsinə xüsusi icazə alınması
üçün Qaydalarda və digər qanunvericilik aktlarında
nəzərdə tutulmayan sənədlərin ərizəçidən
tələb olunması qadağandır və qanunla nəzərdə
tutulmuş qaydada məsuliyyətə səbəb olur. 2.3.
Əşyaların dövriyyəsinə xüsusi icazə
almaq üçün təqdim edilən sənədlər xüsusi
icazəni verən müvafiq dövlət orqanı tərəfindən
qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən
edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə
çatışmazlıqlar və ya imtina üçün əsas
olmadıqda, müvafiq dövlət orqanında sənədlər
qeydə alındığı gündən başlayaraq, 10 gündən
gec olmayan müddətdə əşyaların dövriyyəsinə
xüsusi icazə verilməsi haqqında qərar qəbul
edilir. 2.4.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar
aşkar edildikdə, sənədlər xüsusi icazəni verən
müvafiq dövlət orqanı tərəfindən bu barədə
ərizəçiyə 3 gündən gec olmayaraq təqdim
edilmiş sənədlərdə olan çatışmazlıqlar
konkret göstərilməklə yazılı məlumat
verilir. Ərizəçi təqdim etdiyi sənədlərdəki
çatışmazlıqları aradan qaldırdıqdan və
sənədləri təkrar təqdim etdikdən sonra, onlara xüsusi
icazəni verən müvafiq dövlət orqanı tərəfindən
5 gün müddətində baxılır və müvafiq qərar
qəbul edilir. 2.5.
Əşyaların dövriyyəsinə xüsusi icazənin
verilməsindən yalnız qanunvericilik aktlarında nəzərdə
tutulmuş hallarda imtina oluna bilər. 2.6.
Ərizəçiyə əşyaların dövriyyəsinə
xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə
ona qanunvericilik aktlarında nəzərdə tutulmuş imtinanın
səbəbləri göstərilməklə, 10 gün müddətində
yazılı məlumat verilir. Əşyaların dövriyyəsinə
xüsusi icazənin verilməsindən imtina edilməsindən
qanunvericiliyə uyğun olaraq inzibati
qaydada və (və ya) məhkəməyə şikayət
verilə bilər. 2.7.
Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs
vəfat etdikdə, həmin şəxslərə əşyaların
dövriyyəsinə verilən müvafiq xüsusi icazə öz
hüquqi qüvvəsini itirir. 2.8.
Hüquqi şəxs yenidən təşkil edildikdə, ərizəçi
10 gün müddətində əşyaların dövriyyəsinə
xüsusi icazənin bu Qaydalara uyğun olaraq yenidən rəsmiləşdirilməsi
üçün xüsusi icazəni verən müvafiq dövlət
orqanına bu Qaydaların 2.1-ci bəndində nəzərdə
tutulmuş ərizəni və müvafiq sənədləri təqdim
etməlidir. 2.9.
Əşyaların dövriyyəsinə xüsusi icazənin
yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi
öz fəaliyyətini əvvəlki xüsusi icazə əsasında
həyata keçirir. 2.10.
Hüquqi şəxsin adı və hüquqi ünvanı,
fiziki şəxsin şəxsiyyət vəsiqəsinə dair
məlumatlar (seriya, nömrə, kim tərəfindən və
nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə,
yaxud xüsusi icazə itirildikdə, xüsusi icazəni verən
müvafiq dövlət orqanı tərəfindən 3 gündən
gec olmayaraq yeni xüsusi icazə verilir. 2.11.
Əşyaların dövriyyəsinə xüsusi icazədə
aşağıdakılar göstərilir: 2.11.1.
əşyaların dövriyyəsinə xüsusi icazəni
verən dövlət orqanının adı; 2.11.2.
xüsusi icazə verilən: 2.11.2.1.
hüquqi şəxsin adı və hüquqi ünvanı; 2.11.2.2.
fiziki şəxslərin adı, atasının adı, soyadı
şəxsiyyət vəsiqəsinə dair məlumat (seriya, nömrə,
kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı); 2.11.3.
əşyaların dövriyyəsinə xüsusi icazənin
qeydiyyat nömrəsi və verilmə tarixi; 2.11.4.
əşyaların dövriyyəsinin Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən
edildikdə əlavə şərtləri. 2.12.
Əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq
xüsusi icazəni verən dövlət orqanının rəhbəri
tərəfindən imzalanır və həmin orqanın möhürü
ilə təsdiq edilir. 2.13.
Ciddi hesabat blankları kimi xüsusi icazə blanklarının
müxtəlif yerlərində gizli nişanlar (xüsusi
emblem, tor, holoqram və ya su nişanları) əks etdirilməlidir. 2.14.
Əşyaların dövriyyəsinə xüsusi icazə müddətsiz
verilir. Bu Qaydalarda nəzərdə tutulduğu hallarda və
qaydada dayandırıla, bərpa edilə və ya ləğv edilə bilər. 2.15.
Əşyaların dövriyyəsinə xüsusi icazə verən
müvafiq dövlət orqanı verdiyi, qeydə aldığı,
dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin
reyestrini müəyyən edilmiş qaydada aparır.
III. Əşyaların
dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə
nəzarət 3.1.
Xüsusi icazə sahibi tərəfindən əşyaların
dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə
riayət olunmasına əşyaların dövriyyəsinə
xüsusi icazə verən müvafiq dövlət orqanları
nəzarət edirlər. 3.2.
Xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların
dövriyyəsinin şərtlərinə uyğunluğunun
yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti
yoxlamalar və müvafiq səlahiyyətli dövlət
orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin
müraciətləri əsasında növbədənkənar
yoxlanıla bilər. Növbəti və növbədənkənar
yoxlamaların keçirilməsi qaydası, habelə növbədənkənar
yoxlamaların keçirilməsinin əsasları qanunvericiliklə
müəyyən edilir.
IV. Əşyaların
dövriyyəsi üçün verilən xüsusi icazənin
qüvvəsinin dayandırılması, bərpa edilməsi və
ya ləğv edilməsi 4.1.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə verən dövlət orqanı xüsusi icazənin qüvvəsini
aşağıdakı hallarda dayandırır: 4.1.1.
xüsusi icazə sahibi tərəfindən əşyaların
dövriyyəsi üçün verilmiş xüsusi icazənin
qüvvəsinin dayandırılması barədə müvafiq
ərizə təqdim edildikdə; 4.1.2.
xüsusi icazə sahibi tərəfindən əşyaların
dövriyyəsi və bununla əlaqədar onun fəaliyyəti
ilə bağlı digər normativ hüquqi aktlara əməl
edilmədikdə; 4.1.3.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulan digər hallarda. 4.2.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə verən dövlət orqanı xüsusi icazənin
dayandırılması haqqında qərar qəbul etdiyi andan
3 gün müddətində yazılı şəkildə xüsusi
icazənin sahibinə məlumat göndərməklə, xüsusi
icazənin qüvvəsini dayandırır. 4.3.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazənin dayandırılmasına səbəb olan hallar
aradan qaldırıldıqdan sonra xüsusi icazə onun
sahibinin müraciətinə və həmin halların aradan
qaldırılmasını təsdiq edən sənədlərə
əsasən bərpa edilə bilər. Əşyaların dövriyyəsi
üçün xüsusi icazə verən dövlət orqanı
tərəfindən bu barədə qərar qəbul edildikdə,
xüsusi icazənin qüvvəsi bərpa edilmiş hesab
olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində
yeni xüsusi icazə verilir. 4.4.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə verən dövlət orqanı xüsusi icazəni aşağıdakı
hallarda ləğv edir: 4.4.1.
xüsusi icazə sahibi tərəfindən əşyaların
dövriyyəsi üçün verilmiş xüsusi icazənin
ləğv edilməsi barədə müvafiq ərizə təqdim
edildikdə; 4.4.2.
xüsusi icazənin verilməsi üçün təqdim edilən
sənədlərdə saxta və təhrif olunmuş məlumat
aşkar edildikdə; 4.4.3.
məhkəmənin müvafiq qərarı olduqda; 4.4.4.
hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs
vəfat etdikdə; 4.4.5.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulan digər hallarda. 4.5.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə verən dövlət orqanı xüsusi icazənin ləğv edilməsi haqqında qərar
qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə
xüsusi icazənin sahibinə məlumat göndərməklə
xüsusi icazəni ləğv edir. Xüsusi icazə
sahibi 3 gün müddətində xüsusi icazəni onu vermiş
dövlət orqanına geri qaytarmalıdır.
V. Əşyaların
dövriyyəsi üçün xüsusi icazə verən dövlət
orqanının vəzifəli şəxslərinin və ərizəçilərin
məsuliyyəti 5.1.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə verən dövlət orqanlarının vəzifəli
şəxsləri bu Qaydalara və əşyaların dövriyyəsi
ilə bağlı digər qanunvericilik aklarına riayət
etmədikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar. 5.2.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə almaq üçün müraciət etmiş ərizəçilər
saxta sənədlərin təqdim edilməsinə, habelə xüsusi
icazə sahibləri əşyaların dövriyyəsi ilə
bağlı qanunvericilik aktlarının pozulmasına görə
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar. 5.3.
Əşyaların dövriyyəsi üçün xüsusi
icazə verən dövlət orqanlarının qəbul etdiyi
qərarlardan və onların vəzifəli şəxslərinin
hərəkətlərindən (hərəkətsizliyindən)
qanunvericiliyə uyğun olaraq
inzibati qaydada və (və ya) məhkəməyə şikayət
verilə bilər.
Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 12 sentyabr tarixli,
292 ¹-li Fərmanı ilə
təsdiq edilmişdir
Əlavə 2
Mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsinə xüsusi icazə verən
mərkəzi icra hakimiyyəti orqanlarının
Siyahısı
| Sıra ¹-si
|
Mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyalar
|
Xüsusi icazə
verən icra hakimiyyəti orqanı
|
| 1.
|
Hərbi
silah və sursat istehsal etmək üçün avadanlıq
|
Azərbaycan Respublikasının Müdafiə
Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin rəyi nəzərə alınmaqla)
|
| 2.
|
Döyüş
təyinatlı hərbi texnikanı istehsal etmək üçün
avadanlıq
|
Azərbaycan Respublikasının Müdafiə
Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin rəyi nəzərə alınmaqla)
|
| 3.
|
Xidməti
və mülki silah
|
Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
|
| 4.
|
Kosmik-peyk rabitə vasitələri Xüsusi
məxfi rabitə vasitələri və şifrləri, bu
vasitələrin və şifrlərin istehsalı üçün
nəzərdə tutulan avadanlıq
|
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin rəyi nəzərə alınmaqla) Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
|
| 5.
|
Qızılın
və digər qiymətli metalların, neftin, neft məhsullarının
və təbii qazın hasilatı və emalı, neft və
neft məhsulları tullantılarının emalı vasitələri
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
|
| 6.
|
İonlaşdırıcı
şüa mənbələri, o cümlədən radioaktiv
maddələr, belə mənbələrin və maddələrin
istehsalı üçün nəzərdə tutulan avadanlıq,
təsərrüfat-məişət və tibbi əhəmiyyətli
aparatlar istisna olmaqla, şüa verən aparatlar
|
Azərbaycan
Respublikasının Dövlət Sənayedə İşlərin
Təhlükəsiz Görülməsinə Nəzarət və
Dağ-Mədən Nəzarəti Komitəsi
|
| 7.
|
Qiymətli
kağızların çap edilməsi üçün
avadanlıq və belə avadanlığın istehsalı üçün
avadanlıq
|
Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan
Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin rəyi nəzərə alınmaqla)
|
| 8.
|
Qanunla
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi
məhdudlaşdırılan narkotik vasitələr, psixotrop
maddələr və prekursorlar, Azərbaycan Respublikasının
ərazisində dövriyyəsinə nəzarət edilən
psixotrop maddələr və prekursorlar, narkotik vasitə və
psixotrop maddələrin istehsalında istifadə edilən və
dövriyyəsinə nəzarət edilən avadanlıq
|
Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə
alınmaqla)
|
| 9.
|
Partlayıcı
maddələr və qurğular Tezalışan
maddələr və pirotexniki məmulatlar
|
Azərbaycan
Respublikasının Dövlət Sənayedə İşlərin
Təhlükəsiz Görülməsinə Nəzarət və
Dağ-Mədən Nəzarəti Komitəsi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
|
| 10.
|
Ozondağıdıcı
maddələr və tərkibində belə maddələr
olan məhsullar
|
Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
|
| 11.
|
Narkotik
vasitələrə və psixotrop maddələrə aid
olmayan güclü təsir edən və ya zəhərli
maddələr, həmin maddələri hazırlamaq və ya
emal etmək üçün avadanlıq
|
Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə
alınmaqla)
|
| 12.
|
Gizli
qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələr
|
Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
|
| 13.
|
Radiomüşahidə
və radionəzarət aparmaq üçün geniş tezlik
diapazonlu radioqəbuledici qurğular
|
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin rəyi nəzərə alınmaqla)
|
| 14.
|
Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
edilən güc meyarı həddindən artıq olan radioötürücülər
|
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi
|
Qeyd: Siyahının 1-ci, 2-ci, 3-cü, 6-cı, 8-ci, 9-cu və
11-ci bəndlərində göstərilən mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyaların
idxal-ixrac əməliyyatları «Azərbaycan Respublikasında
xarici ticarətin daha da liberallaşdırılması haqqında»
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli,
609 nömrəliFərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi haqqında Qaydalar»ın 7-ci bəndinə
əsasən müstəsna olaraq, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin sərəncamları əsasında həyata
keçirilir.
©
VES Consultancy LLC
|
|
|
|
|
|
|