| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və
əlavələr edilməsi və bəzi fərmanlarının
qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
1.
«İnhisarçı müəssisələrin və
birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin
(tariflərinin) dövlət tərəfindən tənzimlənməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il
24 dekabr tarixli, 377 nömrəli Fərmanının (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 24, maddə
1083; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 10, maddə 640) 2-ci bəndinin birinci abzası çıxarılsın.
2.
«Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin 1994-cü
il 5 aprel tarixli, 125 nömrəli Fərmanının (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 7,
maddə 71; Azərbaycan Respublikası Prezidentinin 1996-cı il
17 dekabr tarixli, 520 nömrəli Fərmanı) 6-cı bəndinin
beşinci və altıncı abzasları çıxarılsın.
3.
«Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında» Azərbaycan Respublikası
Prezidentinin 1994-cü il 15 iyun tarixli, 152 nömrəli Fərmanının
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü
il, ¹ 11, maddə 130, ¹ 20, maddə 308) 3-cü bəndinin
ikinci abzası çıxarılsın.
4.
«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli, 619
nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 416; 2004-cü il,
¹ 6, maddə 437; 2005-ci il, ¹ 4, maddə 303) 2-ci bəndinə
aşağıdakı məzmunda onuncu abzas əlavə
edilsin:
«Yanğın
təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası
Qanununun 22-ci maddəsinin dördüncü hissəsində nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası həyata keçirir.».
5.
«Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 25 iyul tarixli, 616 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il,
¹ 6, maddə 448; 2001-ci il, ¹ 10, maddə 640; 2004-cü
il, ¹ 7, maddə 526; 2005-ci il, ¹ 2, maddə 69) aşağıdakı
dəyişikliklər və əlavə edilsin:
5.1.
2-ci bəndin üçüncü abzasından «120-ci
maddəsinin 6-cı hissəsində,» və «160-cı
maddəsinin 1-ci hissəsində,» sözləri, altıncı
abzasından isə «113, 114-cü maddələrində,»
sözləri çıxarılsın;
5.2.
2-ci bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə
edilsin:
«Gömrük
Məcəlləsinin 113-cü, 114-cü maddələrində,
120-ci maddəsinin 6-cı hissəsində və 160-cı maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş «müvafiq
icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası
həyata keçirir.».
6.
«Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununda dəyişikliklər və əlavələr
edilməsi barədə» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli, 647 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, ¹ 6, maddə 503; 2001-ci il, ¹ 10, maddə
640) aşağıdakı dəyişiklik və əlavə
edilsin:
6.1.
2-ci bəndin üçüncü abzasından «14-cü,»
rəqəmi çıxarılsın;
6.2.
2-ci bəndə aşağıdakı məzmunda dördüncü
abzas əlavə edilsin:
«həmin
Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət)
Şurası öz səlahiyyətləri daxilində həyata
keçirirlər.».
7.
«Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli,
Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə
Məcəlləsinin tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli, 693
nömrəli Fərmanına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 177; 2003-cü il,
¹ 10, maddə 546; 2004-cü il, ¹ 12, maddə 1005) aşağıdakı
dəyişiklik və əlavə edilsin: 7.1.
2-ci bəndin üçüncü abzasından «doqquzuncu,»
sözü çıxarılsın; 7.2.
2-ci bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə
edilsin:
«həmin
Məcəllənin 27-ci maddəsinin birinci hissəsinin
doqquzuncu abzasında nəzərdə tutulmuş «müvafiq
icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri
daxilində həyata keçirirlər.».
8.
«Yerin təki haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
¹ 4, maddə 247; 2003-cü il, ¹ 10, maddə 546) aşağıdakı
dəyişikliklər edilsin: 8.1.
1-ci bəndin otuz ikinci abzasından «və miqdarını»
sözləri çıxarılsın; 8.2.
2-ci bəndin on yeddinci abzasında «həyata keçirir»
sözləri «və Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası öz səlahiyyətləri
daxilində həyata keçirirlər» sözləri
ilə əvəz edilsin.
9.
«Elektroenergetika haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli, 723 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹ 6, maddə 384; 2003-cü il, ¹ 10, maddə
582) aşağıdakı dəyişikliklər edilsin: 9.1.
2-ci bəndin altıncı abzasında «Azərbaycan
Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri
daxilində həyata keçirirlər» sözləri «Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir»
sözləri ilə əvəz edilsin; 9.2.
həmin bəndin səkkizinci abzasında «birgə razılaşdıraraq
həyata keçirirlər» sözləri «birgə
razılaşdırır, Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası isə həyata keçirir»
sözləri ilə əvəz edilsin.
10.
«Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli, 738
nömrəli Fərmanına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 448; 2001-ci il,
¹ 12, maddə 755; 2004-cü il, ¹ 1, maddə 19) aşağıdakı
dəyişikliklər və əlavə edilsin: 10.1.
1-ci bəndin on üçüncü abzasından «dərəcələrini
və» sözləri çıxarılsın; 10.2.
2-ci bəndin üçüncü abzasında «,26-cı
maddəsinin beşinci hissəsində və 28-ci maddəsinin
ikinci hissəsində» sözləri «və 26-cı
maddəsinin beşinci hissəsində» sözləri
ilə əvəz edilsin; 10.3.
2-ci bəndə aşağıdakı məzmunda səkkizinci
abzas əlavə edilsin:
«həmin
Qanunun 28-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası öz səlahiyyətləri daxilində
həyata keçirirlər.».
11.
«Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli,
747 nömrəli Fərmanına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 8, maddə 497; 2003-cü il,
¹ 10, maddələr 546, 571) aşağıdakı dəyişiklik
və əlavə edilsin:
11.1.
2-ci bəndin dördüncü abzasından «və 24-cü
maddəsinin üçüncü hissəsində» sözləri
çıxarılsın;
11.2.
2-ci bəndə aşağıdakı məzmunda səkkizinci
abzas əlavə edilsin:
«həmin
Qanunun 24-cü maddəsinin üçüncü hissəsində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri
daxilində həyata keçirirlər.».
12.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli, 773 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 576; 2001-ci il,
¹ 10, maddə 640; 2003-cü il, ¹ 10, maddə 585; 2004-cü
il, ¹ 7, maddə 526) 2-ci bəndinin üçüncü
abzasında «orqanları»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi həyata keçirirlər» sözləri «orqanı»nın
səlahiyyətlərini Tarif (qiymət) Şurası həyata
keçirir» sözləri ilə əvəz edilsin.
13.
«İstehsalat və məişət tullantıları
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 26 oktyabr tarixli, 3 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
¹ 10, maddə 611; 2003-cü il, ¹ 10, maddə 546) aşağıdakı
dəyişiklik və əlavə edilsin: 13.1.
2-ci bəndin ikinci abzasından «18-ci maddəsinin dördüncü
hissəsində,» sözləri çıxarılsın; 13.2.
2-ci bəndə aşağıdakı məzmunda səkkizinci
abzas əlavə edilsin: «həmin
Qanunun 18-ci maddəsinin dördüncü hissəsində nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası öz səlahiyyətləri daxilində
həyata keçirirlər.».
14.
«Energetika haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli, 85 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 69; 2003-cü il,
¹ 10, maddə 582) 2-ci bəndinin yeddinci abzasında «və
Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
birgə razılaşdıraraq» sözləri «,Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri
daxilində» sözləri ilə əvəz edilsin.
15.
«Kitabxana işi haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 115 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 3, maddə 167; 2002-ci il,
¹ 8, maddə 482; 2006-cı il, ¹ 9, maddə 743) 2-ci bəndinə
aşağıdakı məzmunda altıncı abzas əlavə
edilsin:
«həmin
Qanunun 28-ci maddəsinin üçüncü hissəsində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».
16.
«Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 21 oktyabr tarixli, 409 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 10, maddə 724) 2-ci bəndinin dördüncü abzasında
«17.1-ci» sözlərindən sonra «(birinci
halda)» sözləri əlavə edilsin, həmin bəndə
aşağıdakı məzmunda beşinci abzas əlavə
edilsin: «həmin
Qanunun 17.1-ci maddəsində (ikinci halda) nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası həyata keçirir.».
17.
«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq olunmasını təmin edən əlavə
tədbirlər barədə» Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 2 mart tarixli, 446 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
¹ 3, maddə 154, ¹ 10, maddə 640) üçüncü
abzasında «Maliyyə Nazirliyi» sözlərindən
sonra «və Azərbaycan Respublikasının Tarif (qiymət)
Şurası» sözləri əlavə edilsin.
18.
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun
15-ci maddəsinə dəyişikliklər edilməsi haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 8 may tarixli, 482 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 5, maddə 301) 2-ci bəndində «Nazirlər
Kabineti həyata keçirir» sözləri «Azərbaycan
Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri
daxilində həyata keçirirlər» sözləri
ilə əvəz edilsin.
19.
«Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsinin tətbiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 541 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 478; 2005-ci il,
¹ 2, maddə 69; 2006-cı il, ¹ 12, maddə 1053) 2-ci bəndinə
aşağıdakı məzmunda yeddinci abzas əlavə
edilsin: «həmin
Məcəllənin 28.4-cü maddəsində nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası həyata keçirir;».
20.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun
tarixli, 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 6, maddə 286) ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi haqqında Əsasnamə»nin 9.18-ci bəndindən
«daşımaların baza tariflərini müəyyən
edir,» sözləri çıxarılsın.
21.
«Feldyeger rabitəsi haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 903 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹ 8, maddə 432) aşağıdakı
dəyişiklik və əlavə edilsin: 21.1.
2-ci bəndin üçüncü abzasından «11.3-cü,»
sözü çıxarılsın; 21.2.
2-ci bəndə aşağıdakı məzmunda yeddinci abzas
əlavə edilsin:
«həmin
Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası
həyata keçirir.».
22.
«Poçt rabitəsi haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust
tarixli, 115 nömrəli Fərmanına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 8, maddə 623) aşağıdakı
məzmunda 3.6-cı bənd əlavə edilsin: «3.6.
həmin Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası
həyata keçirir.».
23.
«İctimai televiziya və radio yayımı haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr
tarixli, 141 nömrəli Fərmanına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 11, maddə 905) aşağıdakı
məzmunda 3.3-cü bənd əlavə edilsin: «3.3.
həmin Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası
həyata keçirir.».
24.
«Meliorasiya və irriqasiya haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər və əlavələr
edilməsi barədə» Azərbaycan Respublikası
Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər
haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 29 dekabr tarixli, 165 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12,
maddə 1011) aşağıdakı dəyişiklik və əlavə
edilsin: 24.1.
1-ci bənddə «və yeddinci hissəsinin birinci cümləsində
(birinci halda)» sözləri çıxarılsın; 24.2.
1-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin: «həmin
Qanunun 25-ci maddəsinin yeddinci hissəsinin birinci cümləsində
(birinci halda) nəzərdə tutulmuş «müvafiq icra
hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».
25.
«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
əlavə və dəyişikliklər edilməsi barədə»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında»
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr
tarixli, 169 nömrəli Fərmanına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12, maddə 1015; 2005-ci
il, ¹ 12, maddə 1099) aşağıdakı dəyişiklik
və əlavə edilsin: 25.1.
2.1-ci bənd çıxarılsın; 25.2.
aşağıdakı məzmunda 2.6-cı bənd əlavə
edilsin: «2.6.
həmin Məcəllənin 14.10-cu maddəsində (hər
iki halda) nəzərdə tutulmuş «müvafiq icra
hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».
26.
«Telekommunikasiya haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli, 277 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 8, maddə 709; 2006-cı il, ¹ 5, maddə
404; ¹ 11, maddə 947) aşağıdakı məzmunda
2.10-cu bənd əlavə edilsin: «2.10.
həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası
həyata keçirir.».
27.
«Qiymətlərin və tariflərin liberallaşdırılması
haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il
2 yanvar tarixli, 540 nömrəli Fərmanı (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 1, maddə
15) qüvvədən düşmüş hesab edilsin.
28.
«Çörəyin pərakəndə satış qiymətlərinin
aşağı salınması haqqında» Azərbaycan
Respublikası Prezidentinin 1992-ci il 18 yanvar tarixli, 552 nömrəli
Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 3, maddə 54) qüvvədən düşmüş
hesab edilsin.
29.
Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Prezidenti İlham ƏLİYEV Bakı şəhəri,
14 iyun 2007-ci il ¹ 588
«Azərbaycan»
qəzetində dərc edilmişdir (17 iyun 2007-ci il, ¹ 131)
(«VES Consultancy» LLC)
© VES
Consultancy LLC
|
|
|
|
|
|
|