| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən
vahid gömrük siyasətinin həyata keçirilməsi, gömrük
xidmətinin səmərəli fəaliyyətinin təmin
edilməsi, komitənin təşkilat strukturunun möhkəmləndirilməsi
məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
kollegiyasının tərkibi təsdiq edilsin.
2.
Tutduqları vəzifələrə görə aşağıdakı
şəxslər kollegiyanın tərkibinə daxil edilsinlər. Kollegiyanın sədri:
Dövlət
Gömrük Komitəsinin sədri Kollegiyanın üzvləri:
Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini Dövlət
Gömrük Komitəsi sədrinin müavinləri Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Gömrük
Qaydalarının Pozulması və Qaçaqmalçılıqla
Mübarizə Baş İdarəsinin rəisi Baş
Maliyyə-Tarif İdarəsinin rəisi Kadrlar
İdarəsinin rəisi Naxçıvan
Muxtar Respublikası Gömrük Komitəsinin sədri Bakı
Baş Gömrük İdarəsinin rəisi
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 30
iyul tarixli, 285 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri,
1 may 1995-ci il ¹ 170 «Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir
(1995-ci il, ¹ 9, maddə 187) («VES Consultancy» LLC). © VES
Consultancy LLC
|
|
|
|
|
|
|