| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
əməkdaşlarına ali xüsusi
rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Səttar oğlu Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:
Nazim Xeyrulla oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Qambay Rüstəm oğlu Əliyev – “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin direktoru.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
¹ 2644
Bakı şəhəri, 31 yanvar 2008-ci il.
|
|
|
|
|
|
|