Azərbaycan Respublikası
Nazirlər Kabineti Azərbaycan Respublikası
Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Gömrük
Komitəsinin məsələləri haqqında» 1992-ci il
1 iyun tarixli, 301 nömrəli qərarına əlavə və
dəyişikliklər edilməsi və «Gömrük fəaliyyətinin
bəzi növlərindən daxil olan vəsaitlərin istifadə
olunması haqqında» 1991-ci il 6 sentyabr tarixli, 304 nömrəli
qərarının qüvvəsini itirməsi haqqında
Qərar ¹ 19
Bakı şəhəri,19 yanvar 1994-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabineti qərara alır:
I.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan
Respublikası Gömrük Komitəsinin məsələləri
haqqında» 1992-ci il 1 iyun tarixli, 301 nömrəli qərarına
aşağıdakı əlavə və dəyişikliklər
edilsin: 1.
Azərbaycan Respublikası Milli Məclisinin «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin tərkibi haqqında»
1993-cü il 24 aprel tarixli qərarına əsasən, «Azərbaycan
Respublikası Gömrük Komitəsi» sözləri hər
yerdə «Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi» sözləri ilə əvəz edilsin.
2.
Bu qərara əlavə kimi təsdiq edilmiş «Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinə tabe
olan təşkilatların siyahısı» yeni redaksiyada
verilsin (əlavə olunur).
3.
5-ci bəndin birinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
«Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi büdcə vəsaiti hesabına maliyyələşdirilir.»
4.
6-cı bəndin birinci hissəsi aşağıdakı
redaksiyada verilsin: «Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinə
ixtiyar verilsin ki, qeyri-plan gəlirlərindən, gömrük
xidməti üçün haqq və sair gəlirlərdən
əldə olunmuş vəsaitdən təsdiq edilmiş əmək
haqqı fondunun 35 faizi həcmində «maddi mükafatlandırma
və sosial mədəni tədbirlər fondu» yaratsın,
qalan hissəsini isə respublika dövlət büdcəsinə
köçürsün.».
5.
9-cu bənd aşağıdakı redaksiyada verilsin:
«Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının ərazisində gömrük
xidməti göstərilməsindən daxil olan valyuta vəsaitinin
35 faizi gömrük orqanlarının maddi-texniki bazasını
inkişaf etdirmək üçün Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sərəncamına,
65 faizi isə Azərbaycan Respublikasının vahid valyuta
fonduna yönəldilir.».
II.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 6
sentyabr tarixli, 304 nömrəli qərarı öz qüvvəsini
itirmiş hesab edilsin.
Baş nazir S.HÜSEYNOV 27 iyun 1994-cü
il tarixli, 251 nömrəli; 5 fevral 1998-ci il tarixli, 21 nömrəli
qərarlara əsasən dəyişikliklərlə («VneshExpertService»).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1994-cü il 19 yanvar tarixli,
19 saylı qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinə tabe olan təşkilatların
Siyahısı
1.
Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsi
a) Sədərək
gömrükxanası
b)
Culfa gömrükxanası
2.
Bakı Baş gömrük idarəsi
3. Ağstafa
gömrükxanası
4.
Astara gömrükxanası
5.
Balakən gömrükxanası
6.
Biləsuvar gömrükxanası
7.
Binə gömrükxanası
8.
Yevlax gömrükxanası
9. Gəncə
gömrükxanası
10.
Sumqayıt gömrükxanası
11.
Xaçmaz gömrükxanası
12.
Xudafərin gömrükxanası
13.
Mərkəzi laboratoriya
14.
Avtomobil təsərrüfatı
15.
Təsərrüfat hesablı «Azərterminalkompleks»
xarici iqtisadi birliyi
©
VneshExpertService
|