Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
«RAZILAŞDIRILMIŞDIR»
Azərbaycan Respublikası
Maliyyə Nazirliyi
«26» iyul 2006-cı il
Nazir
S. ŞƏRİFOV
«TƏSDİQ EDİLMİŞDİR»
Azərbaycan Respublikasının
Prezidenti yanında
Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi
  Əmr № 0143
«28» iyul 2006-cı il
Sədr
G. MƏMMƏDOV


«Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları»na
əlavə və dəyişikliklər


1. Qaydaların 1.1.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli, 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 1999-cu il tarixli, 90 nömrəli «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanına, 22 sentyabr 2005-ci il tarixli, 1018 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında» Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi» Qaydalarına əsasən hazırlanmışdır.».

2. Qaydaların 3.2.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Maliyyə Nazirliyi növbəti ilin başlanmasına 3 (üç) ay qalmış markalanmalı məhsulları istehsal edən şəxslərdən növbəti ilə aksiz markalarına olan tələbatları haqqında məlumat almalıdır. Naxçıvan Muxtar Respublikasının ərazisində bu məlumatı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi həmin şəxslərdən alaraq, cəmləşdirib növbəti ilin başlanmasına 3 (üç) ay qalmışMaliyyə Nazirliyinə təqdim etməlidir.».

3. Qaydalara aşağıdakı redaksiyada 3.5.-ci bənd əlavə edilsin:
«Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən markalanmalı məhsulların istehsalçılarının illik tələbatına uyğun miqdarda sifariş etdiyi aksiz markalarının Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə göndərilməsi barədə, surəti QKDK-ya təqdim edilməklə, Milli Depozit Mərkəzinə məktub göndərir.
Həmin məktuba əsasən, Milli Depozit Mərkəzi aksiz markalarının Milli Depozit Mərkəzinin Naxçıvanfilialına (bundan sonra - filial) göndərilməsini həyata keçirir. Milli Depozit Mərkəzi göndərilmiş aksiz markaları haqqında (sayı, növü və təyinatı göstərilməklə) məlumatı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə (bundan sonra - İdarə) təqdim edir.».

4. Qaydaların 4.4.-cü bəndi aşağıdakı redaksiyada verilsin:
«Azərbaycan Respublikası ərazisində markalanmalı məhsulları istehsal edən şəxs aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə, markalanmalı məhsulları Naxçıvan Muxtar Respublikası ərazisində istehsal edən şəxs isə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:»

5. Qaydaların 4.4.5.-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənəddə növü göstərilməklə «daxili istehsal» aksiz markalarının alınmasına görə» sözləri yazılmalıdır.».

6. Qaydaların 4.5.5.-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənəddə növü göstərilməklə ««idxal» aksiz markalarının alınmasına görə» sözləri yazılmalıdır.».

7. Qaydaların 4.6.-cı bəndi aşağıdakı redaksiyada verilsin:
«Markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanı aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə və ya markalanmalı məhsullar Naxçıvan Muxtar Respublikası ərazisində müsadirə olunduğu halda, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:»

8. Qaydaların 4.6.3.-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənəddə növü göstərilməklə «müsadirə» aksiz markalarının alınmasına görə» sözləri yazılmalıdır;»

9. Qaydaların 4.7.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Aksiz markalarının alınması üçün təqdim edilən ərizələr Maliyyə Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən xüsusi jurnalda qeyd edilməklə qəbul edilir.»

10. Qaydaların 4.8.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Maliyyə Nazirliyi və ya Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tələb olunan sənədləri qəbul etdikdən sonra şəxsə və ya markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanına 3 (üç) iş günü ərzində Maliyyə Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada «Dövlət aksiz markalarının alınması haqqında» Arayış verir. «Dövlət aksiz markalarının alınması haqqında» Arayış aksiz markalarının alınmasını təsdiq edən sənəddir.».

11. Qaydaların 4.10.-cu bəndi aşağıdakı redaksiyada verilsin:
«Aksiz markaları satıldıqda Maliyyə Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi satılmış aksiz markalarının təyinatı, növü, sayı və onları alan şəxs və ya markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanı haqqında məlumatlar göstərilməklə xüsusi jurnalda qeydlər aparır.».

12. Qaydaların 4.11.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Maliyyə Nazirliyi hər sonrakı ayın 5-dən gec olmayaraq, əvvəlki ay ərzində satılmış aksiz markalarının tə’yinatı, növü, sayı, satılma tarixi və onları alan şəxsin və ya markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanının adı göstərilməklə, QKDK-ya məlumat verir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi bu məlumatı həmin qaydada QKDK-ya və İdarəyə təqdim edir.».

13. Qaydaların 4.12.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«QKDK tərəfindən aksiz markalarının satışına və uçotunun aparılmasına nəzarəti həyata keçirmək, o cümlədən onların mühafizəsini tə’min etmək məqsədi ilə, Maliyyə Nazirliyi aksiz markalarını müqavilə əsasında Milli Depozit Mərkəzində saxlayır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən satılan «daxili istehsal» və «müsadirə» aksiz markaları filialda saxlanılır.»

14. Qaydaların 4.13.-cü bəndi aşağıdakı redaksiyada verilsin:
«Milli Depozit Mərkəzi hər ayın 10-dan gec olmayaraq, Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının mühafizəsinin təmin edilməsi üçün saxlanca təhvil verilmiş aksiz markalarının sayı haqqında (növü və təyinatı göstərilməklə) məlumatı QKDK-ya təqdim edir. Filial bu məlumatı həmin qaydaya müvafiq olaraq, İdarəyə təqdim edir.».

15. Qaydaların 4.15.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı məhsullara tətbiq edilən aksiz markalarının dövriyyəsinə nəzarəti həyata keçirmək məqsədilə ölkədə markalanmalı məhsulları istehsal edən şəxsə aksiz markaları QKDK tərəfindən, Naxçıvan Muxtar Respublikası ərazisində həmin məhsulları istehsal edən şəxsə isə aksiz markaları İdarə tərəfindən verilir.».

16. Qaydaların 4.16.-cı bəndi aşağıdakı redaksiyada verilsin:
«Markalanmalı məhsulları istehsal edən şəxs aksiz markalarının əldə edilməsi üçün QKDK-ya və ya müvafiq olaraq, İdarəyə aşağıdakı sənədləri təqdim etməlidir:»

17. Qaydaların 4.22.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanına aksiz markaları bu Qaydaların 4.15. bəndində göstərildiyi kimi QKDK və ya müvafiq olaraq, İdarə tərəfindən verilir.».

18. Qaydaların 4.23.-cü bəndi aşağıdakı redaksiyada verilsin:
«Markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanı aksiz markalarını əldə etmək üçün QKDK-ya və ya müvafiq olaraq, İdarəyə bu Qaydaların 4.16. bəndində göstərilən sənədləri təqdim etməlidir.».

19. Qaydaların 4.24.-cü bəndi aşağıdakı redaksiyada verilsin:
«Aksiz markalarını əldə edən şəxsə və ya markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanına QKDK və müvafiq olaraq,İdarə tərəfindən təsdiq olunmuş formada «Dövlət aksiz markalarının əldə edilməsi haqqında» Arayış (Forma № 1) verilir. «Dövlət aksiz markalarının əldə edilməsi haqqında» Arayış aksiz markalarının əldə edilməsini təsdiq edən sənəddir.».

20. Qaydaların 4.25.-ci bəndi aşağıdakı redakiyada verilsin:
«Aksiz markaları verildikdə və ya göndərildikdə, bu barədə QKDK tərəfindən xüsusi jurnalda aksiz markalarını əldə etmiş şəxs və ya markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanı haqqında məlumatlar verilmiş və yaxud göndərilmiş aksiz markalarının tə’yinatı, növü, seriyaları, nömrələri, sayı göstərilməklə qeydlər aparılır. Naxçıvan Muxtar Respublikası ərazisində «daxili istehsal» və ya «müsadirə» aksiz markaları verildikdə bu barədə İdarə tərəfindən həmin qeydlər aparılır.»

21. Qaydaların 4.26.-cı bəndi aşağıdakı redaksiyada verilsin:
«QKDK hər sonrakı ayın 10-dan gec olmayaraq, əvvəlki ay ərzində şəxslər və markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanları tərəfindən əldə edilmiş aksiz markalarının təyinatı, növü, sayı, seriya və nömrələri göstərilməklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məlumat verir. İdarə hər sonrakı ayın 10-dan gec olmayaraq, əvvəlki ay ərzində bu məlumatı QKDK-ya, Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə verir.».

22. Qaydaların 6.1.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«İstifadə olunmamış və yaxud zədələnmiş aksiz markaları alındığı tarixdən 1 (bir) il ərzində Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən satılmış aksiz markaları isə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qaytarılmalıdır.».

23. Qaydaların 6.2.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«İstifadə olunmamış aksiz markaları qaytarıldıqdan sonra, Maliyyə Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi şəxs tərəfindən aksiz markalarının alınması üçün ödənilmiş pul vəsaitinin 75 (yetmiş beş) faizini şəxsə geri qaytarır. Qalan 25 (iyirmi beş) faiz həmin aksiz markalarının gətirilməsi və saxlanılması xərclərinin ödənilməsi məqsədi ilə geri qaytarılmır. Göstərilən müddət keçdikdən sonra şəxsin vəsaiti geri qaytarılmır.».

24. Qaydaların 6.3.-cü bəndi aşağıdakı redaksiyada verilsin:
«İstifadə olunmamış aksiz markalarının geri qaytarılması üçün şəxs Maliyyə Nazirliyinə və ya Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:»

25. Qaydaların 6.3.1.-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«səbəbləri göstərilməklə, Maliyyə Nazirliyi və müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada aksiz markalarının geri qaytarılması haqqında ərizə;»

26. Qaydaların 6.3.3.-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
«aksiz markalarının alınması üçün pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənəd.».

27. Qaydaların 6.6.-cı bəndi aşağıdakı redaksiyada verilsin:
«Zədələnmiş aksiz markalarının məhv edilməsi üçün Maliyyə Nazirliyi və ya Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən komissiya yaradılır. Komissiyanın tərkibinə QKDK-nın və ya müvafiq olaraq, İdarənin nümayəndəsi daxil edilir. Zədələnmiş aksiz markalarının məhv edilməsi haqqında Akt tərtib edilir və komissiyanın üzvləri tərəfindən imzalanır.».

28. Qaydaların 6.7.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«İstifadə olunmamış və ya zədələnmiş aksiz markaları qaytarıldıqdan sonra, Maliyyə Nazirliyi və ya Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi aksiz markalarını xüsusi jurnalda təyinatı, növü, sayı, seriya və nömrələri qeyd etməklə qəbul edir.».

29. Qaydaların 6.8.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«İstifadə olunmamış və ya zədələnmiş aksiz markaları qaytarıldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Maliyyə Nazirliyi və ya Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi geri qaytarılmış aksiz markalarının tə’yinatı, növü, sayı, seriya və nömrələri, geri qaytarılma tarixi və onları geri qaytaran şəxsin və ya markalanmalı məhsulları müsadirə etmiş dövlət orqanının adı göstərilməklə, QKDK-ya və ya müvafiq olaraq, İdarəyə məlumat verir.».

30. Qaydaların 7.2.-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«QKDK və ya İdarə aksiz markalarının dövriyyəsinə nəzarəti həyata keçirmək məqsədi ilə lazımi məlumatları və sənədləri dövlət təşkilatlarından, hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdən ala bilər. QKDK və ya İdarə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, araşdırmalar və yoxlamalar apara bilər. Aparılmış araşdırmalar və yoxlamalar nəticəsində hüquq pozuntuları aşkar edildikdə, QKDK və ya İdarə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirir.».

© VES Consultancy LLC
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb