Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
2008-ci ilin yanvar ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2008-ci ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 96 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1120499,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 626186,5 min ABŞ dolları  dəyərində 473 adda mal ixrac, 494313,0 min ABŞ dolları dəyərində 2636 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 131873,5 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya  2051,3 min  ABŞ dolları  dəyərində 2194,3 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
 humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin yanvar ayına nisbətən 2008-ci ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 58,13% (230183,6 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 26,91% (104803,2 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 7846,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 15715,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin yanvar ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 1766,3 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 98,59% təşkil etmişdir. Bunlardan 920,0 min ton ixrac, 846,3 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (48,5 min ton), dəmiryolu (222,6 min ton), avtomobil (57,8 min ton), hava (0,2 min ton) və stasionar nəqletmə (boru kəməri) (590,4 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (35,3 min ton), dəmiryolu (713,9 min ton), avtomobil (91,8 min ton), hava (1,5 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 14903 (əlavə vərəqlə birlikdə 20010) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 2724 (əlavə vərəqlə  birlikdə 3058) ədəd ixrac, 12179 (əlavə vərəqlə birlikdə 16952) ədəd idxal YGB-dir. 2008-ci ilin yanvarında YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 102,43% təşkil etmiş və ya 354 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 740 (78,63%) ədəd, idxalda isə artım 1094 (109,87%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 412,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (157,9 min ton), İtaliya (103,9 min ton), Gürcüstan (62,6 min ton), Türkiyə (31,1 min ton), Tacikistan (20,5 min ton), Rusiya (14,9 min ton), İran (14,8 min ton), Türkmənistan (3,9 min ton) və Ukrayna (1,3 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 99,23% olmuş və ya 3,2 min ton azalmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 9690,3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 65,27% təşkil etmiş və ya 5157,2 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin yanvar ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.

 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,00 % -0,03 %
21 (SDV ilə hesablaşma) -94,95 % -71,60 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,00 % -0,40 %
41 (qapalı dövriyyəli valyuta) -1,33 % -3,99 %
80 (digərləri) -3,72 % -23,93 %




İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin yanvar ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft- 67,74% (2007-ci ilin yanvar ayının ixracına nisbətən 160,71%), neft məhsulları- 20,05% (199,42%), alüminium və ondan hazırlanan məmulatlar- 1,53% (107,66%), meyvə-tərəvəz- 1,51% (129,41%), kimya sənayesi məhsulları- 1,32% (245,93%), qara metallar və onlardan hazırlanan məmulatlar- 1,20% (192,14%), bitki və heyvan mənşəli yağlar- 1,09% (105,67%), alkoqollu və alkoqolsuz içkilər - 0,24% (66,99%), pambıq- 0,07% (13,44%), tütün və tütün məmulatları - 0,05% (76,66%) təşkil edir. Qalan əmtəələrin payına 5,22% düşür.
İdxalda: nəqliyyat vasitələri və onların hissələri - 35,06% (2007-ci ilin yanvar ayının idxalına nisbətən 484,78%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 22,09% (112,35%), ərzaq məhsulları- 11,57% (141,24%), qara metallar və onlardan hazırlanan məmulatlar- 5,49% (47,43%), əczaçılıq məhsulları- 1,31% (96,80%), oduncaq və ondan hazırlanan məmulatlar- 1,11% (124,72%), xalq istehlakı malları- 0,68% (100,40%), mebel- 0,51% (99,35%) təşkil edir. Qalan əmtəələrin payına 22,17% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2007-ci ilin I ayına netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.02.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
590377,5 t 424148,5  
-Şimal boru kəməri ilə 82819,0 t   
-Bakı-Tbilisi-Ceyhan 2719785,4 t   
1.2) Dəmiryolu nəqliyyatı

01.02.2008-ci ilə qədər
yola   salınan xam neft(şərti YGB)
233926,0 t   
2) Neft emal məhsulları      
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə 189029,3 t 125553,9  
2.1) 01.02.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
590377,5 t   
3) Bitki və heyvan mənş.yağ 4592,2 t 6803,6 88,2 %
4) Spirtli içkilər 825981,0 L 1495,1 55,9 %
5)Tütün 227,5 t 217,8 151,2 %
6) Tütün məmulatı 12000,0 min.əd 72,0 24,3 %
7) Qara metallar 10394,2 t 5020,3 224,4 %
8) Alüminium 4645,2 t 9553,5 133,3 %
9) Çay 203,0 t 664,2 52,8 %
10) Pambıq mahlıcı 438,3 t 429,5 12,3 %
11) Elektrik enerjisi 29,4 mln kvt/s 518,1  




İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:


 MiqdarıDəyəri (min ABŞ dolları) 2007-ci ilin I ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 865,1 t 510,8 51,5 %
2) Buğda 90254,4t 25654,1 87,1 %
3) Un 2132,1 t 1228,1 3128,6 %
 - humanitar yardım 1888,3 t 1100,9  
4) Şəkər 12331,0 t 4186,7 141,4 %
 - humanitar yardım 161,0 t 96,6  
5) Yağ 8221,1 t 6034,7 226,4%
 - kərə yağı 526,4 t 717,8  
 - bitki və heyvan mən.yağ 7694,7 t 5316,9  
 - humanitar yardım 87,0 t 168,9  
6) Çay 747,6 t 1634,8 115,9%
7) Spirt 177727,5 L 136,8 217,1%
8) Spirtli içkilər 930874,5 L 1958,0 35,4 %
9)Tütün 364,7 t 941,8 135,0 %
10) Tütün məmulatı 839668,0 min. əd. 12602,5 127,7 %
11) Qara metallar 52271,0 t 10760,4 119,7 %
12) Minik avtomobilləri    
 -YGB əsasında 2680 əd.   21690,7 161,7 %
 -GMO əsasında 1886 əd. 8759,8  
13) Neft məhsulları 2048,2 t 2936,8  
14) Elektrik enerjisi 23,7 mln. kvt/s 852,0  

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (590377,5 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (166391,1 ton (88,02%)), "QKSSS" MMC (13534,8 ton (7,16%)), "Monolit-D" firması (4089,7 ton (2,16%)) və "Sumqayıt Aşqarlar" ASC (3524,5 ton (1,86%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 511530,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 81,69%) çıxarmışlar, o cümlədən, 508053,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,32%) və 3473,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,68%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 302120,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61,12%) gətirilmişdir. Onlardan 242446,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 80,25%) və 57028,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 18,88 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 209410,0 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 94,08%); alüminium və alüminium məmulatları (1,85%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,69%); qara metallar (0,97%); meyvə (0,30%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 22,20%); gəmilər, qayıqlar və digər üzən vasitələr (18,78%); quru nəqliyyat vasitələri (15,34%); elektrik maşınları və avadanlıqları, onların hissələri (7,44%); qara metallardan məmulatlar (3,61%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 114656,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,31%) çıxarmışlar, o cümlədən, 86496,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 75,44%), 19848,7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 17,31%) və 8310,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,25%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 192192,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38,88%) gətirilmişdir. Onlardan 111480,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 58,00%), 19060,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9,92 %) və 61252,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 31,87%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 77536,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 61,37%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (7,16%); meyvə (6,37%); heyvan və ya bitki mənşəli piylər və yağlar (5,93%); qeyri-üzvi kimya məhsulları (4,65%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində gəmilər, qayıqlar və digər üzən vasitələr (idxala nisbətən 29,08%); dənli bitkilər (14,89%); avadanlıqlar və mexaniki qurğular (7,17%); quru nəqliyyat vasitələri (6,69%); qara metallar (4,30%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:


 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
Türkiyə 784230,56 18,17
İtaliya 597074,97 13,83
İran 354436,50 8,21
Rusiya 349886,15 8,11
Gürcüstan 272815,74 6,32
Indoneziya 215384,66 4,99
Fransa 182936,48 4,24
Hindistan 144947,94 3,36
ABŞ 133740,74 3,10
Koreya Resp. 124742,47 2,89
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi idxala nisb.%-lə
Rusiya 697359,16 17,85
Türkiyə 394887,17 10,11
Almaniya 332201,00 8,50
Ukrayna 331361,71 8,48
B.Britaniya 304486,64 7,79
ABŞ 203502,16 5,21
Yaponiya 200412,44 5,13
Çin 176489,80 4,52
Qazaxıstan 119944,64 3,07
İtaliya 101281,40 2,59


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 2494 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1399-u hüquqi, 1095-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 571535,3 min ABŞ dolları (91,27%), özəl sektorun 47994,2 min ABŞ dolları (7,66%), fiziki şəxslərin payı isə 6656,9 min ABŞ dolları (1,06%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 129226,4 min ABŞ dolları (26,14%), özəl sektorun payı 340524,0 min ABŞ dolları (68,89%), fiziki şəxslərin payı isə 24562,6 min ABŞ dolları (4,97%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.





DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir
Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.

Daha ətraflı
19.07.2008
Rəsmi xronika
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb