Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
2007-ci ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2007-ci ilin ilk 10 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 9241633,8 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4819834,8 min ABŞ dolları  dəyərində 2327 adda mal ixrac, 4421230,8 min ABŞ dolları dəyərində 6478 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 398604,0 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 54308,7 min ABŞ dolları dəyərində 16460,4 ton əmtəə
 dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
 humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 10 ayına nisbətən 2007-ci ilin ilk 10 ayında ixrac əməliyyatlarının həcmi 7,49% (390468,4 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 4,86% (205016,4 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 258957,0 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 275098,5 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 10 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 16671,3 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 81,69% təşkil etmişdir. Bunlardan 9502,6 min ton ixrac, 7168,7 min ton isə  idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (674,6 min ton), dəmiryolu (2908,3 min ton), avtomobil (592,3 min ton), hava (3,1 min ton) və stasionar nəqletmə (boru kəməri) (5312,4 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (90,6 min ton), dəmiryolu (5532,2 min ton), avtomobil (1139,9 min ton), hava (21,6 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 178550 (əlavə vərəqlə birlikdə 237313) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 35444 (əlavə vərəqlə birlikdə 40312) ədəd ixrac, 143106 (əlavə vərəqlə birlikdə 197001) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 10 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 117,20% təşkil etmiş və ya 26203 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2512 (107,60%) ədəd, idxalda isə artım 23691 (119,20%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4847,9 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1421,3 min ton), İsveçrə (1307,4 min ton), Gürcüstan (980,6 min ton), Tacikistan (362,3 min ton), Türkiyə (201,1 min ton), İran (160,0 min ton), Türkmənistan (123,4 min ton), Rusiya (116,9 min ton) və Qazaxıstan (78,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 88,62% olmuş və ya 748,8 min ton azalmışdır.
2007-ci ilin ilk 10 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866336,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (543903,7 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə 179933,6 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 18416,9 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 11990,8 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 13641,3 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 154809,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 115,30% təşkil etmiş və ya 20583,3 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 10 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.

 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,02 % -0,28 %
21 (SDV ilə hesablaşma) -80,31 % -72,51 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,00 % -1,24 %
41 (qapalı dövriyyəli valyuta) -1,84 % -4,48 %
78 (kompen.öhdəliklər hesabına) -9,29 % -0,00 %
80 (digərləri) -8,54 % -21,48 %

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 10 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 53,99% (2006-cı ilin ilk 10 ayının ixracına nisbətən 83,68%), neft məhsulları - 26,84% (100,12%), meyvə-tərəvəz - 1,99% (103,04%), kimya sənayesi məhsulları - 1,48% (44,13%), bitki və heyvan mənşəli yağlar - 1,45% (141,08%), alüminium və ondan hazırlanan məmulatlar - 1,39% (110,95%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,16% (115,81%), pambıq - 0,49% (71,40%), alkoqollu və alkoqolsuz içkilər - 0,36% (121,75%), tütün və tütün məmulatları - 0,13% (34,89%) təşkil edir. Qalan əmtəələrin payına 10,71% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,15% (2006-cı ilin ilk 10 ayının idxalına nisbətən 102,04%), nəqliyyat vasitələri və onların hissələri - 14,34% (96,77%), ərzaq məhsulları - 11,68% (159,93%), qara metallar və onlardan hazırlanan məmulatlar - 11,34% (128,78%), əczaçılıq məhsulları - 1,64% (181,44%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,27% (123,61%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 1,18% (13,39%), xalq istehlakı malları - 0,92% (87,24%), mebel - 0,56% (122,98%) təşkil edir. Qalan əmtəələrin payına 26,92% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2006-cı ilin 9 ayına netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.11.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
5387089,1 t 2602314,0  
-Şimal boru kəməri ilə 1840887,0 t   
-Bakı-Tbilisi-Ceyhan 22348496,7 t   
1.2) Dəmiryolu nəqliyyatı
01.11.2007-ci ilə qədər
yola   salınan xam neft(şərti YGB)
3870510,4 t   
2) Neft emal məhsulları 2536299,0 t 1293883,5  
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə 2508620,8 t 1282077,9  
- digərləri

27678,2 t

11805,7  
2.1) 01.11.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
184752,9 t   
3) Bitki və heyvan mənş.yağ 52770,2 t 69707,5 129,3 %
4) Spirtli içkilər 12225318,8 L 16999,3 113,8 %
5)Tütün 3116,9 t 2625,8 69,3 %
6) Tütün məmulatı 594371,6 min.əd 3656,6 23,6 %
7) Qara metallar 73852,6 t 31699,7 110,8 %
8) Alüminium 30004,1 t 67141,0 107,8 %
9) Çay 4971,6 t 14459,5 96,8 %
10) Pambıq mahlıcı 26487,8 t 23525,6 68,4 %
11) Elektrik enerjisi 373,6 mln kvt/s 7827,5  

   

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2006-cı ilin 10 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 20907,9 t 13239,6 128,2 %
 - humanitar yardım 40,0 t 555,9  
2) Buğda 1038438,9 t 193576,8 137,0 %
3) Un 1490,4 t 488,7 43,1 %
 -humanitar yardım 3,6 t 1,9  
4) Şəkər 270037,6 t 88448,1 232,4 %
 - humanitar yardım 163,3 t 83,3  
5) Yağ 74975,7 t 45217,8 102,4 %
 - kərə yağı 7679,0 t 8849,9  
 - bitki və heyvan mən.yağ 67296,8 t 36367,9  
 - humanitar yardım 287,6 t 341,1  
6) Çay 6986,7 t 12523,6 127,3 %
7) Spirt 1185219,6 L 1154,2 167,3 %
8) Spirtli içkilər 11471589,2 L 12775,6 141,9 %
9) Tütün 3300,8 t 4801,7 85,5 %
10) Tütün məmulatı 9628,1 mln. əd. 142084,0 169,9 %
11) Qara metallar 410658,1 t 97523,2 142,2 %
12) Minik avtomobilləri    
 -YGB əsasında 26163 əd.   211741,7 117,2 %
 -GMO əsasında 29575 əd. 143462,8  
13) Neft məhsulları 57403,1 t 46926,1  
14) Elektrik enerjisi 715,6 mln. kvt/s 21481,7  
15) Neft qazı və digər qazaoxşar karbohidrogenlər 470098,2 min kub.m 51975,3  


Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (4410623,1 ton (81,87%)), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (976466,0 ton (18,13%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2338933,1 ton (92,22%)), "AZERİSTAR" (28952,2 ton (1,14%)), "Az Trans Reil" MMC (27657,9 ton (1,09%)) və "Sumqayıt Aşqarlar" ASC (22735,7 ton (0,90%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3915327,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 81,23%) çıxarmışlar, o cümlədən, 3496112,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 89,29%), 357167,6 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 9,12 %) və 61526,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 1,57%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2930654,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,29%) gətirilmişdir. Onlardan 1990522,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (idxala nisbətən 67,92%) və 877718,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 29,95 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 984673,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,38%); alüminium və alüminium məmulatları (1,69%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,99%); qara metallar (0,78%); meyvə (0,60%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 28,09%); quru nəqliyyat vasitələri (10,95%); qara metallardan məmulatlar (10,26%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,92%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar, onların hissələri və ləvazimatları (4,64%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 904506,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,77%) çıxarmışlar, o cümlədən, 374603,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 41,42%), 350270,2 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 38,72%) və 88784,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 9,82%)  çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1490576,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,71%) gətirilmişdir. Onlardan 1215360,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,54%), 190322,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,77 %) və 71753,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,81%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 586069,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 30,83%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (14,33%); gəmilər, qayıqlar və digər üzən vasitələr (10,27%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,69%); qeyri-üzvi kimya məhsulları (4,47%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 13,29%); quru nəqliyyat vasitələri (10,85%); avadanlıqlar və mexaniki qurğular (9,08%); qara metallardan məmulatlar (6,92%); elektrik maşınları və avadanlıqları, onların hissələri (5,62%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:



 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
Türkiyə 837202,03 17,37
İtaliya 638121,90 13,24
Rusiya 406663,48 8,44
İran 391044,92 8,11
Gürcüstan 297911,83 6,18
İndoneziya 297125,30 6,16
İsrail 252028,02 5,23
Fransa 195364,45 4,05
Hindistan 144947,94 3,01
ABŞ 137156,26 2,85
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi idxala nisb.%-lə
Rusiya 793498,26 17,95
Türkiyə 452103,24 10,23
Ukrayna 393623,48 8,90
Almaniya 385837,35 8,73
B.Britaniya 335777,17 7,59
Yaponiya 228808,41 5,18
ABŞ 221967,80 5,02
Çin 205869,60 4,66
Qazaxıstan 132808,76 3,00
İtaliya 108226,66 2,45


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 11803 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3725-si hüquqi, 8078-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 3665076,9 min ABŞ dolları (76,04%), özəl sektorun payı 1083680,2 min ABŞ dolları (22,48%), fiziki şəxslərin payı isə 71077,8 min ABŞ dolları (1,47%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1084374,2 min ABŞ dolları (24,53%), özəl sektorun payı 3079466,7 min ABŞ dolları (69,65%), fiziki şəxslərin payı isə 257390,0 min ABŞ dolları  (5,82%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.



DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb