| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-ci ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 10461329,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 5461585,5 min ABŞ dolları dəyərində 2402 adda mal ixrac, 4999743,5 min ABŞ dolları dəyərində 6614 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 461842,0 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 58441,6 min ABŞ dolları dəyərində 16689,0 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 11 ayına nisbətən 2007-ci ilin ilk 11 ayında ixrac əməliyyatlarının həcmi 2,91% (163428,1 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 8,14% (376241,4 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 260363,3 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 338232,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 11 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 18410,6 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 82,09% təşkil etmişdir. Bunlardan 10516,7 min ton ixrac, 7893,9 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (713,1 min ton), dəmiryolu (3302,0 min ton), avtomobil (664,5 min ton), hava (3,4 min ton) və stasionar nəql etmə (boru kəməri) (5818,8 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (114,3 min ton), dəmiryolu (6104,8 min ton), avtomobil (1258,2 min ton), hava (24,6 min ton) və stasionar nəql etmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 199876 (əlavə vərəqlə birlikdə 265710) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 40200 (əlavə vərəqlə birlikdə 45700) ədəd ixrac, 159676 (əlavə vərəqlə birlikdə 220010) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 11 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 116,50% təşkil etmiş və ya 28285 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2700 (107,20%) ədəd, idxalda isə artım 25585 (119,10%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5304,3 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1547,3 min ton), İsveçrə (1424,1 min ton), Gürcüstan (1097,5 min ton), Tacikistan (391,5 min ton), Türkiyə (213,0 min ton), İran (175,8 min ton), Rusiya (134,8 min ton), Türkmənistan (126,7 min ton) və Qazaxıstan (86,3 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 88,30% olmuş və ya 703,0 min ton azalmışdır.
2007-ci ilin ilk 11 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866337,2 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi noyabr ayında (514598,2 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- noyabr ayında ixrac əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 137744,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 61249,2 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 24570,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 18633,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 172914,6 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 104,62% təşkil etmiş və ya 7643,5 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 11 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01 % |
-0,26 % |
| 21 (SDV ilə hesablaşma) |
-81,31 % |
-72,85 % |
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0,00 % |
-1,19 % |
| 41 (qapalı dövriyyəli valyuta) |
-2,19 % |
-4,44 % |
| 78 (kompen.öhdəliklər hesabına) |
-8,20 % |
-0,00 % |
| 80 (digərləri) |
-8,29 % |
-21,23 % |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 11 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 53,69% (2006-cı ilin ilk 11 ayının ixracına nisbətən 87,99%), neft məhsulları - 26,95% (106,40%), meyvə-tərəvəz - 2,51% (113,28%), kimya sənayesi məhsulları - 1,49% (46,38%), alüminium və ondan hazırlanan məmulatlar - 1,44% (119,03%), bitki və heyvan mənşəli yağlar - 1,42% (130,93%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,21% (114,48%), pambıq - 0,53% (79,56%), alkoqollu və alkoqolsuz içkilər - 0,35% (116,93%), tütün və tütün məmulatları - 0,12% (35,51%) təşkil edir. Qalan əmtəələrin payına 10,28% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,17% (2006-cı ilin ilk 11 ayının idxalına nisbətən 105,95%), nəqliyyat vasitələri və onların hissələri - 15,24% (109,65%), ərzaq məhsulları - 11,82% (155,12%), qara metallar və onlardan hazırlanan məmulatlar - 11,24% (129,93%), əczaçılıq məhsulları - 1,58% (183,62%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,26% (128,37%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 1,04% (12,22%), xalq istehlakı malları - 0,91% (88,85%), mebel - 0,54% (122,61%) təşkil edir. Qalan əmtəələrin payına 26,19% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 11 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.12.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
5893451,9 t |
2932447,2 |
|
| -Şimal boru kəməri ilə |
2000568,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
24904605,9 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.12.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
4254429,9 t |
| |
| 2) Neft emal məhsulları |
2807698,1 t |
1471999,5 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2769843,0 t |
1454793,2 |
|
| - digərləri |
37855,1 t |
17206,2 |
|
2.1) 01.12.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
170314,9 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
58725,8 t |
77722,5 |
120,4 % |
| 4) Spirtli içkilər |
13456686,6 L |
18952,5 |
108,0 % |
| 5)Tütün |
3460,9 t |
2931,7 |
67,2 % |
| 6) Tütün məmulatı |
626171,6 min.əd |
3865,8 |
23,8 % |
| 7) Qara metallar |
86233,1 t |
38018,0 |
107,8 % |
| 8) Alüminium |
35560,5 t |
78569,1 |
117,5 % |
| 9) Çay |
5390,7 t |
16094,0 |
94,1 % |
| 10) Pambıq mahlıcı |
31821,0 t |
28691,3 |
75,6 % |
| 11) Elektrik enerjisi |
398,5 mln kvt/s |
8277,1 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 11 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
22596,0 t |
14549,6 |
121,6 % |
| -humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
1167038,6 t |
228159,7 |
130,6 % |
| 3) Un |
1685,5 t |
574,6 |
48,3 % |
| - humanitar yardım |
3,6 t |
1,9 |
|
| 4) Şəkər |
293471,0 t |
96380,7 |
182,8 % |
| - humanitar yardım |
163,3 t |
83,3 |
|
| 5) Yağ |
80936,7 t |
50073,2 |
101,1% |
| - kərə yağı |
8234,3 t |
9714,6 |
|
| - bitki və heyvan mən.yağ |
72702,4 t |
40358,6 |
|
| - humanitar yardım |
287,6 t |
341,1 |
|
| 6) Çay |
7519,7 t |
13714,6 |
122,7% |
| 7) Spirt |
1298818,1 L |
1270,4 |
180,8% |
| 8) Spirtli içkilər |
12885347,4 L |
14181,0 |
144,1 % |
| 9)Tütün |
3854,2 t |
5662,9 |
94,0 % |
| 10) Tütün məmulatı |
10651682,3 min. əd. |
159187,8 |
172,4 % |
| 11) Qara metallar |
456268,9 t |
109972,5 |
137,3 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
29917 əd. |
242244,7 |
117,5 % |
| -GMO əsasında |
33191 əd. |
160064,6 |
|
| 13) Neft məhsulları |
65354,5 t |
53685,5 |
|
| 14) Elektrik enerjisi |
749,3 mln. kvt/s |
22799,0 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470098,2 min kub.m |
51975,6 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (4916985,9 ton (83,43%)), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (976466,0 ton (16,57%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2578589,4 ton (91,84%)), "Az Trans Reil" MMC (37834,8 ton (1,35%)), "AZERİ STAR" MMC (28952,2 ton (1,03%)) və "Sumqayıt Aşqarlar" ASC (25566,0 ton (0,91%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 4456573,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 81,60%) çıxarmışlar, o cümlədən, 4025679,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 90,33%), 357167,6 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 8,01 %) və 73205,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 1,64%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3326340,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,53%) gətirilmişdir. Onlardan 2278730,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 68,51%) və 978818,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 29,43 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1130232,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,25%); alüminium və alüminium məmulatları (1,73%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,00%); qara metallar (0,82%); meyvə (0,71%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,89%); quru nəqliyyat vasitələri (11,39%); qara metallardan məmulatlar (10,30%); elektrik maşınları və avadanlıqları, onların hissələri (10,15%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,39%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1005012,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,40%) çıxarmışlar, o cümlədən, 415174,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 41,31%), 379288,0 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 37,74%) və 119692,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 11,91%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1673402,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,47%) gətirilmişdir. Onlardan 1363596,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,49%), 213502,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,76 %) və 82804,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,95%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 668390,3 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emaI məhsulları, bitumlu minerallar (ixraca nisbətən 28,80%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (14,11%); gəmilər, qayıqlar və digər üzən vasitələr (9,27%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,72%); meyvə (6,78%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 14,05%); quru nəqliyyat vasitələri (10,81%); avadanlıqlar və mexaniki qurğular (8,94%); qara metallardan məmulatlar (6,54%); elektrik maşınları və avadanlıqları, onların hissələri (5,59%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
911828,28 |
16,70 |
| İtaliya |
879419,87 |
16,10 |
| Rusiya |
474984,57 |
8,70 |
| İran |
421382,57 |
7,72 |
| Gürcüstan |
314147,24 |
5,75 |
| Indoneziya |
297125,30 |
5,44 |
| Israil |
267330,90 |
4,89 |
| ABŞ |
225320,62 |
4,13 |
| Fransa |
220525,39 |
4,04 |
| Hindistan |
144947,94 |
2,65 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
892209,57 |
17,85 |
| Türkiyə |
518783,87 |
10,38 |
| Ukrayna |
434072,29 |
8,68 |
| Almaniya |
414514,64 |
8,29 |
| B.Britaniya |
374454,71 |
7,49 |
| Yaponiya |
261526,57 |
5,23 |
| Çin |
237868,78 |
4,76 |
| ABŞ |
236713,57 |
4,73 |
| Qazaxıstan |
160035,95 |
3,20 |
| Finlandiya |
134299,08 |
2,69 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 13034 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3878-i hüquqi, 9156-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4194036,2 min ABŞ dolları (76,79%), özəl sektorun 1162804,3 min ABŞ dolları (21,29%), fiziki şəxslərin payı isə 104745,0 min ABŞ dolları (1,92%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1241234,3 min ABŞ dolları (24,83%), özəl sektorun payı 3464164,3 min ABŞ dolları (69,29%), fiziki şəxslərin payı isə 294344,9 min ABŞ dolları (5,89%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
|