| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-ci il ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11766862,9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6058299,4 min ABŞ dolları dəyərində 2454 adda mal ixrac, 5708563,5 min ABŞ dolları dəyərində 6755 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349735,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 61399,5 min ABŞ dolları dəyərində 17005,8 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilə nisbətən 2007-ci ildə ixrac əməliyyatlarının həcmi 4,93% (313863,3 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 8,39% (441859,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 262758,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 368406,0 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci il ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 20420,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 80,89% təşkil etmişdir. Bunlardan 11483,9 min ton ixrac, 8936,8 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (730,0 min ton), dəmiryolu (3747,4 min ton), avtomobil (723,9 min ton), hava (3,7 min ton) və stasionar nəqletmə (boru kəməri) (6263,3 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (139,2 min ton), dəmiryolu (6965,7 min ton), avtomobil (1404,2 min ton), hava (28,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 224230 (əlavə vərəqlə birlikdə 298255) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 44330 (əlavə vərəqlə birlikdə 50383) ədəd ixrac, 179900 (əlavə vərəqlə birlikdə 247872) ədəd idxal YGB-dir. 2007-ci ildə YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 115,99% təşkil etmiş və ya 30910 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 2215 (105,26%) ədəd, idxalda isə artım 28695 (118,98%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5992,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1712,0 min ton), İsveçrə (1623,1 min ton), Gürcüstan (1261,8 min ton), Tacikistan (435,1 min ton), Türkiyə (250,4 min ton), İran (196,1 min ton), Rusiya (161,0 min ton), Türkmənistan (145,1 min ton) və Qazaxıstan (90,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 91,76% olmuş və ya 538,1 min ton azalmışdır.
2007-ci il ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866337,2 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi dekabr ayında (699386,4 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayı ilə müqayisədə 44971,8 min ABŞ dolları həcmində azalmış, idxal əməliyyatlarının həcmi isə 119654,0 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 18248,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə 28170,6 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 191378,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 87,74% təşkil etmiş və ya 26749,0 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci il ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,04% |
-0,25% |
| 21 (SDV ilə hesablaşma) |
-82,22% |
-72,92% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,17% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-2,40% |
-4,35% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-7,39% |
-0,00% |
| 80 (digərləri) |
-7,95% |
-21,28% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 53,05% (2006-cı ilin ixracına nisbətən 83,52%), neft məhsulları - 27,55% (110,85%), meyvə-tərəvəz - 2,70% (123,91%), kimya sənayesi məhsulları - 1,54% (48,20%), alüminium və ondan hazırlanan məmulatlar - 1,51% (128,58%), bitki və heyvan mənşəli yağlar - 1,37% (130,90%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,27% (117,38%), pambıq - 0,52% (80,40%), alkoqollu və alkoqolsuz içkilər - 0,35% (110,20%), tütün və tütün məmulatları - 0,12% (37,43%) təşkil edir. Qalan əmtəələrin payına 10,02% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,22% (2006-cı ilin idxalına nisbətən 111,56%), nəqliyyat vasitələri və onların hissələri - 15,45% (100,50%), ərzaq məhsulları - 12,46% (158,97%), qara metallar və onlardan hazırlanan məmulatlar - 10,77% (117,15%), əczaçılıq məhsulları - 1,60% (189,02%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,26% (135,37%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 0,91% (11,19%), xalq istehlakı malları - 0,90% (91,09%), mebel - 0,60% (138,75%) təşkil edir. Qalan əmtəələrin payına 25,84% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilə netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.01.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
6313658,2 t |
3214193,7 |
|
| -Şimal boru kəməri ilə |
2083431,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
27509529,5 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.01.2008-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
4457933,9 t |
| |
| 2) Neft emal məhsulları |
3118753,4 t |
1668889,6 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
3070796,5 t |
1644607,3 |
|
| - digərləri |
47956,8 t |
24282,3 |
|
2.1) 01.01.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
86773,5 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
62485,0 t |
82953,9 |
119,4 % |
| 4) Spirtli içkilər |
14660402,8 L |
20702,4 |
102,8 % |
| 5)Tütün |
3891,6 t |
3392,6 |
70,4% |
| 6) Tütün məmulatı |
648171,6 min.əd |
4043,6 |
24,5 % |
| 7) Qara metallar |
100901,2 t |
44743,9 |
110,6 % |
| 8) Alüminium |
41933,6 t |
91704,1 |
128,1 % |
| 9) Çay |
5988,3 t |
18400,3 |
93,2 % |
| 10) Pambıq mahlıcı |
34629,9 t |
31483,6 |
76,3 % |
| 11) Elektrik enerjisi |
443,3 mln kvt/s |
9666,6 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilə netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
25787,0 t |
17373,7 |
121,7 % |
| - humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
1420726,6 t |
296949,8 |
138,8% |
| 3) Un |
2224,3 t |
785,2 |
61,7% |
| - humanitar yardım |
131,3 t |
76,4 |
|
| 4) Şəkər |
321514,1 t |
105634,3 |
139,8% |
| - humanitar yardım |
163,3 t |
83,3 |
|
| 5) Yağ |
93523,6 t |
59412,6 |
109,2% |
| - kərə yağı |
9009,9 t |
10819,3 |
|
| - bitki və heyvan mən.yağ |
84513,7 t |
48593,3 |
|
| - humanitar yardım |
418,1 t |
594,2 |
|
| 6) Çay |
8137,0 t |
15004,8 |
119,3% |
| 7) Spirt |
1438285,4L |
1422,6 |
175,1% |
| 8) Spirtli içkilər |
13538568,0 L |
16185,4 |
127,3 % |
| 9)Tütün |
4160,0 t |
6344,8 |
92,5% |
| 10) Tütün məmulatı |
11261285,2 min. əd. |
167451,1 |
168,4 % |
| 11) Qara metallar |
497284,1 t |
120059,9 |
136,5 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
34072 əd. |
278972,8 |
113,7% |
| -GMO əsasında |
36891 əd. |
177191,1 |
|
| 13) Neft məhsulları |
77941,0 t |
63617,3 |
|
| 14) Elektrik enerjisi |
773,7 mln. kvt/s |
23409,0 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470118,3 min kub.m |
52086,7 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (5337192,2 ton (84,53%)), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (976466,0 ton (15,47%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2845623,5 ton (91,24%)), "Az Trans Reil" MMC (47936,6 ton (1,54%)), "Sumqayıt Aşqarlar" ASC (29732,3 ton (0,95%)) və "Azeri Star" MMC (28952,2 ton (0,93%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 4955845,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 81,80%) çıxarmışlar, o cümlədən, 4513843,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 91,08%), 357167,6 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 7,21 %) və 82925,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 1,67%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3807219,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,69%) gətirilmişdir. Onlardan 2613569,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 68,65%) və 1116889,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 29,34 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1148626,1 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,09%); alüminium və alüminium məmulatları (1,82%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,06%); qara metallar (0,87%); meyvə (0,68%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,97%); quru nəqliyyat vasitələri (12,12%); elektrik maşınları və avadanlıqları, onların hissələri (10,35%); qara metallardan məmulatlar (9,86%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,30%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1102454,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,20%) çıxarmışlar, o cümlədən, 467417,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 42,40%), 398918,5 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 36,18%) və 145253,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 13,18%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1901344,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,31%) gətirilmişdir. Onlardan 1549367,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,49%), 239099,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,58 %) və 97692,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,14%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 798890,2 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 28,85%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (13,52%); gəmilər, qayıqlar və digər üzən vasitələr (8,45%); meyvə (8,25%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,51%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 16,11%); quru nəqliyyat vasitələri (10,62%); avadanlıqlar və mexaniki qurğular (8,54%); qara metallardan məmulatlar (6,27%); elektrik maşınları və avadanlıqları, onların hissələri (5,45%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
1056322,96 |
17,44 |
| İtaliya |
940928,55 |
15,53 |
| Rusiya |
527052,32 |
8,70 |
| İran |
434731,09 |
7,18 |
| İndoneziya |
390292,68 |
6,44 |
| İsrail |
369845,76 |
6,10 |
| Gürcüstan |
343771,24 |
5,67 |
| Fransa |
258842,72 |
4,27 |
| ABŞ |
228196,15 |
3,77 |
| Hindistan |
144947,94 |
2,39 |
|
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
1001982,29 |
17,55 |
| Türkiyə |
624462,88 |
10,94 |
| Almaniya |
470852,58 |
8,25 |
| Ukrayna |
465530,50 |
8,15 |
| B.Britaniya |
410896,74 |
7,20 |
| Yaponiya |
294954,60 |
5,17 |
Çin |
278790,86 |
4,88 |
| ABŞ |
268388,73 |
4,70 |
| Qazaxıstan |
222294,16 |
3,89 |
| Finlandiya |
151485,16 |
2,65 |
|

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 14180 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 4020-si hüquqi, 10160-ı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4698696,7 min ABŞ dolları (77,56%), özəl sektorun 1231442,8 min ABŞ dolları (20,33%), fiziki şəxslərin payı isə 128159,9 min ABŞ dolları (2,12%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1426676,7 min ABŞ dolları (24,99%), özəl sektorun payı 3943327,6 min ABŞ dolları (69,08%), fiziki şəxslərin payı isə 338559,2 min ABŞ dolları (5,93%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|