Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
2008-ci ilin iki ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2008-ci ilin ilk 2 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 107 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2132136,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1197810,5 min ABŞ dolları  dəyərində 785 adda mal ixrac, 934325,8 min ABŞ dolları dəyərində 3599 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 263484,7 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 5227,7 min ABŞ dolları dəyərində 2342,2 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 2 ayına nisbətən 2008-ci ilin ilk 2 ayında ixrac əməliyyatlarının həcmi 117,62% (647403,2 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 19,82% (154533,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 14868,0 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 38600,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 2 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 3376,0 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 119,47% təşkil etmişdir. Bunlardan 1812,0 min ton ixrac, 1564,0 min ton isə  idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (99,5 min ton), dəmiryolu (451,9 min ton), avtomobil (103,4 min ton), hava (0,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (1156,0 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (47,5 min ton), dəmiryolu (1304,5 min ton), avtomobil (201,8 min ton) və hava (2,9 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 33231 (əlavə vərəqlə birlikdə 45215) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 5895 (əlavə vərəqlə  birlikdə 6590) ədəd ixrac, 27336 (əlavə vərəqlə birlikdə 38625) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 2 ayında YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 107,56% təşkil etmiş və ya 2336 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 1244 (82,57%) ədəd, idxalda isə artım 3580 (115,07%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1099,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (398,4 min ton), İtaliya (298,4 min ton), Gürcüstan (141,5 min ton), Tacikistan (75,8 min ton), Türkiyə (55,7 min ton), İran (51,8 min ton), Rusiya (38,4 min ton), Türkmənistan (22,8 min ton) və Böyük Britaniya (7,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 152,47% olmuş və ya 378,2 min ton azalmışdır.
2008-ci ilin ilk 2 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (626000,2 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (571810,3 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (496594,0 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (437731,8 min ABŞ dolları) olmuşdur;
- fevral ayında ixrac əməliyyatlarının həcmi yanvar ayı ilə müqayisədə 54189,8 min ABŞ dolları həcmində, idxal əməliyyatlarının həcmi isə  58862,3 min ABŞ dolları həcmində azalmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 22548,3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 81,01% təşkil etmiş və ya 5286,8 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 2 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.

 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,01% -0,24%
21 (SDV ilə hesablaşma) -94,65% -72,33%
23 (dövlət krediti üzrə hesablaşma)-0,00% -0,52%
41 (qapalı dövriyyəli valyuta) -1,33% -4,06%
80 (digərləri) -4,02% -22,83%


İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 2 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 64,87% (2007-ci ilin ilk 2 ayıının ixracına nisbətən 272,69%), neft məhsulları - 21,36% (220,31%), bitki və heyvan mənşəli yağlar - 1,71% (157,66%), alüminium və ondan hazırlanan məmulatlar - 1,51% (120,78%), kimya sənayesi məhsulları - 1,46% (201,54%), meyvə-tərəvəz - 1,39% (149,42%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,25% (164,14%), alkoqollu və alkoqolsuz içkilər - 0,18% (49,21%), pambıq - 0,08% (16,02%), tütün və tütün məmulatları - 0,06% (58,03%) təşkil edir. Qalan əmtəələrin payına 6,14% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,22% (2007-ci ilin ilk 2 ayıının idxalına nisbətən 120,88%), nəqliyyat vasitələri və onların hissələri - 25,08% (293,31%), ərzaq məhsulları - 13,17% (137,26%), qara metallar və onlardan hazırlanan məmulatlar - 7,04% (51,00%), əczaçılıq məhsulları - 1,74% (157,45%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,37% (126,08%), xalq istehlakı malları - 0,70% (99,20%), mebel - 0,56% (97,01%) təşkil edir. Qalan əmtəələrin payına 23,13% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2007-ci ilin iki ayına netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.03.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
1120358,3 t 777022,9  
-Şimal boru kəməri ilə 165623,0 t   
-Bakı-Tbilisi-Ceyhan 5567060,8 t   
1.2) Dəmiryolu nəqliyyatı

01.03.2008-ci ilə qədər
yola   salınan xam neft(şərti YGB)
398359,8 t   
2) Neft emal məhsulları 358895,9 t 255801,8  
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə 358895,9 t 255801,8  
2.1) 01.03.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
108115,8 t   
3) Bitki və heyvan mənş.yağ 13538,6 t 20486,1 136,2 %
4) Spirtli içkilər 1553471,2 L 2113,6 52,5 %
5)Tütün 606,3 t 593,5 91,6 %
6) Tütün məmulatı 25700,0 min.əd 133,7 21,3 %
7) Qara metallar 20755,3 t 9855,1 179,4 %
8) Alüminium 8883,3 t 18096,8 149,0 %
9) Çay 417,8 t 1197,3 40,6 %
10) Pambıq mahlıcı 851,4 t 914,3 13,4 %
11) Elektrik enerjisi 65,3 mln kvt/s 1141,0  




İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2007-ci ilin iki ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 2536,9 t 1769,9 61,0 %
2) Buğda 197072,6 t 55993,7 74,0 %
3) Un  2202,8 t 1262,7 1480,5 %
 - humanitar yardım 1888,3 t 1100,9  
4) Şəkər 40416,2 t 13523,0 293,9 %
 - humanitar yardım 161,0 t 96,6  
5) Yağ 16810,9 t 12602,3 92,0%
 - kərə yağı 1431,5 t 1925,1  
 - bitki və heyvan mən.yağ 15379,4 t 10677,1  
 - humanitar yardım 87,0 t 168,9  
6) Çay 1334,9 t 2908,3 83,3 %
7) Spirt 388510,0 L 358,1 474,6 %
8) Spirtli içkilər 1191093,5 L 2651,7 41,7 %
9)Tütün 656,6 t 1466,7 89,1 %
10) Tütün məmulatı 1663580,0 min. əd. 27115,8 126,8 %
11) Qara metallar 135068,7 t 28751,8 175,8%
12) Minik avtomobilləri    
 -YGB əsasında 6879 əd.   55763,6 161,9 %
 -GMO əsasında 4086 əd. 20203,5  
13) Neft məhsulları 5773,8 t 8830,8  
14) Elektrik enerjisi  59,5 mln. kvt/s 2117,3  


Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1120358,3 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (316030,2 ton (88,06%)), "QKSSS" MMC (15594,5 ton (4,35%)), "Azneftyağ" İstehsalat Birliyi (8601,9 ton (2,40%)) və "Monolit-D" firması (6979,3 ton (1,94%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 989092,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 82,58%) çıxarmışlar, o cümlədən, 984319,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,52%) və 4763,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,48%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 604218,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 64,67%) gətirilmişdir. Onlardan 448727,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,27%) və 149362,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 24,72 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 384873,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 94,18%); alüminium və alüminium məmulatları (1,82%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,52%); qara metallar (0,99%); qeyri-üzvi kimya məhsulları (0,21%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 28,60%); quru nəqliyyat vasitələri (13,96%); gəmilər, qayıqlar və digər üzən vasitələr (9,60%); elektrik maşınları və avadanlıqları, onların hissələri (7,75%); qara metallardan məmulatlar (4,24%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 208718,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 17,42%) çıxarmışlar, o cümlədən, 149350,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 71,56%), 43341,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 20,77%) və 15933,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,63%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 330107,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 35,33%) gətirilmişdir. Onlardan 227047,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 68,78%), 36342,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,01 %) və 63953,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 19,37%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 121388,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 53,95%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,80%); meyvə (6,37%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,34%); qeyri-üzvi kimya məhsulları (4,76%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 17,95%); gəmilər, qayıqlar və digər üzən vasitələr (17,16%); quru nəqliyyat vasitələri (9,61%); avadanlıqlar və mexaniki qurğular (7,08%); qara metallar (6,78%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
ABŞ 269156,04 22,47
İsrail 173951,86 14,52
Çili 97900,61 8,17
Hindistan 94266,62 7,87
ltaliya 88335,34 7,37
İran 67981,55 5,68
Ukrayna 67720,92 5,65
Rusiya 63973,54 5,34
Rumıniya 51284,02 4,28
Gürcüstan 48997,18 4,09
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi idxala nisb.%-lə
Rusiya 193914,83 20,75
Türkiyə 86907,19 9,30
Almaniya 67571,21 7,23
Qazaxıstan 56908,87 6,09
B.Britaniya 55952,64 5,99
Ukrayna 54851,39 5,87
Çin 51790,00 5,54
ABŞ 34801,51 3,72
Yaponiya 31542,54 3,38
Xorvatiya 30066,36 3,22


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4093 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1959-u hüquqi, 2134-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1085433,8 min ABŞ dolları (90,62%), özəl sektorun 100600,9 min ABŞ dolları (8,40%), fiziki şəxslərin payı isə 11775,8 min ABŞ dolları (0,98%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 185369,5 min ABŞ dolları (19,84%), özəl sektorun payı 692202,8 min ABŞ dolları (74,09%), fiziki şəxslərin payı isə 56753,6 min ABŞ dolları  (6,07%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.


DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb