Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
2008-ci ilin birinci rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2008-ci ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 114 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2896185,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1543977,8 min ABŞ dolları dəyərində 1022 adda mal ixrac, 1352207,6 min ABŞ dolları dəyərində 4104 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 191770,2 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 8473,5 min ABŞ dolları  dəyərində 2458,3 ton əmtəə
 dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
 humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin I rübünə nisbətən 2008-ci ilin I rübündə ixrac əməliyyatlarının həcmi 67,99% (624911,9 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 18,99% (215785,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 25430,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 78771,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 4503,6 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 107,99% təşkil etmişdir. Bunlardan 2272,4 min ton ixrac, 2231,2 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (154,6 min ton), dəmiryolu (736,6 min ton), avtomobil (140,8 min ton), hava (1,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (1238,6 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (69,5 min ton), dəmiryolu (1833,3 min ton), avtomobil (311,7 min ton) və hava (5,2 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 50667 (əlavə vərəqlə birlikdə 69037) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 8955 (əlavə vərəqlə  birlikdə 9985) ədəd ixrac, 41712 (əlavə vərəqlə birlikdə 59052) ədəd idxal YGB-dir. 2008-ci ilin I rübünda YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 106,79% təşkil etmiş və ya 3220 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 843 (91,40%) ədəd, idxalda isə artım 4063 (110,79%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1701,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (578,9 min ton), İtaliya (500,1 min ton), Gürcüstan (234,3 min ton), Tacikistan (121,6 min ton), İran (74,5 min ton), Türkiyə (66,5 min ton), Rusiya (53,1 min ton), Türkmənistan (39,0 min ton) və Böyük Britaniya (8,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 142,39% olmuş və ya 506,6 min ton artmışdır.
2008-ci ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (626000,2 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (496594,0 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416895,9 min ABŞ dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 225696,8 min ABŞ dolları həcmində,  idxal əməliyyatlarının həcmi isə 21821,7 min ABŞ dolları azalmışdır;
- ixrac əməliyyatlarında orta aylıq azalma 139929,9 min ABŞ dolları, idxal əməliyyatlarında isə 39849,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 34659,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 85,85% təşkil etmiş və ya 5708,5 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin I rübü ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.


 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,01% -0,24%
21 (SDV ilə hesablaşma) -93,16% -73,78%
23 (dövlət krediti üzrə hesablaşma)-0,00% -0,83%
41 (qapalı dövriyyəli valyuta) -1,48 -4,21%
80 (digərləri) -5,34% -20,94%

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin I rübünə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 54,17% (2007-ci ilin I rübünün ixracına nisbətən 179,79%), neft məhsulları - 28,41% (215,30%), alüminium və ondan hazırlanan məmulatlar - 2,21% (173,44%), bitki və heyvan mənşəli yağlar - 1,94% (141,96%), kimya sənayesi məhsulları - 1,80% (197,05%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,59% (154,99%), meyvə-tərəvəz - 1,49% (168,22%), alkoqollu və alkoqolsuz içkilər - 0,30% (80,08%), pambıq - 0,17% (35,42%), tütün və tütün məmulatları - 0,06% (54,95%) təşkil edir. Qalan əmtəələrin payına 7,86% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,70% (2007-ci ilin I rübünün idxalına nisbətən 117,86%), nəqliyyat vasitələri və onların hissələri - 22,13% (244,74%), ərzaq məhsulları - 13,09% (133,51%), qara metallar və onlardan hazırlanan məmulatlar - 7,76% (59,15%), əczaçılıq məhsulları - 1,55% (142,93%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,29% (117,76%), xalq istehlakı malları - 0,76% (111,50%), mebel - 0,57% (83,25%), təşkil edir. Qalan əmtəələrin payına 25,14% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2007-ci ilin I rübünə netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.04.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
1202893,5 t 836373,2  
-Şimal boru kəməri ilə 249411,0 t   
-Bakı-Tbilisi-Ceyhan 8311458,8 t   
1.2) Dəmiryolu nəqliyyatı

01.04.2008-ci ilə qədər
yola   salınan xam neft(şərti YGB)
646946,8 t   
2) Neft emal məhsulları 569994,4 t 438635,2  
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə 569994,4 t 438635,2  
2.1) 01.04.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
298185,6 t   
3) Bitki və heyvan mənş.yağ 19802,1 t 29887,5 123,7 %
4) Spirtli içkilər 3192135,8 L 4537,7 83,4 %
5)Tütün 731,8 t 721,2 81,4%
6) Tütün məmulatı 38700,0 min.əd 192,2 24,8 %
7) Qara metallar 30801,3 t 14671,8 152,3 %
8) Alüminium 16670,5 t 34180,9 209,6 %
9) Çay 1287,0 t 4774,3 88,0 %
10) Pambıq mahlıcı 2713,0 t 2680,2 32,0 %
11) Elektrik enerjisi 104,2 mln kvt/s 1810,7  


İdxalın struktunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2007-ci ilin I rübünə netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 4371,4 t 3025,5 68,0 %
2) Buğda 254677,5 t 73847,2 75,1%
3) Un 2276,4 t 1303,4 1345,0%
 - humanitar yardım 1888,3 t 1100,9  
4) Şəkər 52918,6 t 17702,6 230,9 %
 - humanitar yardım 163,0 t 100,0  
5) Yağ 30434,7 t 22294,5 100,5%
 - kərə yağı 2318,7 t 3075,6  
 - bitki və heyvan mən.yağ 28116,0 t 19218,9  
 - humanitar yardım 88,0 t 171,9  
6) Çay 2097,0 t 4603,4 74,5%
7) Spirt 676670,3 L 616,4 736,6%
8) Spirtli içkilər 2580190,5 L 4610,4 43,5 %
9)Tütün 837,6 t 1871,9 82,3%
10) Tütün məmulatı 2269194,9 min. əd. 38584,3 117,0 %
11) Qara metallar 171802,5 t 43327,4 144,1 %
12) Minik avtomobilləri    
 -YGB əsasında 10278 əd.   83646,4 155,5%
 -GMO əsasında 6182 əd. 30926,8  
13) Neft məhsulları 8284,0 t 12210,3  
14) Elektrik enerjisi 96,8 mln. kvt/s 3434,1  


Xam neft əsasən (1202893,5 ton (100,00%)) Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (507288,6 ton (89,00%)), "QKSSS" MMC (20373,7 ton (3,57%)) və "Azneftyağ" İstehsalat Birliyi (15702,2 ton (2,75%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1235537,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 80,02%) çıxarmışlar, o cümlədən, 1229123,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,48%) və 6394,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,52%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 905792,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,99%) gətirilmişdir. Onlardan 681282,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,21%) və 211857,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 23,39 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 329744,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,28%); alüminium və alüminium məmulatları (2,75%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,75%); qara metallar (1,18%); üzvi kimyəvi birləşmələr (0,28%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,37%); quru nəqliyyat vasitələri (14,01%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,61%); gəmilər, qayıqlar və digər üzən vasitələr (6,42%); qara metallardan məmulatlar (4,53%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 308440,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 19,98%) çıxarmışlar, o cümlədən, 209292,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 67,86%), 76116,4 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 24,68%) və 22907,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,43%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 446414,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,01%) gətirilmişdir. Onlardan 316334,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 70,86%), 54754,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,27 %) və 71228,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 15,96%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 137974,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 48,69%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,68%); meyvə (5,69%); gəmilər, qayıqlar və digər üzən vasitələr (5,58%); qeyri-üzvi kimya məhsulları (4,58%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 17,43%); gəmilər, qayıqlar və digər üzən vasitələr (12,73%); quru nəqliyyat vasitələri (11,83%); qara metallar (7,13%); avadanlıqlar və mexaniki qurğular (7,07%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.

 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
ABŞ 272622,50 17,66
İsrail 174018,10 11,27
Rusiya 108371,24 7,02
İran 101292,17 6,56
Çili 97900,61 6,34
İtaliya 94544,01 6,12
Hindistan 94266,62 6,11
Türkiyə 88944,42 5,76
Yunanistan 86316,10 5,59
Gürcüstan 84674,07 5,48
   
Ölkənin adı Dəyəri (min ABŞ dol.)Ümumi idxala nisb.%-lə
Rusiya 255190,13 18,87
Türkiyə 130803,93 9,67
Almaniya 106928,91 7,91
Çin 92887,23 6,87
B.Britaniya 83154,33 6,15
Qazaxıstan 77451,44 5,73
Ukrayna 76711,81 5,67
ABŞ 49289,01 3,65
Yaponiya 48274,62 3,57
Fransa 33534,69 2,48

 


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5478 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2855-i hüquqi, 2423-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1364137,5 min ABŞ dolları (88,35%), özəl sektorun 164667,8 min ABŞ dolları (10,67%), fiziki şəxslərin payı isə 15172,5 min ABŞ dolları (0,98%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 261036,1 min ABŞ dolları (19,30%), özəl sektorun payı 1009838,1 min ABŞ dolları (74,69%), fiziki şəxslərin payı isə 81333,4 min ABŞ dolları  (6,01%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.



DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb