Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
2008-ci ilin 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2008-ci ilin ilk 4 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 122 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5781827,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3857429,3 min ABŞ dolları dəyərində 1247 adda mal ixrac, 1924397,6 min ABŞ dolları dəyərində 4592 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1933031,7 min ABŞ dolları təşkil etmişdir. O cümlədən, - respublikaya 13428,2 min ABŞ dolları dəyərində 3038,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 4 ayına nisbətən 2008-ci ilin ilk 4 ayında ixrac əməliyyatlarının həcmi 188,24% (2519152,5 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 26,79% (406575,0 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 48049,8 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 141947,0 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 9421,0 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 167,98% təşkil etmişdir. Bunlardan 6360,1 min ton ixrac, 3060,9 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (215,7 min ton), dəmiryolu (1095,3 min ton), avtomobil (203,1 min ton), hava (1,5 min ton) və stasionar nəql etmə (boru kəməri) (4841,3 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (86,3 min ton), dəmiryolu (2503,9 min ton), avtomobil (446,8 min ton) və hava (7,9 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 73147 (əlavə vərəqlə birlikdə 99253) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 13294 (əlavə vərəqlə birlikdə 14683) ədəd ixrac, 59853 (əlavə vərəqlə birlikdə 84570) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 4 ayında YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 112,80% təşkil etmiş və ya 8298 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 830 (106,66%) ədəd, idxalda isə artım 7468 (114,26%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2261,0 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (709,2 min ton), İsveçrə (679,5 min ton), Gürcüstan (343,9 min ton), Tacikistan (160,1 min ton), İran (101,8 min ton), Türkiyə (87,9 min ton), Rusiya (73,4 min ton), Türkmənistan (53,9 min ton) və Qazaxıstan (11,9 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 139,46% olmuş və ya 639,8 min ton artmışdır.
2008-ci ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (2313451,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (572097,8 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416897,9 min ABŞ dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə 1967311,2 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 155200,0 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 562483,8 min ABŞ dolları, idxal əməliyyatlarında isə 25167,9 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 45366,3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 84,64% təşkil etmiş və ya 8233,6 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 4 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.

  İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,00 % -0,27 %
21 (SDV ilə hesablaşma) -72,78 % -74,63 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,00 % -1,11 %
41 (qapalı dövriyyəli valyuta) -0,76 % -4,35 %
78 (kompen.öhdəliklər hesabına) -21,51 % -0,00 %
80 (digərləri) -4,95 % -19,63 %


İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 4 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 71,49% (2007-ci ilin ilk 4 ayının ixracına nisbətən 422,67%), neft məhsulları - 16,83% (199,38%), bitki və heyvan mənşəli yağlar - 1,11% (157,51%), alüminium və ondan hazırlanan məmulatlar - 1,08% (144,34%), kimya sənayesi məhsulları - 1,06% (204,69%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,89% (147,93%), meyvə-tərəvəz - 0,73% (175,11%), alkoqollu və alkoqolsuz içkilər - 0,17% (88,47%), pambıq - 0,11% (52,03%), tütün və tütün məmulatları - 0,03% (44,56%) təşkil edir. Qalan əmtəələrin payına 6,51% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 28,41% (2007-ci ilin ilk 4 ayının idxalına nisbətən 127,39%), nəqliyyat vasitələri və onların hissələri - 19,56% (200,54%), ərzaq məhsulları - 13,28% (141,68%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,57% (77,52%), əczaçılıq məhsulları - 1,90% (183,31%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,22% (116,63%), xalq istehlakı malları - 0,86% (129,77%), mebel - 0,53% (93,16%) təşkil edir. Qalan əmtəələrin payına 25,67% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

  Miqdarı Dəyəri (min ABŞ dolları) 2007-ci ilin ilk 4 ayına netto çəki nisb.%-lə
1) Neft (xam) 4789388,4 t 2757633,8  
1.1) Boru kəməri ilə 01.05.2008-ci ilə
qədər gedən xam neft (sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə
-Bakı-Tbilisi-Ceyhan



243434,0 t
11200778,7 t
   
1.2) Dəmiryolu nəqliyyatı
01.05.2008-ci ilə qədər yola
salınan xam neft (şərti YGB)


929578,3 t
   
2) Neft emal məhsulları
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə
828251,0 t

828251,0 t
649246,4

649246,4
 
2.1) 01.05.2008-ci ilə qədər şərti bəyannamə ilə yola salın. rəsmiləşdirilməmiş neft məhsulları 171562,4 t    
3) Bitki və heyvan mənş.yağ. 28172,1 t 42743,3 134,2 %
4) Spirtli içkilər 4500507,6 L 6335,7 86,6 %
5) Tütün 960,4 t 887,4 70,4 %
6) Tütün məmulatı 49700,0 min əd 264,4 19,5 %
7) Qara metallar 39493,0 t 18919,7 132,8 %
8) Alüminium 20379,0 t 41603,8 173,8 %
9) Çay 1650,9 t 6007,4 91,6 %  
10) Pambıq mahlıcı 4449,2 t 4361,8 47,0 %
11) Elektrik enerjisi 174,7 mln. kvt//s 3960,3  
12) Təbii qaz 76687,2 min kub/m 14452,5  


İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
  Miqdarı Dəyəri (min ABŞ dolları) 2007-ci ilin ilk 4 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 6427,0 t 4443,7 73,0 %
2) Buğda 358409,8 t 110772,6 85,1 %
3) Un 2473,3 t
- humanitar yardım
1429,1
1888,5 t
857,2 %
1102,2
 
4) Şəkər
- humanitar yardım
80104,8 t
163,0 t
26676,5
100,6
139,4 %
 
5) Yağ 41110,0 t
- kərə yağı
- bitki və heyvan mən.yağ.
- humanitar yardım
30488,5
3184,7 t
37925,3 t
178,0 t
116,9 %
4233,8
26254,8
492,5
 
6) Çay 2644,5 t 5711,1 72,3 %  
7) Spirt 729597,3 L 670,6 376,2 %
8) Spirtli içkilər 3176706,4 L 5710,6 53,1 %
9) Tütün 1067,4 t 2192,1 78,5 %
10) Tütün məmulatı 3015288,9 min əd. 51571,6 107,1 %
11) Qara metallar 230285,5 t 67124,7 147,4 %
12) Minik avtomobilləri
-YGB əsasında
-GMO əsasında
   
14202 əd.
119331,0
146,9 %
 
8267 əd.
40862,9
13) Neft məhsulları 12881,9 t 19072,2  
14) Elektrik enerjisi 162,9 mln. kvt//s 6196,9  

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2650313,1 ton (55,34%)) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2139075,3 ton (44,66%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (720479,2 ton (86,99%)), "QKSSS" MMC (36853,6 ton (4,45%)) və «Azərneftyağ» NEZ (29607,1 ton (3,57%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3368925,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87,34%) çıxarmışlar, o cümlədən, 2529569,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 75,09%), 829747,3 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 24,63 %) və 9565,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,28%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1303681,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67,74%) gətirilmişdir. Onlardan 984277,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,50%) və 295816,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 22,69 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2065244,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 96,35%); alüminium və alüminium məmulatları (1,23%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,79%); qara metallar (0,56%); üzvi kimyəvi birləşmələr (0,18%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,55%); quru nəqliyyat vasitələri (13,91%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,84%); qara metallardan məmulatlar (5,21%); gəmilər, qayıqlar və digər üzən vasitələr (4,51%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 488503,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 12,66%) çıxarmışlar, o cümlədən, 277984,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 56,91%), 181268,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 37,11%) və 29123,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,96%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 620716,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32,26%) gətirilmişdir. Onlardan 451948,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 72,81%), 80626,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,99 %) və 82028,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 13,22%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 132212,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 39,13%); gəmilər, qayıqlar və digər üzən vasitələr (18,96%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,66%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,32%); meyvə (4,26%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində əsasən dənli bitkilər (idxala nisbətən 18,73%); quru nəqliyyat vasitələri (11,84%); gəmilər, qayıqlar və digər üzən vasitələr (9,15%); qara metallar (8,23%); avadanlıqlar və mexaniki qurğular (7,17%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
Ixracda Idxalda
İtaliya 1130644,44 29,31
ABŞ 490582,84 12,72
Hindistan 337595,65  
İsrail 238451,29 6,18
Çili 213981,94 5,55
Rusiya 149306,59 3,87
Türkiyə 133953,82 3,47
Gürcüstan 128830,63 3,34
İran 125066,07 3,24
Fransa 104884,66 2,72
Rusiya 338643,87 17,60
Türkiyə 201072,24 10,45
Almaniya 155997,15 8,11
Çin 122273,75 6,35
Qazaxıstan 118362,91 6,15
B. Britaniya 115337,11 5,99
Ukrayna 112786,92 5,86
Yaponiya 80473,03 4,18
ABŞ 68459,21 3,56
Fransa 46672,04 2,43






Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6853 hüquqi və fiziki şəxs məşğul olmuşdur.
Bunlardan 3211-i hüquqi, 3642-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2694905,6 min ABŞ dolları (69,86%), özəl sektorun 1143899,8 min ABŞ dolları (29,65%), fiziki şəxslərin payı isə 18623,95 min ABŞ dolları (0,48%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 270457,2 min ABŞ dolları (18,54%), özəl sektorun payı 482483,5 min ABŞ dolları (19,25%), fiziki şəxslərin payı isə 118536,7 min ABŞ dolları (6,16%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnələri əsasında hesablanmışdır.



DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
11.10.2008
Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-8-də cənub bölgəsində səfərdə olmuşdur.

Daha ətraflı
11.10.2008
Oktyabrın 9-da Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.

Daha ətraflı
     2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb