Xarici ölkədən respublikamıza daimi yaşamaq üçün köçüb gələn vətəndaş hansı miqdarda rüsumsuz əşya gətirə bilər?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əsasən qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən (və ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köçüb gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özü gömrük sərhədindən keçərək gömrük orqanlarına bəyan etməklə müşayiət olunmayan baqajla gətirdikdə gömrük idxal rüsumuna cəlb olunmurlar.