Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə
gömrük rüsumlarının
dərəcələri haqqında
Qərar ¹
91
Bakı şəhəri, 22 aprel 1998-ci il
Azərbaycan Respublikasının «Gömrük
Məcəlləsi»nə və «Gömrük Tarifi haqqında» Qanununa uyğun olaraq
gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu
ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq
fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların istehsalının
inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla
razılaşdırılmış «Gömrük rəsmiləşdirilməsi»nə görə alınan gömrük
yığımlarının miqdarı təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası
malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə
uyğun olaraq aparılsın.
3. Müəyyən edilsin ki,
ixrac olunan mallar, onların növlərindən asılı olmayaraq gömrük
ixrac rüsumuna cəlb olunmur.
4. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında»
Qanununun 33-cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal
rüsumuna cəlb olunmur:
4.1. birgə müəssisənin
nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə
xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən
əmlak;
4.2.
xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin
yalnız öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri
əmlak (respublikaya qoyulmuş investisiyanın dəyəri və miqdarı,
habelə iş görənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);
4.3.
Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin,
habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici
hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə və
texniki yardımları, qrantlar, kreditlər və borclar, həmçinin
bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə
Azərbaycan tərəfinin payı hesabına idxal olunan mallar;
4.4. təmənnasız paylanılması
üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən
mallar;
4.5. fövqəladə halların qarşısının
alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə
maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə
məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi
bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının
Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi
əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar,
cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri,
ləvazimatlar və materiallar.
4.6. Azərbaycan Respublikasına,
o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri
haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi
nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin
Azərbaycan Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə
təqdim edilməsi üzrə əməliyyatlar.
4.7. Azərbaycan Respublikası
vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları,
onların fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq
izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar,
ləvazimatlar və materiallar.
4.8. lizinq müqaviləsinin obyekti
olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas
vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların
xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı
təsdiq edilsin (əlavə olunur).
5. Müəyyən edilsin ki,
mənşə ölkəsindən asılı olmayaraq bu qərarın «Azərbaycan Respublikası
ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»
barədə əlavəsində göstərilən mallara idxal gömrük rüsumu onların
Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturasına uyğun kodlar
üzrə müvafiq dərəcələrlə, həmin əlavədə göstərilməyən digər mallara
isə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq
olunur.
6.
Müəyyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların,
hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanılması üçün
humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində,
həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası
ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi,
digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim
etməlidirlər.
7. Azərbaycan Respublikasının
xarici dövlətlərlə azad ticarət və kooperasiya haqqında sazişlərində
malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq
edilməməsi nəzərdə tutulduqda, idxal olunan mallara gömrük idxal
rüsumu tətbiq edilmir.
8.
Müəyyən edilsin ki, bu Qərarın 4.1; 4.2; 4.3 və 4.4 yarımbəndlərində
göstərilən malların sərbəst tədavülə buraxılması üçün, həmin mallar
yenidən bəyan olunmalı və gömrük idxal rüsumları ödənilməlidir.
Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlər görülür.
Bu
bəndin icrasına nəzarət Dövlət Gömrük Komitəsi, Ticarət Nazirliyi
və Baş Dövlət Vergi Müfəttişliyi, büdcə təşkilatları üzrə isə
Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
9.
İdxal əməliyyatları üzrə alınan gömrük rüsumlarının dövlət büdcəsinə
tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və müvəkkil
banklar tərəfindən təmin edilsin.
10.
Dövlət Gömrük Komitəsi bu Qərarın icrası ilə əlaqədar müvafiq
təlimatlar hazırlasın, Maliyyə Nazirliyi ilə razılaşdıraraq mövcud
qaydada təsdiq etsin və zəruri tədbirlər həyata keçirsin.
11.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun
tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla
və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və
dəyişikliklər edilməsi barədə» 1998-ci il 5 avqust tarixli 167
nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və «Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və
dəyişikliklər edilməsi barədə» 1998-ci il 30 oktyabr tarixli 218
nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid
olan hissələri qüvvəsini itirmiş hesab edilsin.
12. Bu Qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli
91 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Gömrük rəsmiləşdirilməsinə
görə alınan gömrük yığımlarının miqdarı
1. Mal qəsmində Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri
də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda,
beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin
0,15 faizi miqdarında (10 ABŞ dollarından az olmayaraq), Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri
arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan
Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft
kəməri vasitəsilə ixracı üzrə isə hər bir yük gömrük bəyənnaməsi
üçün ixrac olunan malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları
miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən
müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.
2. Azərbaycan Respublikasının
gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant
kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi
ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik
nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi
üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin
qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük
yığımları alınmır.
3. Gömrük Yük Bəyannaməsinin
hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq
5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı
tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır.
4. Azərbaycan Respublikasının
gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların
gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük
Bəyannamələri üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının
Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük
yığımları alınır.
5. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən
müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün
vəsiqə verilməsinə görə:
yük və minik
avtomobilləri, mikroavtobus və avtobuslar üçün — 20 ABŞ dolları;
digər nəqliyyat
vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının
Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq
manatla ödənc alınır.
6.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük
orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən
kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda
alınır.
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli
91 nömrəli qərarına 1 nömrəli əlavə.
Azərbaycan Respublikasının
ərazisinə gətirilən və gömrük idxal rüsumuna cəlb olunmayan malların
siyahısı
|
Xarici
iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun
mal qrupları
|
Xarici iqtisadi fəaliyyət
üzrə malların nomenklaturasına uyğun mal qruplarının adı
və malların kodları
|
|
Qrup 25
|
Duz, kükürd, torpaq və
daş, əhəng və sement-mal qruplarından yalnız 250100310;
250100510; 2502; 2503; 2504; 2505; 2506; 2507; 250830;
2509; 2510; 2511; 251311; 251690910; 2518; 251990900;
2521; 2524; 2527; 2528; 252910; 253010 mal mövqeləri
|
|
Qrup 26
|
Filizlər, şlaklar və küllər
|
|
Qrup 27
|
Mineral yanacaq, neft
və neft emalının məhsulları — mal qrupundan yalnız 270111;
270112; 270710900; 270720900; 2708; 271000210; 271000910;
271000990; 271210100; 271220; 2716 mal mövqeləri
|
|
Qrup 28
|
Qeyri-üzvi kimya məhsulları
|
|
Qrup 29
|
Üzvi kimya birləşmələri
|
|
Qrup 30
|
Əczaçılıq məhsulları
|
|
Qrup 34
|
Sabun, səthi-aktiv üzvi
maddələr, yuyucu maddələr, sürtkü materialları, sün`i
hazır mumlar, şam və bənzəri məmulat, yapma pastaları,
plastilin, diş həkimi üçün əsası gips olan birləşmələr
— mal qrupundan yalnız 340211; 340213; 340490900; 340590100
mal mövqeləri
|
|
Qrup 35
|
Zülali maddələr, nişasta,
yapışqanlar, mayalar (fermentlər) mal qrupundan yalnız
350520100—350520900; 350699 mal mövqeləri
|
|
Qrup 36
|
Partlayıcı maddələr, pirotexnik
məmulatları, kibrit, pirofer xəlitələr, bəzi alışqan maddələr
mal qrupundakı 3604; 3605 mal mövqelərindən başqa
|
|
Qrup 37
|
Foto və kino malları qrupundan
yalnız 370210000 (rentgen aparatları üçün plyonka) mal
mövqeyi
|
|
Qrup 38
|
Başqa kimyəvi məhsullar
— mal qrupundakı 3805; 3819; 3820 mal mövqelərindən başqa
|
|
Qrup 39
|
Plastik kütlələr və onlardan
hazırlanmış məmulatlar —mal qrupundan yalnız 390110100;
390110900; 390120000; 390210; 3903; 390410000;
390511; 390710; 390720; 390730000; 390740; 390810;
390940; 391110; 391220190; 391520; 391732350; 392010900;
392030000; 392113; 392119900; 392350100 mal mövqeləri
|
|
Qrup 40
|
Kauçuk və rezin məmulatı
— mal qrupundan yalnız 400122000; 400129; 400211000;
400220; 400821900; 4010; 401130100; 401700110 mal mövqeləri
|
|
Qrup 44
|
Oduncaq və oduncaq məmulatı,
ağac kömürü — mal qrupundan yalnız 4406 mal mövqeyi
|
|
Qrup 45
|
Mantar (tıxac) və ondan
məmulatlar — mal qrupundan yalnız 450310000 mal mövqeyi
|
|
Qrup 47
|
Oduncaqdan və ya bitki
mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız
və karton tullantıları və makulatura mal qrupundakı 4707
mal mövqeyindən başqa
|
|
Qrup 49
|
Nəşr olunmuş kitab, qəzet,
reproduksiya və poliqrafiya sənayesinin digər məmulatları,
əlyazmalar, makinada çap olunmuş mətnlər və planlar —
mal qrupundan yalnız 4901; 4902; 4903; 4904; 4905 və 4906
mal mövqeləri
|
|
Qrup 51
|
Yun heyvanların nazik
və qaba tükləri — mal qrupundan yalnız 510710100;
510720100 mal mövqeləri
|
|
Qrup 69
|
Odadavamlı kərpiclər,
bloklar, lövhələr və analoji odadavamlı keramik materiallar
— mal qrupundan yalnız 6902; 6903 mal mövqeləri
|
|
Qrup 70
|
Şüşə və şüşə məmulatı
— mal qrupundan yalnız 7002; 7008; 7010; 701910100; 701910510
mal mövqeləri
|
|
Qrup 72
|
Qara metallar — mal qrupundan
yalnız 7201 mal mövqeyi
|
|
Qrup 74
|
Mis və mis məmulatı mal
qrupundakı 7412; 7417; 7418; 7419 mal mövqelərindən başqa
|
|
Qrup 75
|
Nikel və nikel məmulatı
|
|
Qrup 76
|
Alüminium və alüminium
məmulatı — mal qrupundakı 7610; 7611; 7612; 7613; 7615;
7616 mal mövqelərindən başqa
|
|
Qrup 78
|
Qurğuşun və qurğuşun məmulatı
|
|
Qrup 79
|
Sink və sink məmulatı
|
|
Qrup 80
|
Qalay və qalay məmulatı
|
|
Qrup 81
|
Başqa adi metallar, metal
keramika və onlardan hazırlanmış məmulatlar — mal qrupundakı
yalnız 8101; 8102; 810890100 mal mövqeləri
|
|
Qrup 83
|
Qeyri-qiymətli metallardan
digər mal mövqelərində göstərilməyən məmulatlar — mal
qrupundan yalnız 8309 mal mövqeyi
|
|
Qrup 84
|
Nüvə reaktorları, qazanları,
avadanlıq və mexaniki cihazları, onların hissələri — mal
qrupundakı 841451900; 841510000; 841581900; 841720; 841810900;
841821—841829000; 841830910; 841830990; 841840910; 841840990;
841850; 841891000; 841899900; 842211000; 842310100;
842381500; 8450; 845210; 8469; 8470; 847110; 847120100—847120600;
847191400—847191900; 847199; 8472; 8473; 8476 mal mövqelərindən
başqa
|
|
Qrup 85
|
Elektrik maşınları və
avadanlığı, onların hissələri — mal qrupundakı 850710910;
850810; 8509; 8510; 8511; 8512; 8513; 8516; 851710; 851720;
851781100; 851810—851840100; 851840910—851850100; 8519;
8520; 8521; 8522; 8523; 8524; 852510900; 852520900;
852719000; 852721; 852731; 852732; 852739; 8528; 852910200—852910900;
8539; 854411900; 854419; 854419900; 854430900;
854511—854519900; 854590 mal mövqelərindən başqa
|
|
Qrup 86
|
Dəmir yolu lokomotivləri
və vaqonları, tramvay, onların hissələri və ləvazimatı,
dəmir yolu və tramvay şəbəkəsi üçün yol qurğuları
|
|
Qrup 87
|
Yerüstü (dəmir yolu və
tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri — mal
qrupundakı 8702; 8703; 8711; 8712; 8714 mal mövqelərindən
başqa
|
|
Qrup 88
|
Uçuş aparatları, kosmik
aparatları, onların hissələri
|
|
Qrup 89
|
Gəmi, qayıq və başqa üzən
vasitələr mal qrupundakı 8903 mal mövqeyindən başqa
|
|
Qrup 90
|
Optik fotoqrafiya, kinematoqrafiya,
ölçü, nəzarət, yüksək dəqiqlikli, tibb və cərrahlıq cihazları
və aparatları və onların hissələri, ləvazimatları 9004;
9006 mal mövqelərindən başqa
|
|
Qrup 93
|
Silah və sursatlar, onların
hissələri — mal qrupundakı yalnız 9301; 9302; 9305; 9306
mal mövqeləri
|
|
Qrup 97
|
Sənət əsərləri, kolleksiya
və əntiq əşyalar
|
İşlər müdiri
A.HACIYEV.
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
2 nömrəli əlavə
Azərbaycan Respublikası
ərazisinə gətirilən və gömrük dəyərinin 5 faizi həcmində gömrük
idxal rüsumuna cəlb olunan malların siyahısı
|
Xarici
iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun
mal qrupları
|
Xarici
iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun
mal qruplarının adı və malların kodları
|
|
Qrup
01
|
Canlı
heyvanlar (damazlıq heyvanlar istisna olmaqla)
|
|
Qrup
10
|
Taxıl
və dənli bitkilər
|
|
Qrup
11
|
Un
və yarma sənayesi məhsulları, maya, nişasta, inulin, buğda
özlüyü mal qrupundan yalnız 110813 mal mövqeyi
|
|
Qrup
13
|
Sellak,
kütrələr, qatranlar və bitki şirələri və cövhərləri qrupundan
yalnız 130220100; 130231000 mal mövqeləri
|
|
Qrup
15
|
Heyvan
və bitki mənşəli piylər və yağlar; onların parçalanmasından
əmələ gələn məhsullar; hazırlanmış ərzaq piyləri; heyvan
və bitki mənşəli mumlar mal qrupundan yalnız 151190910
mal mövqei
|
|
Qrup
25
|
Duz,
kükürd, torpaq və daş, əhəng və sement — mal qrupundan
yalnız 252010000; 252020 mal mövqeləri
|
|
Qrup
32
|
Aşılayıcı
və boyayıcı cövhərlər, boyaq maddələri, rəng və laklar,
taninlər və onlardan törəmələr, müxtəlif mastikalar, mürəkkəb
(mətbəə rəngi) — mal qrupundan yalnız 3204; 320810; 320890100;
320890910 mal mövqeləri
|
|
Qrup
44
|
Oduncaq
və oduncaq məmulatı, ağac kömürü, 4406 mal mövqeyindən
başqa
|
|
Qrup
45
|
Mantar
(tıxac) və ondan məmulatlar mal qrupundakı 450310000 mal
mövqeyindən başqa
|
|
Qrup
48
|
Kağız,
karton və onlardan düzəldilmiş, məmulat — mal qrupundakı
4803; 4810; 4814; 4817; 481810—481830000; 481920—481960000;
4820 mal mövqelərindən başqa
|
|
Qrup
51
|
Yun,
heyvanların nazik və qaba tükləri — mal qrupundan yalnız
510130000 mal mövqeyi
|
|
Qrup
52
|
Pambıq
— mal qrupundan yalnız 5203; 5205; 520614000; 520615;
520811900 mal mövqeləri
|
|
Qrup
53
|
Başqa
bitki mənşəli toxuculuq lifləri, kağız lifi və ondan hazırlanmış
parça
|
|
Qrup
54
|
Kimyəvi
saplar
|
|
Qrup
55
|
Kimyəvi
ştapel lifləri
|
|
Qrup
59
|
Hopdurulmuş
və yeri təkrarən doldurulmuş toxuma materialları, bunlardan
düzəldilmiş texniki məmulat — mal qrupundan yalnız 590210900;
591140000 mal mövqeləri
|
|
Qrup
68
|
Daş
məmulatları, gips, sement, azbest, mika (slyuda) və bunlardan
düzəldilmiş məmulatlar — mal qrupundan yalnız 680610;
6814 mal mövqeləri
|
|
Qrup
70
|
Şüşə
və şüşə məmulatları qrupundan yalnız 7001; 7006; 7007;
702000100 mal mövqeləri
|
|
Qrup
71
|
Təbii
və ya yetişdirmə mirvari, qiymətli və ya yarım-qiymətli
daşlar, metallar, qiymətli metallarla örtülmüş metallar
və bunlardan hazırlanmış məmulatlar — mal qrupundan yalnız
710210000 mal mövqeyi;
|
|
Qrup
72
|
Qara
metallar (7201 mal möqei istisna olmaqla)
|
|
Qrup
73
|
Qara
metallardan məmulatlar mal qrupundakı 7323 mal mövqeyindən
başqa
|
|
Qrup
84
|
Nüvə
reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları,
onların hissələri mal qrupundan yalnız 847120100; 847120900;
847329000; 847330000 mal mövqeləri
|
|
Qrup
87
|
Yerüstü
(dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat
vasitələri — mal qrupundan yalnız 870290110; 870290190
mal mövqeləri
|
İşlər
müdiri
A.HACIYEV.
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli
91 nömrəli qərarına əlavə (Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1999-cu il 27 fevral
tarixli
25 nömrəli qərarının mətnində)
Azərbaycan Respublikası
ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri
|
MDB
dövlətlərin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasına
uyğun malların kodu
|
Malın
adı
|
İdxal
rüsumlarının dərəcələri 1 ölçü vahidi üçün avro və ya
gömrük dəyərinə görə faizlə
|
Qrup
01 |
010111000 |
Damazlıq
heyvanlar |
0
|
010210100 |
Cins
iribuynuzlu heyvanlar |
0
|
010310000 |
Cins
donuz |
0
|
010410100 |
Cins
qoyun |
0
|
010420100 |
Cins
keçi |
0
|
010511190 |
Cins
damazlıq cücələri (çəkisi 185 q-dan artıq olmayanlar) |
0
|
Qrup
04 |
040229110 |
Südəmər
uşaqlar üçün çəkisi 500 q-dan artıq olmayan qablaşdırılmış
süd |
0
|
Qrup
05 |
0510 |
Əczaçılıq
üçün heyvan mənşəli məhsullar |
0
|
051110000 |
Bioloji
preparatlar |
0
|
051199500 |
İri
buynuzlu heyvanların embrionları |
0
|
Qrup
07 |
070110000 |
Kartof
— əkin üçün:
|
mövsümi
olaraq yalnız oktyabr-noyabr və fevral-mart ayları üzrə |
0
|
qalan
aylar üzrə |
15%
|
071290110 |
Qarğıdalı
— əkin üçün |
0
|
071310100 |
Noxud
— əkin üçün |
0
|
071320100 |
Nuq
— əkin üçün |
0
|
071331100 |
«Winga
mungo» növlü lobya — əkin üçün |
0
|
071332100 |
Qırmızı
kiçik lobya — əkin üçün |
0
|
071333100 |
Adi
lobya — əkin üçün |
0
|
071339100 |
Digər
lobya növləri — əkin üçün |
0
|
071340100 |
Mərci
— əkin üçün |
0
|
071350100 |
Yem
paxlaları — əkin üçün |
0
|
071390100 |
Digər
paxlalar — əkin üçün |
0
|
Qrup
08 |
080520 |
Naringi:
|
mövsümi
olaraq oktyabr-dekabr və yanvar-fevral ayları üzrə |
1
kq üçün
0,1 avro
|
qalan
aylar üzrə |
15%
|
0807 |
Yemiş,
qarpız |
15%;
1 kq 0,1 avrodan az olmamaq şərtilə
|
0808 |
Alma,
heyva, armud |
15%;
1 kq 0,1 avrodan az olmamaq şərtilə
|
Qrup
09 |
0902 |
Çay |
15%;
1 kq 0,5 avrodan az olmamaq şərtilə
|
Qrup
10 |
1001 |
Buğda |
5%
|
100300100 |
Arpa
— əkin üçün |
0
|
100510—100510190 |
Qarğıdalı
— əkin üçün |
0
|
100610100 |
Düyü
— əkin üçün |
0
|
100700100 |
Darı
hibridləri — əkin üçün |
0
|
100830000 |
Bülbülotu
toxumu |
0
|
1008 |
Qarabaşaq |
5%
|
100300900 |
Arpa |
5%
|
Qrup
11 |
110720000 |
Qovrulmuş
səməni |
0
|
Qrup
12 |
12 |
Toxumlar,
saman, furaj |
0
|
121291 |
Şəkər
çuğunduru |
15%
|
Qrup
13 |
130220100 |
Quru
pektin maddələri, petinatlar və pektatlar |
5%
|
13023100 |
aqar-aqar |
5%
|
Qrup
19 |
190110000 |
Uşaq
yeməkləri qablaşdırılmış |
0
|
190190110 |
Səməni
cövhəri |
5%
|
Qrup
22 |
2201—2202 |
Təbii
mineral, qazlı və qazsız sular |
15%;
1 litr üçün 0,25 avro-dan az olmamaq şərtilə
|
220300 |
Səməni
pivəsi |
1
litr üçün
0,1 avro
|
2204 |
Tündləşdirilmiş
daxil olmaqla təbii üzüm şərabları (2209 mal mövqeyində
göstəriləndən başqa) |
1
litr üçün
1,3 avro
|
220410 |
Köpüklənən
şərablar |
1
litr üçün
1,3 avro
|
220410110 |
Şampan
şərabı |
1
litr üçün
1,5 avro
|
2205 |
Bitki
və ya ətirli cövhər əlavə edilmiş vermutlar və digər təbii
üzüm şərabları |
1
litr üçün
1,0 avro
|
2206 |
Digər
acıdılmış içkilər (alma şərabı, armud şərabı, bal içkisi)
|
1
litr üçün
1,0 avro
|
220710000 |
Tərkibində
80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti |
1
litr üçün
1 avro
|
220720000 |
Denaturlaşdırılmış
hər hansı bir tərkibdə qatılaşdırılmış etil spirti və digər
spirtlər |
1
litr üçün
1 avro
|
220820 |
Üzüm
şərabının distillə edilməsi nəticəsində və ya üzümün cecəsindən
alınan tünd spirtli içkilər |
1
litr üçün
1,3 avro
|
220820120 |
Konyak |
1
litr üçün
2,0 avro
|
220830 |
Viski |
1
litr üçün
2,0 avro
|
220840 |
Rom
və tafiya |
1
litr üçün
2,0 avro
|
220850 |
Cin
və ardıc meyvəsindən hazırlanmış içki |
1
litr üçün
2,0 avro
|
220860 |
Vodka |
1
litr üçün
2,0 avro
|
220870 |
Likyorlar
və şirin şirələr |
1
litr üçün
2,0 avro
|
220890110;
220890190 |
Araq |
1
litr üçün
2,0 avro
|
220890330;
220890390 |
Likyor
istisna olmaqla gavalı, albalı və ya armud spirtli içkiləri |
1
litr üçün
1,3 avro
|
220890410—220890780 |
Digər
spirtli şirələr və içkilər |
1
litr üçün
1,3 avro
|
220890910;
220890990 |
Tərkibində
80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti |
1
litr üçün
1 avro
|
Qrup
24 |
240220 |
Tütündən
və ya onun əvəzedicilərindən hazırlanmış siqaretlər |
1000
ədəd
üçün 1,2 avro
|
Qrup
25 |
250100310 |
Kimyəvi
çevrilmələr üçün (natriumun və xlorun bölünməsi) sənayedə
istifadə edilən duz |
0
|
250100510 |
Denaturlaşdırılmış
və ya sənaye məqsədləri üçün duz |
0
|
250200000 |
Yanmamış
pirit |
0
|
250300 |
Kükürdün
bütün növləri (sublimirilləşdirilmiş, hopdurulmuş və ya
kolloidləşdirilmişdən başqa) |
0
|
2504 |
Təbii
qrafit |
0
|
250510000 |
Kvarslı
təbii qum (bütün növləri) |
0
|
2506 |
Kvars
(təbii qumdan başqa) |
0
|
250700 |
Kaolin
və kalsinləşdirilmiş və ya kalsinləşdirilməmiş digər kaolin
gilləri |
0
|
250830000 |
Odadavamlı
gil |
0
|
2510 |
Təbii
kalsiy fosfatları (fosforitlər), alüminium-kalsiy fosfatları,
fosfat təbaşiri |
0
|
2511 |
Təbii
bariy sulfatı (barit); kalsiumlaşdırılmış və ya kalsiumlaşdırılmamış
təbii bariy karbonatı (viterit) (bariy oksidindən başqa) |
0
|
252100000 |
Əhəng
və sement istehsalı üçün əhəng flyusu |
0
|
2528 |
Təbii
boratlar və onların konsentratları |
0
|
253010100 |
Perlit |
0
|
Qrup
26 |
26 |
Filizlər
və şlaklar |
0
|
Qrup
27 |
271220000 |
Texniki
parafin |
5%
|
270900900 |
Yalnız
xam neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə |
0
|
271121000 |
Təbii
qaz |
0
|
270111100 |
Antrosit |
0
|
270112100 |
Kokslanan
kömür |
0
|
271000210 |
Uayt-spirit |
0
|
271600000 |
Elektrik
enerjisi |
0
|
Qrup
28 |
28 |
Qeyri-üzvi
kimya məhsulları |
0
|
Qrup
29 |
29 |
Üzvi
kimya birləşmələri |
0
|
Qrup
30 |
30 |
Əczaçılıq
məhsulları |
0
|
3005 |
Pambıq,
marlya, bint və analoji məmulatlar |
5%
|
300640000 |
Diş
üçün sement |
5%
|
300650000 |
Sanitar
sumkaları və ilk yardımın göstərilməsi üçün dərman yığımları |
10%
|
300390100 |
Tərkibində
yod və yodbirləşməsi olan dərman vasitələri |
5%
|
Qrup
31 |
31 |
Gübrə |
0
|
Qrup
32 |
321290390 |
Yalnız
poliefir toz rəng |
0
|
Qrup
36 |
3601 |
Barıt |
5%
|
3602 |
Partlayıcı
maddələr |
0
|
Qrup
37 |
370110100 |
Tibbi,
stomatoloji və ya baytarlıq məqsədl< |