| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında
1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin hesablanıb alınması Azərbaycan Respublikası Vergi Məcəlləsinin XV fəslinə və ”Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 03 dekabr 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 209,210, 211 və 212 ci maddələriinə uyğun olaraq tənzimlənir.
2. Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan avtonəqliyyat vasitələri vergitutma obyektidir və bu nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər (və ya onların adından həmin nəqliyyat vasitələrini idarə edən hər hansı digər şəxslər) yol vergisinin ödəyiciləridir.
YOL VERGİSİNİN DƏRƏCƏLƏR ÜZRƏ HESABLANMASI
1. Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan avtonəqliyyat vasitələrindən yol vergiləri nəqliyyat vasitələrinin növündən, o cümlədən avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, yük maşınları üçün oxların sayından, yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən və yüklərin təhlükəlilik dərəcəsindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı dərəcələrlə hesablanır:
2. Minik avtomobillərindən – 15 ABŞ dolları.
3. Avtobuslar üçün (ABŞ dolları):
| oturacaq yerlərinin sayı: |
Ölkə ərazisində qaldığı müddət |
| 1 gün üçün |
1 həftəyə-dək |
1 aya qədər |
3 aya qədər |
1 ilə qədər |
| 1-12 olduqda |
15 |
30 |
100 |
300 |
1050 |
| 13-30 olduqda |
20 |
40 |
140 |
400 |
1400 |
| 31 və daha çox |
25 |
50 |
175 |
500 |
1750 |
4. Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrindən (bundan sonra – yük avtomobilləri) avtonəqliyyat vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikası ərazisində qaldığı müddətdən asılı olaraq (ABŞ dolları ilə)
| Oxların sayı |
Ölkə ərazisində qaldığı müddət |
| 1 gün üçün |
2 həftəyə-dək |
1 aya qədər |
3 aya qədər |
1 ilə qədər |
| 4 (dörd)oxa qədər |
20 |
40 |
140 |
400 |
1400 |
| 4(dörd)ox və çox olanda |
30 |
80 |
280 |
800 |
2800 |
5. Verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə daşınan yüklərə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometrinə görə nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
| 37 tondan 41 tonadək olduqda | – 0,15 ABŞ dolları; |
| 41 tondan 51 tonadək olduqda | – 0,30 ABŞ dolları; |
| 51 tondan 61 tonadək olduqda | – 0,45 ABŞ dolları; |
| 61 tondan 71 tonadək olduqda | – 0,50 ABŞ dolları; |
| 71 tondan 81 tonadək olduqda | – 0,75 ABŞ dolları; |
| 81 tondan çox olduqda | – 1,8 ABŞ dolları qədər artırılır: |
6. Tətbiq olunan verginin məbləği xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələri ilə daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq 4-cü bənddə göstərilmiş formada:
| az təhlükəli yüklər üçün | – 100 faiz; |
| təhlükəli yüklər üçün | – 200 faiz; |
| xüsusi təhlükəli yüklər üçün isə | – 400 faiz artırılır. |
Yüklərin təhlükəlilik dərəcəsi 18 iyul 2000-ci il tarixli 913- İQ saylı Azərbaycan Respublikasının qanununa uyğun olaraq 30 sentyabr 1957- ci il il tarixdə Cenevrə şəhərində imzalanmış « Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi (DOPOQ)» ilə müəyyən olunur.
7. Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş müddət ərzində həmin ərazini tərk etmədikdə əlavə qaldıqları günlər üçün verginin məbləği həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasından çıxan zaman alınır.
YOL VERGİSİNİN TUTULMASI VƏ
RƏSMİLƏŞDİRİLMƏSİ
1. Yol vergisinin düzgün hesablanması, tutulması və vaxtında dövlət büdcəsinə köçürülməsi üçün xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sürücülərindən aşağıdakı sənədlər tələb olunur:
- Avtonəqliyyat vasitəsinin texniki pasportu.
- İnvoys.
- Yol nəqliyyat sənədi.
- Yükün mənşə sertifikatı.
- Yükün keyfiyyət sertifikatı.
Sənədlər alındıqdan sonra avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qalma müddəti həmin avtonəqliyyat vasitəsinin sahibi və ya onun adından sürücüsü tərəfindən müəyyən edilir. Avtonəqliyyat vasitəsi və yük barəsində bütün mə’lumatlar, yə’ni sürücünün adı və familiyası, nəqliyyat vasitəsinin mənsub olduğu ölkə, markası, dövlət nişan nömrəsi, oxlarının sayı, yüklə birlikdə ümumi çəkisi, yükün adı,yükün XİF-in mal namenkulaturasına uyğun kodu, yükü göndərən ölkə, yükü qəbul edən ölkə, yükün təhlükəlilik dərəcəsi, ağır çəki ilə qət edəcəyi yol, Azərbaycan Respublikası ərazisində qalma müddəti kompüterə daxil edilir və verginin məbləği hesablanıb alınır. Verginin alınması barədə qəbz şö’bənin (bölmənin) nömrəli ştampı ilə təsdiq edilərək sürücüyə təqdim edilir.
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
03.05.2008
Rəsmi xronika Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.
|
 Daha ətraflı |
|
|
|
|
03.05.2008
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır.
|
 Daha ətraflı |
|
|
|
|
|
|
|
|
|