2008-ci ilin xronikası
Fevralın 3-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində «Problemlərlə mübarizəyə qalxaq» mövzusunda Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə 4-cü Ümumdünya Forumu keçirilmişdir.
Ümumdünya Gömrük Təşkilatı və Dubay Limanlar Gömrük İdarəsinin təşkilatçılığı, həmçinin İnterpol, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq Ticarət Palatası, Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə Biznes Birliyi, Beynəlxalq Ticarət Nişanları Assosiasiyası və Beynəlxalq Təhlükəsizlik İdarəetməsi Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak etmişdir.
|
***
Fevralın 13-15 tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” mövzusunda sərgi, eyni zamanda “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” adli kitablarin təqdimat mərasimi keçirilmişdir.
|
***
Fevralın 28-29 tarixlərində İrlandiyanın
paytaxtı Dublin şəhərində Ümumdünya
Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin
Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin
rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
***
Martın 10-dan 14-dək Vyana şəhərində BMT İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 51-ci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
|
***
Martın 18-də Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin İclası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
***
Martın 27-28 tarixlərində Belçika Krallığının Brüssel şəhərində "XXI əsrdə gömrük" mövzusuna həsr edilmiş Qlobal Forum keçirilmişdir.
ÜGT-nin təşkilatçılığı ilə keçirilən forumda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
***
Aprelin 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan "Doing business" hesabatının müəllifi Simeon Dyankovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
|
***
Aprelin 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Dr. Karolin Braunu qəbul etmişdir.
|
2007-ci ilin xronikası
Yanvarın 15-dən 18-dək Amerika Birləşmiş ştatları Gömrük və Sərhəd Mühafizə Xidmətinin Beynəlxalq işlər üzrə komissioner köməkçisinin müavini xanım Odri Adamsın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Səfərin ilk günü, yanvarın 15-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Amerika Birləşmiş ştatları Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Ann Ders və səfirliyin digər rəsmi şəxsləri də iştirak etmişlər.
Yanvarın 16-da ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndə heyəti Xaçmaz Gömrük Idarəsinin "Samur" və "Şirvanovka" gömrük postlarında olmuşdur. Yanvarın 17-də isə ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndə heyəti Bakı Baş Gömrük Idarəsinin "Ipək Yolu" gömrük postunda olmuşdur. "Ipək Yolu" gömrük postundakı iş otaqları, mərkəzi laboratoriya, mehmanxana və müvəqqəti saxlanc anbarları ilə tanış olmuşlar. Elə həmin gün ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzinə baş çəkən ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndə heyəti Mərkəzin tədris və idman kompleksləri, yataqxanası ilə tanış olaraq burada yaradılan üstün şəraitin işin keyfiyyətinə təsirsiz qalmadıgını etiraf etmişlər. Sonra qonaqlar Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin imkanları, xidməti itlərin saxlanma şəraiti, onların təlimi üçün yaradılan şəraitlə də tanış olmuşlar.
|
***
Yanvarın 17-dən 19-dək Qazaxıstan Respublikasının Almaatı şəhərində "Gömrük orqanlarında korrupsiyaya qarşı işin təkmilləşdirilməsinin strateji üsulları" mövzusunda subregional konfrans keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
|
***
Fevralın 1-2 tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iştirak etmişdir.
|
***
Azərbaycan və ABŞ hökumətləri arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında saziş imzalanmışdır.Fevralın 7-də Bakıda ABŞ-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilmişdir.Komissiyanın iclasında ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilmişdir.
|
***
Fevralın 8-9 tarixlərində Bakı şəhərində, "Gülüstan" sarayında "Saxta dərmanlara qarşı mübarizə üzrə Beynəlxalq Konfrans" keçirilmişdir.
İki gün davam edən konfransda Ümumdünya Gömrük Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və İnterpol da daxil olmaqla, ümumilikdə, 10 beynəlxalq təşkilatın, 21 ölkənin gömrük xidmətinin, 17 farmakoloji şirkətin rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.
|
***
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-21 tarixlərində Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər Türkiyə Respublikasının Dövlət naziri Kürşad Tüzmenin dəvətilə ikitərəfli gömrük əlaqələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilmişdir.
|
***
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Tacikistana rəsmi səfəri çərçivəsində, mart ayının 15-də Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanmışdır.Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Tacikistan hökuməti yanında Gömrük Xidmətinin sədri Qurez Zaripov imzalamışlar.
|
***
Aprelin 16-17 tarixlərində Belçika Krallığının Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Audit Komitəsinin birinci iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iştirak etmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iclasda ətraflı çıxış etmiş, müzakirə olunan məsələlərlə bağlı fikirlərini açıqlamış və bildirmişdir ki, auditin keçirilməsi hər hansı bir sahədə mövcud vəziyyətlə tanışlıq, onun təhlili, bu istiqamətdə işin təkmilləşdirilməsi, daha da modernləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasıdır.DGK sədri Aydın Əliyev səfər zamanı Ümumdünya Gömrük Təşkilatının bir sıra direktorluqlarında görüşlər keçirmiş, Oslo Sazişinin yeni variantı ilə bağlı ətraflı fikir mübadiləsi aparmışdır. Eyni zamanda, A.Əliyev bu yaxınlarda Azərbaycan gömrükçüləri tərəfindən respublikamızdan tranzit olaraq Əfqanıstandan Rusiyaya xeyli sayda əntiq əşyaların qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısının alınması faktını da ÜGT rəsmilərinin diqqətinə çatdırmışdır.
|
***
Aprelin 25-26 tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığı həyata keçirən orqanlarının Əlaqələndirmə Müşavirəsinin iclası keçirilmişdir. İclasda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyətimiz iştirak etmişdir.
|
***
Mayın 16-da Bakıdakı "Crescent Beach" otelində GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 6-cı iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov, eləcə də Gürcüstan Respublikası Gəlirlər Xidməti, Ukrayna Respublikası Dövlət Gömrük Xidməti və Moldova Respublikası Gömrük Xidmətinin məsul vəzifəli şəxsləri iştirak etmişlər.GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 6-cı iclasının Protokolu nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanmışdır.
|
***
Mayın 30-dan iyunun 1-dək Rusiya Federasiyasının Novorossiysk şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 45-ci iclası keçirilmişdir. İclasda ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
|
***
İyunun 5-8-də Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin gömrük xidməti əməkdaşları üçün «Saxtakarlıq və piratçılıqla mübarizə» mövzusunda seminar keçirilmişdir. Seminarın işinə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və Pakistan respublikalarının gömrük mütəxəssisləri qatılmışlar.
|
***
İyunun 28-30-da Belçikanın Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı tərəfindən təşkil edilən Gömrük Əməkdaşlıq Şurasının 109/110-cu sessiyası keçirilmişdir. Sessiyada təşkilatın üzvləri, o cümlədən, Azərbaycanın nümayəndə heyəti, eləcə də müşahidəçi qismində bir sıra beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri iştirak etmişlər.
|
***
Avqustun 27-29 tarixlərində Almaniya Federativ Respublikası Gömrük İdarəsinin Baş direktoru Hans-Yoaxim Şterin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda ikigünlük rəsmi səfərdə olmuşdur. Avqustun 27-də Almaniya Federativ Respublikası Gömrük İdarəsinin Baş direktoru Hans-Yoaxim Şterin rəhbərlik etdiyi nümayəndə heyətinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilmişdir.
|
***
Sentyabrın 26-28 tarixlərində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 6-cı iclası keçirilmişdir.
|
***
Oktyabrın 22-dən 26-dək Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM üzv ölkələrin gömrük xidməti əməkdaşları üçün «Vahid İnzibati Sənəd və onun tətbiq üsulları» mövzusunda seminar keçirilmişdir. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna respublikalarının gömrük xidməti əməkdaşlarının iştirak etdiyi seminarı polşalı mütəxəssislər aparmışlar.
|
***
Noyabrın 14-dən 17-dək Bişkek şəhərində Rusiya Gömrük Akademiyası Məzunları və Tələbələrinin Beynəlxalq Assosiasiyasının növbəti görüşü keçirilmişdir. Tədbirdə Qırğızıstan, Rusiya, Moldova və Tacikistan gömrük xidmətləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti də iştirak etmişdir.
|
***
Dekabrın 7-də Gürcüstanın Tbilisi şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın «Ticarət və nəql etməyə yardım Layihəsi»nin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 7-ci iclası keçirilmişdir.
|
***
BMT Avropa İqtisadi Komissiyasının dəvətinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən "Mədən yanacaqlarından daha təmiz enerji istehsalında sərmayələrin stimullaşdırılması"na həsr olunmuş forum və Davamlı Enerji və Əlaqəli Görüşlərə dair Komitənin 16-cı sessiyasında iştirak etmişdir.
|
***
Dekabrın 11-12 tarixlərində Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının baş qərargahında «Beynəlxalq ticarətin təhlükəsizliyi və sadələşdirilməsi» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Dünyanın bir çox ölkələrinin gömrük xidməti rəhbərlərinin, eləcə də beynəlxalq qurumların, tanınmış şirkətlərin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev də iştirak etmişdir.
|
***
Dekabrın 19-da Dövlət Gömrük Komitəsində "2007-2011-ci illərdə ticarətə və nəql etməyə yardım üzrə GUAM Layihəsinin həyata keçirilməsinə dair Milli Plan" (TNYL) çərçivəsində işlərin icrası ilə əlaqədar qurumlararası işçi qrupun növbəti iclası keçirilmişdir.
İclasda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və TNYL üzrə qurumlararası işçi qrupun üzvləri iştirak etmişlər.
|