| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Rəsmi xronika
Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi. Sonra məktəbin açılışı oldu. Prezident İlham Əliyev məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotostendə baxdı. Dövlətimizin başçısı məktəblə yaxından tanış oldu, daha sonra Zərifə xanım Əliyevanın xatirə otağına da baxdı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Slovakiya arasında siyasi və iqtisadi sahələrdə fəal əməkdaşlıq üçün yeni imkanların olduğunu deyən Prezident İlham Əliyev Yan Kubişın ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və Avropa strukturlarına inteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından əhəmiyyətini vurğuladı.
***
Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Prezident sarayında ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair iclas keçirilmişdir.
İclası giriş nitqi ilə açan dövlətimizin başçısı ölkəmizdə əhalinin su təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını söylədi. Bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi uğurla davam edir və onun istismara verilməsindən sonra Bakıda su problemi həll ediləcəkdir. Bölgələrin də su təchizatı diqqət mərkəzindədir. Samur-Abşeron kanalının, Taxtakörpü su anbarının tikintisi də davam edir və bu layihələr ölkəmiz üçün qlobal əhəmiyyət daşıyır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Norveçin xarici işlər naziri Yonas Qar Störenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Norveçin xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini söylədi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Prezident sarayında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlunu qəbul etmişdir.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, Türkiyə Hərbi Hava Qüvvələri komandanının bu səfərinin ölkələrimizin hərbi sahədə əməkdaşlığına töhfə verəcəyinə əminlik ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident sarayında Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kostanı qəbul etmişdir.
Görüşdə Azərbaycanla Avropa İnsan Hüquqları Məhkəməsi arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
|
|
|
|
|
|