Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 55, ¹ 4, maddə 378, ¹ 10, maddə 980; 2006-cı il, ¹ 2, maddə 180, ¹ 4, maddə 367, ¹ 7, maddə 652; 2007-ci il, ¹ 6, maddə 700, ¹ 7, maddə 743, ¹ 12, maddə 1355) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı”na “Qrup 19-dan” sətrindən əvvəl aşağıdakı sətirlər əlavə edilsin:

Qrup 10-dan
1001             Buğda və meslin:
1006             Düyü:
Qrup 11-dən
110100             Buğda unu və ya
                  buğda-çovdar unu:

2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarının əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli, 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 4, maddə 289, ¹ 8, maddə 560; 2002-ci il, ¹ 8, maddə 549, ¹ 9, maddə 581, ¹ 10, maddə 647, 2003-cü il, ¹ 2, maddə 147, ¹ 4, maddə 226, ¹ 10, maddə 614, ¹ 12 (II kitab), maddə 749; 2004-cü il, ¹ 3, maddə 196, ¹ 4, maddə 307, ¹ 5, maddələr 389, 390, ¹ 9, maddə 743; 2005-ci il, ¹ 10, maddə 980; 2006-cı il, ¹ 4, maddə 363, ¹ 7, maddə 652; 2007-ci il, ¹ 5, maddə 548, ¹ 6, maddə 700, ¹ 11, maddə 1187) ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin 10-cu mal qrupunda “1006” və 11-ci mal qrupunda “1101001100”, “1101001500” və “1101009000” mal mövqelərinə aid olan sətirlərin 4-cü sütununda “5” və “15” tarif dərəcələri “0” tarif dərəcəsi ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı”na əlavə edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 7, maddə 743) qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir və qərarın 1-ci və 2-ci bəndləri bir il müddətində qüvvədədir.
A.Rasizadə,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 aprel 2008-ci il.
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb