Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3152
«25» may 2005-ci il
Nazir
F. MƏMMƏDOV
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 045
«14» may 2005-ci il
Sədr
K. HEYDƏROV


BYD daşınmalarında (BYD Konvensiyası 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi
Q A Y D A L A R I


I. Ümumi müddəalar


1. BYD daşınmalarında yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları BYD Konvensiyasının (BYD Konvensiyası.1975) tələblərinə uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar Azərbaycan Respublikasında malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə aralıq yüklənməsi həyata keçirilmədən,Razılığa gələn tərəflərdən birinin göndərən gömrük orqanlarından bir və ya bir neçə sərhəd keçməklə digər Razılığa gələn tərəfin təyinat gömrük orqanına daşınmasına aiddir. Bu şərtlə ki, BYD daşımalarının başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.

2. Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı mallar aralıq gömrük orqanında (idxal zamanı giriş, tranzit zamanı giriş) gömrük ödənişlərinin ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir.

3. Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar bir qayda olaraq aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Müstəsna hallarda, pozuntuya şübhə olduğu təqdirdə gömrük orqanları tərəfindən yüklər üzərində gömrük yoxlaması keçirilə bilər.

4. Qaydalarda aşağıdakı terminlərdən istifadə olunur:

  1) «BYD daşınması» - 1975-ci il BYD Konvesiyasının tələblərinə uyğun müəyyən edilmiş proseduralara riayət etməklə göndərən gömrük orqanından təyinat gömrük orqanına qədər yüklərin daşınmasıdır;

  2) «BYD əməliyyatı» - Razılıqla gələn tərəfin göndərən və ya giriş (aralıq) gömrük orqanından təyinat və ya çıxış (aralıq) gömrük orqanına qədər həyata keçirilən BYD daşımalarının hissəsi deməkdir.

  3) «BYD əməliyyatının başlanğıcı» – yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yüklə birlikdə nəzarət məqsədi ilə yüklərə aid olan BYD kitabçası ilə göndərən və ya giriş (aralıq) gömrük orqanına təqdim olunması və BYD kitabçasının həmin gömrük orqanları tərəfindən rəsmiləşdirmə üçün qəbul edilməsi deməkdir;

  4) «BYD əməliyyatının dayandırılması» - yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin nəzarət məqsədi üçün yük və ona aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış (aralıq) gömrük orqanına təqdim edilməsi deməkdir;

  5) «BYD əməliyyatının başa çatması» - gömrük orqanları tərəfindən konkret Razılığa gələn tərəfdə BYD əməliyyatının lazımi qaydada dayandırılması faktının qəbul edilməsi deməkdir. Bu, gömrük orqanları tərəfindən təyinat və ya çıxış (aralıq gömrük orqanı) gömrük orqanında mövcud olan məlumatların göndərən və ya giriş (aralıq gömrük orqanı) gömrük orqanlarında mövcud olan məlumatlarla müqayisə edilməsi əsasında müəyyənləşdirilir.

  6) «yol nəqliyyatı vasitəsi» - mexaniki hərəkət edən nəqliyyat vasitəsi və onların buksirə aldıqları istənilən qoşqu və yarım qoşqular;

  7) «nəqliyyat vasitələrinin qatarı» - yol hərəkətində vahid tam şəklində iştirak edən bir-birinə qoşulmuş nəqliyyat vasitələri;

  8) «göndərən gömrük orqanı» - bütün yükün və ya onun hissəsinin BYD daşınması başladığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;

  9) «təyinat gömrük orqanı» - bütün yük və ya onun hissəsi ücün BYD daşınması basa catmis Razılığa gələn tərəfin hər hansı gömrük oraqnı;

  10) «aralıq gömrük orqanı» - BYD daşınmasında yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı, yaxud konteynerlərin daxil olduğu və ya çıxdığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;

  11) «BYD kitabçasının sahibi» - Konvensiyanın müvafiq müddəalarına əsasən BYD kitabçasının verildiyi və adından göndərən gömrük orqanına BYD prosedurası altında yükün yerləşdirilməsi məqsədi ilə BYD kitabçası şəklində gömrük bəyannaməsinin təqdim edildiyi şəxs. O, yük və aidiyyatı BYD kitabçası ilə birlikdə yol nəqliyat vasitəsinin, nəqliyyat vasitələri qatarının və yaxud konteynerin göndərən gömrük orqanına təqdim edilməsinə və Konvensiyanın digər müvafiq müddəalarına riayət edilməsinə görə məsuliyyət daşıyır.

2. BYD daşınmaları şərtləri

  2.1. BYD daşımaları aşağıda göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir:

  a) BYD daşımasında Konvensiyanın III fəslinin «a» bəndində göstərilən şərtlərə riayət edilməklə əvvəlcədən daşınmaya buraxılmış yol nəqliyyat vasitəsindən, nəqliyyat vasitələri qatarından və ya konteynerlərdən istifadə olunur.

  b) BYD daşıması Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq tanınmış zəmanət birliyinin zəmanəti ilə təmin olunsun.

  c) BYD daşınması bu Qaydalara uyğun olaraq doldurulmuş və rəsmiləşdirilmiş BYD Kitabçası ilə müşayiət olunsun.

  2.2 Hər bir yol nəqliyyat vasitəsinə və ya konteynerə bir ədəd BYD kitabçası yazılır, nəqliyyat vasitələrindən ibarət qatara və bir nəqliyyat vasitəsinə və ya nəqliyyat vasitələrindən ibarət qatara yüklənmiş bir neçə konteynerə vahid BYD kitabçası tərtib etmək olar.Bu halda BYD kitabçasının yük manifestində nəqliyyat vasitələri qatarında olan nəqliyyat vasitəsinin və ya konteynerlərin içində olan yüklər ayrıca göstərilməlidir.

  2.3. Nəqliyyat vasitəsinin qabaq hissəsinə «TİR» yazısı olan düzbucaqlı lövhəcik bərkidilir, digər bu cür lövhəcik nəqliyyat vasitəsinin arxasında bərkidilir, bu lövhəciklər aydın görünməli və çıxarıla bilən olmalıdır.

  2.4. BYD daşınması ümumi sayı dörddən artıq olmamaqla bir və ya bir neçə göndərən və təyinat gömrük orqanlarında həyata keçirilə bilər, BYD kitabçasında qəbul olunması barədə göndərən gömrük orqanlarının müvafiq qeydiyyatı olduqdan sonra BYD kitabçası təyinat gömrük orqanlarına təqdim olunur.

  2.5. Azərbaycan Respublikasının göndərən gömrük orqanları malların müvafiq olaraq Azərbaycan Respublikasının təyinat gömrük orqanlarına çatdırılma müddətini və nəqliyyat vasitələrinin hərəkət marşrutunu təyin edir.

  2.6. Gömrük orqanları yalnız müstəsna hallarda:

  - daşıyıcının hesabına nəqliyyat vasitələrinin, nəqliyyat vasitələri qatarının və konteynerlərin müşayət olunmasını tələb edə bilər.

  - Yolda nəqliyyat vasitələrində və konteynerlərdə olan yüklərə gömrük yoxlaması keçirə bilərlər.

  2.7. BYD əməliyyatı zamanı gömrük orqanları yolda və ya aralıq gömrük orqanlarında yükə gömrük yoxlaması keçirirlərsə, BYD kitabçasının qoparılan vərəqlərində və kötüklərdə yeni vurulmuş möhür və plomblar barədə və aparılmış nəzarətin xarakteri haqqında qeyd aparmalıdırlar.

  2.8. BYD daşınmasının bir hissəsi BYD Konvensiyasına üzv olmayan dövlətin ərazisindən keçən zaman BYD əməliyyatı yolun bu hissəsində dayandırılır. BYD daşınması zamanı gömrük möhürləri və plombları və digər eyniləşdirmə vasitələri zədələnmədiyi təqdirdə daşınma yenidən davam etdirilir.

3. BYD kitabçası

  3.1. BYD kitabçası 4 səhifəli üz qabığından; qoparılmayan ¹-1/¹ 2 vərəqdən və ¹-1/¹-2 kötükdən (sarı rəngli); qoparılan ¹-1 vərəqlərdən və ¹ 1 kötüklərdən (ağ rəngli); qoparılan ¹2 vərəqlərdən və ¹2 kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokoldan (sarı rəngli) ibarətdir. Qoparılan vərəqlərin və onların kötüklərinin (¹1 və ¹2) birləşməsi (komplekti) bir qayda olaraq hər bir ölkədə ¹1 qoparılan vərəq və ¹1 kötük göndərən və giriş gömrük orqanlarında; ¹2 qoparılan vərəq və ¹2 kötük isə çıxış və təyinat gömrük orqanlarında istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. BYD kitabçaları 20-yə qədər vərəqdən (yəni 10 komplektdən) ibarətdir və müvafiq olaraq 10-a qədər dövlətin ərazisindən keçməklə daşınma üçün nəzərdə tutulmuşdur.

  3.2. Multimodal (çoxnövlü) daşınmalar (nəqletmə əməliyyatı bir neçə nəqliyyat növündən istifadə edilməklə) həyata keçirilən zaman BYD kitabçasına xüsusi vərəq əlavə edilə bilər. Göstərilən vərəq müstəsna olaraq daşıyıcıların ehtiyacları üçün nəzərdə tutulur və gömrük orqanları tərəfindən zəruri olduqda əlavə məlumat almaq məqsədilə istifadə edilir.

  3.3. BYD daşınmasını həyata keçirməyə yalnız BYD kitabçasnın sahibinin hüququ vardır.

  3.4. BYD kitabçaları daşıyıcıya 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir. Bu cür kitabçalar ingilis və rus dillərində çap olunan birinci qoparılmayan sarı vərəqi çıxmaq şərti ilə, fransız dilində çap olunur.

  3.5. BYD kitabçası Qaydaların 1 saylı Əlavəsində göstərilən formada doldurulur. BYD kitabçasının üz qabığının qoparılmayan ¹1/¹2 vərəqlərinin, qoparılan ¹1 və ¹2 vərəqlərinin və ¹1 və ¹2 kötüklərinin nümunələri Qaydaların 2-5 saylı Əlavələrində göstərilmişdir. BYD kitabçasında pozmalara (qaralamalara) və ləkələmələrə yol verilmir. Bütün düzəlişlər yalnız məlumatların üstündən xətt çəkilməsi yolu ilə aparılır. Düzgün məlumatlar yuxarıdan yazılır və müvafiq olaraq BYD kitabçasının sahibi (gömrük rəsmiləşdirilməsi başlayana gədər) və ya gömrük orqanı tərəfindən təsdiq edilir.

  3.6. Zəmanət birliyi BYD kitabçasının etibarlıq müddətini müəyyən edir. BYD kitabçasının etibarlıq müddətinin bitməsi tarixi kitabçanın üz qabığının birinci səhifəsində qrafa 1-də göstərilir. Bu müddət bitdikdən sonra BYD kitabçası göndərən gömrük orqanı tərəfindən rəsmiləşdirmə üçün qəbul edilə bilməz. Əgər BYD kitabçası, onun etibarlıq müddətinin sonuncu günü və ya həmin tarixədək göndərən gömrük orqanı tərəfindən rəsmiləşdirmə üçün qəbul edilmişsə, onda BYD kitabçası BYD daşınması təyinat gömrük orqanında başa çatanadək etibarlıdır. BYD kitabçasının etibarlıq müddəti yalnız BYD kitabçalarını verən zəmanət birlikləri tərəfindən uzadıla bilər. Müddətin uzadılmasına dair məlumatlar BYD kitabçasının üz qabığında qrafa 1-də göstərilir və zəmanət birliyinin möhürü ilə təsdiqlənir.

  3.7. BYD kitabçaları qeyd-şərtlə və qeyd-şərtsiz rəsmiləşdirilə bilər. Qeyd-şərtlər BYD əməliyyatının dayandırılması zamanı aşkar olunan pozuntularına aid olmalıdır və BYD kitabçasının qoparılan ¹-2 vərəqin 27-ci qrafasında və ¹-2 kötüyünün 5-ci qrafasında göstərilməlidir. Bu zaman həmin qrafalarda «R» hərfi yazılır və qayda pozulmasının Azərbaycan dilində qısa təsviri verilir.

4. Zəmanət Birliyi

  4.1. Azərbaycan Respublikasında zəmanət birliyi BYD konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Qanunları əsasında müəyyən olunur.

  4.2. Zəmanət müqaviləsinə uyğun olaraq Birlik Azərbaycan Respublikasının gömrük qanunvericiliyi pozulduğu hallarda daşıyıcılar tərəfindən ödənilməli olan gömrük ödənişlərini ödəməlidir. Zəmanət Birliyinin məsuliyyəti BYD kitabçasının hansı milli zəmanət birliyi tərəfindən verilməsindən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində BYD daşınmasını həyata keçirən həm Azərbaycan, həm də xarici dövlətlərin daşıyıcılarına şamil edilir.

  4.3. Zəmanət Birliyi, BYD kitabçasının sahibi və gömrük ödənişlərini ödəməli olan, daşınmanın yerinə yetirilməsində iştirak edən digər şəxslərlə birlikdə bu Qaydaların 14-cü bölməsində göstərilən sənədlər təqdim edildikdən sonra, gömrük ödənişlərinin ödənilməsini həyata keçirməyi öz öhdəsinə götürür.

  4.4. Hər bir BYD kitabçası üçün 50.000 (əlli min) ABŞ dolları həddində gömrük ödənişlərinin ödənilməsinə təminat verilir. Göstərilən məbləğ Milli Bankın ödəmə günündən əvvəlki gündə qüvvədə olan məzənnəsi üzrə manatla ödənilir. Hər bir BYD kitabçası üzrə ən yüksək məbləğin məhdudlaşdırılması bu Qaydaların 11-ci bölməsində göstərilən alkoqollu içkilər və tütün məmulatlarına şamil edilmir.

  4.5. BYD daşınması zamanı Zəmanət Birliyinin məsuliyyəti Azərbaycan Respublikasında BYD əməliyyatının başlandığı andan sona çatdığı anadək müəyyən olunur.

  4.6. Zəmanət Birliyi yalnız BYD kitabçasında göstərilən mallar üçün deyil,eləcə də BYD kitabçasında göstərilməyən, lakin plomblanmış yol nəqliyyat vasitəsinin yük yerlərində və ya plomblanmış konteynerlərdə olan istənilən mallar üçün məsuliyyət daşıyır.

5. Yol nəqliyyat vasitələrinin (konteynerlərin) malların gömrük möhür və plombları altında daşınması üçün buraxılmasına icazə verilməsi

  5.1. Yol nəqliyyat vasitələri və konteynerlər konstruksiyalarına və təchizatlarına görə BYD Konvensiyasının texniki tələblərinə uyğun olmalıdırlar.

  5.2. Azərbaycan yol nəqliyyat vasitələri və konteynerləri BYD konvensiyasının 3 – cü əlavəsinin tələblərinə uyğun olaraq BYD daşınmasına buraxılırlar. Yol nəqliyyat vasitələri daşınmaya buraxılış (icazə) şəhadətnaməsi ilə müşayiət olunmalıdır, konteynerlərdə eyni zamanda buraxılış (icazə) verilmə barədə lövhəciklər olmalıdır.

  5.3. Buraxılış şəhadətnamələri BYD əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq gömrük orqanına təqdim edilir.

  5.4. Azərbaycan daşıyıcılarının nəqliyyat vasitələrinə verilmiş buraxılış şəhadətnamələri BYD əməliyyatları başlayan zaman mütləq qaydada Azərbaycan Respublikasının göndərən gömrük orqanına təqdim olunur. Digər hallarda buraxılış şəhadətnamələri təqdim olunmaya bilər, buna baxmayaraq yol nəqliyyat vasitələri (konteynerlər) BYD Konvensiyasının texniki tələblərinə uyğun olmalıdır və nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük möhür və plombları altında daşınmaya bir dəfə üçün verilən icazə prosedurasından keçməlidirlər.Bu Qaydalarda nəzərdə tutulmuş bir dəfə üçün icazə barədə qeyd BYD kitabçasının «Rəsmi istifadə üçün» qrafasında edilir. Buraxılış şəhadətnamələri, ağırçəkili və ya irihəcmli malların daşınması zamanı təqdim edilmir.

6. Azərbaycan Respublikasının ərazisinə gətirilərkən malların gömrük rəsmiləşdirilməsi qaydası

  6.1. Giriş (göndərən) gömrük orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır:

  - göndərən ölkələrinin və tranzit ölkələrin gömrük orqanları tərəfindən doldurulmuş və rəsmiləşdirilmiş BYD kitabçası;

  - daşınmaya buraxılmaya dair şəhadətnamə (bu Qaydaların 5.4 bəndi nəzərə alınmaqla);

  - mal - müşayiət sənədləri.

  6.2. Giriş (göndərən) gömrük orqanlarının vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayırlar. BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirirlir;

  - yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş məlumatlar yük və malı müşayiət edən sənədlərdə göstərilən məlumatlara uyğun olmalıdır);

  - BYD kitabçalarının kötüyündə göndərən gömrük orqanının və aralıq gömrük orqanlarının gömrük möhürlərinin olmasına; Gömrük orqanlarının vəzifəli şəxsləri BYD kitabçasının etibarlılığına, itirilmiş kimi nəzarətdə olmadığına və malların daşınmasının BYD kitabçasının üz qabığının 3-cü qrafasında göstərilən daşıyıcı tərəfindən həyata keçirildiyinə əmin olmalıdır.

  6.3. Giriş (göndərən) gömrük orqanları :

  - nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini yoxlayırlar.

  - konteynerlərdə buraxılış şəhadətnamələrinin və buraxılış lövhəciklərinin olmasını yoxlayırlar;

  - nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar.

  - müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə gömrük yoxlaması keçirirlər.

  6.4. BYD daşınmasında qayda pozuntusu aşkar edildikdə, giriş gömrük orqanı tərəfindən Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirilir.

  6.5. BYD daşınmasında gömrük orqanları tərəfindən pozuntu aşkar edilməmişsə, malların və nəqliyyat vasitələrinin BYD əməliyyatlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisi ilə hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.

  6.6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazi üzrə BYD əməliyyatlarına uyğun olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildikdən sonra:

  - zəruri olduqda əlavə gömrük təminatları qoyulur və bu barədə hər iki qoparılan vərəqin «rəsmi istifadə üçün» qrafasında qeydiyyat aparılır;

  - zəruri hallarda malların gömrük dəyəri müəyyən edilir, malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və sığorta sənədlərindən, göndərən ölkələrinin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, malı müşayiət edən digər sənədlərdən istifadə olunur. Gömrük dəyəri hər iki qoparılan vərəqin «rəsmi istifadə üçün» qrafasında müqavilə (kontrakt) valyutası ilə göstərilir. Gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda, bu qrafada «Dəyər müəyyən olunmayıb» qeydi edilir.

  - çatdırılma müddəti müəyyən edilir. Çatdırılma tarixi BYD kitabçasının hər iki qoparılan vərəqinin 20-ci qrafasında göstərilir;

  - komplektin hər iki qoparılan vərəqinin 18-23-cü qrafaları və komplektin ¹-1 kötüyü gömrük orqanının rəsmiləşdirilməni həyata keçirən inspektorunun şəxsi möhürü ilə təsdiq olunur;

  - komplektin qoparılan ¹ 1 (ağ) vərəqi ayrılır;

  - BYD kitabçası bu Qaydaların 7 saylı Əlavəsində göstərilmiş forma üzrə xüsusi jurnalda qeydiyyata alınır.

  - rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır;

  - nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına qoparılan ¹-2 vərəqin 23-cü qrafasında və ¹ 1 kötüyün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli möhürünün vurulması, imzası və tarix qoyulması yolu ilə icazə verilir.

  6.7. Komplektin ¹ 1 qoparılan vərəqi giriş gömrük orqanında nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.

  6.8. Nəqliyyat vasitəsi və konteyner çatdırıldıqdan sonra təyinat gömrük orqanlarına aşağıdakı sənədlər təqdim olunmalıdır;

  - giriş gömrük orqanının qeydləri olan BYD kitabçası;

  - malların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük və mal müşayiət sənədləri;

  6.9. Gömrük orqanının vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu və BYD kitabçasında giriş (göndərən) gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürünün olmasını yoxlayırlar.

  6.10. Təyinat gömrük orqanları:

  - nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini yoxlayırlar.

  - nəqliyyat vasitələrindən, yaxud konteynerlərdən malların boşaldılmasına nəzarət edirlər.

  6.11. BYD daşınması zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edildikdə, təyinat gömrük orqanı BYD kitabçasını Qaydaların 3.7 bəndində nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirməlidir.

  6.12. Gömrük nəzarəti zamanı Azərbaycan Respublikası qanunvericiliyinin pozulması halları aşkar edilmədikdə:

  - komplektin qoparılan ¹ 2 vərəqinin 24, 25, 26, 27, 28-ci qrafaları və komplektin ¹ 2 kötüyü doldurulur;

  - BYD kitabçasının qoparılan ¹ 2 vərəqinin 28-ci qrafasında və kötüyün 6-cı qrafasında tarix, gömrük orqanının vəzifəli şəxslərinin şəxsi nömrəli möhürləri, imzaları və tarix qoyulur (kötük kitabçada qalır);

  - komplektin qoparılan ¹ 2 vərəqi ayrılır.

  - rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır;

  - BYD kitabçası Qaydaların 8-ci Əlavəsində verilən formada jurnalda qeydiyyata alınır.

7. Azərbaycan Respublikasının ərazisindən malların aparılması zamanı gömrük rəsmiləşdirilməsi qaydası

  7.1. Göndərən gömrük orqanı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılan malların gömrük rəsmiləşdirilməsini həyata keçirir.

  7.2. BYD daşınmasının rəsmiləşdirilməsi üçün göndərən gömrük orqanına aşağıdakı sənədlər təqdim olunur:

  - doldurulmuş BYD kitabçası;

  - yol nəqliyyat vasitəsinin gömrük möhür və plombları altında daşınmalara buraxılmasına dair şəhadətnamə (Qaydaların 4 - 5 bəndi nəzərə alınmaqla).

  7.3. Göndərən gömrük orqanları BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayırlar. BYD kitabçası yoxlanarkən aşağıdakılara xüsusi diqqət yetirilir.

  - BYD kitabçasının üz qabığının birinci səhifəsində möhür və imzaların olmasına;

  - BYD kitabçası sahibinin üz qabığının birinci səhifəsində, qoparılmayan vərəqdə, qoparılan vərəqlərin hamısında imzaların uyğunluğuna;

  - BYD kitabçasının etibarlılıq müddətinə.

Göndərən gömrük orqanının vəzifəli şəxsləri BYD kitabçasının etibarlılığına və itirilmiş kimi nəzarətdə olmadığına, daşınmanın BYD kitabçasının üz qabığının 3-cü və qoparılmayan ¹ 1/ ¹ 2 vərəqinin 4-cü qrafasında göstərilən şəxs tərəfindən həyata keçirildiyinə əmin olmalıdırlar.

7.4. Göndərən gömrük orqanları:

  - nəqliyyat vasitələrinin yük bölmələrinin və konteynerlərin texniki vəziyyətini yoxlayırlar;

  - konteynerlərdə buraxılma (icazə) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını yoxlayırlar (bu Qaydaların 5.4 bəndi nəzərə alınmaqla);

  - malların nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə nəzarət edirlər;

  - nəqliyyat vasitələrinin yük bölmələrinə və konteynerlərə gömrük möhürləri və plombları vururlar.

  7.5. Rəsmiləşdirmə zamanı hər hansı bir qanun pozuntusu aşkar edildiyi halda, göndərən gömrük orqanları həmin pozuntular aradan götürülənədək malların BYD daşınmasına icazə verməyə bilər.

  7.6. Gömrük nəzarəti zamanı BYD daşınmasının şərtlərinə əməl olunduğu müəyyən edilmişsə, aşağıdakılar doldurulur:

  - BYD kitabçasının qoparılan vərəqlərinin hamısında 16-cı və 17-ci qrafaları;

  - qoparılan ¹ 2 vərəqin «Rəsmi istifadə üçün» qrafasında və ¹ 1 kötüyün 5-ci qrafasında digər məlumatlar içərisində Azərbaycan Respublikasından malların faktiki aparılmasına nəzarət həyata keçirilirsə «Nəzarət» sözü göstərilir;

  - komplektin qoparılan ¹ 1 vərəqinin ¹ 1 kötüyü;

  - komplektin hər iki qoparılan vərəqinin 18-23 qrafaları;

  - qoparılan ¹ 1və ¹ 2 vərəqlərinin 23-cü qrafalarında və ¹ 1 kötüyün 6-cı qrafasında gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü vurulur, imzası və tarix qoyulur. komplektin qoparılan ¹ 1 vərəqi BYD kitabçasından ayrılır və bu Qaydaların 7.8 bəndində nəzərdə tutulmuş hallarda nəzarətə götürülür. Rəsmiləşdirilmiş BYD kitabçası bu Qaydaların 7 saylı Əlavəsində verilən formada xüsusi jurnalda qeydiyyata alınır.

  7.7. Rəsmiləşdirilmiş BYD kitabçası sahibinə qaydarılır.

  7.8. Malların bəyan olunmuş gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına faktiki nəzarət gömrük orqanları tərəfindən BYD əməliyyatlarının tələblərinə uyğun olaraq həyata keçirilir.

  7.9. Çıxış (təyinat) gömrük orqanınıa aşağıdakı sənədlər təqdim edilir:

  - BYD kitabçası;

  - göndərən gömrük orqanının qeydləri olan yük və mal müşayiət sənədləri.

  7.10. Gömrük orqanlarının vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu, komplektin ¹1 kötüyündə və qoparılan ¹ 2 vərəqin 23-cü qrafasında göndərən gömrük orqanının möhürünün olmasını yoxlayırlar.

  7.11. Çıxış gömrük orqanı aşağıdakılara nəzarət edirlər:

  - nəqliyyat vasitələrinin yük bölmələrinin və ya konteynerlərin texniki vəziyyətinə;

  - nəqliyyat vasitələrinin yük bölmələrində və ya konteynerlərdə gömrük möhür və plombların vəziyyətinə; Müstəsna hallarda nəqliyyat vasitələrinin yük bölmələrinə və ya konteynerlərə gömrük yoxlaması keçirilir.

  7.12. BYD daşınması zamanı gömrük qanunvericiliyinin pozulması halı aşkar edildikdə, çıxış gömrük orqanı aidiyyəti tədbirlər görməklə BYD kitabçasını Qaydanın 3.7 bəndində nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirilir.

  7.13. Gömrük nəzarəti zamanı gömrük qanunvericiliyinin pozulması faktları aşkar edilmədikdə:

  - qoparılan ¹-2 vərəqin 24, 25, 26, 27, 28-ci qrafaları və ¹ 2 kötüyü doldurulur;

  - komplektin qoparılan ¹ 2 vərəqi ayrılır;

  - BYD kitabçası bu Qaydaya 8 saylı əlavədə verilən formada jurnalda qeydiyyata alınır;

  - qoparılan ¹ 2 vərəqin 28-ci qrafasında və ¹ 2 kötüyün 6-cı qrafasında şəxsi nömrəli möhür vurulmaqla, imza və tarix qoyulmaqla gömrük nəzarəti zonasından çıxmağa icazə verilir;

  - rəsmiləşdirilmiş BYD kitabçası sahibinə qaytarılır.

8. Malların Azərbaycan Respublikası ərazisindən tranziti zamanı gömrük rəsmiləşdirilməsi qaydası

  8.1. Tranzit malların giriş gömrük orqanında gömrük rəsmiləşdirilməsi bu Qaydaların 6.1-6.7 bəndlərində tutulmuş qaydada həyata keçirilir.

  8.2. Tranzit malların çıxış gömrük orqanında gömrük rəsmiləşdirilməsi bu Qaydaların 6.8.-6.12 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9. Malların bir neçə göndərən və təyinat gömrük orqanlarından daşınması zamanı BYD kitabçasının rəsmiləşdirilməsinin xüsusiyyətləri

  9.1. Mallar Azərbaycan Respublikasından aparılarkən onların BYD daşınması bir neçə göndərən gömrük orqanlarında və ya mallar Azərbaycan Respublikasına gətirilərkən bir neçə təyinat gömrük orqanlarında həyata keçirilə bilər.

  9.2. Hər bir göndərən və ya təyinat gömrük orqanları üçün əlavə qoparılan vərəqlər komplekti (dəst) tələb olunur.

  9.3. Göndərən gömrük orqanlarında və ya təyinat gömrük orqanlarında müvafiq olaraq aşağıdakılar həyata keçirilir:

  - Azərbaycan Respublikasından aparılarkən malların qismən yüklənməsi;

  - Azərbaycan Respublikasına gətirilən malların qismən boşaldılması.

  9.4. Malların qismən yüklənməsini həyata keçirən gömrük orqanı bu bənddə göstərilən xüsusiyyətlər nəzərə alınmaqla, bu Qaydaların 7.9 – 7.13 bəndlərində nəzərdə tutulmuş qaydada malların BYD əməliyyatlarının rəsmiləşdirilməsini həyata keçirir. Göstərilən gömrük orqanının vəzifəli şəxsləri:

  - birinci göndərən gömrük orqanlarının möhür və plomblarının çıxarırlar;

  - yüklənmiş malların adlarını və sayını BYD kitabçasının sonrakı bütün qoparılan vərəqlərində göstərirlər.

  - BYD kitabçasının qalan qoparılan vərəqlərinin hamısının 16-cı qrafasında gömrük möhür və plombları barədə qeydlərin üstündən xətt çəkirlər;

  - doldurulmuş qoparılan vərəqlərin hamısının 16-cı qrafasında və komplektin ¹ 1 kötüyündə yenidən vurulmuş gömrük möhürləri və qoyulmuş gömrük plombları haqqında qeydiyyatlar aparırlar.

  9.5. Malların qismən boşaldılmasını həyata keçirən gömrük orqanları bu bənddə göstərilən xüsusiyyətlər nəzərə alınmaqla Qaydaların 6.8.-6.12 bəndlərində göstərilən qaydada malların rəsmiləşdirilməsini həyata keçirirlər.

Göstərilən gömrük orqanının vəzifəli şəxsləri:

  - əvvəlki gömrük orqanlarının gömrük təminatlarını çıxarırlar;

  - BYD kitabçasının doldurulmuş qoparılan vərəqlərinin hamısında boşaldılmış malların adlarının və sayının üstündən xətt çəkirlər və boşaldılmış mallar barədə qeydiyyatlar aparırlar;

  - BYD kitabçasının qoparılan vərəqlərin 16-cı qrafasında gömrük təminatları barədə qeydlərin üstündən xətt çəkirlər;

  - doldurulmuş qoparılan vərəqlərin hamısının 16-cı qrafasında və komplektin ¹ 1 kötüyündə yeni gömrük təminatları barədə qeydiyyatlar aparır, imzaları və şəxsi möhürləri ilə təsdiq edirlər.

10. Ağırçəkili və irihəcmli malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri

  10.1. Ölçüləri və xarakterləri ilə bağlı nəqliyyat vasitələrinin plomblanmış yük bölmələrində və ya konteynerlərdə daşınması mümkün olmayan malları açıq yol nəqliyyat vasitələrində daşımaq olar.

  10.2. Ağırçəkili və irihəcmli mallar daşınarkən BYD kitabçasının üz qabığında və bütün vərəqlərində ingilis və fransız dilində «Ağırçəkili və ya irihəcmli mallar(«HEAVY OR BULKY GOODS»)» yazısı yazılmalıdır.

  10.3. Göndərən gömrük orqanı BYD kitabçasına fotoşəkillər, qablaşdırma vərəqləri, çertyojlar (cizgilər) və daşınan malların eyniləşdirilməsi üçün zəruri olan digər sənədlər əlavə edilməsini tələb edə bilər. Bu cür sənədlər göndərən gömrük orqanı tərəfindən təsdiq olunur və BYD kitabçasının hər bir qoparılan vərəqinə bərkidilir. Bu zaman qoparılan vərəqlərin hamısının 8-ci qrafasında bu cür sənədlərin olmasına dair qeydlər edir.

  10.4. Bu cür yüklənmiş nəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisi ilə hərəkət edərkən gömrük orqanları:

  - Qaydaların 10.2- 10.3 bəndlərində göstərilmiş tələblərə əməl olunmasına nəzarət etməlidirlər:

  - mallar Azərbaycan Respublikasına gətirilərkən, zərurət olduqda əlavə gömrük eyniləşdirilməsi vasitələrindən istifadə edilməlidir;

  - gətirilmə (aparılma) zamanı BYD kitabçasının yük manifestində bəyan edilməmiş malların daşınması hallarını aşkar etmək məqsədi ilə mallara baxış keçirilməlidir.

11. Aksiz vergisinə cəlb olunan bəzi malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri

  11.1. Bu Qaydalar 8-ci Əlavəsində göstərilən malların BYD daşınması yüksək zəmanət həddi olan BYD kitabçası təqdim olunduqda rəsmiləşdirilir. Bu cür kitabçaların üz qabığında və qoparılan vərəqlərində «Tütün Məmulatları (Alkoqollu içkilər)» yazısı yazılmalıdır. Bundan başqa, bü cür kitabçalarla daşınan malların müfəssəl adları və XİF ƏN kodları göstərilmiş əlavə vərəq qoşulmalıdır. Əlavə vərəq BYD kitabçasına bərkidilməli və göndərən gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir. Bu cür BYD kitabçaları üzrə zəmanət 200.000 (iki yüz min) ABŞ dolları təşkil edir.

  11.2. Bu Qaydaların 9-cu Əlavəsində göstərilən malların BYD daşınmasının rəsmiləşdirilməsi, 50 min ABŞ dolları zəmanət həddi olan BYD kitabçaları təqdim edildikdə yol verilmir.

12. BYD əməliyyatlarının başa çatması

  12.1. BYD daşınmalarını rəsmiləşdirən gömrük orqanlarında BYD kitabçalarının qeydiyyat jurnalları tərtib olunur və hər bir BYD kitabçası həmin jurnallarda ayrı-ayrılıqda qeydə alınır: əlavə 7 (giriş/göndərən), əlavə 8 (çıxış/təyinat) gömrük orqanları üçün.

  12.2. Göndərən və ya giriş (aralıq) gömrük orqanları BYD kitabçasının qoparılan ¹ 1 vərəqinin qoparılan hissəsini özündə saxlayır, qoparılan ¹ 2 vərəqin ayrılan hissəsinin qaytarılmasını təmin etmək üçün qoparılan ¹ 2 vərəqin «rəsmi istifadə üçün» qrafasında « ____ gömrük orqanına təqdim olunmalıdır» sözləri aydın şəkildə yazılmalıdır. Əvvəlcədən təyinat və ya çıxış (aralıq) gömrük orqanına BYD əməliyyatı barədə məlumat verilməlidir.

  12.3. Təyinat və ya çıxış (aralıq) gömrük orqanları qoparılan ¹ 2 vərəqin qoparılan hissəsini qoparır və qeydiyyat jurnalında müvafiq qaydada qeydə aldıqdan sonra gecikdirmədən (BYD əməliyyatı başa çatdıqdan sonra 5 iş günü müddətində həmin qoparılan ¹ 2 vərəqin 18 –23 - cü qrafaları daxil olan ayrılan hissəsini poçt vasitəsi ilə qoparılan ¹ 2 vərəqin «rəsmi istifadə üçün» qrafasında göstərilən gömrük orqanına göndərir.

  12.4. Göndərən və ya giriş (aralıq) gömrük orqanları 12.3 bəndində göstərilən məlumatı poçt vasitəsi ilə aldıqdan sonra onu özündə olan əvvəlki məlumatla (12.2 bəndində) yoxlayır.

  12.5.BYD daşınmasında bir neçə göndərən və ya təyinat gömrük orqanları iştirak edərlərsə yuxarıda göstərilən əməliyyat ardıcıl olaraq yerinə yetirilir.

  12.6. BYD daşınması başa çatdıqdan sonra BYD kitabçası gecikdirilmədən təyinat gömrük orqanının və ya çıxış gömrük orqanının müvafiq möhürləri ilə təsdiq olunduqdan sonra daşıyıcıya qaytarır və BYD daşınmasının lazımi qaydada başa çatmasının təsdiqinə xidmət edir. Əgər gömrük rəsmiləşdirilməsi qeyd-şərtlərlə həyata keçirilmişsə, BYD kitabçasının kötüklərində və qoparılan vərəqlərində bu Qaydaların 2.7 bəndinə uyğun olaraq qeyd-şərtlər edilir və faktlar BYD kitabçasının qoparılan ¹ 2 vərəqinin 27-ci qrafasında və ¹ 2 kötüyün 5-ci qrafasında aydın şəkildə yazılır.

  12.7. Əgər verilmiş BYD kitabçasının BYD daşınması zamanı qoparılan vərəqlərinin sayı yetərincə olmazsa BYD kitabçasının I hissəsi qurtarmalıdır (BYD konvensiyasının 28-ci maddəsi) , daşınma yeni BYD kitabçası ilə davam etdirilməlidir. Bu fakt gömrük orqanları tərəfindən hər iki BYD kitabçasında qeyd olunur.

13. Yol-nəlqiyyat hadisələri

  13.1. BYD daşınması zamanı nəqliyyat vasitələrinin yük bölmələrinin və gömrük təminatların zədələnməsinə səbəb olmuş hallar yol-nəqliyyat hadisələri hesab olunur (YNH).

  13.2. Daşıyıcı YNH-sı zamanı nəqliyyat vasitələrinin yük bölmələrinin və ya gömrük təminatlarının pozulması barədə fəaliyyət zonasında YNH-si baş vermiş gömrük orqanınıa müvafiq müraciət edərkən gömrük orqanı:

  - YNH-nın hallarına dair daşıyıcıdan müfəssəl izahat almalı;

  - BYD daşınmasının mümkünlüyü barədə qərar qəbul etməli;

  - yol-nəqliyyat hadisəsinə dair protokolu doldurmalı və ya protokol dövlət yol polisi (DYP) tərəfinədən doldurulmuşsa, onu təsdiq etməlidir. YNH-nə dair protokolun nümunəsi Qaydalara 6 saylı Əlavədə verilmişdir.

  13.3. BYD daşınması zamanı baş vermiş YNH barədə bir gün ərzində yazılı surətdə operativ rabitə kanalları ilə giriş (gömrük) orqanınıa məlumat verilməsi zəruridir.

  13.4. YNH-dən sonra mallar üzərində aparılan bütün əməliyyatlar barədə təyinat gömrük orqanına məlumat verilməlidir.

  13.5. YNH-dən sonra mallar üzərində bütün əməliyyat ərazisində YNH baş vermiş gömrük orqanının nəzarəti altında həyata keçirilməlidir. Nəqliyyat vasitəsinin yük bölməsinin zədələnməsi və ya eyniləşdirmə vasitələrinin pozulması yol-nəqliyyat hadisələrinin nəticəsində baş vermədiyi təsdiq olunduğu təqdirdə, gömrük qaydalarının pozulmasına dair protokol tərtib olunur və qoparılan vərəqlərin müvafiq qrafalarında və BYD kitabçasının kötüklərində qeydlər edilir.

  13.6. YNH-dən sonra mallar boşaldılıb başqa yol-nəqliyyat vasitəsinə və ya konteynerə yüklənə və BYD daşınmasına əməl etməklə təyinatı üzrə göndərilə bilər. BYD daşınması mümkün olmadığı halda, mallar təyinat gömrük orqanına gömrük nəzarəti altında çatdırıla bilər.

14. Daşıyıcının və zəmanət birliyinin məsuliyyəti

  14.1. BYD daşınmasınmasında daşıyıcı, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəalarının pozulması halında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

  14.2. Malların gömrük orqanının icazəsi olmadan verilməsi, təyinat gömrük orqanına çatdırılmaması və itirilməsi hallarında, fəaliyyət zonasında pozuntu aşkar edilmiş gömrük orqanı müəyyən olunmuş qaydada gömrük qaydalarının pozulmasına dair işin icraatına başlayır və ona baxılmasının nəticəsindən asılı olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarır.

  14.3. Malların gömrük orqanlarının icazəsi olmadan verilməsinə, itirilməsinə və çatdırılmamasına dair hallar, bir qayda olaraq, aşağıdakı gömrük orqanları tərəfindən araşıdırılır.

  - mallar Azərbaycan Respublikasına gətirilərkən giriş-gömrük orqanı;

  - malların Azərbaycan Respublikası ərazisindən tranziti zamanı giriş-gömrük orqanı;

  - mallar Azərbaycan Respublikasından aparılarkən – göndərən gömrük orqanı;

  - gömrük qaydalarının pozulmasına dair işlər Azərbaycan Respublikası ərazisi ilə gömrük nəzarəti altında daşınmanın başlandığı gömrük orqanından daxil olmuş sənədlər yoxlanıldıqdan və çıxış (təyinat) gömrük orqanında malların çatdırılmaması faktı təsdiq edildikdən sonra açılırlar.

  14.4. Gömrük qaydalarının pozulmasına dair protokolda və tənbeh qoyulmasına dair qərarda BYD daşınmanın pozulması və BYD kitabçasının nömrəsi göstərilir.

  14.5. Malların icazəsiz verilməsi, itirilməsi və çatdırılmaması zamanı ödənilməli olan gömrük ödənişləri daşıyıcıdan və ya zəmanət birliyindən Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq tutulur.

  14.6. Malların gömrük orqanının icazəsi olmadan verilməsinin, itirilməsinin və ya çatdırılmamasının gömrük ödənişlərinin mübahisəsiz tutulmasına səbəb olan hər bir halına dair, 14.3 bəndində göstərilmiş sənədlərdən başqa, bu Qaydaların 10 saylı Əlavəsində, verilən formada Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq akt tərtib olunur.

  14.7. Mübahisəsiz qaydada tutulmalı olan gömrük ödənişlərinin məbləği «Gömrük Tarifi» haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq gömrük dəyəri əsasında hesablanır.

  14.8. Gömrük ödənişləri faktiki olaraq mübahisəsiz tutulmaya dair aktda göstərilmiş məbləğ, onun gömrük orqanının hesabına daxil olması tarixi və bank sənədinin tarixi göstərilir.

  14.9. BYD əməliyyatı başa çatmadığı halda daşıyıcıdan gömrük ödənişlərinin mübahisəsiz qaydada alınması mümkün olmadıqda BYD konvensiyasının müvafiq maddələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük orqanları tərəfindən ödənişlərin alınması üçün müvafiq tədbirlər həyata keçirilir.
Rəsmi məlumatlar Arxiv    
12.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Prezident sarayında İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal departamentinin rəhbəri, nazir Moritz Leunberqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanmış, bu səfərin ölkələrimiz arasında əlaqələrin o cümlədən nəqliyyat, ətraf mühit və energetika sahələrində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi qeyd edilmişdir.

Daha ətraflı
12.10.2007
GUAM Avropa İttifaqının və digər beynəlxalq strukturların dəstəyini qazanmış mühüm beynəlxalq təşkilata çevrilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: Məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda beynəlxalq tədbirdə iştirak etmək üçün oktyabrın 10-11 tarixlərində Litva paytaxtında işgüzar səfərdə olmuşdur.
Vilnüs beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısını Litvanın rəsmi şəxsləri qarşılamışlar.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının bu təşkilatın 10 illiyinə həsr olunmuş zirvə görüşündə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb