Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

BYD daşınmalarında
(BYD Konvensiyası 1975-ci il)
yüklərə gömrük nəzrəti və BYD
kitabçasının rəsmiləşdirilməsi
Qaydalarına 1 saylı əlavə

BYD kitabçasının doldurulması


1. BYD kitabçasının üz qabığının doldurulması

1-ci səhifə
Qrafalar 1-4 BYD kitabçasını verilmiş zəmanət birliyi tərəfindən doldurulur.

Qeyd:
Üz qabığının birinci səhifəsində dəyişikliklər yalnız BYD kitabçasını vermiş zəmanət birliyi tərəfindən edilir. Düzəlişlər zəmanət birliyinin möhürü ilə təsdiq olunmalıdır.

Qrafa « No ____ »
BYD kitabçası verilərkən ona verilmiş nömrə çap edilir.

Qrafa 1. «__ dək edibarlıdır»
BYD kitabçasını rəsmiləşdirmək üçün göndərən gömrük orqanınıa təqdim edilə biləcəyi son tarix göstərir.

Qeyd:
Kitabça bu qrafada göstərən tarixədək göndərən gömrük orqanına təqdim edilmişsə, o malların daşınması başa çatanadək etibarlıdır. Əgər BYD kitabçası göstərilən tarixdən sonra göndərən gömrük orqanına təqdim edilirsə, o gömrük rəsmiləşdirilməsi üçün qəbul edilə bilməz.

Qrafa 2. «Verilmişdir»:
BYD kitabçasını vermiş zəmanət birliyin adı göstərilir.

Qrafa 3. «Sahib»:
BYD kitabçası verilmiş daşıyıcının adı, identifikasiya kodu, tam poçt ünvanı göstərilir.

Qeyd:
BYD daşınması yalnız 3-cü qrafada göstərilən daşıyıcı tərəfindən həyata keçirilə bilər.

Qrafa 4. «BYD kitabçasını verən təşkilatın imzası»
Zəmanət birliyinin vəzifəli şəxsinin, həmin birliyin möhürü ilə təsdiq olunmuş imzası qoyulur.

Qrafa 5. «Beynəlxalq təşkilatın katibinin imzası»
Beynəlxalq avtomobil nəqliyyatı İttifaqının (BANİ) katibinin imzası qoyulur.

Qrafalar 6 – 12 BYD kitabçasının sahibi tərəfindən doldurulur.

Qrafa 6. «Göndərən ölkələr»
Malların BYD daşınmasının başladığı göndərən ölkə(lər) göstərilir

Qrafa 7. Bütün mallar və ya onların bir hissəsi üçün BYD daşınmanın başa çatdığı ölkə (lər) göstərilir (təyinat ölkəsi).

Qeyd: (6 - 7-ci qrafalar)
BYD Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq BYD daşınması bir neçə göndərən və təyinat gömrük orqanları olduğu hallarda da həyata keçirilə bilər. Göndərən və təyinat gömrük orqanlarının ümumi sayı dörddən artıq ola bilməz.
BYD kitabçası bütün göndərən gömrük orqanları tərəfindən rəsmiləşdirildikdən sonra təyinat gömrük orqanına təqdim oluna bilər.

Qrafa 8. «Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi»
Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı göstərilir.

Qrafa 9. «Nəqliyyat vasitələrinin BYD daşınmasına buraxılış şəhadətnaməsinin nömrəsi, onun hansı tarixədək etibarlı olduğu göstərilir».

Qrafa 10. «Konteynerin eyniləşdirmə nömrəsi»
Mallar konteynerdə daşındığı halda doldurulur. Konteynerin (tanınma) eyniləşdirmə nömrəsi göstərilir.

Qrafa 11. «Qeydlər»
BYD kitabçası verilərkən zəmanət birliyinin zəruri hesab etdiyi bütün məlumatlar və ya gömrük orqanının təkidi ilə daxil edilmiş məlumatlar göstərilir.

Qrafa 12. «BYD kitabçasının sahibinin imzası»
BYD kitabçvsının verildiyi daşıyıcının müvəkkilinin imzası qoyulur.

Qeyd:
Üz qabığının 2-ci səhifəsində mətbəə üsulu ilə fransız dilində «BYD kitabçasından istifadə qaydaları», üz qabığının 3-cü səhifəsində mətbəə üsulu ilə ingilis dilində «BYD kitabçalarının istifadə qaydaları» çap olunmalıdır.
Üz qabığının 4-cü səhifəsində yuxarı sağ küncündə BYD kitabçasının gömrük orqanları tərəfindən götürülərkən götürülmə və tarixi barədə gömrük orqanlarının qeydiyyatı aparılaraq sahibinə qaytarılan BYD kitabçasının nömrəsi olan qoparılan talon yerləşdirilmişdir.Olunan qeyd gömrük orqanının əməkdaşının şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir.
BYD kitabçasının gömrük orqanları tərəfindən götürülməsi, kitabçanın etibarlılıq müddətinin başa çatdığı, kitabçanın onu sahibi tərəfindən təqdim olunmadığı, kitabçanın düzgün doldurulmadığı halda həyata keçirilir. Götürülmüş kitabçalar Zəmanət Birliyinə təqdim etmək üçün DGK-ya göndərilir.

2. Qoparılmayan vərəq ¹- 1/ ¹-2 (sarı rəngli) .
Qoparılmayan vərəq ¹- 1/ ¹-2 BYD kitabçasının sahibi tərəfindən doldurulur

Qrafa 1. «BYD kitabçasının ¹…» BYD kitabçasının üz qabığının birinci vərəqində mətbəə üsulu ilə əvvəlcədən çap olunmuş nömrəsi göstərilir.

Qrafa 2. «Göndərən gömrük orqanları»
Malların daşınmasının bağladığı gömrük orqan(lar)ının ad(lar)ı göstərilir.

Qrafa 3. «Verilmişdir»
BYD kitabçasını vermiş beynəlxalq təşkilatın adı «Union İnternationale des Transports Routlers» (İRU) 1; 3 qrafaları əvvəlcədən mətbəə üsulu ilə çar edilir.

Nömrəsiz qrafa «Rəsmi istifadə üçün»
Mallar göndərilərkən göndərən gömrük orqanının zəruri hesab etdiyi məlumatlar göstərir.

Qrafa 4. «BYD kitabçasının sahibi»
BYD kitabçasının üz qabığının birinci vərəqinin 3-cü qrafasında göstərilən məlumatlar bura yaköçürülür.

Qrafa 5. «Göndərən ölkə(lər)»
Göndərən gömrük orqanının (orqanlarının) yerləşdiyi ölkənin adı göstərilir.

Qrafa 6. «Təyinat ölkəsi (lər)»
Təyinat gömrük orqanının (gömrük orqanlarının) yerləşdiyi ölkənin adı göstərilir.

Qrafa 7. «Yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi(lər)»
Üz qabığının birinci vərəqinin 8-ci qrafasında göstərilən məlumatlar buraya köçürülür.

Qrafa 8. «Əlavə olunan sənədlər»
BYD kitabçasına əlavə olunan sənədlər (fotoşəkillər spesifikasiyalar və s.) göstərilir. Bu halda göstərilən sənədlərin surətləri BYD kitabçasının hər bir vərəqinə bərkidilir.

Qrafa 9. Yük bölməsi (bölmələri) və ya konteyner(lər), yük yerlərinin və ya əşyaların tanınma nişanları (işarələri)
Yük bölmələrinin və ya konteynerlərin nömrələri, yük yerlərinin ayrıca hər bir yük bölməsi və ya konteyner üzrə markalanması göstərilir.

Qrafa 10. «Yük yerlərinin sayı və görünüşü, malların təsviri»
Yük yerlərinin sayı, qablaşdırılmış növu, ayrıca hər bir yük yeri və ya konteyner üzrə malların təsviri verir.

Qrafa 11. «Brutto çəkisi»
Hər bir yük bölməsi və ya konteyner üzrə malların brutto çəkisi (qablaşdırma, tara ilə) göstərilir.

Qeyd:
Əgər BYD kitabçası nəqliyyat vasitələri qatarına, yaxud bir neçə konteynerə verilmişsə, hər bir nəqliyyat vasitəsinin və ya konteynerin içərisindəkilər 9-11 qrafalarda ayrıca göstərilir.
Daşınma marşrutu bir neçə göndərən və təyinat gömrük orqanlarından keçirsə, mallara dair məlumatlar hər bir gömrük orqanı üzrə ayrıca daxil edilir.

Qrafa 12. «Manifestdə bəyan edilən yük yerlərinin ümumi sayı»
Nəqliyyat vasitəsində daşınan və BYD kitabçasının yük manifestində göstərilən yük yerlərinin ümumi sayı göstərilir. 12-ci qrafanın (1,2,3)-cü qrafalarında təyinat gömrük orqanlarının adları göstərilməklə hər biri üzə ayrıca yük yerlərinin sayı yazılır.

Qrafa 13, 14, 15-ci « Yer, tarix, BYD kitabçasının sahibinin imzası»
BYD kitabçasının doldurulma yeri , tarixi göstərilir və BYD kitabçasının sahibinin səlahiyyəti nümayəndəsinin imzası qoyulur.
Qoparılmayan ¹ 1/ ¹ 2 vərəqində digər qrafalar doldurulmur.

3. Qoparılan vərəq ¹ 1.

Qrafalar 1-15 BYD kitabçasının sahibi tərəfindən doldurulur, bu qrafalarda göstərilən məlumatlar qoparılmayan ¹ 1/ ¹-2 vərəqdə bəyan edilmiş məlumatlara uyğun olmalıdır. BYD kitabçasının sahibi BYD daşınmasında istifadə ediləcək bütün qoparılan vərəqləri doldurulur.

16 - 23-cü qrafalar və qoparılan ¹ 1 vərəqin (ağ rəngli) kötüyü tranzit və təyinat dövlətlərinin göndərən və ya giriş gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 16. «Qoyulmuş plomblar və ya tanınma nişanları (sayı, təsviri)»
Hər bir yük yeri və ya konteyner üzrə qoyulmuş gömrük təminatlarına dair məlumat göstərilir.

Qrafa 17. «Göndərən gömrük orqanı, tarix, göndərən gömrük orqanının vəzifəli şəxsinin imzası, şəxsi nömrəli möhürü»
Gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü, BYD kitabçasının qoparılan vərəqinin doldurulma tarixi.

Qeyd:
Göndərən gömrük orqanı tərəfindən BYD kitabçasının bütün qoparılan vərəqlərinin 16-cı və 17-ci qrafaları doldurulur.

Qrafa 18. «Yükün gömrük rəsmiləşdirilməsi üçün qəbul edilməsinin təsdiqi» (göndərən (aralıq) gömrük orqanı)
Göndərən gömrük orqanının və ya gətirilən zaman aralıq gömrük orqanının adı göstərilir.

Qrafa 19. «Zədələnməmiş hesab edilən vurulmuş möhürlər, qoyulmuş plomblar və ya tanınma nişanları»
Bu qrafadakı kvadratın üstündən xətt çəkilir. Qoparılan vərəq göndərən gömrük orqanı tərəfindən rəsmiləşdirilərkən 19 nömrəli qrafa doldurulmur.

Qrafa 20. «Tranzit daşınmasının müddəti»
Tranzit zamanı malların çıxış gömrük orqanına və ya təyinat ölkəsində təyinat gömrük orqanına çatdırılma müddəti göstərilir.

Qrafa 21. « ___ nömrəsi altında gömrük orqanı tərəfindən qeydiyyata alınmışdır».
Gömrük orqanının adı və BYD kitabçası istifadə edilməklə daşınmanın 7 saylı əlavədə göstərilən jurnalda qeydiyyata alındığı nömrə göstərilir.

Qrafa 22. «Sair məlumatlar».
(Malların çatdırılma yeri, malların təqdim edilməli olduğu gömrük orqanı)
Malların çatdırılmalı olduğu gömrük orqanının adı göstərilir. Zəruri olduqda hərəkət marşrutu göstərilir.

Qrafa 23. «Gömrük orqanını vəzifəli şəxsinin imzası və möhürü»
Tarix, gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü qoyulu

4. 1 ¹-li kötük.

1 ¹-li kötük göndərən gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 1. «Gəlib-çatma gömrük orqanı tərəfindən təsdiq edilmişdir»
Göndərən gömrük orqanının adı göstərilir.

Qrafa 2. «…nömrəli» 21-ci qrafadakı məlumatlar buraya köçürülür.

Qrafa 3. «qoyulmuş plomblar və ya tanınma nişanları»
Gömrük təminatlarına dair qeydlər daxil edilir.

Qrafa 4. «Eyniləşdirmə vasitələri zədələnməmişdir»
Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.

Qrafa 5. «Sair məlumatlar» müəyyən olunmuş marşrut, yükün təqdim ediləcəyi gömrük orqanı və s.
Malların çatdırılmalı olduğu gömrük orqanının adı göstərilir. Zərurət olduqda hərəkət marşrutu təyin edilir.

Qrafa 6. «Gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü»
Göndərən gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü, tarix qoyulur.

5. Qoparılan vərəq ¹ 2

Qrafalar 1-15 BYD kitabçasının sahibi tərəfindən, qrafalar 16-23 göndərən gömrük orqanı tərəfindən, qrafalar 24-28 çıxış və ya təyinat gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 24. «Malların təqdiminə dair qeyd» Çıxış və ya təyinat gömrük orqanının adı,qeydiyyat jurnalında BYD kitabçası istifadə edilməklə daşımanın qeydiyyata alındığı qeydiyyat nömrəsi göstərilir.(8-ci əlavəyə uyğun olaraq)

Qrafa 25. «Eyniləşdirmə vasitələri pozulmamışdır»
Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.

Qrafa 26. «Rəsmiləşdirilmiş yük yerlərinin sayı»
Yük yerlərinin və gömrük orqanının nəzarəti altında boşaldılmış malların miqdarı göstərilir.
Boşaldılma olmamışsa,qrafa doldurulmur.

Qrafa 27. «Rəsmiləşdirmə zamanı qeyd-şərtlər»
Malların daşınmasında aşkar edilmiş qayda pozuntuları haqqında məlumat Qaydaların 3.7 bəndinə uyğun olaraq daxil edilir.

Qrafa 28. «Gömrük orqanlarının vəzifəli şəxslərinin imzası və möhürü»
Gömrük orqanının vəzifəli şəxsinin möhürü, imzası, tarix qoyulur.

6. 2 ¹-li kötük

2 ¹-li kötük təyinat gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 1. «Gəlib-çatma gömrük orqanı tərəfindənt təsdiq edilmişdir»
Çıxış və ya təyinat gömrük orqanının adı, BYD kitabçasının qeydiyyat jurnalındakı qeydiyyat nömrəsi göstərilir.

Qrafa 2. «Qoyulmuş möhürlər və plomblar və ya tanınma nişanları zədələnməmiş hesab edilmişdir»
Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.

Qrafa 3. «Yük yerlərinin və malların gömrük rəsmiləşdirilməsi aparılmışdır»
Yük yerlərinin və gömrük orqanının nəzarəti altında boşaldılmış malların miqdarı göstərilir.
Boşaldılma olmamışsa, qrafa doldurulmur.

Qrafa 4. «Qoyulmuş yeni möhür və plomblar»
Gömrük təminatlarına dair qeydlər daxil edilir. Yeni gömrük təminatları qoyulmamışsa, qrafa doldurulmur.

Qrafa 5. «Rəsmiləşdirmə zamanı qeyd-şərtlər»
BYD kitabçası rəsmiləşdirilərkən gömrük orqanı tərəfindən edilmiş qeyd-şərtlər göstərilir (qoparılan ¹-2 vərəqin 27-ci qrafası).

Qeyd:
Gömrük orqanları edilmiş qeyd-şərtlərin məğzini Zəmanət Birliyinə göndərilən məktubda aydın şərh etməli və qrafa 5-və «R» işarəsi qoymalıdırlar.

Qrafa 6. «Gömrük orqanının vəzifəli şəxsinin möhürü, imzası»
Gömrük orqanının vəzifəli şəxsinin nömrəli möhürü, imzası və tarix qoyulur.

7.Yol-qəqliyyat hadisələrinə dair protokol

Qrafalar 1, 2, 3 və 5 BYD kitabçasının qoparılan vərəqlərində doldurulduğu kimi doldurulur

Qrafa 4. «Yol-nəqliyyat vastitəsinin qeydiyyat nömrəsi , konteynerin eyniləşdirmə nömrəsi, konteynerin tanınma nişanı».
YNH-nə uğramış nəqliyyat vasitələrinin və konteynerlərin nömrələrinə dair məlumatlar göstərilir.

Qrafa 6. «Gömrük plombları zədələnmişdir/ zədələnməmişdir»
Müvafiq kvadrata işarə qoyulur.

Qrafa 7. «Yük şöbəsi (şöbələri) zədələnmişdir/ zədələnməmişdir»

Qrafa 8. «İradlar»
Malların və nəqliyyat vasitəsinin, yük bölmələrinin və ya konteynerlərin vəziyyəti barədə ümumi məlumatlar göstərilir.

Qrafa 9. «Yüklərin itməsi müəyyən edilmişdir (edilməmişdir)»
Müvafiq kvadrata işarə qoyulur.

Qrafa 10. «Yük bölməsi və ya konteyner,markalanma və ya yük yerlərinin nömrələri»
Markalanma zərurət oluqda isə YNH-nə uğramış yük bölməsinin sıra nömrəsi və ya konteynerin qeydiyyat nömrəsi göstərilmir.

Qrafa 11. «Yük yerlərinin sayı və görünüşü, malların təsviri»
Olmayan və ya məhv edilmiş malların, pozulma obyektləri olan mallara dair məlumatlar göstərilir.

Qrafa 12. «Y və ya M» (yoxdur və məhv edilmişdir) («Y və ya M»)
Hər bir olmayan və ya məhv edilmiş mal növünün qarşısında «Y» və ya «M» hərfi göstərilir.

Qrafa 13. «İradlar»
Hər bir olmayan, yaxud məhv edilmiş mal növünün qarşısında miqdarı göstərilir.

Qrafa 14. «Tarix və yer»
YNH-nin tarixi və yeri göstərilir.

Qrafa 15. «Görülən tədbirlər»
Malların daşınmasının davam etməsi üçün görülmüş tədbirlərə dəlalət edən kvadrata müvafiq işarəqoyulur.

Qrafa 16. Mallar digər nəqliyyat vasitəsinə boşaldılıb-yükləndikdə doldurulur.
Bu cür nəqliyyat vasitələrinə və yeni gömrük təminatlarına dair bütün məlumatlar göstərilir.

Qrafa 17. «Protokolu tərtib etmiş səlahiyyətli orqan»
YNH-nə dair protokolu tərtib etmiş dövlət orqanının (gömrük orqanından başqa) adı göstərilir.

Qrafa 18. «Növbəti gömrük orqanını qeydi»
Fəaliyyət zonasında YNH-si baş vermiş gömrük orqanı tərəfindən yol-nəqliyyat hadisəsi faktının təsdiqi üçün nəzərdə tutulmuşdur.

Qeyd:
Əgər bilavasitə gömrük orqanı tərəfindən tərtib olunarsa, 17-ci qrafanın doldurulması vacib deyil.
Yol-nəqliyyat hadisəsi faktının gömrük orqanı tərəfindən təsdiqi olmadıqda protokol etibarsız sayılır.
Protokol BYD kitabçasında qalır.
Rəsmi məlumatlar Arxiv    
12.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Prezident sarayında İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal departamentinin rəhbəri, nazir Moritz Leunberqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanmış, bu səfərin ölkələrimiz arasında əlaqələrin o cümlədən nəqliyyat, ətraf mühit və energetika sahələrində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi qeyd edilmişdir.

Daha ətraflı
12.10.2007
GUAM Avropa İttifaqının və digər beynəlxalq strukturların dəstəyini qazanmış mühüm beynəlxalq təşkilata çevrilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: Məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda beynəlxalq tədbirdə iştirak etmək üçün oktyabrın 10-11 tarixlərində Litva paytaxtında işgüzar səfərdə olmuşdur.
Vilnüs beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısını Litvanın rəsmi şəxsləri qarşılamışlar.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının bu təşkilatın 10 illiyinə həsr olunmuş zirvə görüşündə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb