2004-cü ilin 8 ayı ərzində respublikanın xarici
ticarətinin vəziyyəti
2004-cü ilin 8 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 118 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 4277990.6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2037385.9 min ABŞ dolları dəyərində 1092 adda mal ixrac, 2240604.7 min ABŞ dolları dəyərində 4796 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 203218.8 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-respublikaya
21522.5 min ABŞ dolları dəyərində 9427.3 ton dövlət, hökumət və beynəlxalq
təşkilatlarının xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım
daxil olmuşdur.
2003-cü ilin 8 ayına nisbətən 2004-cü ilin 8 ayında ixrac əməliyyatlarının həcmi 38.54% (566745.7 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 43,87% (683238.4 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, dənli bitkilərin, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 22661.7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş,
173602.1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunmuşdur.
2004-cü ilin 8 ayında 139542 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 13675.1 min ton yük daşınmışdır. Bunlardan 7580.1 min tonu (26375 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 6095.0 min tonu (113167 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (64077 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (46086 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5058345.4 ton yük keçirilmişdir.
Tranzit yüklər əsasən Gürcüstan (1798316.1 t), İtaliya (1182168.2) Respublikalarına,
İsveçrəyə (938395.6 t), Kipr (238202.0 t), Türkmənistan (201200.0 t), Tacikistan
(192160.1 t), Türkiyə (151040.8 t) Respublikalarına və Rusiya Federasiyasına
(113705.1 t) göndərilmişdir.
2004-cü ilin 8 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
-ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (499902.1 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (120065.1 min ABŞ dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (411807.4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (203037.1 min ABŞ dolları) olmuşdur;
-avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 276605.6 min ABŞ dolları həcmində azalmışdır;
-avqust ayında idxal əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 96583.1 min ABŞ dolları həcmində artmışdır;
-ixrac əməliyyatlarında orta aylıq artım 13007.6 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 29814.3 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 36670.0 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2004-cü ilin ilk 7 ayında 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-1.47%
-0.04%
21 (SD ilə hesablaşma)
-55.31%
-48.80%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.24%
41 (qapalı dövriyyəli valyuta)
-0.84%
-3.17%
51 (barter sazişi)
-0.04%
-0.01%
78(kompensiasialı öhdəlik. hesab.)
-29.13%
-0.00%
80 (digərləri)
-13.21%
-47.74%
İdxalın
və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2003-cü ilin 8 ayı ilə müqayisə satistik
dəyərə görə aparılmışdır):
İxracda: xam neft-56.09% (2003-cü ilin 8 ayına nisbətən 112.85%), neft məhsulları-21.43% (165.34%), qara metallar və onlardan hazırlanan məmulatlar-1.41% (140.58%), alkoqollu və alkoqolsuz içkilər-0.13% (91.35%), kimya məhsulları-2.42% (160.41%), pambıq-0.93% (136.36%), tütün və tütün məmulatları- 0.47% (242.89%), alüminium və ondan hazırlanan məmulatlar-1.58% (308.90%), meyvə-tərəvəz məhsulları-1.05% (191.10%), bitki və heyvan mənşəli yağlar-1.60% (176.60%) təşkil edir. Qalan əmtəələrin payına 12.81% düşür.
İdxalda: ərzaq məhsulları-11.13% (2003-cü ilin 8 ayına nisbətən 155.08%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-7.42% (113.85%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-27.51% (155.93%), qara metallar və onlardan hazırlanan məmulatlar-16.02% (110.66%), nəqliyyat vasitələri və onların hissələri-11.85% (185.87%), mebel-0.91% (153.96%), oduncaq və ondan hazırlanan məmulatlar-1.22% (137.48%), xalq istehlak malları-1.52% (155.05%), əczaçılıq məhsulları-0.86% (121.80%) təşkil edir. Qalan əmtəələrin payına 21.58% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-cü ilin 8 ayına netto çəki. nisb. %-lə
1. Ət və ət məhsulları
20157.2 t
10487.7
129.9%
-humanitar yardım
4.7
2.7
2. Buğda
708448.3 t
124894.4
156.0%
3. Un
4990.5 t
1510.5
192.4%
-o cümlədən hum. yardım
3957.1 t
1264.2
4. Şəkər
83165.2 t
15853.8
126.1%
5. Yağ
51555.2 t
28530.3
130.0%
-kərə yağı
10447.0 t
8913.2
-bitki və heyvan mənş. yağlar
41108.2 t
19617.1
-o cümlədən hum. yardım
797.5 t
772.3
6. Çay
6317.5 t
12088.2
203.9%
7. Spirt
919324.5 L
632.3
129.6%
8. Spirtli içkilər
1754156.5 L
2744.9
109.5%
9. Tütün məmulatı
615823.9 min əd
9817.6
88.6%
10.Qara metallar
123427.8 t
52833.7
118.9%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
13359 əd.
59697.8
137.3%
-GMO əsasında rəsmiləşdirilmiş
6656 əd.
32138.5
12. Neft məhsulları
148082.1 t
47887.7
14. Elektrik enerjisi
1555627.4 min kvt/s
41172.1
15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
3162191.2 min kub.m
166191.3
2757388.7 min kub.m
149315.4
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-cü ilin 8 ayına netto çəki. nisb. %-lə
1. Neft (xam)
5005829.2 t
1142796.3
1.1 Boru kəməri ilə 01.09.2004-cü ilə qədər gedən xam
neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
1698601.0 t
-Supsa boru kəməri ilə
4027684.3 t
2. Neft emal məhsulları
1671305.1 t
436644.2
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
1438696.5 t
373712.6
-milli valyutaya
118758.9 t
29605.3
-digərləri
113849.6 t
33326.3
2.1.01.09.2004-cü ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
162555.7 t
3. Bitki və heyvan mənşəli yağlar
27501.0 t
34342.6
118.2%
4. Spirtli içkilər
3451851.0 L
2536.3
67.8%
5. Tütün
3138.9 t
2769.4
93.2%
6. Tütün məmulatı
1323530.0 min əd
6737.2
550.4%
7. Qara metallar
106927.6 t
27132.1
130.2%
8 Alüminium
21125.2 t
32095.5
8.260.0%
9 Çay
4713.6 t
12680.0
445.5%
10. Pambıq mahlıcı və tullantıları
16934.1 t
19022.8
102.5%
10. Elektrik enerjisi
270466.8 min kvt/s
4003.9
Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (2653748.9 ton (53.01%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2322183.9 ton (46.39%)) və "Şirvan Oil" BMMM (29895.4 ton (0,60%)) tərəfindən ixrac edilmişdir.
Neft
məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (798692.1 ton
(47.78%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (594912.4 ton (35.59%)), "Azərneftyanacaq" NEZ (51644.9 ton
(3.09%)) və "Azal Oil" (117579.9 ton (7.03%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 1621960.3 min ABŞ dolları dəyərində əmtəə ( ümumi ixraca nisbətən 79.61%) çıxarmışlar, o cümlədən, 962193.1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 59.32%), 593534.5 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 36.59%) və 51775.2 min ABŞ dolları dəyərində mal digər sazişlər hesabına (ixraca nisbətən 3.19%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 1372050.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61.24%) gətirilmişdir. Onlardan 490152.0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 35.72%) və 873568.0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 63.67%) gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 249910.3 min ABŞ dolları təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 415425.6 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 20.39%) çıxarmışlar, o cümlədən, 164777.1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 39.66%), 217165.1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (ixraca nisbətən 52.28%) və 17166.2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 4.13%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 868554.7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38.76%) gətirilmişdir. Onlardan 603231.6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 69.45%), 68260.9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 7.86%), 195850.8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 22.55%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 453129.1 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
842648.64
41.36
Rusiya
316038.64
14.11
İsrail
120873.57
5.93
Böyük Britaniya
261774.67
11.68
Rusiya
117201.18
5.75
Türkiyə
140572.08
6.27
İndoneziya
61922,39
3.04
Çin
95880.80
4.28
Fransa
66244.12
3.25
Almaniya
118201.16
5.28
Xorvatiya
52034,29
2.55
Yaponiya
87190.63
3.89
Gürcüstan
109117.00
5.36
Malaziya
86421.86
3.86
Türkiyə
110302.34
5.41
Qazaxıstan
209353.33
9.34
Türkmənistan
143083,06
7,02
ABŞ
86421.86
3.61
İran
98521.27
4.84
Ukrayna
104242.05
4.65
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 6058 hüquq və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2556 dövlət və özəl müəssisə, 3502 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1103017.5 min ABŞ dolları (54.14%), özəl sektorun payı 916055.4 min ABŞ dolları (44.96%), fiziki şəxslərin payı isə 18313.0 min ABŞ dolları (0.90%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 431527.7 min ABŞ dolları (19.26%), özəl sektorun payı 1669412.9 min ABŞ dolları (74.51%), fiziki şəxslərin payı isə 139664.2 min ABŞ dolları (6.23%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.