| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2004-cü ilin yanvar ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2004-cü ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 82 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 335241.9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 132243.2 min ABŞ dolları dəyərində 278 adda mal ixrac, 202998.7 min ABŞ dolları dəyərində 2305 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 70755.5 min ABŞ dolları təşkil etmişdir.
O
cümlədən,
-respublikaya 1591.6 min ABŞ dolları dəyərində 313.3 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.
2003-cü ilin yanvar ayına nisbətən 2004-cü ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 23.96% (41676.4 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 50.49% (68104.4 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 43528.6 min ABŞ dolları dəyərində mal idxal edilmiş, 778.3 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti ixrac olunmuşdur.
2004-cü ilin yanvar ayı ərzində 14534 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 1209.9 min ton yük daşınmışdır. Bunlardan 511.4 min tonu (2677 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 698.5 min tonu (11857 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (7122 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (4850 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 740487.8 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (373728.2t), İtaliya (185863.6t) Respublikalarına, İsveçrəyə (70566.2t), Kipr Respublikasına (25150.2t), Vircin adalarına (16316.6t), Rusiya Federasiyasına (15953.4t), İran İslam Respublikasına (15635.6t), Türkiyə (15302.0t) və Türkmənistan (12347.0t) Respublikalarına göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 3643.7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2004-cü ilin yanvar ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-0.06%
|
-0.04%
|
| 21 (SD ilə hesablaşma) |
-88.60%
|
-61.19%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-0.19%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-1.27%
|
-3.52%
|
| 51 (barter sazişi) |
-0.16%
|
-0.07%
|
| 78(kompensiasialı öhdəlik. hesab.) |
-35.38%
|
-0.00%
|
| 80 (digərləri) |
-10.07%
|
-35.05%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2003-cü ilin yanvar ayı ilə müqayisə statistik dəyərə görə aparılmışdır):
İdxalda: ərzaq məhsulları-12.14% (2003-cü ilin yanvar ayına nisbətən 113.73%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-10.29% (96.57%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-32.39% (213.34%), qara metallar və onlardan hazırlanan məmulatlar-15.57% (204.52%), nəqliyyat vasitələri və onların hissələri-5.22% (140.86%), mebel-1.41% (259.23%), oduncaq və ondan hazırlanan məmulatlar-1.39% (146.99%), xalq istehlak malları-1.32% (121.25%), əczaçılıq məhsulları-0.61% (140.11%) təşkil edir. Qalan əmtəələrin payına 19.66% düşür.
İxracda: xam neft-44.60% (2003-cü ilin yanvar ayına nisbətən 49.85%), neft məhsulları-28.81% (129.01%), qara metallar və onlardan hazırlanan məmulatlar-2.54% (134.64%), spirtli və spirtsiz içkilər-0.09% (33.05%), kimya məhsulları-4.72% (196.37%), pambıq-1.47% (65.69%), tütün və tütün məmulatları-0.60% (92.08%), alüminium və ondan hazırlanan məmulatlar-2.75% (89.25 dəfə), meyvə-tərəvəz məhsulları-2.58% (172.91%), bitki və heyvan mənşəli yağlar-4.13% (302.09%) təşkil edir. Qalan əmtəələrin payına 7.72% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2003-cü ilin yanvar ayı netto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları |
3057.8 t
|
1505.8
|
133.0%
|
| 2. Buğda |
56981.4 t
|
55026.3
|
93.4%
|
| 3. Un |
128.7 t
|
35.3
|
200.5%
|
| 4. Şəkər |
6549.9 t
|
864.3
|
95.0%
|
| 5. Yağ |
7867.2 t
|
3924.1
|
178.2%
|
| -kərə yağı |
953.1 t
|
818.6
|
|
| -bitki və heyvan mənş. yağlar |
6914.1 t
|
3105.6
|
|
| 6. Çay |
480.0 t
|
986.8
|
58.3%
|
| 7. Spirt |
40690.0 L
|
36.6
|
33.3%
|
| 8. Spirtli içkilər |
245796.2 L
|
369.4
|
90.4%
|
| 9. Tütün məmulatı |
88386.7 min əd.
|
1140.5
|
173.8%
|
| 10. Qara metallar |
20045.9
|
7138.9
|
199.7%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş |
1030 əd.
|
4444.8
|
93.2%
|
| -GMO əsasında rəsmiləşdirilmiş |
571 əd.
|
2443.1
|
|
| 12. Neft məhsulları |
15559.5 t
|
807.5
|
|
| 13. Elektrik enerjisi |
193256.4 min kvt/s
|
5024.7
|
|
| 14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər |
281221.8 min kub.m
|
20881.8
|
|
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2003-cü ilin yanvar ayı netto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
280861.0 t
|
58983.9
|
|
1.1. Boru kəəməəri ilə 01.02.2004-cü
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
209183.0 t
|
|
|
| -Supsa boru kəməri ilə |
485432.5 t
|
|
|
| 2. Neft emal məhsulları |
158344.2 t
|
38096.4
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyutaya |
154563.3 t
|
37058.9
|
|
| -digərləri |
3635.9 t
|
987.6
|
|
2.1.01.02.2004-cü ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
101894.8 t
|
|
|
| 3. Bitki və heyvan mənşəli yağlar |
4837.5 t
|
5464.1
|
134.7%
|
| 4. Spirtli içkilər |
226435.0 L
|
116.7
|
37.9%
|
| 5. Tütün |
372.5 t
|
239.4
|
43.2%
|
| 6. Tütün məmulatı |
119900.0 min əd.
|
552.8
|
545.0%
|
| 7. Qara metallar |
13306.2 t
|
3162.9
|
131.1%
|
| 8 Alüminium |
2478.9 t
|
3630.8
|
11.2dəfə
|
| 9. Çay |
332.6 t
|
734.8
|
369.8%
|
| 10. Pambıq mahlıcı və tullantıları |
1589.7 t
|
1947.9
|
44.7%
|
| 11. Elektrik enerjisi |
24718.3 min kvt/s
|
370.7
|
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (280861.0 ton) tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (78626.1
ton 49.66%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(72762.1 ton (45.95%)) və "Azərneftyanacaq" NEZ (3596.6 ton (2.41%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 104575.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 79.08%) çıxarmışlar, o cümlədən, 99527.9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 95.17%) və 5041.1 min ABŞ dolları dəyərində mal kompensasiyalı öhdəliklər hesabına (ixracja nisbəətən 4.82%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 125771.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61.96%) gətirilmişdir. Onlardan 55365.9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 44.02%) və 69784.5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 55.49%) gətirilmişdir.
Xarici ölkələr üzrə mənfi saldo 21196.0 min ABŞ dolları təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 27667.7 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 20.92%) çıxarmışlar, o cümlədən, 17644.8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 63.77%) və 8269.7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 29.89%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 77227.3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38.04%) gətirilmişdir. Onlardan 68854.1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 89.16%), 6938.8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8.98%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 49559.6 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan
ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| İtaliya |
59868.60
|
45.27
|
Rusiya |
36147.20
|
17.81
|
| Rusiya |
11918.20
|
9.01
|
Türkmənistan |
19335.10
|
9.52
|
| Türkiyə |
10308.20
|
7.79
|
B/Britaniya |
18836.00
|
9.28
|
| İran |
10048.90
|
7.60
|
Almaniya |
15226.70
|
7.50
|
| Gürcüstan |
9318.40
|
7.05
|
Türkiyə |
11267.30
|
5.55
|
| Fransa |
7346.50
|
5.56
|
Ukrayna |
10388.00
|
5.12
|
| Malta |
6270.40
|
4.74
|
Qazaxstan |
10150.20
|
5.00
|
| Tacikistan |
4310.10
|
3.26
|
ABŞ |
9960.30
|
4.91
|
| Xorvatiya |
3276.90
|
2.48
|
Çin |
9920.90
|
4.89
|
Syanqan
|
1618.70
|
1.22
|
Fransa |
9531.80
|
4.70
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 1547 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 975 dövlət və özəl müəssisə, 572 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 111222.7 min ABŞ dolları (84.10%), özəl sektorun payı 18959.5 min ABŞ dolları (14.34%), fiziki şəxslərin payı isə 2061.0 min ABŞ dolları (1.56%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 54193.0 min ABŞ dolları (26.70%), özəl sektorun payı 134582.6 min ABŞ dolları (66.30%), fiziki şəxslərin payı isə 14223.1 min ABŞ dolları (7.01%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
|
|
|
|
|
|
|