| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2005-ci ilin I yarımili ərzində respublikanın xarici ticarətinin
vəziyyəti
2005-ci ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 126 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3403331,4
min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1310076,6 min ABŞ dolları
dəyərində 1449 adda mal ixrac, 2093254,7 min ABŞ dolları dəyərində
4794 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi
saldo 783178,1 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-respublikaya 24650,7 min ABŞ dolları dəyərində 8444,1 ton əmtəə dövlət,
hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar
yük və texniki yardım kimi daxil olmuşdur.
2004-cü ilin I yarımilinə nisbətən 2005-ci ilin I yarımilində ixrac
əməliyyatlarının həcmi 0,16% (2110,6 min ABŞ dolları) artmış, idxal
əməliyyatlarının həcmi isə 37,88% (575123,6 min ABŞ dolları) artmışdır.
İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki
qurğuların və onların hissələrinin, qara metallar, dənli bitkilərin,
quru nəqliyyat vasitələr, tütün məmulatları və başqa malların idxalı
hesabına artmışdır. 
Müvəqqəti ixrac rejimində ölkəmizdən 16455,4 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 176621,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2005-ci ilin yarımili ərzində 127431 ədəd nəqliyyat vasitəsindən istifadə
edilməklə 8611,2 min ton yük daşınmışdır. Bunlardan 3439,8 min tonu
(24239 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 5171,4 min
tonu (103192 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına
düşür. Əsasən dəmir yolu (55190 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından
(44245 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında
stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Göstərilən
müddət ərzində gömrük orqanlarında 80036 (əlavə vərəqlə birlikdə 104266)
ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 16112
(əlavə vərəqlə birlikdə 17947) ədəd ixrac, 63924 (əlavə vərəqlə birlikdə
86319) ədəd idxal YGB-dir.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4592383,9 ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1216376,2t) İsveçrə
(910702,8t), Gürcüstan (873130,9t), Kipr (563820,3t), Tacikstan (226538,6t),
İran (174619,0t), Böyük Britaniya (141127,9t), Rusiya (124321,4t)
və Türkmənistana (105127,4t) göndərilmişdir.
2005-ci ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin
aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
-ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (322682,1
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ
dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582707,5
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265303, 2 min ABŞ
dolları) olmuşdur;
-iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 5560,8
min ABŞ dolları həcmində azalmışdır;
-iyun ayında idxal əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 6041,2
min ABŞ dolları həcmində artmışdır;
-ixrac əməliyyatlarında orta aylıq artım 28420,8 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq azalma 50626,4 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 50808,6 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2005-ci ilin I yarımili ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə
hesablaşma) |
-1.12%
|
-0.01%
|
| 21 (SDV ilə hesablaşma) |
-84.55%
|
-49.73%
|
| 23 (dövlət krediti
üzrə hesablaşma) |
-0.00%
|
-1.00%
|
| 41 (qapalı dövriyyəli valyuta)
|
-2.12%
|
-3.85%
|
| 51 (barter sazişi) |
-0.01%
|
-0.00%
|
| 80 (digərləri) |
-12.21%
|
-45.40%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilin I yarımilinə nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft-39,71% (2004-cü ilin I yarımilinin ixracına nisbətən
81,61%), neft məhsulları-35,23% (163,23%), qara metallar və onlardan
hazırlanan məmulatlar-1,98% (116,58%), alkoqollu və alkoqolsuz içkilər-0,26%
(153,64%), kimya məhsulları-4,14% (139,05%), pambıq-1,17% (86,43%),
tütün və tütün məmulatlar-0,79% (197,99%), alüminium və ondan hazırlanan
məmulatlar-2,09% (113,28%), meyvə-tərəvəz məhsulları-2,90% (203,15%),
bitki və heyvan mənşəli yağlar-3,21% (123,84%) təşkil edir. Qalan
əmtəələrin payına 8,51% düşür.
İdxalda: ərzaq məhsulları-8,04% (2004-cü ilin I yarımilinin idxalına
nisbətən 85,50%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-7,74%
(116,26%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri-41,02% (200,16%), qara metallar
və onlardan hazırlanan məmulatlar-9,98% (81,15%), nəqliyyat vasitələri
və onların hissələri-7,05% (168,05%), mebel-0,74% (102,39%), oduncaq
və ondan hazırlanan məmulatlar-1,14% (111,89%), xalq istehlakı malları-1,55%
(133,82%), əczaçılıq məhsulları-0,61% (80,11%) təşkil edir. Qalan
əmtəələrin payına 22,14% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2004-ci ilin I yarımilinə
netto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları
|
16217.2 t
|
10225.7
|
97.2%
|
| 2. Buğda |
379938.0 t
|
51853.5
|
74.5%
|
| 3. Un |
2937,1 t
|
999.3
|
59,3%
|
| -humanitar yardım |
2042,6t
|
757,9
|
|
| 4. Şəkər |
81224.9 t
|
13753.9
|
143.9%
|
| -humanitar yardım |
75,0t
|
26,9
|
|
| 5. Yağ |
48681.1 t
|
25471.5
|
110.4%
|
| -kərə yağı |
6386.8 t
|
5497.2
|
|
| -bitki və heyvan mənş. yağlar |
42294.3 t
|
19974.2
|
|
| -humanitar yardım |
|
500,3
|
|
| 6. Çay |
3624.7 t
|
6965.1
|
67.2%
|
| 7. Spirt |
854849.9 L
|
784.5
|
132.4%
|
| 8. Spirtli içkilər |
2943697.2 L
|
4388.5
|
273.2%
|
| 9. Tütün məmulatı |
2577445.2 min əd
|
35865.8
|
501.6%
|
| 10. Qara metallar |
125156.9 t
|
51498.5
|
135.2%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş
|
14211 əd.
|
75421.6
|
148.9%
|
| -GMO əsasında rəsmiləşdirilmiş
|
8707 əd.
|
46751,4
|
|
| 12. Neft məhsulları |
158586.6 t
|
65298.9
|
|
| 13. Elektrik enerjisi |
2918.1 min kvt/s
|
29756.2
|
|
| 14. Neft qazı və digər qazaoxşar
karbohidrogenlər |
2763215.8 min kub.m
|
162022,1
|
|
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı
və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2004-ci ilin I yarımilinə
netto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
1578153,9 t
|
520283.6
|
|
| 1.1 Boru kəməri ilə 01.03.2005-cü
ilə qədər gedən xam neft |
|
|
|
| (sayğac göstəricilərinə
əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
1815375.0 t
|
|
|
| -Supsa boru kəməri ilə |
3486968.6 t
|
|
|
| 2. Neft emal məhsulları |
1216123.0 t
|
461571.0
|
|
| o cümlədən, saziş növləri üzrə:
|
|
|
|
| -sərbəst dönərli valyutaya |
1012959.3t
|
384565.2
|
|
| -milli valyutaya |
49044.9 t
|
14568.5
|
|
| -digərləri |
154118,9t
|
62437,3
|
|
2.1. 01.07.2005-ci ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
200648.5 t
|
|
|
| 3. Bitki və heyvan
mənşəli yağlar |
35351.4 t
|
42005.3
|
133.7%
|
| 4. Spirtli içkilər |
4173769.8 l
|
3298.3
|
153.8%
|
| 5. Tütün |
3735.7 t
|
3255.3
|
145.4%
|
| 6. Tütün məmulatı |
1272270.0 min əd.
|
7154,5
|
185.4%
|
| 7. Qara metallar |
67679.6 t
|
22585.1
|
82.5%
|
| 8 Alüminium |
16648.3 t
|
27390.2
|
105.1%
|
| 9 Çay |
3238.2 t
|
9119.4
|
85.8%
|
| 10. Pambıq mahlıcı
|
18874.2t
|
15370.7
|
119.7%
|
| 11. Elektrik enerjisi |
1083222,0 min kvt/s
|
15981.7
|
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (1546335 ton (97,98%)), "Şirvan Oil" birgə məhdud
məsuliyyətli müəssisə ( 31816 ton (2,02%)) tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracda "Azneftyağ" İstehsalat Birliyi (542482
ton (44,61%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyat
İdarəsi (431540 tonu (35,48%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (136434 ton (11,22%)), və "Azal Oil" (48455
ton (3,98%)) üstünlük təşkil edir.
Respublikanın
rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa)
1045674,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 79,82%)
çıxarmışlar, o cümlədən, 943716,9 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 90,25%) və 93151,5 min
ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən
8,91%) çıxarılmışdır.
Eyni
zamanda respublikaya xarici ölkələrdən 1413428,9 min ABŞ dolları dəyərində
əmtəə (ümumi idxala nisbətən 67,52%) gətirilmişdir. Onlardan 522322,8
min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala
nisbətən 36,95%), 866978,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər
hesabına (ixraca nisbətən 61,34%) gətirilmişdir.
Xarici ölkələr üzrə mənfi saldo 367754,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
86,92%); alüminium və alüminium məmulatları (2,61%); polimer materiallar
və onlardan hazırlanan məmulatlar (2,13%); qara metallar (2,02%);
qeyri-üzvi kimya məhsulları (1,31%) ixrac edilmişdir.
Xarici ölkələrdən həmin müddətdə Respublikaya əsasən avadanlıqlar
və mexaniki cihazlar (idxala nisbətən 46,49%); elektrik maşınları
və avadanlıqları, onların hissələri (9,61%); qara metallardan hazırlanan
məmulatlar (7,96%); quru nəqliyyat vasitələri (4,16%); filizlər, şlaklar
və kül (2,11%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 264401,9
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 20,18%) çıxarmışlar,
o cümlədən, 163940,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyuta ilə (ixraca nisbətən 62,00%), 66786,3 min ABŞ dolları dəyərində
digər sazişlərlə (ixraca nisbətən 25,26%), 27740,8 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən
10,49%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 679825,8 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 32,48%) gətirilmişdir. Onlardan
518554,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 76,28%), 77127,2 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,35%), 83264,8
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
12,25%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 415423,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 34,73%), heyvan
və ya bitki mənşəli piylər və yağlar (15,81%); qeyri-üzvi kimya məhsulları
(10,21%); tərəvəz (7,92%); pambıq (5,41%) ixrac edilmişdir.
MDB ölkələrindən Respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala
nisbətən 35,03%); quru nəqliyyat vasitələri (9,14%); dənli bitkilər
(8,15%); nüvə reaktorları, qazanlar, avadanlıqlar və mexaniki cihazlar
(7,19%); qara metallardan məmulatlar (6,60%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük
olan ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| Yunanıstan |
72496,18
|
5,53
|
Rusiya |
321657,91
|
15,37
|
| Fransa |
95002,45
|
7,25
|
Böyük Britaniya |
206846,42
|
9,88
|
| Rusiya |
130266,44
|
9,94
|
Türkiyə |
157216,28
|
7,51
|
| Xorvatiya |
|
7,94
|
Sinqapur |
350259,23
|
16,73
|
| İtaliya |
277239.24
|
21,16
|
Almaniya |
110251,37
|
5,27
|
| Bolqarıstan |
56650,19
|
4,32
|
Türkmənistan |
153716,89
|
7,34
|
| Gürcüstan |
88520,711
|
6,76
|
Çin |
72805,26
|
3,48
|
| Türkiyə |
80314,23
|
6,13
|
Ukrayna |
100896,24
|
4,82
|
| Rumıniya |
52853,75
|
4,03
|
ABŞ |
77351,18
|
3,70
|
| İran |
95368,78
|
7,28
|
Özbəkistan |
51012,55
|
2,44
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta
məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6127 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2688-i hüquqi, 3439-ü isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1057013,2
min ABŞ dolları (80,68%), özəl sektorun 226614,7 min ABŞ dolları (17,30%),
fiziki şəxslərin payı isə 26448,7 min ABŞ dolları (2,02%) olmuşdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 396752,5 min ABŞ dolları
(18,95%), özəl sektorun payı 1579597,9 min ABŞ dolları (75,46%), fiziki
şəxslərin payı isə 116904,4 min ABŞ dolları (5,58%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyalarının
Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|