| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-cı ilin yanvar ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 88 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 785604,1 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 396014,6 min ABŞ dolları dəyərində 586 adda mal ixrac, 389589,5 min ABŞ dolları dəyərində 2917 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 6425,2 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
respublikaya 8917,8 min ABŞ dolları dəyərində 1783,3 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin yanvar ayına nisbətən 2007-ci ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 67,36% (159388,7 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 53,87% (136400,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 27890,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 10106,6 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin yanvar ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 1801,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 131,63% təşkil etmişdir. Bunlardan 881,1 min ton ixrac, 920,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (757,3 min ton), dəmiryolu (53,7 min ton) və avtomobil (68,0 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (20,3 min ton), dəmiryolu (463,9 min ton), avtomobil (95,0 min ton), hava (1,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 14549 (əlavə vərəqlə birlikdə 19218) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 3464 (əlavə vərəqlə birlikdə 3877) ədəd ixrac, 11085 (əlavə vərəqlə birlikdə 15341) ədəd idxal YGB-dir. 2007-ci ilin yanvar ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 143,20% təşkil etmiş və ya 4391 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1418 (196,30%) ədəd, idxalda isə 2973 (136,60%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 415,6 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (126,7 min ton), Gürcüstan (104,7 min ton), İtaliya (68,8 min ton), Tacikistan (44,0 min ton), İran (20,8 min ton), Türkmənistan (16,7 min ton), Türkiyə (13,6 min ton), Rusiya (11,4 min ton) və Qazaxıstan (7,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 84,96% olmuş və ya 73,6 min ton azalmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 14847,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 159,76% təşkil etmiş və ya 5554,1 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin yanvar ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,00% |
-1,36% |
| 21 (SDV ilə hesablaşma) |
-88,72% |
-76,98% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-0,71% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,48% |
-4,12% |
| 80 (digərləri) |
-9,79% |
-16,82% |

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin yanvar ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 66,64% (2006-cı ilin yanvar ayının ixracına nisbətən 215,12%), neft məhsulları - 15,90% (92,86%), alüminium və ondan hazırlanan məmulatlar - 2,24% (3,1 dəfə), meyvə-tərəvəz - 1,84% (92,28%), bitki və heyvan mənşəli yağlar - 1,63% (50,5 dəfə), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,99% (131,85%), kimya sənayesi məhsulları - 0,85% (24,29%), pambıq - 0,81% (91,01%), alkoqollu və alkoqolsuz içkilər - 0,56% (6,7 dəfə), tütün və tütün məmulatları - 0,10% (11,30%) təşkil edir. Qalan əmtəələrin payına 8,45% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 24,95% (2006-cı ilin yanvar ayının idxalına nisbətən 125,19%), qara metallar və onlardan hazırlanan məmulatlar - 14,68% (3,1 dəfə), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 13,27% (223,20%), ərzaq məhsulları - 10,42% (151,77%), nəqliyyat vasitələri və onların hissələri - 9,18% (153,30%), əczaçılıq məhsulları - 1,72% (273,58%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,13% (93,39%), xalq istehlakı malları - 0,86% (105,44%), mebel - 0,66% (146,93%) təşkil edir. Qalan əmtəələrin payına 23,14% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
6323969,2 t |
263915,1 |
|
| -Şimal boru kəməri ilə |
374211,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
1618615,1 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
538896,6 t |
| |
| 2) Neft emal məhsulları |
137516,9 t |
62955,7 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
128125,9 t |
59186,8 |
|
| - digərləri |
9391,0 t |
59186,8 |
|
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
76442,7 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
5204,4 t |
6438,4 |
1680,6 % |
| 4) Spirtli içkilər |
1478700,6 L |
2231,8 |
359,1 % |
| 5)Tütün |
150,5 t |
94,1 |
29,0 % |
| 6) Tütün məmulatı |
17215,0 mln.əd |
283,9 |
4,5 % |
| 7) Qara metallar |
4632, 0t |
1693,4 |
729,5 % |
| 8) Alüminium |
3485,0 t |
8873,8 |
220,9 % |
| 9) Çay |
384,6 t |
1000,8 |
69,4 % |
| 10) Pambıq mahlıcı |
3576,3 t |
3195,2 |
87,8 % |
| 11) Elektrik enerjisi |
38,1 mln kvt*s |
601,6 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
1680,3 t |
1242,9 |
106,2% |
| 2) Buğda |
104057,9 t |
16304,2 |
1300,7% |
| 3) Un |
68,2 t |
16,7 |
2845,4% |
| 4) Şəkər |
8717,4 t |
2878,7 |
2416,7% |
| 5) Yağ |
3631,9 t |
2344,7 |
31,9% |
| - kərə yağı |
819,5 t |
945,1 |
|
| - bitki və heyvan mən.yağ |
2812,4 t |
1399,6 |
|
| 6) Çay |
645,2 t |
1193,9 |
209,6 % |
| 7) Spirt |
81866,0 L |
86,0 |
48,6 % |
| 8) Spirtli içkilər |
2627299,4 L |
2830,7 |
272,7 % |
| 9) Tütün məmulatı |
741262,8 mln. əd. |
10109,4 |
159,8 % |
| 10) Qara metallar |
4371,3 t |
7740,2 |
249,9 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
1657əd. |
11373,1 |
69,5% |
| -GMO əsasında |
3092əd. |
14055,0 |
|
| 12) Neft məhsulları |
11361,8 t |
4674,4 |
|
| 13) Elektrik enerjisi |
313,0 mln. kvt*s |
7558,8 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470062,6 min kub.m |
51706,9 |
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (632396,2 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (128115,9 ton (93,16%)) və "Aztransreil" MMC (9385,5 ton (6,82%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 336189,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 84,89%) çıxarmışlar, o cümlədən, 327993,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,56%) və 8175,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,43%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 222500,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 57,11%) gətirilmişdir. Onlardan 158716,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 71,33%), 58101,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 26,11 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 113689,0 min ABŞ dolları təşkil edir.

Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,26%); alüminium və alüminum məmulatları (2,62%); qeyri-üzvi kimya məhsulları (0,90%); meyvə (0,65%); qara metallar (0,50%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və texniki qurğular (idxala nisbətən 30,03%); qara metallardan məmulatlar (12,40%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,36%); quru nəqliyyat vasitələri (8,32%); kimyəvi maddələr (6,34%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 59825,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 15,11%) çıxarmışlar, o cümlədən, 23359,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 39,05%), 30598,6 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 51,15%), 5866,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 9,81%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 167089,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 42,89%) gətirilmişdir. Onlardan 141171,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 84,49%), 15648,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9,37 %), 7414,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,44%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 107263,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları (ixraca nisbətən 32,92%); mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (23,84%); heyvan və ya bitki mənşəli piylər və yağlar (10,76%); meyvə (7,15%); pambıq (3,80%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq (idxala nisbətən 34,42%); qara metallardan məmulatlar (13,08%); dənli bitkilər (10,96%); quru nəqliyyat vasitələri (9,08%); qara metallar (4,18%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
188588,62 |
47,62 |
| Türkiyə |
55135,66 |
13,92 |
| Fransa |
37792,91 |
9,54 |
| Rusiya |
39890,55 |
10,07 |
| Gürcüstan |
10993,96 |
2,78 |
| İran |
36384,70 |
9,19 |
| Yunanistan |
3663,73 |
0,85 |
| Ukrayna |
4951,58 |
1,25 |
Syangan
(Honkonq) |
102435,85 |
1,82 |
Kipr
|
2530,83 |
0,64 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
107177,34 |
27,51 |
| Türkiyə |
38826,55 |
9,97 |
| Ukrayna |
33288,19 |
8,54 |
| ABŞ |
24590,16 |
6,31 |
| Almaniya |
24502,08 |
6,29 |
| Yaponiya |
18951,46 |
4,86 |
| Zin |
18450,90 |
4,74 |
| Finlandiya |
17865,25 |
4,59 |
| Qazaxistan |
16198,59 |
4,16 |
| B.Britaniya |
14431,97 |
3,70 |
|

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 2677 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1371-i hüquqi, 1306-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 338342,8 min ABŞ dolları (85,44%), özəl sektorun 53010,2 min ABŞ dolları (13,39%), fiziki şəxslərin payı isə 4661,6 min ABŞ dolları (1,18%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 157635,9 min ABŞ dolları (40,46%), özəl sektorun payı 209881,7 min ABŞ dolları (53,87%), fiziki şəxslərin payı isə 22071,9 min ABŞ dolları (5,67%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
|