| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2005-ci ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin
vəziyyəti
2005-ci ilin ilk 10 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 134 ölkə ilə aparılmış ticarət əməliyyatlarının
həcmi 7216165,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3702027,1
min ABŞ dolları dəyərində 1928 adda mal ixrac, 3514138,4 min ABŞ dolları
dəyərində 5441 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları
üzrə müsbət saldo 187888,7 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 33522,2 min ABŞ dolları dəyərində 13874,1 ton əmtəə
dövlət, hökümət və beynalxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2004-cü ilin 10 ayına nisbətən 2005-ci ilin ilk 10 ayında ixrac əməliyyatlarının
həcmi 34,34% (946404,3 min ABŞ dolları) artmışdır, idxal əməliyyatlarının
həcmi isə 24,98% (702438,8 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının
həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki qurğuların və onların
hissələrinin, quru nəqliyyat vasitələri, mebel, tütün məmulatları
və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 48433,8 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 294550,3 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2005-ji ilin ilk 10 ayı ərzində 223286 ədəd nəqliyyat vasitəsindən
istifadə edilməklə 17590,7 min ton yük daşınmışdır. Bunlardan 9067,2
min tonu (45635 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 8523,5
min tonu (177651 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının
payına düşür. Əsasən dəmir yolu (99885 ədəd vaqon) və avtomobil yolu
nəqliyyatından (74477 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii
qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri)
istifadə edilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 137119 (əlavə vərəqlə
birlikdə 179737) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 29125 (əlavə vərəqlə birlikdə 32927) ədəd ixrac, 107994
(əlavə vərəqlə birlikdə 146810) ədəd idxal YGB-dir.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6744397,6 ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1803182,2t), İsveçrə
(1432468,2t), Gürcüstan (1258791,5t), Kipr (685413,8t), Tacikstan
(299674,5t), İran (258233,8t), Virgin ada.(Brit) (205401,3t), Rusiya
(196440,3t) və Türkmənistan (157325,0t) göndərilmişdir.
2005-ci ilin ilk 10 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin
aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (1202711,4
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582686,8
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265305,2 min ABŞ
dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə
849202,3 min ABŞ dolları həcmində artmışdır;
- oktyabr ayında idxal əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə
12581,5 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 121517,1 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq azalma 32490,3 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 102489,9 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2005-ci ilin ilk 10 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə
hesablaşma) |
-0.41%
|
-0.16%
|
| 21 (SDV ilə hesablaşma) |
-57.72%
|
-52.81%
|
| 23 (dövlət krediti
üzrə hesablaşma) |
-0.00%
|
-0.85%
|
| 41 (qapalı dövriyyəli valyuta)
|
-1.54%
|
-3.80%
|
| 78 (kompen.öhdəliklər hesabına) |
-25.11%
|
-0.00%
|
| 80 (digərləri) |
-15.22%
|
-42.37%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilin ilk 10 ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 53,13% (2004-cü ilin ilk 10 ayıının ixracına nisbətən
119,46%), meyvə-tərəvəz - 3,00% (330,63%), neft məhsilları - 23,60%
(152,24%), kimya sənayesi məhsulları - 2,81% (163,42%), bitki və heyvan
mənşəli yağlar - 1,60% (160,28%), alüminium və ondan hazırlanan məmulatlar
- 1,16% (104,70%), qara metallar və onlardan hazırlanan məmulatlar
- 1,05% (107,11%), pambıq - 0,77% (107,30%), tütün və tütün məmulatları
- 0,42% (146,62%), alkoqollu və alkoqolsuz içkilər - 0,19% (205,22%)
təşkil edir. Qalan əmtəələrin payına 12,27% düşür.
İdxalda: maşın və elektrik aparatları,avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 33,92% (2004-cü ilin ilk
10 ayıının idxalına nisbətən 144,50%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 9,94% (76,03%), nəqliyyat vasitələri və onların hissələri
- 9,52% (184,31%), ərzaq məhsulları - 8,16% (90,40%), neft qazı və
diğər qazaoxşar karbohidrogenlər - 6,75% (116,08%), xalq istehlaki
malları - 1,59% (117,21%), oduncaq və ondan hazırlanan məmulatlar
- 1,17% (126,72%), mebel - 0,69% (99,47%), əczaçılıq məhsulları -
0,64% (94,16%) təşkil edir. Qalan əmtəələrin payına 27,63% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2004-ci ilin 10 ayına netto
çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
5725747,2t
|
1966823.1
|
|
| 1.1 Boru kəməri ilə 01.11.2005-cü
ilə qədər gedən xam neft |
|
|
|
| (sayğac göstəricilərinə
əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
3305656.0t
|
|
|
| -Supsa boru kəməri ilə |
5756885.3t
|
|
|
| 1,2) Dəmiryolu nəqliyyatı ilə 01.11.2005-ci
ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB) |
1470379,9t
|
|
|
| 2. Neft emal məhsulları |
2171715.1 t
|
873815.6
|
|
| o cümlədən, saziş növləri
üzrə: |
|
|
|
| -sərbəst dönərli valyutaya |
1830096.0t
|
725797,0
|
|
| -milli valyutaya |
49915.6t
|
15066,1
|
|
| -digərləri |
291703,5t
|
132952,4
|
|
2.1. 01.11.2005-ci ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
171700.6t
|
|
|
| 3. Bitki və heyvan
mənşəli yağlar |
50253.2t
|
59217.5
|
166.3%
|
| 4. Spirtli içkilər |
7580265.3l
|
6805.1
|
178.6%
|
| 5. Tütün |
6228.8t
|
6178.6
|
147.7%
|
| 6. Tütün məmulatı |
1686300.0 min əd.
|
9397,7
|
122.7%
|
| 7. Qara metallar |
108034.7t
|
34871.3
|
79.9%
|
| 8 Alüminium |
26404.4t
|
43029.2
|
97.7%
|
| 9 Çay |
4215.6t
|
11524.1
|
74.5%
|
| 10. Pambıq mahlıcı
|
33515.5t
|
28344.6
|
133.0%
|
| 11. Elektrik enerjisi |
1366,2min kvt/s
|
20332.8
|
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2004-ci ilin 10 ayına netto
çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları
|
29152.5t
|
18401.9
|
113.9%
|
| -humanitar yardım |
49.9t
|
465,3
|
|
| 2. Buğda |
729863.7t
|
96910,2
|
75.5%
|
| 3. Un |
3623.0t
|
1221,0
|
72.1%
|
| -humanitar yardım |
2425,6t
|
899,6
|
|
| 4. Şəkər |
139883.7t
|
24233.1
|
120.6%
|
| -humanitar yardım |
199,0t
|
63,3
|
|
| 5. Yağ |
75761.3t
|
39529.5
|
121.9%
|
| -kərə yağı |
8283.7t
|
7434,8
|
|
| -bitki və heyvan mənş. yağlar |
67477.6t
|
32094.7
|
|
| -humanitar yardım |
|
650,9
|
|
| 6. Çay |
5748.3t
|
11051.1
|
73.7%
|
| 7. Spirt |
1283083.9L
|
1175.3
|
110.4%
|
| 8. Spirtli içkilər |
5137782.3L
|
7536.0
|
221.4%
|
| 9. Tütün məmulatı |
4742800.3min əd
|
63607.7
|
500.9%
|
| 10. Qara metallar |
210595.0 t
|
101171.1
|
141.3%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş
|
22985əd.
|
123765.7
|
133.7%
|
| -GMO əsasında rəsmiləşdirilmiş
|
19479əd.
|
95522,4
|
|
| 12. Neft məhsulları |
317226.8t
|
143961.7
|
|
| 13. Elektrik enerjisi |
2218.5min kvt/s
|
52740.1
|
|
| 14. Neft qazı və digər qazaoxşar
karbohidrogenlər |
4015.6min kub.m
|
237182,2
|
|
Xam
neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2880999,4 ton (50,32%)),
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi(2768047,4
ton (48,34%)) tərəfindən ixrac edilmişdir.Neft məhsullarının ixracında
"Azneftyağ" İstehsalat Birliyi (920700,4 ton (42,40%)), Dövlət Neft
Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (778678,3 tonu
(35,86%)), "Middle East Petrol Farm FZE" şirkətinin azərbaycandakı
filialı (274014,8 ton (12,62%)), və"Azal Oil" (48454,5 ton (2,23%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 2946076,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
79,58%) çıxarmışlar, o cümlədən, 1809775,3 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 61,43%) və 929448,5
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 31,55 %), 197916,9 min ABŞ dolları dəyərində əmtəə
diğər sazişlər hesabına (ixraca nisbətən 6,72%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2330318,7
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,31%) gətirilmişdir.
Onlardan 974522,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyutaya (idxala nisbətən 41,82%), 1317043,2 min ABŞ dolları dəyərində
əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 56,52 %) gətirilmişdir.
Xarici ölkələr(MDB-dən başqa) üzrə müsbət saldo 615757,4 min ABŞ doll arı
təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən neft və neft
emalı məhsulları, bitumlu minerallar (ixraca nisbətən 91,36%); meyvə
(1,58%); alüminium və alüminium məmulatları (1,45%); polimer materiallar
və onlardan hazırlanan məmulatlar (1,43%); qara metallar (1,09%) ixrac
edilmişdir.
Xarici ölkələrdən(MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 36,26%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (9,60%); qara metallardan
məmulatlar (7,97%); mebel (6,41%); quru nəqliyyat vasitələri (4,47%)
idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 755951,0
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 20,42%) çıxarmışlar,
o cümlədən, 326973,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyuta ilə (ixraca nisbətən 43,25%), 365669,0 min ABŞ dolları dəyərində
diğər sazişlərlə (ixraca nisbətən 48,37%), 56892,4 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən
7,53%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1183819,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 33,69%) gətirilmişdir. Onlardan
881465,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 74,46%), 126186,5 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,66 %), 172000,0
min ABŞ dolları dəyərində əmtəə diğər sazişlərlə (idxala nisbətən
14,53%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 427868,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən üzən vasitələr (ixraca nisbətən
35,03%), neft və neft emaIı məhsulları, bitumlu minerallar (23,12%);
qeyri-üzvi kimya məhsulları (8,57%); heyvan və ya bitki mənşəli piylər
və yağlar (7,79%); meyvə (5,17%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, neft və neft emal məhsulları, bitumlu minerallar (idxala
nisbətən 33,73%); quru nəqliyyat vasitələri (8,82%); dənli bitkilər
(8,57%); avadanlıqlar və mexaniki cihazlar (7,92%); qara metallardan
məmulatlar (5,27%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük
olan ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| Sinqapur |
92983,60
|
3,72
|
Rusiya |
488981,74
|
15,19
|
| Fransa |
146602,07
|
5,87
|
Böyük Britaniya |
292364,28
|
9,08
|
| Rusiya |
176173,18
|
7,05
|
Türkiyə |
231295,48
|
7,18
|
| Xorvatiya |
|
5,17
|
Sinqapur |
382912,58
|
11,89
|
| İtaliya |
629672,66
|
25,20
|
Almaniya |
184516,18
|
5,73
|
| Bolqarıstan |
90122,48
|
3,61
|
Türkmənistan |
214470,37
|
6,66
|
| Gürcüstan |
151326,86
|
6,06
|
Niderland |
141377,46
|
4,39
|
| Türkiyə |
150353,77
|
6,02
|
Ukrayna |
171321,70
|
5,32
|
| Tükmənistan |
269503,13
|
10,78
|
Çin |
115247,72
|
3,58
|
| İran |
134428,59
|
5,38
|
Fransa |
109731,53
|
3,41
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 9244 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3331-i hüquqi, 5913-i isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1994760,4
min ABŞ dolları (53,88%), özəl sektorun payı 1634429,4 min ABŞ dolları
(44,15%), fiziki şəxslərin payı isə 72837,3 min ABŞ dolları (1,97%)
olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 758525,5 min
ABŞ dolları (21,58%), özəl sektorun payı 2554000,9 min ABŞ dolları
(72,68%), fiziki şəxslərin payı isə 201612,1 min ABŞ dolları (5,74%)
olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|