2003-cü ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2003-cü ilin ilk 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 120 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 4479298.2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2162807.3 min ABŞ dolları dəyərində 1154 adda mal ixrac, 2316490.9 min ABŞ dolları dəyərində 5123 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 153682.6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən;
-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 7294.0 min ABŞ dolları və həmin ölkələrdən isə idxal 1092.2 min ABŞ dolları təşkil etmişdir;
-respublikaya 39159.1 min ABŞ dolları dəyərində 30023.5 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.
2002-ci ilin ilk 11 ayına nisbətən 2003-ci ilin ilk 11 ayında ixrac əməliyyatlarının həcmi 21.52% (383036.1 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 54.90% (820984.2 min ABŞ dolları) artmışlır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.
2003-cü ilin noyabr ayında idxal əməliyyatlarının həcmi 310497.5 min ABŞ dolları olmuşdur və 2002-ci ilin noyabr ayı ilə müqayisədə 177.25% təşkil etmiş və ya 135323.0 min ABŞ dolları artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizə 51258.8 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 229550.9 min ABŞ dolları dəyərində mal isə müvəqqəti idxal olunmuşdur.
2003-cü ilin ilk 11 ayı ərzində 155542 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 16604.4 min ton yük daşınmışdır. Bunlardan 10187.2 min tonu (38077 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 6417.2 min tonu (117465 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (73418 ədəd vaqon) və avtomobil yolu nəliyyatından (55496 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 8552304.1 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (7373975.3 t) , Tacikstan (227025.2t), Kipr (260295.5t), Türkmənistan (265721.1t), Türkiyə (88727.7t) Respublikalarına, Rusiya Federasiyasına (163810.8t), İran İslam Respublikasına (88727.7t) və İsveçrəyə (33224.9t) göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 64552.4 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
2003-cü ilin ilk 11 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
-ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (443965.9 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (60983.7 min ABŞ dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi noyabr ayında (310497.9 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (135207.6 min ABŞ dolları) olmuşdur;
-noyabr ayında ixrac əməliyyatlarının həcmi oktyabr ayına nisbətən 313210.8 min ABŞ dolları həcmində azalmışdır;
-noyabr ayında idxal əməliyyatlarının həcmi oktyabr ayına
nisbətən 84586.2 min ABŞ dolları həcmində artmışdır;
-ixracda orta aylıq azalma 4314.5 min ABŞ dolları, idxalda isə orta aylıq artım 17529.0 min ABŞ dolları olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin ilk 11 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-2.06%
-0.03%
21 (SD ilə hesablaşma)
-54.52%
-51.43%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-1.96%
41 (qapalı dövriyyəli valyuta)
-1.96%
-2.93%
51 (barter sazişi)
-0.12%
-0.05%
78(kompensiasialı öhdəlik. hesab.)
-37.19%
-0.00%
80 (digərləri)
-4.86%
-43.60%
Saziş növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların keçirilməsinin (78) xüsusi çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara (21) və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.
Barter əməliyyatlarının təhlili göstərir ki, 2003-cü ilin ilk 11 ayı ərxində ixrac əməliyyatlarının həcmi idxaldan 1318.3 min ABŞ dolları çox olmuşdur. Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 58.8 min ABŞ dolları olmuş, idxalda isə orta aylıq azalma 15.5 min ABŞ dolları təşkil etmişdir.
Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 2266.6 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.10%), idxalda isə 947.0 min ABŞ dolları (ümumi idxala nisbətən 0.04%) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 246.3 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.01%), idxalda isə 247.6 min ABŞ dolları (ümumi idxala nisbətən 0.01%) olmuşdur.
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2002-ci ilin ilk 11 ayı ilə müqayisə statistik dəyərə görə aparılmışdır):
İdxalda: ərzaq məhsulları -10.69% (2002-ci ilin ilk 11 ayına nisbətən 132.55%), neft qazı və digər qazaoxşar karbohidrogenlər- 8.53% (102.32%), xalq istehlak malları-1.45% (125.52%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri- 24.48% (162.29%), nəqliyyat vasitələi və onların hissələri- 13.60% (280.24%), qara metallar və onlardan hazırlanan məmulatlar-17.22% (166.93%), mebel -0.85% (178.05%), oduncaq və ondan hazırlanan məmulatlar-1.20% (134.48%), toxum-0.02% (83.05%), gübrə- 0.18% (105.80%) təşkil edir. Qalan əmtəələrin payına 21.79% düşür.
İxracda: xam neft -68.14% (2002-ci ilin ilk 11 ayına nisbətən 126.79%), neft məhsulları -16.84% (96.39%), qara metallar və onlardan hazırlanan məmulatlar-1.17% (150.40%), spirtli və spirtsiz içkilər- 0.18% (221.19%), kimya məhsulları -2.03% (143.45%), pambıq -1.29% (136.90%), tütün və tütün məmulatları -0.33% (37.17%), əlvan metallar- 0.07% (10.2 dəfə), çay -0.16% (78.81%) təşkil edir. Qalan əmtəllərin payına 8.78% düşür.
İdxalın struturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk11 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
23203.5t
13476.4
113.4%
-o cümlədən hum. yardım
73.4t
473.0
2. Buğda
709253.2t
92632.3
116.0%
-o cümlədən hum. yardım
10554.6t
1527.9
3. Un
6729.4t
1596.6
47.2%
-o cümlədən hum. yardım
955.4t
1220.8
4. Şəkər
124256.9t
20094.5
114.3%
5. Yağ
58741.4t
34331.8
159.7%
-kərə yağı
10393.4t
11784.2
-bitki və heyvan mənş. yağlar
48348.0t
22547.6
-o cümlədən hum. yardım
955.4t
825.7
6. Çay
4135.4t
9430.5
84.1%
7. Spirt
1061163.8L
969.1
94.3%
8. Spirtli içkilər
2107233.1L
2728.4
106.5%
9. Tütün məmulatı
924844.3 min əd.
10368.0
103.6%
10. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
14519 əd.
60862.1
167.9%
-GMO əsasında rəsmiləşdirilmiş
6464 əd.
27850.7
11. Toxum
877.1t
553.6
68.6%
12. Gübrə
40989.5t
103.8%
103.8%
13. Neft məhsulları
31591.7t
19501.2
14. Elektrik enerjisi
2202777.3 min kvt/s
54569.5
-o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi
73321.9 min kvt/s
1092.2
15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
19776.4t
2438.3
3538093.0 min kub.m
193036.5
İxracın strukturunda əsas yer tutan əmtəllərin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk11 ayınanetto çəki. nisb.%-lə
1. Neft (xam)
7458859.2t
1473737.3
1.1. Boru kəməri ilə 01.12.2003-cü
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
2492767.8t
-Supsa boru kəməri ilə
5711485.2t
2. Neft emal məhsulları
1718760.9t
364161.8
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
1521975.8t
318295.5
-milli valyutaya
186105.0t
43288.9
2.1. 01.12.2003-cü ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları
94066.5t
3. Bitki və heyvan mənşəli yağlar
35102.8t
32493.2
313.3%
4. Spirtli içkilər
7338586.5L
3325.6
152.4%
5. Tütün
661650.0 min əd.
3917.8
53.3%
6. Tütün məmulatı
240480.0 min əd.
3249.2
19.3%
7. Qara metallar
105492.4t
22972.2
173.1%
8 Çay
1682.5t
3540.2
83.5%
9. Pambıq mahlıcı və tullantıları
29019.6t
27955.6
104.1%
10. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
715625.4 min kvt/s
11060.4
-o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
464533.7 min kvt/s
7294.0
İxrac
olunan xam neftin 4016157.2 tonu (53.84%) Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin, 1987840.2 tonu (26.65%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi
Əlaqələr İdarəsinin, 1376233.4 tonu (18.45%) ARDNŞ Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsinin və 78628.0 tonu (1.05%) "Şirvan Oyl" MMM-nin payına
düşür.
Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (797389.9 ton
(46.39%)), Dövlət Neft Şirkətiinin Xarici İqtisadi Ələqələr İdarəsi (424696.3
tonu (24.71%)), ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (286315.9
tonu (19.49%)) və "Azal Oil" müəssisəsi (145245.1 tonu (9.38%)) üstünlük
təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 1885973.4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87.20%) çıxarmışlar, o cümlədən 2266.6 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.12%), 1016006.2 min ABŞ dolları əmtəə sərbəst dönrəli valyuta ilə (ixraca nisbətən 53.87%) və 804328.8 min ABŞ dolları dəyərində mal kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 42.65%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 1562403.8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67.45%) gətirilmişdir. Onlardan 947.0 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.06%), 544580.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 34.86%), 42028.8 min ABŞ dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 2.69%) və 972490.1 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 62.24%) gətirilmişdir.
Xarici ölkələr üzrə saldo 323569.6 min ABŞ dolları təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 276833.9 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 12.80%) çıxarmışlar, o cümlədən, 246.3 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.09%), 163250.6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 58.97%), 55675.5 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 20.11%), 26953.6 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisbətən 9.74%) çıxarılmışdır.
Enyi zamanda, respublikaya MDB ölkələrindən 754087.2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32.55%) gətirilmişdir. Onlardan 247.6 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.03%), 646880.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya ( idxala nisbətən 85.78%), 65782.8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8.72%) və 37386.7 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 4.96%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 477253.3 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
1124552.00
52.00
Rusiya
343353.30
14.82
İsrail
138084.59
6.38
Böyük Britaniya
239737.57
10.35
Fransa
129707.21
6.00
Türkiyə
177101.51
7.65
Rusiya
12707.21
5.87
Türkmənistan
169549.37
7.32
Türkiyə
94258.12
4.36
Fransa
152191.81
6.57
Gürcüstan
83123.56
3.84
Almaniya
142886.11
6.17
Yunanıstan
67977.33
3.14
Qazaxıstan
121472.96
5.24
ABŞ
62487.82
2.89
ABŞ
119929.56
5.18
İran
44507.91
2.06
Ukrayna
100317.29
4.33
İspaniya
42807.84
1.98
Yaponiya
93972.39
4.06
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 6360 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2699 dövlət və özlə müəssisə, 3661 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1152995.7 min ABŞ dolları (53.31%), özəl sektorun payı 978470.2 min ABŞ dolları (45.24%), fiziki şəxslərin payı isə 31341.4 min ABŞ dolları (1.45%) olmuşdur. İdxal əməliyyatlarında dövdət sektorun payı 549140.9 min ABŞ dolları (23.71%), özəl sektorun payı 1559107.8 min ABŞ dolları (69.03%), fiziki şəxslərin payı isə 168242.2 min ABŞ dolları (7.26%) olmuşdur.
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.