Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2005-ci ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2005-ci ilin 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 7939943,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4138931,4 min ABŞ dolları dəyərində 2014 adda mal ixrac, 3801011,6 min ABŞ dolları dəyərində 5571 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyatları üzrə müsbət saldo 337919,8 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

- respublikaya 38394,1 min ABŞ dolları dəyərində 15537,1 ton əmtəə
dövlət, hökümət və beynalxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

2004-cü ilin ilk 11 ayına nisbətən 2005-ci ilin 11 ayında ixrac əməliyyatlarının həcmi 37,36% (1125807,1 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 20,52% (647072,3 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, quru nəqliyyat vasitələri, mebel, tütün məmulatları və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac recimində ölkəmizdən 49191,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 361190,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2005-ci ilin 11 ayı ərzində 249194 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 19365,7 min ton yük daşınmışdır. Bunlardan 10058,6 min tonu (52417 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 9307,1 min tonu (196777 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (111951 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (82417 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 153487 (əlavə vərəqlə birlikdə 201244) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 33483 (əlavə vərəqlə birlikdə 37923) ədəd ixrac, 120004 (əlavə vərəqlə birlikdə 163321) ədəd idxal YGB-dir.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 7282177,6 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1913325,9t), İsveçrə (1554047,5t), Gürcüstan (1390092,0t), Kipr (704150,8t), Tacikstan (323386,2t), İran (279299,0t), Rusiya (222414,4t), Virgin ada.(Brit) (218347,0t) və Türkmənistana (188334,5t) göndərilmişdir.
2005-ci ilin 11 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (1202710,4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ dolları) olmuşdur;

- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582686,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265298,2 min ABŞ dolları) olmuşdur;

- noyabr ayında oktyabr ayı ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 765844,5 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 3407,5 min ABŞ dolları həcmində azalmışdır.

- ixrac əməliyyatlarında orta aylıq artım 32780,8 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 29581,7 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 117245,3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2005-ci ilin 11 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.37%
  -0.15%
21 (SDV ilə hesablaşma)
-60.87%  
-53.59%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.83%
41 (qapalı dövriyyəli valyuta)
  -1.98%
-3.96%
78 (kompen.öhdəliklər hesabına)
  -22.46%
-0.00%
80 (digərləri)
-14.32%
-41.48%
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilin ilk 11 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 52,80% (2004-cü ilin 11 ayıının ixracına nisbətən 123,32%), meyvə-tərəvəz - 3,71% (375,89%), neft məhsulları - 24,09% (154,13%), kimya sənayesi məhsulları - 2,83% (165,09%), bitki və heyvan mənşəli yağlar - 1,53% (152,55%), alüminium və ondan hazırlanan məmulatlar - 1,16% (107,49%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,99% (101,77%), pambıq - 0,87% (114,07%), tütün və tütün məmulatları - 0,41% (148,33%), alkoqollu və alkoqolsuz içkilər - 0,19% (223,31%) təşkil edir. Qalan əmtəələrin payına 11,43% düşür.

İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 33,64% (2004-cü ilin 11 ayıının idxalına nisbətən 130,71%), qara metallar və onlardan hazırlanan məmulatlar - 10,19% (79,03%), nəqliyyat vasitələri və onların hissələri - 9,41% (177,15%), ərzaq məhsulları - 8,24% (90,31%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 6,70% (111,87%), xalq istehlaki malları - 1,64% (114,14%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,16% (125,13%), əczaçılıq məhsulları - 0,72% (99,92%), mebel - 0,70% (101,54%) təşkil edir. Qalan əmtəələrin payına 27,60% düşür.

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-ci ilin 11 ayına netto çəki. nisb.%-lə
1. Neft (xam)
6254748,5t
2185409.1
1.1 Boru kəməri ilə 01.12.2005-cü ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
3704292.0t
-Supsa boru kəməri ilə
6329070.2t
1,2) Dəmiryolu nəqliyyatı ilə 01.12.2005-ci ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB)
1908712,3t
   
2. Neft emal məhsulları
2457549.6 t
996919.3
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
2091257.0t
836392,7
-milli valyutaya
49915.6t
15066,1
-digərləri
316377,0t
145460,5
 
2.1. 01.12.2005-ci ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
99682.2t
3. Bitki və heyvan mənşəli yağlar
53976.7t
63212.7
159.2%
4. Spirtli içkilər
8557370.7l
7723.9 
186.4%
5. Tütün
6946.9t
6720.4
137.5%
6. Tütün məmulatı
1827.4 mln əd.
10202,0
131.9%
7. Qara metallar
114962.8t
36931.2
78.0%
8 Alüminium
29075.8t
47897.1
 100.0%
9 Çay
4733.5t
12859.4
 79.3%
10. Pambıq mahlıcı
42048.7t
35826.5 
 134.8%
11. Elektrik enerjisi
1377,3mln kvt/s
20504.2

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)

2004-ci ilin 11 ayına

netto çəki. nisb.%-lə

1. Ət və ət məhsulları
30937.6t
19640.1
113.3%
-humanitar yardım
49.9t
465,3
 
2. Buğda
810265.9t
107035,6
77.3%
3. Un
3731.6t
1254,3
73.0%
-humanitar yardım
2425,6t
899,6
4. Şəkər
 140037.8t
24304.8
114.8%
-humanitar yardım
199,0t
63,3
5. Yağ
77200.7t
40812.2
 109.7%
-kərə yağı
8808.3t
7979,3
-bitki və heyvan mənş. yağlar
68392.4t  
32832.9
-humanitar yardım

662,7t

650,9
6. Çay
6725.0t  
12790.5
78.2%
7. Spirt
1477914.0L
 1354.7 
114.4%
8. Spirtli içkilər
5899795.3L
8627.8
226.5%
9. Tütün məmulatı
5160.1mln əd
69410.0
484.6%
10. Qara metallar
224294.8 t  
109745.4
137.2%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
25312əd.
135566.4
128.1%
-GMO əsasında rəsmiləşdirilmiş
23363əd.
109588,1
12. Neft məhsulları
333229.5t  
152233.4
13. Elektrik enerjisi
2294.9min kvt/s
54946.3
14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
4309336.6min kub.m
254831,3
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (3297048,6 ton (52,71%)), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2880999,4 ton (46,06%)) və "Şirvan OİL" BMMM (766997,5 ton (1,23%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (920700,4 ton (42,40%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (778678,3 tonu (35,86%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (274015,3 ton (12,62%)), və"Azal Oil" (48454,5 ton (2,23%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3296424,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 79,64%) çıxarmışlar, o cümlədən, 2140254,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 64,93%) və 929448,5 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 28,20 %), 217786,2 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 6,61%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2512851,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,11%) gətirilmişdir. Onlardan 1079542,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 42,96%), 1392352,4 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 55,41 %) gətirilmişdir.

Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 783573,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən neft və neft emaIı məhsulları (ixraca nisbətən 91,13%); meyvə (1,85%); alüminium və alüminum məmulatları (1,44%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,42%); qara metallar (1,03%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 35,35%); elektrik maşınları və avadanlıqları, onların hissələri (10,29%); qara metallardan məmulatlar (8,14%); mebel (6,05%); quru nəqliyyat vasitələri (4,56%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 842506,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 20,36%) çıxarmışlar, o cümlədən, 379102,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 45,00%), 375112,4 min ABŞ dolları dəyərində diğər sazişlərlə (ixraca nisbətən 44,52%), 81774,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 9,71%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1288160,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,89%) gətirilmişdir. Onlardan 957252,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,31%), 142125,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,03 %), 184151,1 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlərlə (idxala nisbətən 14,30%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 445653,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən üzən vasitələr (ixraca nisbətən 31,43%), neft və neft emalı məhsulları (24,35%); qeyri-üzvi kimya məhsulları (8,49%); meyvə (7,95%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,46%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində əsasən təbii qaz (idxala nisbətən 33,06%); quru nəqliyyat vasitələri (8,95%); dənli bitkilər (8,74%); avadanlıqlar və mexaniki cihazlar (7,70%); qara metallardan məmulatlar (5,67%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
Sinqapur
117490,40
2,84
Rusiya
623593,65
16,41
Fransa
394803,82
9,54
Böyük Britaniya
342196,85
9,00
Rusiya
257787,29
6,23
Türkiyə
282143,13
7,42
Xorvatiya

161888,82

3,91
Sinqapur
383991,81
10,10
İtaliya
1302229,92
31,46
Almaniya

230854,55
6,07
İsrail
191277,92
4,62
Türkmənistan
233131,13
6,13
Gürcüstan
191230,56
4,62
Niderland
150429,47
3,96
Türkiyə
255801,57
6,18
Ukrayna
202583,21
5,33
Tükmənistan
269995,62
6,52
Çin
148935,08
3,92
İran
158764,49
3,84
ABŞ
128767,13
3,39

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 10400 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3459-u hüquqi, 6941-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2347655,7 min ABŞ dolları (56,72%), özəl sektorun payı 1688040,9 min ABŞ dolları (40,78%), fiziki şəxslərin payı isə 103234,7 min ABŞ dolları (2,49%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 816736,0 min ABŞ dolları (21,49%), özəl sektorun payı 2755287,9 min ABŞ dolları (72,49%), fiziki şəxslərin payı isə 228987,7 min ABŞ dolları (6,02%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb