2006-cı ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 10248454,1 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 5624972,0 min ABŞ dolları dəyərində 2172 adda mal ixrac, 4623482,1 min ABŞ dolları dəyərində 5806 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyatları üzrə müsbət saldo 1001489,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 34566,8 min ABŞ dolları dəyərində 21764,9 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin 11 ayına nisbətən 2006-cı ilin 11 ayında ixrac əməliyyatlarının həcmi 35,90% (1486008,0 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 21,47% (817200,8 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33720,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 329541,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı ilin 11 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrdən istifadə etməklə 22428,3 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 151,81% təşkil etmişdir. Bunlardan 12589,9 min ton ixrac, 9838,4 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (6629,3 min ton), dəmiryolu (1300,7 min ton), avtomobil (459,5 min ton), hava (3,3 min ton) və stasionar nəql etmə (boru kəməri) (4190,3 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (259,4 min ton), dəmiryolu (5603,9 min ton), avtomobil (1021,4 min ton), hava (25,0 min ton) və stasionar nəql etmə (boru kəməri) (2888,5 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 171591 (əlavə vərəqlə birlikdə 229183) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 37500 (əlavə vərəqlə birlikdə 43343) ədəd ixrac, 134091 (əlavə vərəqlə birlikdə 185840) ədəd idxal YGB-dir. 2006-cı ilin 11 ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 111,80% təşkil etmiş və ya 18104 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 4017 (111,99%) ədəd, idxalda isə artım 14087 (111,74%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6007,3 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1905,8 min ton), İtaliya (1589,6 min ton), Gürcüstan (1082,7 min ton), Tacikistan (355,0 min ton), Rusiya (200,3 min ton), Türkiyə (170,6 min ton), Türkmənistan (166,1 min ton), İran (160,2 min ton) və Kipr (112,0 min ton) ölkələrinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 82,49% olmuş və ya 1274,9 min ton azalmışdır.
2006-cı ilin 11 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi sentyabr ayında (1189283,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236625,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (743769,8 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253189,4 min ABŞ dolları) olmuşdur;
- noyabr ayında ixrac əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 51959,9 min ABŞ dolları həcmində artmışdır;
- noyabr ayında idxal əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 25858,1 min ABŞ dolları həcmində azalmışdır.
- orta aylıq artım ixrac əməliyyatlarında 17808,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə 15302,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 165271,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 140,96% təşkil etmiş və ya 48025,8 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin 11 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda
İdxalda
01 (milli valyuta ilə hesablaşma)
-0,01%
-0,33%
21 (SDV ilə hesablaşma)
-63,57%
-60,32%
23 (dövlət krediti üzrə hesablaşma)
-0,00%
-3,16%
41 (qapalı dövriyyəli valyuta)
-1,58%
-3,56%
51 (barter sazişi)
-0,01%
-0,00%
78 (kompen.öhdəliklər hesabına)
-29,04%
-0,00%
80 (digərləri)
-5,80%
-32,61%
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin 11 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 59,25% (2005-ci ilin 11 ayının ixracına nisbətən 152,50%), neft məhsulları - 24,59% (138,77%), kimya sənayesi məhsulları - 3,13% (150,25%), meyvə-tərəvəz - 2,15% (78,79%), alüminium və ondan hazırlanan məmulatlar - 1,17% (137,81%), bitki və heyvan mənşəli yağlar - 1,06% (93,91%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,02% (140,38%), pambıq - 0,64% (100,66%), tütün və tütün məmulatları - 0,34% (113,13%), alkoqollu və alkoqolsuz içkilər - 0,29% (208,43%) təşkil edir. Qalan əmtəələrin payına 6,35% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,79% (2005-ci ilin 11 ayının idxalına nisbətən 111,23%), nəqliyyat vasitələri və onların hissələri - 15,03% (194,27%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,35% (111,67%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 9,20% (166,89%), ərzaq məhsulları - 8,24% (121,77%), xalq istehlakı malları - 1,11% (82,42%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,06% (110,86%), əczaçılıq məhsulları - 0,93% (156,85%), mebel - 0,48% (83,69%) təşkil edir. Qalan əmtəələrin payına 23,80% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dolları)
2005-ci ilin 11 ayına netto çəki nisb.%-lə
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
8001717,2 t
3332649,1
-Şimal boru kəməri ilə
4197760,0 t
-Supsa boru kəməri ilə
5615560,2 t
-Bakı-Tbilisi-Ceyhan
7090643,4 t
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB)
5306295,3 t
2) Neft emal məhsulları
2962612,9 t
1383424,8
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə
2840946,6 t
1324600,7
- digərləri
121666,3 t
58824,1
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
145580,8 t
3) Bitki və heyvan mənş.yağ
48772,4 t
59360,2
90,4 %
4) Spirtli içkilər
12454282,1 L
16112,5
145,5 %
ё
5154,1 t
3765,2
74,2 %
6) Tütün məmulatı
2639,0 mln.əd
15378,9
144,4 %
7) Qara metallar
79997,4 t
25918,6
69,6 %
8) Alüminium
30262,5 t
66008,0
104,1 %
9) Çay
5727,7 t
16073,1
121,0 %
10) Pambıq mahlıcı
42091,1 t
36063,6
100,1 %
11) Elektrik enerjisi
7901,1 mln kvt*s
12752,2
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dolları)
2005-ci ilin 11 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları
18583,9 t
13597,1
60,1%
- humanitar yardım
187,3 t
457,8
2) Buğda
893676,9 t
123757,3
110,3%
3) Un
3492,6 t
943,6
93,6%
- humanitar yardım
2992,8 t
782,0
4) Şəkər
160500,5 t
50769,9
114,6%
- humanitar yardım
399,5 t
352,6
5) Yağ
80063,8 t
46035,8
103,7%
- kərə yağı
6667,2 t
7980,9
- bitki və heyvan mən.yağ
73396,7 t
38054,9
- humanitar yardım
301,0 t
366,2
6) Çay
6130,1 t
11528,1
91,2 %
7) Spirt
718521,6 L
624,9
48,6 %
8) Spirtli içkilər
8943866,3 L
12349,0
151,6 %
9) Tütün məmulatı
6175,9 mln. əd.
82262,1
119,7 %
10) Qara metallar
332326,5 t
93575,2
148,2 %
11) Minik avtomobilləri
-YGB əsasında
25457əd.
184878,3
100,6%
-GMO əsasında
31322əd.
157951,0
12) Neft məhsulları
138289,6 t
78322,8
13) Elektrik enerjisi
1925,3 mln. kvt*s
53037,8
14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər
4066,9 min kub.m
425295,5
Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (4226766,8 ton (52,82%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (3745074,6 ton (46,80%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (2649173,1 ton (89,42%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 ton (2,91%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (64876,0 ton (2,19%)) və "AZ TRANS REİL" MMC (56787,1 ton (1,92%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 4806611,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 85,45%) çıxarmışlar, o cümlədən, 3050974,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 63,47%) və 1633422,7 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 33,98 %), 121653,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,53%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2793636,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 60,42%) gətirilmişdir. Onlardan 1511500,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 54,11%), 1123387,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 40,21%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2012974,8 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emalı məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,43%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,38%); alüminium və alüminium məmulatları (1,37%); qeyri-üzvi kimya məhsulları (0,53%); qara metallar (0,49%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 33,32%); elektrik maşınları və avadanlıqları, onların hissələri (12,36%); qara metallardan məmulatlar (10,02%); quru nəqliyyat vasitələri (7,32%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (3,03%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 818360,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,55%) çıxarmışlar, o cümlədən, 524566,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 64,10%), 204713,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 25,02%), 88801,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 10,85%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1829845,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 39,58%) gətirilmişdir. Onlardan 1277565,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 69,82%), 159873,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,74 %), 384420,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 21,01%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 1011484,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən, mineral yanacaq (ixraca nisbətən 30,99%), qeyri-üzvi kimya məhsulları (14,39%); gəmilər, qayıqlar və digər üzən vasitələr (8,90%); meyvə (8,11%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,07%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq, bitumlu minerallar (idxala nisbətən 28,02%); gəmilər, qayıqlar və digər üzən vasitələr (16,32%); quru nəqliyyat vasitələri (7,42%); dənli bitkilər (7,00%); avadanlıqlar və mexaniki cihazlar (5,27%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda
İdxalda
Ölkənin adı
Dəyəri (min ABŞ dol.)
Ümumi ixraca nisb.%-lə
İtaliya
2517998,81
44,76
İsrail
522186,76
9,28
Türkiyə
375614,86
6,68
Fransa
312249,81
5,55
Rusiya
290710,33
5,17
Gürcüstan
252768,38
4,49
İran
245906,16
4,37
Yunanistan
164273,51
2,92
Tacikistan
117663,09
2,09
Qazaxıstan
102435,85
1,82
Ölkənin adı
Dəyəri (min ABŞ dol.)
Ümumi ixraca nisb.%-lə
Rusiya
1016039,59
21,98
B.Britaniya
422786,85
9,14
Almaniya
353027,52
7,64
Türkiyə
337904,53
7,31
Ukrayna
247218,00
5,35
Çin
201814,22
4,36
ABŞ
174240,20
3,77
Finlandiya
155071,65
3,35
Yaponiya
139024,11
3,01
İtaliya
112433,52
2,43
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 11431 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3617-i hüquqi, 7814-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 3344642,2 min ABŞ dolları (59,46%), özəl sektorun 2192052,8 min ABŞ dolları (38,97%), fiziki şəxslərin payı isə 88277,0 min ABŞ dolları (1,57%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1329468,4 min ABŞ dolları (28,75%), özəl sektorun payı 3034127,1 min ABŞ dolları (65,62%), fiziki şəxslərin payı isə 259886,6 min ABŞ dolları (5,62%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.