| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2006-cı il ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11637208,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112,8 min ABŞ dolları dəyərində 2242 adda mal ixrac, 5265095,8 min ABŞ dolları dəyərində 5935 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1107016,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 38345,5 min ABŞ dolları dəyərində 23020,8 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilə nisbətən 2006-cı ildə ixrac əməliyyatlarının həcmi 46,58% (2024967,3 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 24,76% (1044784,6 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 36054,8 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 381128,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı il ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 25245,0 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 121,20% təşkil etmişdir. Bunlardan 14260,8 min ton ixrac, 10984,2 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (8076,8 min ton), dəmiryolu (1453,3 min ton), avtomobil (529,9 min ton), hava (3,7 min ton) və stasionar nəql etmə (boru kəməri) (4190,3 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (286,4 min ton), dəmiryolu (6331,8 min ton), avtomobil (1142,2 min ton), hava (27,7 min ton) və stasionar nəql etmə (boru kəməri) (3150,2 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 193320 (əlavə vərəqlə birlikdə 257323) ədəd yük gömrük bəyannaməsi (YGB) rəsmiləşdirilmişdir. Bunlardan 42115 (əlavə vərəqlə birlikdə 48441) ədəd ixrac, 151205 (əlavə vərəqlə birlikdə 208882) ədəd idxal YGB-dir. 2006-cı ildə YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 113,00% təşkil etmiş və ya 22247 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 4625 (112,34%) ədəd, idxalda isə artım 17622 (113,19%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6530,5 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (2091,2 min ton), İtaliya (1706,6 min ton), Gürcüstan (1161,0 min ton), Tacikistan (417,2 min ton), Rusiya (222,4 min ton), Türkiyə (188,5 min ton), İran (181,4 min ton), Türkmənistan (175,3 min ton) və Kipr (112,0 min ton) ölkələrinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 83175% olmuş və ya 1267,5 min ton azalmışdır.
2006-cı il ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi sentyabr ayında (1189283,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236625,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (743842,0 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253189,4 min ABŞ dolları) olmuşdur;
- dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayı ilə müqayisədə 332430,1 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 233613,6 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 46410,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə 35229,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 218127,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 163,81% təşkil etmiş və ya 84966,2 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı il ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
0,34% |
| 21 (SDV ilə hesablaşma) |
-61,58% |
-60,14% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-3,13% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,54% |
-3,53% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-31,14% |
-0,00% |
| 80 (digərləri) |
-5,72% |
-32,86% |
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 60,40% (2005-ci ilin ixracına nisbətən 173,45%), neft məhsulları - 23,63% (138,15%), kimya sənayesi məhsulları - 3,03% (146,44%), meyvə-tərəvəz - 2,07% (76,44%), alüminium və ondan hazırlanan məmulatlar - 1,12% (133,07%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,03% (148,05%), bitki və heyvan mənşəli yağlar - 0,99% (92,62%), pambıq - 0,61% (96,95%), tütün və tütün məmulatları - 0,31% (76,97%), alkoqollu və alkoqolsuz içkilər - 0,30% (202,39%) təşkil edir. Qalan əmtəələrin payına 6,51% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, eletrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 29,38% (2005-ci ilin idxalına nisbətən 110,23%), nəqliyyat vasitələri və onların hissələri - 16,68% (208,71%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,91% (120,97%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 8,84% (167,83%), ərzaq məhsulları - 8,50% (128,09%), xalq istehlakı malları - 1,07% (81,87%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,01% (103,53%), əczaçılıq məhsulları - 0,92% (151,15%), mebel - 0,47% (83,95%) təşkil edir. Qalan əmtəələrin payına 23,23% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 11 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
9215384,8t |
3848498,5 |
|
| -Şimal boru kəməri ilə |
4593098,0 t |
| |
| -Supsa boru kəməri ilə |
5615560,5 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
8699810,2 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
5855504,8 t |
| |
| 2) Neft emal məhsulları |
3219000,7 t |
1505493,4 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
3092353,4 t |
1444423,8 |
|
| - digərləri |
126647,4 t |
61069,5 |
|
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
40116,8 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
52316,2 t |
63369,7 |
89,8 % |
| 4) Spirtli içkilər |
14260375,0 L |
18666,1 |
148,3 % |
| 5) Tütün |
5531,2 t |
4014,3 |
73,2 % |
| 6) Tütün məmulatı |
2718,6 mln.əd |
15854,5 |
87,9 % |
| 7) Qara metallar |
91196,1 t |
29829,8 |
77,8 % |
| 8) Alüminium |
32723,7 t |
71321,7 |
101,4 % |
| 9) Çay |
6422,3 t |
17996,2 |
123,2 % |
| 10) Pambıq mahlıcı |
45389,8 t |
39156,4 |
95,9 % |
| 11) Elektrik enerjisi |
1174,1 mln kvt*s |
18973,8 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 11 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
21191,4 t |
15345,6 |
64,0% |
| - humanitar yardım |
187,3 t |
457,8 |
|
| 2) Buğda |
1023880,5t |
143975,0 |
112,6% |
| 3) Un |
3605,3t |
986,1 |
96,0% |
| - humanitar yardım |
2992,8 t |
782,0 |
|
| 4) Şəkər |
229924,1 t |
72986,9 |
151,2% |
| - humanitar yardım |
399,5 t |
352,6 |
|
| 5) Yağ |
85614,4 t |
49291,8 |
102,7% |
| - kərə yağı |
7207,9 t |
8637,3 |
|
| - bitki və heyvan mən.yağ |
78406,5 t |
40654,6 |
|
| - humanitar yardım |
301,0 t |
366,3 |
|
| 6) Cay |
6823,3 t |
12863,6 |
91,2 % |
| 7) Spirt |
921289,0 L |
721,5 |
54,1 % |
| 8) Spirtli içkilər |
10631780,3 L |
15032,8 |
162,0 % |
| 9) Tütün məmulatı |
6687,7 mln. əd. |
89017,2 |
117,1 % |
| 10) Qara metallar |
364336,0 t |
100690,3 |
138,5 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
29955əd. |
224168,0 |
108,0% |
| -GMO əsasında |
40076əd. |
209663,5 |
|
| 12) Neft məhsulları |
150927,7 t |
86366,9 |
|
| 13) Elektrik enerjisi |
2010,1 mln. kvt*s0 |
56121,2 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
4431,3 min kub.m |
465377,4 |
|
Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (5056805,3 ton (54,87%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi(4128703,8 ton (44,80%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (2892579,9 ton (89,86%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 ton (2,68%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (64876,0 ton (2,02%)) və "Aztrans reil" MMC (61768,2 ton (1,92%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 5442439,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 85,41%) çıxarmışlar, o cümlədən, 3324424,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 61,08%) və 1984321,5 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 36,46 %), 133065,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,44%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3165007,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 60,11%) gətirilmişdir. Onlardan 1694670,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 53,54%), 1292599,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 40,84 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2277432,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,73%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,32%); alüminium və alüminum məmulatları (1,30%); qara metallar (0,50%); qeyri-üzvi kimya məhsulları (0,48%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 32,17%); elektrik maşınları və avadanlıqları, onların hissələri (11,51%); qara metallardan məmulatlar (10,88%); quru nəqliyyat vasitələri (7,84%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (3,04%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 929673,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,59%) çıxarmışlar, o cümlədən, 599562,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 64,49%), 231450,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 24,90%), 98312,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 10,57%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 2100088,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 39,89%) gətirilmişdir. Onlardan 1471503,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 70,07%), 180070,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,57 %), 437355,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 20,83%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 1170415,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 31,10%), qeyri-üzvi kimya məhsulları (14,09%); meyvə (8,07%); gəmilər, qayıqlar və digər üzən vasitələr (7,87%); heyvan və ya bitki mənşəli piylər və yağlar (6,65%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq (idxala nisbətən 26,74%); gəmilər, qayıqlar və digər üzən vasitələr (16,31%); quru nəqliyyat vasitələri (7,57%); dənli bitkilər (7,09%); avadanlıqlar və mexaniki cihazlar (4,97%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
2845408,17 |
44,65 |
| İsrail |
684828,93 |
10,75 |
| Türkiyə |
388144,78 |
6,09 |
| Fransa |
347503,35 |
5,45 |
| Rusiya |
34425,38 |
5,40 |
| İran |
295901,58 |
4,64 |
| Gürcüstan |
285234,18 |
4,48 |
| Yunanistan |
181983,03 |
2,86 |
| Tacikistan |
130897,28 |
2,05 |
| Qazaxıstan |
105656,05 |
1,66 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
1181793,72 |
22,45 |
| B.Britaniya |
453688,68 |
8,62 |
| Almaniya |
403525,75 |
7,66 |
| Türkiyə |
385037,59 |
7,31 |
| Ukrayna |
317385,40 |
6,03 |
| Çin |
222489,16 |
4,23 |
| ABŞ |
197948,98 |
3,76 |
| Yaponiya |
185525,26 |
3,52 |
| Finlandiya |
167731,97 |
3,19 |
| Qazaxıstan |
127222,19 |
2,42 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 13003 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3782-i hüquqi, 9221-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 3673250,7 min ABŞ dolları (57,65%), özəl sektorun 2602110,8 min ABŞ dolları (40,84%), fiziki şəxslərin payı isə 96751,2 min ABŞ dolları (1,52%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1520829,3 min ABŞ dolları (28,89%), özəl sektorun payı 3447089,5 min ABŞ dolları (65,47%), fiziki şəxslərin payı isə 297177,0 min ABŞ dolları (5,64%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
27.09.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı və Sabirabad rayonlarına səfəri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Saatlı rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Parkın ərazisində milli memarlıq üslubunda tikilmiş Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, rəsm qalereyası yerləşir.
|
 Daha ətraflı |
|
|
|
|