| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2004-cü ilin birinci rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2004-cü
ilin birinci rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən
99 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1375124.9 min ABŞ dolları
olmuşdur. Bu müddət ərzində 694449.0 min ABŞ dolları dəyərində 578 adda
mal ixrac, 680675.9 min ABŞ dolları dəyərində 3541 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 13773.1 min ABŞ dolları təşkil
etmişdir. O cümlədən,
- respublikaya 5233.5 min ABŞ dolları dəyərində 2519.9 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmannasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.
2003-cü ilin I rübünə nisbətən 2004-cü ilin I rübündə ixrac əməliyyatlarının həcmi 2.90% (19599.0 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 48.43% (222102.9 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, dənli bitkilərin, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 3870.5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 81953.9 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunmuşdur.

2004-cü ilin I rübündə 46869 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 5046.7 min ton yük daşınmışdır. Bunlardan 2927.5 min tonu (8620 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 2119.3 min tonu (38249 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (21416 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (15989 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 1975989.3 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (961367.3t), İtaliya (444871.2t) Respublikalarına, İsveçrəyə (217036.9t), Kipr (98626.0t), Türkmənistan (51367.4t), Tacikistan (50094.8t), Türkiyə (46730.2t) Respublikalarına və Rusiya Federasiyasına (43147.8t) göndərilmişdir.
2004-cü ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həmçinin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (442143.4 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (120062.5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi mart ayında (254736.9 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (203037.1 min ABŞ dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayına nisbətən 322080.8 min ABŞ dolları həcmində artmışdır;
- mart ayında idxal əməliyyatlarının həcmi fevral ayına nisbətən 31835.0 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 154950.1 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 25849.9 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 10180.0 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2004-cü ilin I rübündə 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-1.13%
|
-0.03%
|
| 21 (SD ilə hesablaşma) |
-52.76%
|
-59.06%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-0.17%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-0.50%
|
-3.62%
|
| 51 (barter sazişi) |
-0.06%
|
-0.01%
|
| 78(kompensiasialı öhdəlik. hesab.) |
-39.40%
|
-0.00%
|
| 80 (digərləri) |
-6.15%
|
-37.11%
|

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2003-cü ilin I rübü ilə müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 63.84% (2003-cü ilin I rübünə nisbətən 90.38%), neft məhsulları - 18.62% (116.71%), qara metallar və onlardan hazırlanan məmulatlar -1.48% (134.25%), alkoqollu və alkoqolsuz içkilər -0.12% (70.32%), kimya məhsulları -2.75% (162.88%), pambıq -1.68% (149.43%), tütün və tütün məmulatları- 0.34% (88.18%), alüminium və ondan hazırlanan məmulatlar -1.49% (814.23%), meyvə-tərəvəz məhsulları -1.15% (168.48%), bitki və heyvan mənşəli yağlar -1.95% (229.47%) təşkil edir. Qalan əmtəələrin payına 6.58% düşür.
İdxalda: ərzaq məhsulları -14.62% (2003-cü ilin I rübünə nisbətən 153.00%), neft qazı və digər qazaoxşar karbohidrogenlər -9.96% (97.43%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri -26.51% (160.76%), qara metallar və onlardan hazırlanan məmulatlar -17.31% (150.62%), nəqliyyat vasitələri və onların hissələri -6.25% (182.70%), mebel -1.16% (213.41%), oduncaq və ondan hazırlanan məmulatlar -1.41% (158.53%), xalq istehlak malları -1.49% (146.73%), əczaçılıq məhsulları -1.04% (227.44%) təşkil edir. Qalan əmtəələrin payına 20.24% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2003-cü ilin ilk 3 ayı ilə netto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları |
8914.7t
|
91580.4
|
140.2%
|
| - humanitar yardım |
4.6t 2.7
|
|
|
| 2. Buğda |
263544.1t
|
51195.8
|
185.6%
|
| 3. Un |
860.2t
|
209.0
|
106.9%
|
- humanitar yardım |
511.7 t
|
88.8t 25.7
|
|
| 4. Şəkər |
25772.1t
|
3684.2
|
114.6%
|
| 5. Yağ |
24356.2t
|
12739.1
|
142.4%
|
| -kərə yağı |
4469.6t
|
3509.2
|
|
| -bitki və heyvan mənş. yağlar |
19886.6t
|
9229.9
|
|
| -o cümlədən hum. yardım |
377.1t
|
402.2
|
|
| 6. Çay |
2938.1t
|
5759.3
|
213.6%
|
| 7. Spirt |
242332.3L
|
218.1
|
85.1%
|
| 8. Spirtli içkilər |
413209.8L
|
800.1
|
91.6%
|
| 9. Tütün məmulatı |
224078.4 min əd.
|
3915.1
|
92.6%
|
| 10. Qara metallar |
54436.3t
|
22229.7
|
165.2%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş |
4650 əd.
|
20007.4
|
154.4%
|
| -GMO əsasında rəsmiləşdirilmiş |
1917 əd.
|
7856.4
|
|
| 12.Neft məhsulları |
3936.4t
|
3728.9
|
|
| 13. Elektrik enerjisi |
876055.7 kvt/s
|
21813.1
|
|
14. Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
1297748.9 min kub.m
|
67784.1
|
|
| 15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər |
18689.1 t
|
2301.3
|
|
| |
2757388.7 min kub.m
|
149315.4
|
|
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2002-ci ilin ilk 4 ayınanetto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
2103468.7t
|
443332.8
|
|
1.1 Boru kəməri ilə 01.04 2004-cü
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən) |
|
|
|
| (sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
627914.0t
|
|
|
| -Supsa boru kəməri ilə |
1518091.8t
|
|
|
| 2. Neft emal məhsulları |
556749.5t
|
129291.6
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyutaya |
521014.5t
|
120501.3
|
|
| -milli valyutaya |
32098.5t
|
7801.9
|
|
| - digərləri |
3636.5t
|
988.4
|
|
2.1. 01.04.2004-cü ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
125455.4t
|
|
|
| 3. Bitki və heyvan mənş. yağlar |
11755.3t
|
13532.9
|
102.4%
|
| 4. Spirtli içkilər |
1048311.0L
|
853.1
|
40.9%
|
| 5. Tütün |
1821.4t
|
1286.8
|
81.4%
|
| 6. Tütün məmulatı |
236170.0 min əd
|
1073.9
|
163.7%
|
| 7. Qara metallar |
39441.3t
|
9814.9
|
126.8%
|
| 8. Alüminium |
6856.1t
|
10324.2
|
698.2%
|
| 9. Çay |
1773.7t
|
4604.1
|
519.9%
|
| 10. Pambıq mahlıcı və tullantıları |
10257.8t
|
11667.9
|
111.3%
|
| 11. Elektrik enerjisi |
127310.8
|
1998.2min kvt/s
|
1865.8
|
Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (1267609.72 ton) və Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (835857.7 ton) tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracında "Azərneftyağ" İstehsalat Birliyi (298985.9
ton (53.70%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (212930.1 ton 38.25%) və "Azal Oil" (31715.4 ton) (5.70%)
üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 607135.2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87.43%) çıxarmışlar, o cümlədən, 316448.3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 52.12%), 273613.6 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 45.07%) və 13427.9 min ABŞ dolları dəyərində mal digər sazişlər hesabına (ixraca nisbətən 2.21%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 420275.2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61.74%) gətirilmişdir. Onlardan 171397.2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 40.78%) və 246778.4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 58.72%) gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 186860.1 min ABŞ dolları təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 87313.8 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 12.57%) çıxarmışlar, o cümlədən, 49917.3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 57.17%), 29331.3 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 33.59%) və 3453.0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3.95%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 260400.7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38.26%) gətirilmişdir. Onlardan 230579.7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 88.55%), 23825.5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9.15%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 173086.9 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan
ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| İtaliya |
378901.70
|
54.56
|
Rusiya |
107827.67
|
15.84
|
| İsrail |
65401.57
|
9.42
|
Qazaxıstan |
85864.48
|
12.61
|
| Rusiya |
39066.20
|
5.63
|
B/Britaniya |
65825.03
|
9.67
|
| Türkiyə |
30655.16
|
4.41
|
Türkiyə |
51355.71
|
7.54
|
| İran |
29490.87
|
4.25
|
Almaniya |
39254.85
|
5.77
|
| Gürcüstan |
26250.14
|
3.78
|
Ukrayna |
33064.44
|
4.86
|
| Xorvatiya |
24447.46
|
3.52
|
Çin |
32253.71
|
4.74
|
| Fransa |
16600.16
|
2.39
|
ABŞ |
31379.19
|
4.61
|
Tacikistan |
11273.89
|
1.62
|
Yaponiya |
23751.05
|
3.49
|
| Latviya |
7468.72
|
1.08
|
Fransa |
23473.86
|
3.45
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 3151 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1711 dövlət və özəl müəssisə, 1440 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 348827.4 min ABŞ dolları (50.23%), özəl sektorun payı 340609.9 min ABŞ dolları (49.05%), fiziki şəxslərin payı isə 5011.8 min ABŞ dolları (0.72%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 156616.7 min ABŞ dolları (23.01%), özəl sektorun payı 473705.6 min ABŞ dolları (69.59%), fiziki şəxslərin payı isə 50353.6 min ABŞ dolları (7.40%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
|
|
|
|
|
|
|