Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2004-cü ilin ilk iki ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2004-cü ilin ilk 2 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 91 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 678496.5 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 252787.0 min ABŞ dolları dəyərində 442 adda mal ixrac, 425709.5 min ABŞ dolları dəyərində 3006 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 172922.5 min ABŞ dolları təşkil etmişdir.

O cümlədən,

-respublikaya 2890.1 min ABŞ dolları dəyərində 827.8 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmannasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.

2003-cü ilin ilk 2 ayına nisbətən 2004-cü ilin ilk 2 ayında ixrac əməliyyatlarının həcmi 7.61% (17883.7 min ABŞ doları) artmış, idxal əməliyyatlarının həcmi isə 55.63% (152166.4 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, dənli bitkilərin, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 2312.7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 56886.1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunmuşdur.

2004-cü ilin ilk 2 ayı ərzində 28474 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 2308.9 min ton yük daşınmışdır. Bunlardan 983.8 min tonu (5425 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 1325.1 min tonu (23049 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (12751 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (10097 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 1276707.7 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (601290.7t), İtaliya (310831.0t) Respublikalarına, İsveçrəyə (149394.7t), Kipr Respublikasına (58574.6t), Rusiya Federasiyasına (27945.7t) İran İslam Respublikasına (24084.3t), Türkiyə (31673.0t) və Türkmənistan (28541.2t) Respublikalarına göndərilmişdir.

2004-cü ilin ilk 2 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

-ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (132243.2 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (120543.9 min ABŞ dolları) olmuşdur;

-idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (222672.5 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (203037.1 min ABŞ dolları) olmuşdur;
fevral ayında ixrac əməliyyatlarının həcmi yanvar ayına nisbətən 11699.3 min ABŞ dolları həcmində azalmışdır;

-fevral ayında idxal əməliyyatlarının həcmi yanvar ayına nisbətən 19635.3 min ABŞ dolları həcmində artmışdır.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 6574.6 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2004-cü ilin ilk 2  ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
 -1.76%  
-   -0.03%
21 (SD ilə hesablaşma)
-85.95%  
 -61.06%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%  
  -0.15%
41 (qapalı dövriyyəli valyuta)
 -1.10%
-3.53%
51 (barter sazişi)
   -0.00%
-0.02%
80 (digərləri)
 -11.19%
  -35.21%

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2003-cü ilin ilk 2 ayı ilə müqayisə statistik dəyərə görə aparılmışdır):

İdxalda: ərzaq məhsulları-11.93% (2003-cü ilin ilk 2 ayına nisbətən 127.03%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-10.61% (97.38%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-28.78% (179.87%), qara metallar və onlardan hazırlanan məmulatlar-15.10% (204.39%), nəqliyyat vasitələri və onların hissələri-5.74% (172.95%), mebel-1.17% (223.38%), oduncaq və ondan hazırlanan məmulatlar-1.36% (146.45%), xalq istehlak malları-1.32% (120.72%), əczaçılıq məhsulları-1.34% (372.72%) təşkil edir. Qalan əmtəələrin payına 22.65% düşür.
İxracda: xam neft-39.08% (2003-cü ilin ilk 2 ayına nisbətən 82.59%), neft məhsulları-30.46% (114.87%), qara metallar və onlardan hazırlanan məmulatlar-2.43% (141.65%), spirtli və spirtsiz içkilər-0.11% (29.90%), kimya məhsulları-5.60% (173.13%), pambıq-2.87% (117.09%), tütün və tütün məmulatları-0.49% (72.72%), alüminium və onlardan hazırlanan məmulatlar-2.24% (64.49 dəfə), meyvə-tərəvəz məhsulları-2.44% (173.82%), bitki və heyvan mənşəli yağlar-3.62% (243.33%) təşkil edir. Qalan əmtəələrin payına 10.66% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-ci ilin ilk 2 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
 5704.8 t  
2842.3
   126.3%
-o cümlədən hum. yardım
  3.4 t    
  1.9
2. Buğda
 114249.7 t  
22047.0  
133.2%
3. Un
  195.0 t  
    49.3      
   47.2%
4. Şəkər
 14142.9 t
 1977.8
 121.2%
5. Yağ
 16531.6 t
   8402.7    
 152.2%
-kərə yağı
 2598.3 t  
1993.6
-bitki və heyvan mənş. yağlar
13933.3 t
   6409.1
-o cümlədən hum. yardım
312.8 t  
      288.6
6. Çay
1318.7 t
2505.8
    96.0%
7. Spirt
196332.3 l  
176.7
102.5%
8. Spirtli içkilər
291637.2 l  
 444.2
87.9%
9. Tütün məmulatı
137425.4 min əd.
 2150.0
90.2%
10. Qara metallar
34425.9 t  
 13072.0  
175.8%
11. Minik avtomobilləri
9678 əd.
39992.0
171.4%
-YGB əsasında rəsmiləşdirilmiş
  2901 əd.
12137.1  
   156.4%
-GMO əsasında rəsmiləşdirilmiş
  1148 əd.
      4726.0
60.1%
12. Neft məhsulları    
1898.1 t  
  2088.6
13. Elektrik enerjisi  
      845400.8 min kvt/s
 20928.5
14. Neft qazı və digər

qazaoxşar karbohidrogenlər  
 862495.7 min kub.m
45146.7
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-ci ilin ilk 2 ayınanetto çəki. nisb.%-lə
1. Neft (xam)
489686.6 t  
   98786.6
1.1. Boru kəməri ilə 01.03.2004-cü

ilə qədər gedən xam neft

(sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə    
418608.0 t
-Supsa boru kəməri ilə
 953681.4 t
2. Neft emal məhsulları
 329286.4 t
 76991.5
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
 309745.8 t
 71599.4
-milli valyutaya
    15904.1 t
 4403.7
-digərləri  
     988.4
   
2.1.01.03.2004-cü ilə qədər şərti

bəyan. ilə yola salın. rəsmi-

ləşdirilməmiş neft məhsulları  
127927.4 t
3. Bitki və heyvan mənşəli yağlar
8480.1 t
 9141.2
116.1%
4. Spirtli içkilər
534186.0 l
 267.7  
  26.9%
5. Tütün
 1099.4 t
   680.5
73.2%
6. Tütün məmulatı
119900.0 min əd
552.8
165.9%
7. Qara metallar
  24728.5 t
 5913.9
  139.9%
8. Alüminium  
3812.7 t    
   5673.3
    7.6 dəfə
9. Çay      
     782.7 t    
    1906.6    
397.6%
10. Pambıq mahlıcı və tullantıları
  6327.9 t  
   7259.7  
  85.2%
11. Elektrik enerjisi      
   51812.0 min kvt/s
      777.2

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (489686.6 ton) tərəfindən ixrac edilmişdir.

Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (171255.0 ton (52.01%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (134211.5 ton (40.76%)), "Azal Oil" (15630.3 ton (4.75%)) və "Azərneftyanacaq" NEZ (3596.6 ton (1.09%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 195032.9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 77.15%) çıxarmışlar, o cümlədən, 184574.9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 94.64%) və 8813.5 min ABŞ dolları dəyərində mad digər sazişlər hesabına (ixraca nisbətən 4.52%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən 269160.6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63.23%) gətirilmişdir. Onlardan 120374.7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 44.72%) və 147594.1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 54.83%) gətirilmişdir.

Xarici ölkələr üzrə mənfi saldo 74127.6 min ABŞ dolları təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 57754.1 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 22.85%) çıxarmışlar, o cümlədən, 32702.9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 56.62%) və 19479.7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 33.73%) çıxarılmışdır.

Eyni zamanda, respublikaya MDB ölkələrindən 156548.9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 36.77%) gətirilmişdir. Onlardan 139557.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 89,15%), 14579.1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9.31%) gətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 98794.8 min ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
100516.76
39.76
Rusiya

68045.05
15.98
Rusiya
24320.37
9.62
Qazaxıstan
45658.40
10.73
Gürcüstan

17239.15
6.82
B/Britaniya
40338.17
9.48
İran
17147.12
6.78
Türkiyə
32571.82
7.65
Türkiyə
16345.04
6.47
Almaniya
24609.95

5.78
Fransa
12774.57
5.05
ABŞ
21637.92
5.08
Xorvatiya
11771.05
4.66
Ukrayna
20421.80
4.80
Tacikistan
8575.85
3.39
Türkmənistan
19829.03
4.66
Malta
6270.36
2.48
Çin
18819.19
4.42
Latviya
6249.01
2.47
Fransa
18756.69
4.41
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 2396 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1376-sı dövlət və özəl müəssisə, 572-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 205650.1 min ABŞ dolları (81.35%), özəl sektorun payı 43420.3 min ABŞ dolları (17.18%), fiziki şəxslərin payı isə 3716.6 min ABŞ dolları (1.47%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 114559.7 min ABŞ dolları (26.91%), özəl sektorun payı 280102.4 min ABŞ dolları (65.80%), fiziki şəxslərin payı isə 31047.3 min ABŞ dolları (7.29%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb