| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-ci ilin iki ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 2 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 102 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1329640,7 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 550402,0 min ABŞ dolları dəyərində 914 adda mal ixrac, 779238,7 min ABŞ dolları dəyərində 3974 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 228836,7 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 11094,1 min ABŞ dolları dəyərində 4937,2 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 2 ayına nisbətən 2007-ci ilin ilk 2 ayında ixrac əməliyyatlarının həcmi 10,70% (53221,9 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 44,20% (238845,6 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 30267,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 29997,0 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 2 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 2825,9 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 110,94% təşkil etmişdir. Bunlardan 1183,5 min ton ixrac, 1642,5 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (904,1 min ton), dəmiryolu (136,8 min ton), avtomobil (139,9 min ton) və hava (0,6 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (25,5 min ton), dəmiryolu (1068,7 min ton), avtomobil (196,8 min ton), hava (3,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 30895 (əlavə vərəqlə birlikdə 40732) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 7139 (əlavə vərəqlə birlikdə 7908) ədəd ixrac, 23756 (əlavə vərəqlə birlikdə 32824) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 2 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 131,10% təşkil etmiş və ya 7330 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 2231(145,50%) ədəd, idxalda isə artım 5099 (127,30%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 721,5 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (220,3 min ton), Gürcüstan (177,2 min ton), İtaliya (117,6 min ton), Tacikistan (83,7 min ton), İran (41,0 min ton), Rusiya (25,3 min ton), Türkmənistan (23,1 min ton), Türkiyə (21,2 min ton) və Qazaxıstan (10,0 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 79,16% olmuş və ya 189,9 min ton azalmışdır.
2007-ci ilin ilk 2 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (396017,1 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154384,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (389738,0 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (389500,7 min ABŞ dolları) olmuşdur;
- fevral ayında ixrac əməliyyatlarının həcmi yanvar ayı ilə müqayisədə 241632,1 min ABŞ dolları həcmində azalmış, idxal əməliyyatları isə 237,3 min ABŞ dolları həcmində artmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 27835,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 149,32% təşkil etmiş və ya 9194,1 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 2 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,68% |
| 21 (SDV ilə hesablaşma) |
-82,51% |
-70,56% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-0,91% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,64% |
-4,28% |
| 80 (digərləri) |
-15,85% |
-23,57% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 2 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 51,77% (2006-cı ilin ilk 2 ayının ixracına nisbətən 144,95%), neft məhsulları - 21,10% (60,52%), alüminium və ondan hazırlanan məmulatlar - 2,72% (188,24%), bitki və heyvan mənşəli yağlar - 2,36% (226,35%), meyvə-tərəvəz - 2,02% (69,37%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,66% (186,14%), kimya sənayesi məhsulları - 1,57% (28,00%), pambıq - 1,04% (81,40%), alkoqollu və alkoqolsuz içkilər - 0,80% (658,55%), tütün və tütün məmulatları - 0,23% (29,08%) təşkil edir. Qalan əmtəələrin payına 14,73% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 26,95% (2006-cı ilin ilk 2 ayının idxalına nisbətən 123,00%), qara metallar və onlardan hazırlanan məmulatlar - 16,56% (205,06%), ərzaq məhsulları - 11,50% (137,96%), nəqliyyat vasitələri və onların hissələri - 10,25% (158,01%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 6,64% (222,99%), əczaçılıq məhsulları - 1,32% (151,91%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,30% (114,25%), xalq istehlakı malları - 0,84% (92,12%), mebel - 0,70% (152,66%) təşkil edir. Qalan əmtəələrin payına 23,95% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
691461,6 t |
284946,0 |
|
| -Şimal boru kəməri ilə |
716679,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
3644076,1 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
1078611,8 t |
| |
| 2) Neft emal məhsulları |
247062,8 t |
116108,2 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
232967,3 t |
110558,6 |
|
| - digərləri |
14095,5 t |
5549,6 |
|
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
121884,2 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
9938,8 t |
12993,8 |
207,2 % |
| 4) Spirtli içkilər |
2958115,3 L |
4393,9 |
401,2 % |
| 5)Tütün |
662,2 t |
544,1 |
51,4 % |
| 6) Tütün məmulatı |
120650,0 mln.əd |
708,9 |
28,1 % |
| 7) Qara metallar |
11568,6t |
4962,0 |
352,8 % |
| 8) Alüminium |
5962,8 t |
14983,1 |
146,3 % |
| 9) Çay |
1030,1 t |
2752,6 |
99,8 % |
| 10) Pambıq mahlıcı |
6341,2 t |
5706,0 |
77,9 % |
| 11) Elektrik enerjisi |
72,8 mln kvt*s |
1227,3 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
4161,7 t |
1242,9 |
106,2% |
| 2) Buğda |
266304,3 t |
16304,2 |
1300,7% |
| 3) Un |
148,8 t |
16,7 |
2845,4% |
| 4) Şəkər |
13750,3 t |
2878,7 |
2416,7% |
| 5) Yağ |
18271,9 t |
2344,7 |
31,9% |
| - kərə yağı |
1673,1 t |
945,1 |
|
| - bitki və heyvan mən.yağ |
16598,8t |
1399,6 |
|
| - humanitar yardim |
39,6 t |
75,4 |
|
| 6) Çay |
1602,5 t |
1193,9 |
209,6 % |
| 7) Spirt |
81869,0 L |
86,0 |
48,6 % |
| 8) Spirtli içkilər |
2853465,8 L |
2830,7 |
272,7 % |
| 9) Tütün məmulatı |
1302581,8 mln. əd. |
10109,4 |
159,8 % |
| 10) Qara metallar |
76844,6 t |
7740,2 |
249,9 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
4249əd. |
11373,1 |
69,5% |
| -GMO əsasında |
5681əd. |
14055,0 |
|
| 12) Neft məhsulları |
12889,5 t |
4674,4 |
|
| 13) Elektrik enerjisi |
349,5 mln. kvt*s |
7558,8 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470062,6 min kub.m |
51706,9 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (691461,6 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (232450,6 ton (94,09%)), "Az Trans Reil" MMC (14084,4 ton (5,70%)), "QKSSS" MMC (369,1 ton (0,15%)) və "İmpeks LTD" MMC (116,8 ton (0,05%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 425458,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 77,30%) çıxarmışlar, o cümlədən, 404658,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 95,11%) və 20745,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 4,88%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 485715,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 62,33%) gətirilmişdir. Onlardan 309716,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 63,77%), 166091,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 34,20 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə mənfi saldo 60256,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 88,68%); alüminium və alüminum məmulatları (3,48%); avadanlıqlar və texniki qurğular (1,97%); qara metallar (1,15%); qeyri-üzvi kimya məhsulları (1,01%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və texniki qurğular (idxala nisbətən 30,62%); qara metallardan məmulatlar (14,89%); elektrik maşınları və avadanlıqları, onlarIn hissələri (7,74%); quru nəqliyyat vasitələri (7,39%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (5,64%) idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 124943,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 22,70%) çıxarmışlar, o cümlədən, 49463,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 39,59%), 66482,6 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 53,21%), 8996,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,20%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 293523,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 37,67%) gətirilmişdir. Onlardan 240078,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,79%), 31890,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,86%), 17538,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,98%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 168580,3 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (ixraca nisbətən 35,01%); mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (21,71%); heyvan və ya bitki mənşəli piylər və yağlar (10,40%); meyvə (4,99%); spirtli və spirtsiz içkilər, sirkə (3,42%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq (idxala nisbətən 20,33%); dənli bitkilər (13,89%); qara metallardan hazırlanan məmulatlar (13,33%); quru nəqliyyat vasitələri (11,48%); qara metallar (5,07%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
194216,22 |
35,29 |
| Rusiya |
81920,17 |
14,88 |
| Türkiyə |
79735,79 |
14,49 |
| İran |
64121,73 |
11,65 |
| Fransa |
37907,96 |
6,89 |
| Gürcüstan |
27444,88 |
4,99 |
| Hibraltar |
10912,02 |
1,98 |
| Cin |
8495,27 |
1,54 |
Syangan
(Honkonq) |
8120,87 |
1,48 |
Ukrayna
|
6128,13 |
1,11 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
175473,92 |
22,52 |
| Türkiyə |
78367,17 |
10,06 |
| Almaniya |
64795,53 |
8,32 |
| Ukrayna |
64224,78 |
8,24 |
| ABŞ |
51330,05 |
6,59 |
| Yaponiya |
45216,56 |
5,80 |
| Zin |
37551,56 |
4,82 |
| Qazaxistan |
36533,87 |
4,69 |
| B.Britaniya |
33752,97 |
4,33 |
| Finlandiya |
31350,97 |
4,02 |
|

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4174 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1932-i hüquqi, 2242-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 425401,4 min ABŞ dolları (77,29%), özəl sektorun payı 118136,8 min ABŞ dolları (21,46%), fiziki şəxslərin payı isə 6863,8 min ABŞ dolları (1,25%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 237730,0 min ABŞ dolları (30,51%), özəl sektorun payı 499176,8 min ABŞ dolları (64,06%), fiziki şəxslərin payı isə 42331,8 min ABŞ dolları (5,43%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
|