| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-ci ilin I rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 109 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2055192,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 919062,2 min ABŞ dolları dəyərində 1258 adda mal ixrac, 1136130,1 min ABŞ dolları dəyərində 4596 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 217067,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 12192,1 min ABŞ dolları dəyərində 5980,8 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin I rübünə nisbətən 2007-ci ilin I rübündə ixrac əməliyyatlarının həcmi 11,44% (118760,9 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 25,41% (230216,5 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33557,1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 68883,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 4170,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 82,14% təşkil etmişdir. Bunlardan 1897,9 min ton ixrac, 2272,6 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (1479,2 min ton), dəmiryolu (221,1 min ton), avtomobil (193,8 min ton) və hava (1,1 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (32,8 min ton), dəmiryolu (1571,8 min ton), avtomobil (311,7 min ton), hava (4,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 47447 (əlavə vərəqlə birlikdə 62901) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 9798 (əlavə vərəqlə birlikdə 10972) ədəd ixrac, 37649 (əlavə vərəqlə birlikdə 51929) ədəd idxal YGB-dir. 2007-ci ilin I rübünda YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 123,2% təşkil etmiş və ya 8943 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1852 (123,3%) ədəd, idxalda isə artım 7091 (123,2%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1195,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (385,0 min ton), İtaliya (281,5 min ton), Gürcüstan (246,4 min ton), Tacikistan (106,4 min ton), İran (59,1 min ton), Türkiyə (36,6 min ton), Rusiya (35,1 min ton), Türkmənistan (28,6 min ton) və Qazaxıstan (12,7 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 81,17% olmuş və ya 277,2 min ton azalmışdır.
2007-ci ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (396017,1 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154386,7 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (390063,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356564,6 min ABŞ dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 214271,7 min ABŞ dolları həcmində artmışdır, idxal əməliyyatlarının həcmi isə 33498,9 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq azalma 13679,3 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 16468,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 40368,2 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 135,84% təşkil etmiş və ya 10650,4 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin I rübü ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,47% |
| 21 (SDV ilə hesablaşma) |
-82,42% |
-70,52% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,02% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,36% |
-4,37% |
| 80 (digərləri) |
-16,21% |
-23,60% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin I rübünə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 50,62% (2006-cı ilin I rübünün ixracına nisbətən 93,59%), neft məhsulları - 22,17% (57,57%), bitki və heyvan mənşəli yağlar - 2,29% (188,19%), alüminium və ondan hazırlanan məmulatlar - 2,14% (108,43%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,72% (237,27%), kimya sənayesi məhsulları - 1,53% (28,47%), meyvə-tərəvəz - 1,49% (60,16%), pambıq - 0,82% (61,84%), alkoqollu və alkoqolsuz içkilər - 0,63% (256,96%), tütün və tütün məmulatları - 0,18% (24,72%) təşkil edir. Qalan əmtəələrin payına 16,40% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,95% (2006-cı ilin I rübünün idxalına nisbətən 129,98%), qara metallar və onlardan hazırlanan məmulatlar - 15,62% (195,78%), ərzaq məhsulları - 11,67% (144,44%), nəqliyyat vasitələri və onların hissələri - 10,76% (165,06%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 4,55% (42,66%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,30% (104,55%), əczaçılıq məhsulları - 1,29% (162,64%), mebel - 0,82% (150,32%), xalq istehlakı malları - 0,81% (74,02%) təşkil edir. Qalan əmtəələrin payına 25,22% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
1108772,7 t |
465206,1 |
|
| -Şimal boru kəməri ilə |
876356,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
5790571,0 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
1646804,7 t |
| |
| 2) Neft emal məhsulları |
419041,0 t |
203728,7 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
404945,1 t |
198178,2 |
|
| - digərləri |
14095,9 t |
5550,5 |
|
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
154415,7 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
16010,1 t |
21053,9 |
176,9 % |
| 4) Spirtli içkilər |
3827343,3 L |
5820,9 |
224,4 % |
| 5)Tütün |
898,9 t |
734,2 |
47,2 % |
| 6) Tütün məmulatı |
156300,0 mln.əd |
928,0 |
19,4 % |
| 7) Qara metallar |
20222,6t |
8535,2 |
323,6 % |
| 8) Alüminium |
7952,5 t |
19707,4 |
89,2 % |
| 9) Çay |
1462,8 t |
3954,6 |
94,1 % |
| 10) Pambıq mahlıcı |
8483,6 t |
7566,2 |
58,7 % |
| 11) Elektrik enerjisi |
72,8 mln kvt*s |
1227,3 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
6430,8 t |
4254,5 |
174,0% |
| 2) Buğda |
339128,1 t |
50192,0 |
118,0% |
| 3) Un |
169,3 t |
55,8 |
129,8% |
| 4) Şəkər |
22917,1 t |
7566,9 |
164,3% |
| 5) Yağ |
30292,5 t |
16468,9 |
127,4% |
| - kərə yağı |
2253,8 t |
2547,7 |
|
| - bitki və heyvan mən.yağ |
28038,7 t |
13921,2 |
|
| - humanitar yardım |
39,6 t |
75,4 |
|
| 6) Çay |
2814,0 t |
4744,8 |
112,3 % |
| 7) Spirt |
91869,0 L |
95,8 |
114,5 % |
| 8) Spirtli içkilər |
5935220,7 L |
7199,1 |
299,6 % |
| 9) Tütün məmulatı |
1938574,8 mln. əd. |
28571,5 |
120,0 % |
| 10) Qara metallar |
119200,4 t |
25994,4 |
209,9 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
6610əd. |
48689,0 |
99,3% |
| -GMO əsasında |
8270əd. |
37303,6 |
|
| 12) Neft məhsulları |
16160,0 t |
11909,1 |
|
| 13) Elektrik enerjisi |
349,5 mln. kvt*s |
8888,3 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470062,8 min kub.m |
51716,6 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1108772,7 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (395367,8 ton (94,35%)), "Az Trans Reil" MMC (14084,4 ton (3,36%)), "Caspian Petrol-1" firması (5998,0 ton (1,43%)) və "Monolit-D LTD" firması (2527,1 ton (0,60%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 697620,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 75,91%) çıxarmışlar, o cümlədən, 672438,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 96,39%) və 25115,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 3,60%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 719205,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,30%) gətirilmişdir. Onlardan 462337,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 64,28%), 242454,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 33,71 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə mənfi saldo 21585,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən neft və onların emal məhsulları, mineral yanacaq, bitumlu minerallar (ixraca nisbətən 90,08%); alüminium və alüminium məmulatları (2,80%); avadanlıqlar və mexaniki qurğular (1,32%); qara metallar (1,22%); qeyri-üzvi kimya məhsulları (0,80%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 30,05%); qara metallardan məmulatlar (14,52%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,47%); quru nəqliyyat vasitələri (7,87%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,69%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 221442,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 24,09%) çıxarmışlar, o cümlədən, 85059,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,41%), 123841,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 55,92%), 12537,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,66%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 416924,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 36,70%) gətirilmişdir. Onlardan 338875,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,28%), 47770,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,46 %), 25647,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 6,15%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 195482,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən neft və onların emal məhsulları, mineral yanacaq, bitumlu minerallar (ixraca nisbətən 22,16%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (21,51%); gəmilər, qayıqlar və digər üzən vasitələr (18,62%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,50%); qeyri-üzvi kimya məhsulları (3,40%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq (idxala nisbətən 14,36%); dənli bitkilər (12,70%); quru nəqliyyat vasitələri (11,33%); qara metallardan məmulatlar (11,28%); qara metallar (5,42%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
317019,18 |
34,49 |
| Türkiyə |
113042,26 |
12,30 |
| Rusiya |
104243,78 |
11,34 |
| İran |
91592,45 |
9,97 |
Virgin ada
(ABŞ) |
60973,43 |
6,63 |
| Gürcüstan |
51303,21 |
5,58 |
| Qazaxıstan |
45847,87 |
4,99 |
| Fransa |
37931,90 |
4,13 |
Yunanıstan
(Honkonq) |
13264,55 |
1,44 |
Hibraltar
|
10912,02 |
1,19 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
235116,95 |
20,69 |
| Türkiyə |
11590,30 |
9,82 |
| Ukrayna |
102280,97 |
9,00 |
| Almaniya |
91880,65 |
8,09 |
| B.Britaniya |
61392,49 |
5,40 |
| Yaponiya |
60514,46 |
5,33 |
| ABŞ |
58735,02 |
5,17 |
| Zin |
50327,62 |
4,43 |
| Qazaxıstan |
46810,04 |
4,12 |
| İtaliya |
45014,81 |
3,96 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5359 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2299-u hüquqi, 3060-ı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 711597,9 min ABŞ dolları (77,43%), özəl sektorun payı 199090,5 min ABŞ dolları (21,66%), fiziki şəxslərin payı isə 8373,9 min ABŞ dolları (0,91%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 318536,7 min ABŞ dolları (28,04%), özəl sektorun payı 753242,6 min ABŞ dolları (66,30%), fiziki şəxslərin payı isə 64350,8 min ABŞ dolları (5,66%) olmuşdur.
Qeyd: Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır. Neft, neft emal məhsulları, qaz və elektrik enerjisinin gömrük rəsmiləşdirilməsi spesifik xüsusiyyətlərə malik olduğu üçün gömrük sərhədini keçmə tarixi ilə bəyannamələşdirmə tarixi arasında fərq vardır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|