2003-cü ilin 4 ayı ərzində respublikanın
xarici iqtisadi fəaliyyətinin vəziyyəti
2003-cü ilin ilk 4 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 102 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1427458.4
min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 758520.0 min ABŞ dolları dəyərində
596 adda mal ixrac, 668938.4 min ABŞ dolları dəyərində 3730 adda mal isə
idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 89581.6 min
ABŞ dolları təşkil etmişdir. O cümlədən, -elektrik enerjisinin Rusiya
Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına
qarşılıqlı ötürülməsi ilə ixracı 1998.2 min ABŞ dolları və həmin ölkələrdən
isə idxal 577.5 min ABŞ dolları təşkil etmişdir; -respublikaya 8590.5
min ABŞ dolları dəyərində 2751.3 ton dövlət, hökumət və beynəlxalq təşkilatların
xəttilə təmannasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.
2002-ci ilin ilk 4 ayına nisbətən 2003-cü ilin ilk 4 ayında ixrac əməliyyatlarının
həcmi 38.95% (212617.3 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi
isə 35.62% (175688.6 min ABŞ dolları) artmışdır.
İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki
qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin
məmulatlarının, qara metallar, kimyəvi maddələr və başqa malların idxalı
hesabına artmışdır. 2003-cü ilin aprel ayında idxal əməliyyatlarının həcmi
208874.8 min ABŞ dolları olmuşdur və 2002-ci ilin aprel ayı ilə müqayisədə
49.38% və ya 69048.3 min ABŞ dolları artmışdır. Müvəqqəti idxal rejimində
ölkəmizə 23339.7 min ABŞ dolları dəyərində mal idxal olunmuş, 54384.8
min ABŞ dolları dəyərində mal isə müvəqqəti ixrac edilmişdir. 2003-cü
ilin ilk 4 ayı ərzində 50750 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə
5726.1 min ton yük daşınmışdır. Bunlardan 3553.3 min tonu (13768 ədəd
nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 2172.8 min tonu (36982 ədəd
nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür.
Əsasən dəmir yolu (23155 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından
(19183 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında
stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir. Tranzit
rejimində Azərbaycan Respublikası ərazisindən 2747223.8 ton yük keçirilmişdir.
Tranzit yüklər əsasən Gürcüstan (2334217.1t), Tacikstan (78756.0t), Kipr
(119316.8t), Türkmənstan (82943.4t), Türkiyə (18099.0t) Respublikalarına,
Rusiya Federasiyasına (57564.4) və İsveçrəyə (19839.2t) göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 15526.5 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. 2003-cü
ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə
dəyişməsi aşağıdakı kimi olmuşdur: -ixrac əməliyyatlarının həcminin yüksək
həddi mart ayında (439990.4 min ABŞ dolları), aşağı həddi isə fevral ayında
(60983.7 min ABŞ dolları) olmuşdur; -idxal əməliyyatlarının həcminin yüksək
həddi aprel ayında (208874.8 min ABŞ dolları), aşağı həddi isə yanvar
ayında (135808.4 min ABŞ dolları) olmuşdur; -aprel ayında ixrac əməliyyatlarının
həcmi mart ayına nisbətən 356338.5 min ABŞ dolları həcmində azalmışdır;
-aprel ayında idxal əməliyyatlarının həcmi mart ayına nisbətən 23402.5
min ABŞ dolları həcmində artmışdır; ixracda azalma 30080.6 min ABŞ dolları,
idxalda is artım 24355.5 min ABŞ dolları olmuşdur. İdxal-ixrac əməliyyatlarının
saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin ilk 4 ayı ərzində
21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01(milli valyuta ilə hesablaşma)
-0.69%
0.02%
21(SD ilə hesablaşma)
59.14%
-57.89%
23(dövlət krediti üzrə hesablaşma)
-0.00%
-3.98%
41(qapalı dövriyyəli valyuta)
-0.54%
-3.42%
51(barter sazişi)
-0.28%
-0.11%
78(kompensiasialı öhdəlik. hesab.)
-35.13%
-0.00%
80(digərləri)
-4.22%
-34.58%
Saziş
növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında
kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar
əsasında malların keçirilməsinin (78) xüsusi çəkisi artmışdır. İdxal və
ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara (21) və
digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta
(41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.
Barter əməliyyatlarının təhlili göstərir ki, 2003-cü ilin ilk 4 ayı ərzində
ixrac əməliyyatlarının həcmi idxaldan 1372.8 min ABŞ dolları çox olmuşdur.
Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 43.8 min ABŞ dolları
olmuş, idxalda isə orta aylıq azalma 42.6 min ABŞ dolları təşkil etmişdir.
Uzaq xarici ölkələr üzrə
ixracda barter əməliyyatları 1958.8 min ABŞ dolları (ümumi ixraca nisbətən
0.26%), idxalda isə 601.1 min ABŞ dolları (ümumi idxala nisbətən 0.09%)
təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 132.2
min ABŞ dolları (ümumi ixraca nisbətən 0.02%), idxalda isə 117.1 min ABŞ
dolları (ümumi idxala nisbətən 0.02%) olmuşdur. İdxalın və ixracın strukturunda
gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir
(2002-ci ilin ilk 4 ayı ilə müqayisə statistik dəyərə görə aparılmışdır):
İdxalda: ərzaq məhsulları-12.88% (2002-ci ilin ilk 4 ayına nisbətən 119.41%),
neft qazı və digər qazaoxşar karbohidrogenlər-14.07% (96.63%), xalq istehlak
malları-1.45% (127.36%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri-24.95% (143.78%), nəqliyyat vasitələri
və onların hissələri-5.01% (100.82%), qara metallar və onlardan hazırlanan
məmulatlar-18.87% (385.09%), mebel-0.82% (165.76%), meşə materialları-1.17%
(133.68%), toxum-0.04% (79.95%), kübrə-0.18% (45.24%) təşkil edir. Qalan
əmtəələrin payına 20.54% düşür. İxracda: xam neft-69.80% (2002-ci ilin ilk
4 ayına nisbətən 144.65%), neft məhsulları-17.81% (143.53%), qara metallar
və onlardan hazırlanan məmulatlar-1.26% (155.14%), spirtli və spirtsiz içkilər-0.21%
(205.10%), kimya məhsulları-2.07% (389.72%), pambıq-1.26% (121.19%), tütün
və tütün məmulatları-0.47% (38.98%), əlvan metallar- 0.37% (295.46%), çay-0.17%
(102.67%) təşkil edir. Qalan əmtəələrin payına 6.58% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
7846.4t
4903.3
117.3%
-o cümlədən hum. yardım
73.4t
473.0
2. Buğda
209468.5t
29221.7
83.0%
-o cümlədən hum. yardım
467.5t
46.7
3. Un
1181.4t
208.7
75.8%
4. Şəkər
26977.7t
5908.2
104.5%
5. Yağ
21242.6t
12938.2
168.2%
-kərə yağı
4426.1t
5146.4
-bitki və heyvan mənş. yağlar
6816.5t
7791.8
-o cümlədən hum. yardım
368.8t
275.9
6. Çay
1761.9t
4458.1
128.9%
7. Spirt
369992.2L
333.1
129.6%
8. Spirtli içkilər
554962.4L
755.5
202.9%
9. Tütün məmulatı
369150.1 min əd.
2583.6
540.0%
10. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
4191 əd.
17273.8
166.1%
-GMO əsasında rəsmiləşdirilmiş
1715 əd
7036.4
11. Toxum
465.2t
251.1
105.1%
12. Gübrə
13506.4t
1237.1
50.6%
13. Neft məhsulları
3961.2t
4122.6
14. Elektrik enerjisi
855599.8 min kvt/s
20461.4
-o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi
63014.3 min kvt/s
577.5
15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
1774453.8 min kub.m
94139.3
. İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk 4 ayınanetto çəki. nisb.%-lə
1. Neft (xam)
2620162.6t
529437.3
1.1 Boru kəməri ilə 01.05.2003-cü ilə qədər gedən xam
neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
869005.9t
-Supsa boru kəməri ilə
2011785.2t
2. Neft emal məhsulları
598488.8t
135086.4
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
575426.3t
129959.9
-milli valyutaya
23032.7t
5084.2
a. 01.05.2003-cü ilə qədər şərti bəyan. ilə yola salın.
rəsmi- ləşdirilməmiş neft məhsulları
171774.6t
3. Spirtli içkilər
3095043.0 L
1338.0
147.0%
4. Tütün
2841.1t
2398.9
61.9%
5. Tütün məmulatı
240480.0 min əd.
1178.9
16.4%
6. Qara metallar
38756.7t
8767.3
171.5%
7. Çay
574.4t
1260.3
102.5%
8. Pambıq mahlıcı və tullantıları
11329.1t
9566.1
103.2%
9. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
174231.3 min kvt/s
2680.1
-o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
128773.8 min kvt/s
1998.2
İxrac olunan xam neftin 1363021.2 tonu (52.02%) Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin, 1248938.5 tonu (47.67%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi
Əlaqələr İdarəsinin və 8202.9 tonu (0.31%) "Şirvan Oyl" MMM-nin payına düşür.
Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (326424.7 ton
(54.54%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (242291.7
tonu (40.48%)) və "Azal Oil" müəssisəsi (22348.2 tonu (3.73%)) üstünlük
təşkil edir.
Respublikanın
rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 680986.3
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 89.78%) çıxarmışlar, o
cümlədən 1958.8 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixracja nisbəətəən
0.29%), 394928.6 min ABŞ dollar dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca
nisbətən 57.99%) və 266470.7 min ABŞ dolları dəyərində mal kompensasiyalı öhdəliklər
hesabına (ixraca nisbətən 39.13%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici
ölkələrdən 420289.7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən
62.83%) gətirilmişdir. Onlardan 601.1 min ABŞ dolları dəyərində əmtəə barter
üsulu ilə (idxala nisbətən 0.14%), 170742.6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 40.62%), 26246.4 min ABŞ dolları
dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 6.24%) və 222029.7
min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 52.83%)
gətirilmişdir. Xarici ölkələr üzrə müsbət saldo 260696.6 min ABŞ dolları
təşkil edir. Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə
77533.7 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 10.22%)
çıxarmışlar, o cümlədən, 132,2 min ABŞ dolları dəyərində əmtəə barter üsulu
ilə (ixraca nisbətən 0.17%), 53641.1 min ABŞ dolları dəyərində əmtəə sərbəst
dönərli valyuta ilə (ixraca nisbətən 69.18%), 16004.6 min ABŞ dolları dəyərində
digər sazişlərlə (ixraca nisbətən 20.64%), 3565.0 min ABŞ dolları dəyərində
əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisbətən 4.60%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 248648.7 min ABŞ dolları dəyərində
əmtəə (ümumi idxala nisbətən 37.17%) gətirilmişdir. Onlardan 117.1 min ABŞ
dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.05%), 216503.4
min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən
87.07%), 22336.6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar
ilə (idxala nisbətən 8.98%) və 9189.6 min ABŞ dolları dəyərində digər saziş
növləri ilə (idxala nisbətən 3.70%) gətirilmişdir. MDB ölkələri üzrə mənfi
saldo 171115.0 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ticarət əlaqələrində xüsusi çəkisi böyük olan
ölkələrdən aşağıdakıları göstərmək olar:
İtaliya
İxrac-424761.0 min ABŞ dolları
(ümumi ixraca nisbətən 56.00%);
İdxal-18298.4 min ABŞ dolları
(ümumi idxala nisbətən 2.74%);
Saldo-406462.7 min ABŞ dolları.
Rusiya
İxrac-30128.5 min ABŞ dolları
(ümumi ixraca nisbətən 3.97%)
İdxal-97686.8 min ABŞ dolları
(ümumi idxala nisbətən 14.60%);
Saldo-(-67558.3) min ABŞ dolları.
Türkiyə:
İxrac-28682.7 min ABŞ dolları
(ümumi ixraca nisbətən 3.78%);
İdxal-60335.8 min ABŞ dolları
(ümumi idxala nisbətən 9.02%);
Saldo-(-31653.1) min ABŞ dolları.
Türkmənistan:
İxrac-1836.8 min ABŞ dolları
(ümumi ixraca nisbətən 0.24%)
İdxal-81805.7 min ABŞ dolları
(ümumi idxala nisbətən 12.23%);
Saldo-(-79968.9) min ABŞ dolları.
Sonrakı yerləri ABŞ (İxracda 4.25%, idxalda 4.46%), Fransa (5.94%, 1.86%),
Yunansıtan (6.68%, 0.39%), Qazaxıstan (0.47%, 5.26%), Böyük Britaniya (0.26%,
6.21%), Almaniya (0.19%, 8.59%), Yaponiya (0.01%, 5.57%) və İran (2.52%,
2.57%) tuturlar. Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi
əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 3167
hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1668 dövlət və özəl müəssisə,
1499 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
430985.0 min ABŞ dolları (56.82%), özəl sektorun payı 323482.2 min ABŞ dolları
(42.65%), fiziki şəxslərin payı isə 4045.8 min ABŞ dolları (0.62%) olmuşdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 215107.9 min ABŞ dolları (32.16%),
özəl sektorun payı 396173.5 min ABŞ dolları (59.22%), fiziki şəxslərin payı
isə 57657.0 min ABŞ dolları (8.62%) olmuşdur.
DGK Statistika
və İnformasiya Texnologiyaları İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.